Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi
Fövqəladə halların təhlükəli amilləri
Fənn haqqında
Kredit
7
İş yükü
210saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Fövqəladə halların təhlükəli amilləri insan həyatı və ətraf mühit üçün risk yaradan təsirlərdir. Bu amillərə yanğın, partlayış, zəhərli maddələrin yayılması və radiasiya daxildir. Təhlükəli amillər insanların sağlamlığına və əmlaka ciddi ziyan vura bilər. Buna görə təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. Vaxtında görülən tədbirlər təhlükənin təsirini azaltmağa kömək edir.
Fənn təlim nəticələri
CLO 1: 1. Fövqəladə halların təhlükəli amillərini, onların yaranma səbəblərini, təsir mexanizmlərini və təsnifatını izah edir, peşəkar terminologiyadan düzgün istifadə edir.
CLO 2: Təbii, texnogen, ekoloji və sosial xarakterli fövqəladə halların təhlükəli amillərini müəyyən edir, onların insanlara, ətraf mühitə və təsərrüfat obyektlərinə təsirini təhlil edir.
CLO 3: 3. Fövqəladə halların təhlükəli amillərinin yayılmasını və təsir zonasını qiymətləndirir, müasir informasiya və texniki vasitələrdən istifadə etməklə nəticələri təhlil edir.
CLO 4: 4. Təhlükəli amillərin təsirinin azaldılması, risklərin idarə olunması və əhalinin mühafizəsi üzrə profilaktik və mühəndis-texniki tədbirləri tətbiq edir.
CLO 5: Fövqəladə hallar zamanı təhlükəli amillərə qarşı fərdi və kollektiv mühafizə vasitələrinin seçilməsini və istifadəsini əsaslandırır, təhlükəsizlik tədbirlərini planlaşdırır.
CLO 6: Fövqəladə halların təhlükəli amillərinin mümkün nəticələrini proqnozlaşdırır, riskləri qiymətləndirir və onların minimuma endirilməsi üçün əsaslandırılmış qərarlar və tədbirlər planı hazırlayır.