Bakalavr proqramı
Ekologiya mühəndisliyiSəriştələr
Proqram səriştələri
Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.
Peşə səriştələri· 24
COMPETENCY-89963
Riyazi qayda və qanunları tətbiq etməyi, mövcud üsullardan istifadə etməyi və nəticələrin işlənməsi üçün riyazi metodları tətbiq etməyi bacarmalıdır. Həmçinin təbiət elmində, sadə sistem və proseslərdə riyazi modellərdən istifadə etməli, yavaş və yaxud qeyri-müəyyənlik problemlərini nəzərə alaraq eksperimental məlumatları təhlil etməli, şərh etməli və təqdim etməli, riyaziyyatın əsas termin və anlayışlarını peşə fəaliyyətində tətbiq etməyi bacarmalıdır.
COMPETENCY-13294
Fiziki obyekt və hadisələrin mahiyyətini, fizika və eksperimental araşdırmaların metodlarını, təbiətdə fasiləsizlik və diskretlik, qanunauyğunluq, obyektlərin quruluşu və qarşılıqlı əlaqələrini izah etməyi bacarmalıdır. Tələbə təbiət elmlərində fundamental sabitlərdən, simmetriyanın və enerjinin saxlanılması prinsiplərindən, təbii hal və onun zamandan asılı dəyişməsindən, təbiət obyektlərinin fərdi və birgə hərəkəti haqqında biliklərindən istifadə etməyi bacarmalıdır.
COMPETENCY-50913
Əsas kimyəvi sistemlər və proseslər, maddələrin reaksiyaya girmə qabiliyyəti, qeyri-üzvi maddələrin növləri, fiziki və kimyəvi xassələri, atom və molekul nəzəriyyəsi haqqında biliklərə malik olmalı, kimyəvi müəyyənləşdirmə metodlarını ekologiya mühəndisliyində tətbiq etməyi bacarmalıdır.
COMPETENCY-47839
Kompüter texnologiyalarının texniki və proqram vasitələrini ekologiya mühəndisliyinə aid texniki layihələndirmədə geniş tətbiq etməyi bacarmalıdır.
COMPETENCY-25111
Atmosferdə, hidrosferdə və litosferdə baş verən fiziki-kimyəvi prosesləri, təbii sistemlərdə kimyəvi çevrilmələri və litosferin, geosferin əsas qanunauyğunluqlarını bilməlidir. Yerin enerji mənbələrini, endogen və ekzogen prosesləri, zərərli maddələrin orqanizmdə metabolik çevrilmələrini, radioaktiv şüalanmaların parametrlərini və onların mühəndislik fəaliyyətinə təsirini qiymətləndirməyi bacarmalıdır.
COMPETENCY-61090
Dünyada baş verən təbiət–cəmiyyət münasibətlərini təhlil etməyi, bu münasibətlərdən irəli gələn ekoloji problemləri müəyyənləşdirməyi və onların həlli yollarını əsaslandırmağı bacarmalıdır. Eyni zamanda ətraf mühitin mühafizəsi, ekoloji qanunlar və prinsiplər, ərazilərin yayılma tipləri, biosenozlar, Azərbaycan Respublikasının ekoloji problemləri, təbii mühitin çirklənməsinin əsas mənbələri, Araz və Kür çaylarının, eləcə də Xəzər dənizinin ekoloji problemlərini təhlil etməyi bacarmalıdır.
COMPETENCY-16891
Yeni layihələrə olan ekoloji tələbləri, normativ sənədləri, ətraf mühitə təsirin qiymətləndirilməsinin mahiyyətini, əldə edilən informasiyaları, onların analizi və təsiri obyektlərinin müəyyən edilməsini, layihələndirmə zamanı ətraf mühitə təsirin qiymətləndirilməsi üçün verilmiş tövsiyə olunan hesabatları, tüstü qazları ilə atmosferə atılan azot və kükürd oksidlərinin miqdarının hesablanması qaydasını, tərkibində hidrogen sulfid olan yanacaqların yandırılması zamanı əmələ gələn kükürd oksidlərinin hesablanma qaydasını, tüstü qazları ilə atmosferə atılan karbonmonoksidin miqdarının hesablanması qaydalarını, su hövzələrinin çirklənmə dərəcəsinin müəyyən edilməsini, texniki və texnoloji məqsədlər üçün istifadə olunan su, açıq və qapalı su təchizatı sistemlərini, su təchizatı sistemlərinin effektivliyinin qiymətləndirilməsini, dövr edən suyun itkisinin hesablanmasını, layihələrin ekoloji-iqtisadi qiymətləndirilməsinin mahiyyətini, ekoloji qiymətləndirmənin nəticələrinin sənədləşdirilməsini və layihədən sonrakı ekoloji qiymətləndirməni bacarmalıdır.
COMPETENCY-87230
Ətraf mühitin keyfiyyətinə nəzarətin mahiyyətini, elmi-texniki tərəqqi və ətraf mühitin çirklənməsini, təbii və antropogen çirklənmə mənbələrini, antropogen çirklənmə mənbələrinin spesifik xüsusiyyətlərini, atmosferin xarakterizə edilən fiziki parametrlərini, hava nümunələrinin götürülmə üsullarını, istifadə olunan avadanlığı, fərdi aktiv dozimetrik vasitələri, diffuziyalı və nüfuzetmə tipli fərdi passiv dozimetrləri, torpağın çirklənmə mənbələrini, torpaq nümunələrinin götürülmə və analizə hazırlanması, torpaq nümunəsinin saxlanılması qaydalarını, torpağın radioaktiv maddələrlə çirklənmə dərəcəsinin müəyyən edilməsi və analiz üsullarını bacarmalıdır.
COMPETENCY-58261
Ətraf mühitin monitorinq sistemini, monitorinq növlərini, monitorinq sistemlərinin təyinatını, lokal, qlobal və regional monitorinqi, ətraf mühitdə baş verən iqlim dəyişiklikləri proqnozlaşdırılmasını, ətraf mühitə təsir mənbələrinin və təsir növlərinin təyin edilməsini, ətraf mühitə antropogen təsirlər və onların məhdudlaşdırılması yollarını, ətraf mühitin keyfiyyətinə nəzarətin təşkili və metodlarını bilməlidir.
COMPETENCY-21740
Ətraf mühitin idarə olunmasını, ekoloji ekspertiza və layihənin texniki-iqtisadi və ekoloji əsaslandırılmasını, hüquqi normativ əsasları, prinsipləri və mərhələlərini, Dövlət Ekoloji Ekspertizasının və onun yekun rəyini, Azərbaycan Respublikasının ətraf mühit haqqında qanununun VIII fəslinin 50-58-ci maddələrinin mahiyyəti, məqsədi, obyekt və subyektlərin müəyyənləşdirilməsini bacarmalıdır.
COMPETENCY-64497
Təbii sərvətlərin qorunması, ətraf mühitin mühafizəsiproseslərində, ekoloji menecmentin bütün dövlət-struktur və idarəetmə prosedurlarını, təbiətdən istifadənin maddi-texniki, iqtisadi və ekoloji əsaslarını, təbiətdən istifadənin idarə edilməsini, alternativ və bərpa olunan təbii sərvətlərdən istifadəni bacarmalıdır.
COMPETENCY-55642
Ekoloji auditin təşkili, ekoloji sığortanın, ekoloji audit-auditor, ekoloji monitorinq (stasionar, səyyar və marşrut), sistemlərinin tətbiqi qaydalarını, ətraf mühitin keyfiyyətinə nəzarət sistemlərini, ISO 9000, ISO 9001, ISO 14000, ISO 14002, ISO 15000 və digər standartların tətbiqini bacarmalıdır.
COMPETENCY-42906
İstehsalat tullantılarının həmmi strukturu, sənaye tullantılarının təsnifatı, istehsal tullantıları, istehlak tullantıları, yan məhsullar, istehsalat tullantıların yaranma səbəbləri,tullantıların miqdarının azaldılması yolları, kimya və neft-kimya sənaye tullantılarının təmizlənməsi və rekuperasiyasının müasir vəziyyəti, neft-kimya sənayesi tullantılarının xüsusiyyəti, tullantıların müxtəlifliyi, ətraf mühitə təsirini bilməlidir.
COMPETENCY-12290
Neft emalı və neft-kimya sənayesinin qazvari tullantıları, müxtəlif neft-kimya proseslərində yaranan abqaz hidrogen xloridin səmərəli təkrar istifadəsi yolları, həllediciləri prosesə qaytarmaqla sənaye qəzalarının rekuperasiyası, hidrogen sulfid qazının elementar kükürdə emalı, kükürd qazının kükürd ammonium sulfatın alınması üçün istifadə olunması prosesləri barədə bilgilərini tətbiq etməyi bacarmalıdır
COMPETENCY-74536
Neft emalı və neft-kimya sənayesinin maye tullantıları və onların təkrar emalı, karbohidrogenlərin piroliz prosesində yaranan məhsul olan qətranın səmərəli istifadə yolları, piroliz qətranının kompleks emal yolları, pirolizin maye məhsullarının (benzol-toluol-ksilol fraksiyasının) hidrogenizasiyası ilə benzolun alınması proseslərini, neft-kimya proseslərinin bərk tullantılarının emal üsullarını, neft emalı və neft-kimya proseslərində yaranan çirkab suların azaldılması yolları, susuz texnoloji proseslərin tətbiqi, mövcud texnoloji proseslərin təkmilləşdirilməsi, hava soyuducu aparatların tətbiqi, təmizlənmiş çirkab suların dövri su təchizatı sistemlərində və texnoloji proseslərdə təkrar istifadə olunmasını bacarmalıdır
COMPETENCY-36804
Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsinin prinsipləri, planlaşdırılması və idarə olunmasında informasiya mübadiləsi ilə yanaşı su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, ekoloji meyarlarının müəyyən edilməsi, suvarmanın tətbiqinin əsaslandırılması, suvarmanın növləri və üsulları, suvarma sistemləri və suyun keyfiyyəti, çayların, su obyektlərinin çirklənməsinin idarə edilməsi, Azərbaycanda su ehtiyatlarının idarəetmə strukturları və milli su qanunvericilikləri, ölkəmizdə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsinə keçid, su resurslarının idarə edilməsində informasiya-kommunikasiya sistemlərində yeni texnologiyaların tətbiqi, bütün növ su ehtiyatlarının qeydiyyatı və istifadəsi, su ehtiyatların idarə olunmasında ictimaiyyətin iştirakının və s. proseslərin təmini edilməsi bacarmalıdır
COMPETENCY-83725
İqlim dəyişikliyi, qlobal istiləşmə o cümlədən hava şəraitindəki dəyişiklikləri, dəniz səviyyəsinin yüksəlməsinin və ekstremal hava göstəricilərinin təsirlərini müəyyənləşdirmək, “istixana” effekti yaradan qazların emissiyası iqlim dəyişikliyinə təsirinin öyrənilməsi, ozon qatının dağılmasının qarşısının alınması, atmosferə atılan tullantıların azaldılması tədbirləri və təmizlənmə üsulları: mexaniki, fiziki-kimyəvi və termiki üsulları tətbiq etməyi bacarmalıdır
COMPETENCY-22445
Azərbaycanda İqlim Dəyişmələri üzrə milli səviyyədə fəaliyyətlər, İqlim Dəyişmələrinin təsirinin azaldılması (mitiqasiya) və həssaslığın qiymətləndirilməsi və uyğunlaşma (adaptasiya) tədbirlərinin tətbiqi, müvafiq iqlim dəyişkliyi siyasəti və strategiyası. Qlobal istiləşmə və səbəbləri. İqlim Dəyişmələri üzrə Dövlətlərarası Ekspertlər Qrupunun (İDDEQ) məlumatları, Kioto protokolu, Paris Konfederasiyası haqqında müfəssəl biliklərə malik olmalıdır
COMPETENCY-43547
Dünyanın torpaq ehtiyatları və istifadəsini, torpaqların eroziyasını, ağır metallarla çirklənməsini, gübrə və pesdisidlərdən istifadənin ekoloji problemlərini, torpağın radionuklidlərlə çirklənməsi və ona qarşı mübarizə tədbirlərini, təkrar şorlaşma və deqradasiyasını, Azərbaycan Respublikasında torpaqların şorlaşması, eroziya və çirklənməsinə qarşı mübarizə tədbirlərini, suvarma normalarının və onların düzgün təyin olunma qaydalarını su rejimi əlverişli olmayan torpaqların meliorasiyasını (Bataqlıq, su basmış torpaqların, həmçinin quru bozqırların, susuz səhra və yarımsəhra sahələrinin meliorasiyası, izafi nəmliyə qarşı mübarizə tədbiri kimi qurutma meliorasiyası, quraqlığa qarşı suvarma meliorasiyası (irriqasiya)), rekultivasiya üsulları, neftlə çirklənmiş torpaqlar və onların bərpa yolları barədə bilgilərini tətbiq etməyi bacarmalıdır
COMPETENCY-89845
Hidrosferin çirklənməsi və mühafizəsini, suların çirklənmə göstəricilərini, istehsalat çirkab sularının təmizlənmə üsullarını (mexaniki, kimyəvi, fiziki-kimyəvi və bioloji), keyfiyyətlə nəzarət bacarmalıdır
COMPETENCY-27106
Məsafədən zondlamanın fiziki əsaslarını təşkil edən elektromaqnit dalğalarının əsas xarakteristikaları-dalğa uzunluğu, ölçüləri, elektrik sahəsi, elektromaqnit şüalanması spektrinin zonaları, elektromaqnit şüalarının optik diapazonu, obyektlərin spektral xarakteristikalarının fiziki əsaslarının öyrənilməsi, ortotrop, güzgü, anti-güzgü, kombineedilmiş səthləri əka etmənin indikasiyasının, təbii spektral xarakteristikaları, təbii obyektlərin spektral parlaqlığa görə təsnifatı, su obyektlərinin spektral əksetmə əyriləri, torpaq, su obyektlərinin bitki örtüyünün səthdən əks edən radiasiyasının xüsusiyyətlərini, təbii obyektlərin xüsusi şüalanma spektrlərinin öyrənilməsi, suyun təbii şüalanma xassələri, bəzi təbii obyektlərin enerqetik parlaqlığının spektral saxlğı, spektral kanallar, quru və yaş torpağın temperaturunun radioparlaqlığını müəyyən etməyi bacarmalıdır
COMPETENCY-16522
Ekologiya mühəndisliyinin tədqiqat obyekti, vəzifələri və konsepsiyasını, ətraf mühitin əsas çirklənmə mənbələrini, atmosfer, hidrosfer və litosferin sənaye çirklənməsindən mühafizə üsullarını, hidrosferdə öz-özünü təmizləmə prosesi, su mühiti keyfiyyətinin qiymətləndirilməsini, su mənbələrinə daxil olan çirkləndirici maddələrin reglamentləşdirilməsini bacarmalıdır
COMPETENCY-65967
Çirkab sularının çirkləndirici maddələrdən təmizlənməsi üsullarını, ses-küy, vibrasiya, elektrik cərəyanı və şüaların ətraf mühitə ekoloji təhlükəsi və onlara qarşı mübarizə üsullarını öyrənməli, ses-küy çirklənmələrinin ölçülməsi və qiymətləndirilməsi üsulları, təbii və statik elektrik cərəyanı və onların təsirindən mühafizə, lazer şüalarının orqanizmə təsiri, radiasiya səraitinə nəzarət vasitələri və üsullarını, ətraf mühitə yanğın partlayışların törətdiyi ekoloji təhlükələr və onlara qarşı mübarizə üsullarını tətbiq etməyi bacarmalıdır
COMPETENCY-99048
Ekoloji sistemlərdə tətbiq olunan riyazi modellərin təsnifatını, stoxastik, riyazi və statistik modelləşdirmə anlayışlarını, dinamik proqramlaşdırmanı, ekoloji sistemlərdə riyazi modellərin yaradılması üsulları və mərhələlərini, yaradılan ekoloji modellər əsasında proqnoz verməni, torpağın neft məhsullarından ətrtaf mühitə atılan zərərli qazlardan təmizlənmə proseslərinin modelləşdirilməsini, texnoloji aparatların miqyaslaşdırılması, dayanıqlıq meyarları, optimallıq meyarların, ekoloji sistemlərin hesablanması və optimal layihələndirilməsini bilməli, ekoloji sistemlərin kompüterdə hesablanmasını bacarmalıdır
İxtisas səriştələri· 12
COMPETENCY-81805
Ixtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına malik olmalıdır.
COMPETENCY-45921
İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına sahib olmalıdır.
COMPETENCY-86669
Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, həmçinin milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə yiyələnməlidir.
COMPETENCY-12210
Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etməyi bacarmalıdır.
COMPETENCY-87970
İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə malik olmalıdır.
COMPETENCY-28068
Komandada işləməyi və problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətini nümayiş etdirməlidir.
COMPETENCY-96241
Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə sahib olmalıdır.
COMPETENCY-79720
Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətini inkişaf etdirməlidir.
COMPETENCY-98220
Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına yiyələnməlidir.
COMPETENCY-54083
Peşəkar fəaliyyətini planlaşdırmağı və təşkil etməyi, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirməyi, vaxtı idarə etməyi və tapşırıqları vaxtında tamamlamağı bacarmalıdır.
COMPETENCY-29918
Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığına sahib olmalıdır.
COMPETENCY-64931
Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirməyi və özünütənqid bacarığını formalaşdırmalıdır.