Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi
İqtisadiyyat obyektlərinin işinin daya..
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
İqtisadiyyat obyektlərinin işinin dayanıqlığı müəssisə və təşkilatların fövqəladə hallarda fəaliyyətini davam etdirmə qabiliyyətidir. Bu dayanıqlıq insanların təhlükəsizliyini və istehsalın davamlılığını təmin edir. Müəssisələrdə risklərin azaldılması üçün qabaqlayıcı tədbirlər görülür. Texniki avadanlıqların qorunması və ehtiyat sistemlərinin yaradılması vacibdir. Dayanıqlı fəaliyyət iqtisadi itkilərin qarşısını almağa kömək edir.
Fənn təlim nəticələri
CLO 1: İqtisadiyyat obyektlərinin dayanıqlığının mahiyyətini, əsas anlayışlarını, prinsiplərini, normativ-hüquqi əsaslarını və dayanıqlığa təsir edən amilləri izah edir.
CLO 2: Təbii, texnogen, ekoloji və hərbi xarakterli fövqəladə halların iqtisadiyyat obyektlərinin fəaliyyətinə təsirini təhlil edir, dayanıqlıq səviyyəsini qiymətləndirir.
CLO 3: İqtisadiyyat obyektlərinin dayanıqlığının qiymətləndirilməsində müasir informasiya texnologiyalarından, monitorinq və modelləşdirmə üsullarından istifadə edir.
CLO 4: İstehsal proseslərinin fasiləsizliyinin təmin edilməsi, mühəndis-texniki mühafizə, ehtiyat sistemlərinin yaradılması və risklərin azaldılması üzrə tədbirlər hazırlayır və tətbiq edir.
CLO 5: Fövqəladə hallar zamanı iqtisadiyyat obyektlərinin təhlükəsiz fəaliyyətinin təmin olunması, işçilərin mühafizəsi, təxliyyə və bərpa tədbirlərini planlaşdırır və təşkil edir.
CLO 6: İqtisadiyyat obyektlərinin dayanıqlığının artırılması üzrə kompleks tədbirlər planı hazırlayır, mümkün riskləri proqnozlaşdırır və idarəetmə qərarlarını əsaslandırır.