Fənn · Ekologiya mühəndisliyi
Dağ-mədən sənayesinin ekologiyası
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Bu fənn dağ-mədən sənayesinin ətraf mühitə təsirlərini, faydalı qazıntıların hasilatı və emalı proseslərində yaranan ekoloji problemləri, həmçinin onların qarşısının alınması və idarə olunması üsullarını öyrədir. Fənn çərçivəsində torpaq, su və atmosferin çirklənməsi, mədən tullantılarının idarə edilməsi, rekultivasiya tədbirləri, ekoloji monitorinq, ekoloji təhlükəsizlik və dayanıqlı dağ-mədən fəaliyyətinin prinsipləri öyrənilir.
Fənn təlim nəticələri
CLO 1: Dağ-mədən sənayesinin ekoloji əsaslarını və ətraf mühitə təsir edən əsas amilləri izah edir.
CLO 2: Dağ-mədən fəaliyyəti nəticəsində atmosfer, hidrosfer və litosferdə yaranan çirklənmə mənbələrini müəyyən edir.
CLO 3: Dağ-mədən sənayesində yaranan ekoloji riskləri və onların ətraf mühitə təsirlərini qiymətləndirir.
CLO 4: Dağ-mədən müəssisələrində tətbiq olunan ekoloji monitorinq və nəzarət üsullarını tətbiq edir.
CLO 5: Mədən tullantılarının idarə olunması və rekultivasiya tədbirlərini əsaslandırır.
CLO 6: Dağ-mədən sənayesində ətraf mühitin mühafizəsinə yönəlmiş mühəndislik həllərini təklif edir.