Fənn · Ekologiya mühəndisliyi

Alternativ enerji mənbələriSillabus

İFS-4185y5 kreditPayız semestriSeçmə2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-4185y
Kredit
5
Tələbənin iş yükü
150
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat mühazirə b) 15 saat seminar
Auditoriyadan kənar saatlar
a) 42 saat MRTSİ b) 63 saat TSİ

Fənn haqqında

Bu fənn alternativ və bərpa olunan enerji mənbələrinin növlərini, onların iş prinsiplərini və tətbiq sahələrini öyrədir. Fənn çərçivəsində günəş, külək, su, geotermal və bioenerji sistemləri, enerji səmərəliliyi, ekoloji üstünlüklər və alternativ enerji texnologiyalarının dayanıqlı inkişafda rolu təhlil edilir.

Tədris metodları

  • interaktiv müzakirə
  • seminar
  • komanda işi
  • problem-based learning
  • təqdimatlar
  • case study
  • mühazirə

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Alternativ və bərpa olunan enerji mənbələrinin növlərini, iş prinsiplərini və tətbiq sahələrini izah edir.

  2. CLO 2: Alternativ enerji texnologiyalarının ətraf mühitə təsirlərini təhlil edir.

  3. CLO 3: FTN 4 (Texniki vəziyyətin proqnozlaşdırılması): Eksperimental verilənlər və monitorinq sistemlərinin nəticələri əsasında avadanlıqların qalıq resursunu (RUL — Remaining Useful Life) hesablayır, aşınma və sıradan çıxma dinamikasını proqnozlaşdırır.

  4. CLO 4: Alternativ enerji mənbələrinin seçilməsində texniki, iqtisadi və ekoloji meyarları tətbiq edir.

  5. CLO 5: Alternativ enerji sistemlərinin dayanıqlı inkişaf və enerji səmərəliliyində rolunu əsaslandırır.

  6. CLO 6: Ətraf mühitin mühafizəsinə yönəlmiş alternativ enerji həllərini təklif edir.

Mövzu planı

  1. 1.
    1. Giriş. Fənnin predmeti. Ümumi məlumat. Enerji anlayışı.Mühazirə

    Enerji ehtiyatı tükənməzdir. Həmin enerji ehtiyatı Günəş şüalarında, küləkdə, hərəkət edən müхtəlif maddə kütlələrində, yerin altındakı istilik mənbələrində, okeanlarda, faydalı qazıntı şəklində çıхarılan qaz, neft, daş kömür və s.-də toplanmışdır. Enerjinin digər tükənməz mənbəyi isə maddə atomlarının nüvələrindədir. Enerji və onun müxtəlif növləri. Mexaniki, kinetik, potensial enerji. Termodinamikanın qanunları

    • 2. Mexaniki, kinetik və potensial enerjinin xüsusiyyətlərini, çevrilmə qanunauyğunluqlarını və termodinamikanın əsas qanunlarını təhlil edir.
    • 1. Enerji anlayışını, onun əsas növlərini və təbiətdə mövcud olan bərpa olunan və bərpa olunmayan enerji mənbələrini izah edir.
  2. 2.
    2. Enerjiyə tələbatın artması. Adi elektrik ötürücü xətlərinin işçi məsafələriMühazirə

    Mühüm problemlərdən biri də elektrik enerjisinin ötürülməsi və paylanmasıdır. “Elektrik ötürücü xətt” deyəndə yerli yaxud paylayıcı elektrik şəbəkələrdən fərqli olaraq, daha böyük güclərin (onlarla, yüzlərlə Meqavatt) çox böyük məsafələrə (50 km–dən 1000 km qədər və daha çox) ötürülməsi nəzərdə tutulur.

    • 1. Enerjiyə tələbatın artmasının səbəblərini və bunun enerji sistemlərinin inkişafına təsirini izah edir.
    • 2. Elektrik enerjisinin ötürülməsi və paylanması prinsiplərini, elektrik ötürücü xətlərinin təyinatını və işçi məsafələrinin xüsusiyyətlərini təhlil edir.
  3. 3.
    3. Atmosferin mühafizəsi. Istixana effekti və ona qarşı tədbirlər.Mühazirə

    Turş yağışlar, smoq və fotokimyəvi duman İnsanın təsərrüfat fəaliyyətinin nəticəsində atmosferdə karbon qazının (CO2), azot oksidlərinin (NOx), karbohidrogenlərin (CH4), toz və rütubətinin miqdarı daima artır. Qazların “parnik effektində” payı. Yanacağın yandırılması. Meşələrin məhv edilməsi.

    • 2. Karbon qazı (CO₂), azot oksidləri (NOₓ), metan (CH₄) və digər çirkləndiricilərin atmosferə və iqlim dəyişikliklərinə təsirini təhlil edir.
    • 1. Atmosferin çirklənmə səbəblərini, istixana effekti, turş yağışlar, smoq və fotokimyəvi dumanın yaranma mexanizmini izah edir.
  4. 4.
    4. Bərpa olunan enerji mənbələri. Gələcək energetıkanın strukturu.Mühazirə

    Bərpa olunan enerji mənbələri. Gələcək energetıkanın strukturu. Üzvi və qeyri-üzvi yanacaqların getdikcə bahalaşması insanların digər enerji növlərindən istifadə etməsi. Hazırda Günəş və külək enerjilərindən, yeraltı-termal suların enerjisindən, aхan çayların, dənizlərdə və okeanlarda qabarma və çəkilmələrin enerjilərindən, dənizlərdə dərinliyin dəyişməsi ilə temperatur dəyişməsindən, yanacaq elementlərindən və s.-dən istifadə məsələləri gündən-günə aktuallaşır. Günəş enerjisindən bilavasitə elektrik enerjisi almağa imkan verən хüsusi çeviricilər, külək enerjisindən istifadə edərək elektrik enerjisi almaq üçün хüsusi külək elektrik stansiyaları yaradılması, tükənməz hidroehtiyatlardan istifadə etmək üçün çoхlu işlərin görülməsi.

    • 2. Bərpa olunan enerji texnologiyalarının gələcək energetika sistemindəki rolunu və ənənəvi enerji mənbələri ilə müqayisədə üstünlüklərini təhlil edir.
    • 1. Bərpa olunan enerji mənbələrinin (Günəş, külək, hidroenerji, geotermal, qabarma-çəkilmə və digər alternativ mənbələrin) xüsusiyyətlərini və iş prinsiplərini izah edir.
  5. 5.
    5. Külək enerjisindən istifadə edilməsi. Küləyin əmələ gəlməsi səbəbləri və göstəriciləri.Mühazirə

    Külək enerjisindən effektiv istifadəsinin mümkünlüyün qiymətləndirilməsi. Abşeronun külək rejimi. Dağların külək rejimi. Külək–elektrik qurğularının möhkəmliyi. külək qurğusunun qanadalarının aerodinamik xarakteristikaları. Aşağı sürətli “yavaşxodlu” külək mühərriklərin mexaniki möhkəmliyi

    • 2. Külək enerjisi potensialını, o cümlədən Abşeron və dağlıq ərazilərin külək rejimini təhlil edir, külək-elektrik qurğularının iş xüsusiyyətlərini qiymətləndirir.
    • 1. Küləyin yaranma səbəblərini, əsas göstəricilərini və külək enerjisindən istifadənin prinsiplərini izah edir.
  6. 6.
    6. Külək qurguların növləri. Külək qurguların ətraf mühitə təsiri.Mühazirə

    Maili fırlanma oxu ilə olan külək elektrik qurğusu. Şaquli fırlanma oxu ilə olan külək elektrik qurğusu. Külək qurğusunun istifadəsi. Külək enerjisinin istifadəsi əmsalı. Hava axımının kinetik enerjisi. Savoniusun külək mühərriki. Daryenin külək mühərriki. . Brizlərin əmələ gəlməsi. Mussonlar. Küləklərin sürəti. Yerin fırlanması nəticəsində əmələ gələn qüvvələr. Küləyin gücü və istiqaməti. Külək elektrik stansiyalarının yaratdığı ekoloji problemlər. Biomüxtəlifliyin pozulması.

    • 2. Savonius və Darrieus külək mühərriklərinin, hava axınının kinetik enerjisinin, küləyin sürəti və istiqamətinin külək qurğularının səmərəliliyinə təsirini təhlil edir.
    • 1. Külək qurğularının növlərini, iş prinsiplərini və külək enerjisinin elektrik enerjisinə çevrilməsi prosesini izah edir.
  7. 7.
    7. Külək enerjisini akumulyasiya edən sistemlərin növləri.Mühazirə

    Külək–ən güclü enerji mənbəyi kimi. Külək energetikanın inkişaf dərəcəsi və külək qurğuları. Külək qurğularının texniki və istismar parametrləri. Külək mühərrikləri və qurğuları.

    • 1. Külək enerjisinin akkumulyasiya sistemlərinin növlərini, iş prinsiplərini və tətbiq sahələrini izah edir.
    • 2. Külək qurğularının texniki və istismar parametrlərini, külək mühərriklərinin xüsusiyyətlərini və enerji istehsalında səmərəliliyini təhlil edir.
  8. 8.
    8. Günəşdə gedən proseslər.Yer səthində günəş şüalanması.Mühazirə

    Günəş sistemi. Günəşlə Yer arasındakı orta məsafə. Günəşin quruluşu və əmələ gəlməsi. Günəşin mərkəzindən 700 000 km məsafədə yerləşən fotosfera təbəqəsi. Günəş atmosferini təşkil edən qaz təbəqəsi. Günəşin şüalanma enerjisinin əsasını hidrogen nüvələrinin birləşməsi reaksiyası

    • 2. Yer səthinə çatan Günəş şüalanmasının xüsusiyyətlərini və ona təsir edən amilləri təhlil edir.
    • 3. Günəş enerjisinin enerji istehsalında və bərpa olunan enerji mənbəyi kimi əhəmiyyətini qiymətləndirir, praktik tətbiq imkanlarını əsaslandırır.
    • 1.Günəşin quruluşunu, Günəşdə gedən əsas fiziki prosesləri və Günəş şüalanmasının yaranma mexanizmini izah edir.
  9. 9.
    9. Günəş enerjisindən istifadə edilməsi.Suyun qızdırılması üçün günəş istilik sistemləri.Günəş kollektorları.Mühazirə

    Günəş istilik sistemləri passiv və aktiv olması. Passiv sistemlər. Aktiv istilik günəş sistemləri. Günəş radiasiyasının təsiri. “İzləyən” sistemlər. Günəş enerjisinin foto və termo–elektrik çevrilməsi. “Günəş arxitekturasının” rolu. Günəş radiasiyasının müxtəlif səthlərə təsirinin miqdarı xarakteristikası.

    • 1. Günəş enerjisindən istifadə üsullarını və günəş istilik sistemlərinin (passiv və aktiv) iş prinsipini izah edir.
    • 2. Günəş kollektorlarının, suyun qızdırılması sistemlərinin, fotoelektrik və termoelektrik çevrilmə texnologiyalarının tətbiq sahələrini və səmərəliliyini qiymətləndirir.
  10. 10.
    10. Kollektorların boru kəmərləri və istilik akumulyatorlarMühazirə

    Düz (yastı) və fokuslayıcı (konsentratorlu) kollektorlar. Su qızdıran kollektorlar. Effektiv borular. Hermetik sistemlər. Kollektorların layihələşdirilməsi. Korroziyaya qarşı borular. Optimal akumulyasiya. Real (hiss olunan) istilik akumulyasiyası və gizli akumulyasiya. Akumulyasiya edilmiş istilik enerjisi.

    • 1. Günəş kollektorlarının (düz və fokuslayıcı), boru kəmərlərinin və istilik akkumulyatorlarının quruluşunu, iş prinsipini və funksiyalarını izah edir.
    • 2. Su qızdıran kollektorların, hermetik sistemlərin, effektiv boruların və korroziyaya qarşı mühafizə üsullarının tətbiq xüsusiyyətlərini qiymətləndirir.
  11. 11.
    11. Günəş fotoelementlərin iş prinsipi. Fotoelementlərin istehsalı.Mühazirə

    Elektrik gərginliyi. Elektrik cərəyanın gücü. Ardıcıl birləşmə. Fotoelementin xarakteristikaları. Fotoelementin paralel birləşməsi. Fotoelementlərin ardıcıl elektrik birləşməsi. Fotoelementlərin qarışıq birləşmələri.

    • 1. Günəş fotoelementlərinin quruluşunu, iş prinsipini və istehsal texnologiyasının əsas mərhələlərini izah edir.
    • 2. Fotoelementlərin elektrik xarakteristikalarını (elektrik gərginliyi, cərəyan gücü və çıxış gücü) təhlil edir və onların iş rejimini qiymətləndirir.
  12. 12.
    Günəş fotoelementlərin iş prinsipi. Fotoelementlərin istehsalı.Mühazirə

    Elektrik gərginliyi. Elektrik cərəyanın gücü. Ardıcıl birləşmə. Fotoelementin xarakteristikaları. Fotoelementin paralel birləşməsi. Fotoelementlərin ardıcıl elektrik birləşməsi. Fotoelementlərin qarışıq birləşmələri.

  13. 13.
    12. Günəş generatoru, elektrik yükü. Elektrik akumulyatorlar.Mühazirə

    Günəş batareyalarının faydalı iş əmsalı. Fotogeneratorlar. Fotogeneratorun elektrik enerjisi. Günəş batareyasının Volt–amper xarakteristikası. Fotoelektrik hərəkət qüvvəsi. Akumulyasiya.

    • 1. Günəş generatorlarının, fotogeneratorların və elektrik akkumulyatorlarının quruluşunu, iş prinsipini və qarşılıqlı əlaqəsini izah edir.
    • 2. Günəş batareyalarının faydalı iş əmsalını, volt-amper xarakteristikasını və fotoelektrik hərəkət qüvvəsinin enerji istehsalına təsirini təhlil edir.
  14. 14.
    13. Günəşə istiqamətlənmə avtomatik sistemləri. Günəş qurguların ətraf mühitə təsiri. Qüllə tipli günəş istilik elektrik stansiyası.Mühazirə

    Günəş elementləri. Günəş batareyası. İzləyici sistem. Yerin fırlanması. Günəş şüalanmasının intensivliyi. Ekvatorial izləyici sistemlər. Foto–elektrik çevirilmə. Heliostat sistem. Azimutal izləyici sistem. Qüllə tipli Günəş elektrik stansiyaların tikilməsi. Yastı güzgülər. Qüllənin hündürlüyü. Konsentrasiya edən kollektorlar. Heliostatlar. Günəş peçləri. Enerji istehsalı.

    • 2. Qüllə tipli günəş istilik elektrik stansiyalarının, heliostat sistemlərinin, konsentrasiya edən kollektorların və günəş peçlərinin quruluşunu, iş prinsipini və tətbiq sahələrini təhlil edir.
    • 1. Günəşə avtomatik istiqamətlənmə (izləyici) sistemlərinin iş prinsipini, növlərini (azimutal və ekvatorial) və enerji istehsalında rolunu izah edir.
  15. 15.
    14. Geotermal enerji mənbələri haqqında ümumi məlumat .Mühazirə

    Geotermal enerji mənbələri haqqında ümumi məlumat Geotermal enerji. Geotermal enerjinin miqdarı. Geotermal suların enerjisi. Geotermal istilik mənbələri ilə zəngin olan ölkələr. Geotermal sulardan istifadə üsulları. Yeraltı geotermik ehtiyatların üç forması: isti su, isti parçalanmış süxurlar, quru isti daşlar.geotermal isti suların temperaturlarına görə növləri: epitermal, mezotermal, hipetermal. Bu növlərin istilik rejimləri

    • 2. Geotermal suların istifadə üsullarını, yeraltı geotermik ehtiyatların formalarını (isti su, isti parçalanmış süxurlar, quru isti daşlar) və onların tətbiq sahələrini təhlil edir.
    • 1. Geotermal enerji mənbələrinin yaranma xüsusiyyətlərini, geotermal enerjinin növlərini və dünya üzrə yayılmasını izah edir.
  16. 16.
    15. Okean enerjisinin növləri.Okean və dənizlərin enerjisindən istifadə edilməsi. Dəniz dalgaların enerjisi.Mühazirə

    Okean enerjisinin elektrik enerjisinə çevrilməsi yolları. Okeanda akumulyasiya olunan istilik enerjisi. Okean qatlarının temperatur fərqi. Dəniz dalğalarının enerjisi. Dalğaların enerjisinin pnevmatik çeviricisi. Dalğa–elektrik stansiyalarının gücü. Dalğa cəbhəsinin uzunluq vahidi

    • 2. Okean enerjisinin elektrik enerjisinə çevrilməsi üsullarını, dəniz dalğalarının enerjisindən istifadə prinsiplərini və pnevmatik çeviricilərin iş mexanizmini təhlil edir.
    • 1. Okean və dəniz enerjisinin növlərini, onların yaranma mexanizmini və bərpa olunan enerji mənbəyi kimi əhəmiyyətini izah edir.
  17. 17.

Ədəbiyyat

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5