Fənn · Ekologiya mühəndisliyi

Alternativ enerji mənbələri

İFS-4185y5 kreditPayız semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

5

İş yükü

150saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Bu fənn alternativ və bərpa olunan enerji mənbələrinin növlərini, onların iş prinsiplərini və tətbiq sahələrini öyrədir. Fənn çərçivəsində günəş, külək, su, geotermal və bioenerji sistemləri, enerji səmərəliliyi, ekoloji üstünlüklər və alternativ enerji texnologiyalarının dayanıqlı inkişafda rolu təhlil edilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Alternativ və bərpa olunan enerji mənbələrinin növlərini, iş prinsiplərini və tətbiq sahələrini izah edir.

  2. CLO 2: Alternativ enerji texnologiyalarının ətraf mühitə təsirlərini təhlil edir.

  3. CLO 3: FTN 4 (Texniki vəziyyətin proqnozlaşdırılması): Eksperimental verilənlər və monitorinq sistemlərinin nəticələri əsasında avadanlıqların qalıq resursunu (RUL — Remaining Useful Life) hesablayır, aşınma və sıradan çıxma dinamikasını proqnozlaşdırır.

  4. CLO 4: Alternativ enerji mənbələrinin seçilməsində texniki, iqtisadi və ekoloji meyarları tətbiq edir.

  5. CLO 5: Alternativ enerji sistemlərinin dayanıqlı inkişaf və enerji səmərəliliyində rolunu əsaslandırır.

  6. CLO 6: Ətraf mühitin mühafizəsinə yönəlmiş alternativ enerji həllərini təklif edir.