Bakalavr proqramı

Ekologiya mühəndisliyi

Bakalavr050606Maşınqayırma və MetallurgiyaKimya Texnologiya, Təkrar Email və Ekologiya43 fənn

Proqram haqqında

Təhsil proqramı 30 kredit ümumi təhsil fənləri, 120 kredit əsas ixtisas fənləri, 60 kredit seçmə fənlər və 30 kredit təcrübə və buraxılış layihəsindən ibarət olmaqla ümumilikdə 240 kredit təşkil edir. Proqram fundamental biliklərin formalaşdırılmasını, ekologiya mühəndisliyi üzrə peşəkar kompetensiyaların qazanılmasını, ixtisaslaşma imkanlarının yaradılmasını və nəzəri biliklərin praktik fəaliyyətdə tətbiqini təmin edir.

Dərəcə tələbləri

“Ekologiya mühəndisliyi” ixtisası üzrə bakalavriat Təhsil Proqramı tələbələrə riyaziyyat, fizika, kimya, ekologiya üzrə fundamental biliklər, həmçinin ətraf mühitin mühafizəsi, ekoloji monitorinq, ətraf mühitə təsirin qiymətləndirilməsi, tullantıların idarə olunması, su, hava və torpaq ehtiyatlarının mühafizəsi, ekoloji təhlükəsizlik və davamlı inkişaf sahələrində mühəndislik bacarıqları qazandırır. Tədris prosesi mühazirə, seminar, laboratoriya məşğələləri, sahə tədqiqatları və istehsalat təcrübəsi əsasında təşkil olunur. Proqramı uğurla başa vuran məzunlar dövlət və özəl sektorda, elmi-tədqiqat və layihə təşkilatlarında layihələndirmə, istehsalat, ekoloji monitorinq, təşkilati-idarəetmə, elmi-tədqiqat və servis-istismar istiqamətlərində peşə fəaliyyətini həyata keçirmək səriştəsinə malik olurlar.

Proqramı araşdırın