Fənn · Ekologiya mühəndisliyi

Mühəndis qrafikasıMövzu planı

İF-3935y6 kreditPayız semestriMəcburi

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

30 mövzu
  1. 1. Mühəndis qrafikasının predmeti. Çertyojların tərtibi üçün bəzi standartlar. Həndəsi qurmalar.(M)

    Mühazirə
  2. 2. Nöqtə. Nöqtənin ortoqonal proyeksiyaları. Düz xəttin proyek¬si¬ya¬ları, izləri və əsl boyunun təyini (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu). Nöqtənin düz xəttə mənsub olması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətləri. (M)

    Mühazirə
  3. 3. Müstəvinin verilmə üsulları. Nöqtə və xəttin müstəviyə mənsub olması. Müstəvilə düz xəttin və iki müstəvinin qarşılıqlı vəziyyəti. (M)

    Mühazirə
  4. 4. Çoxüzlülər və fırlanma səthlərinin ortoqonal proyeksiyaları. Nöqtə və xətlərin səthlərə mənsubluğu. Səthlərin düz xət və müstəvilə kəsişməsi (xüsusi hal). (M)

    Mühazirə
  5. 5. Çoxüzlülər və fırlanma səthlərinin ortoqonal proyeksiyaları. Nöqtə və xətlərin səthlərə mənsubluğu. Səthlərin düz xət və müstəvilə kəsişməsi (xüsusi hal). (M)

    Mühazirə
  6. 6. Detal birləşmələri haqqında ümumi məlumat. Detallarda və birləşmələrdə yivlərin təsviri və işarə olunması. Standart yivli detalların cizgisi. Detal birləşmələrində istifadə edilən emprik düsturlar. Qaynaq, lehim və yapışqan birləşmələrinin çertyojda təsviri. Digər növ birləşmələr və ötürmələrin cizgidə təsviri.(M)

    Mühazirə
  7. 7. Eskizlər və işçi çertyojlar. Yığım vahidinin tərtibi ardıcıllığı. Yığım vahidinin ümumi görünüş çertyoju şərtiliklər və sadələşmələr haqqında. Təsnifat cədvəli. Yığım vahidinin oxunması və hissələrə ayrılması ardıcıllığı.(M)

    Mühazirə
  8. 8. Çertyoj standartları: formatlar, miqyaslar, xətlərin növləri, şriftlər, materialların şərti işarələri, çertyojda ölçülərin göstərilməsi. Əsas yazının yerinə yetirilməsi.(S)

    Məşğələ
  9. 9. Həndəsi qurmalar. Qovuşmalar. İki düz xəttin qovuşması. Düz xətlə çevrənin və iki çevrənin qovuşması. Sadə konturların çəkil¬məsinə aid məşğələ. Sərbəst işin tapşırıqlarının verilməsi və izahı (1-ci məsələ).(S)

    Məşğələ
  10. 10. Maillik və konusluğun qurulması (xətkeş və pərgardan və ya AutoCAD proqramından istifadə etməklə). sərbət işin tapşırıqlarının verilməsi və izahı (2-ci məsələ(S)

    Məşğələ
  11. 11. Çertyojların tərtibinin nəzəri əsasları. Nöqtənin ortoqonal proyek¬siyaları. Ümumi və xüsusi vəziyyətdə olan nöqtələrin təsviri sərbət işin tapşırıqlarının verilməsi və izahı (3-cüi məsələ)(S)

    Məşğələ
  12. 12. Duz xəttin kompleks çertyoju, xüsusi vəziyyətləri, izləri haqqında. Proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu ilə düz xətt parçasının əsl boyunun qurulması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətinə aid məşğələ.(S)

    Məşğələ
  13. 13. Müstəvinin verilmə üsulları və xüsusi vəziyyətli müs¬təvilər. Düz xəttin və nöqtənin müstəviyə mənsub olması (xüsusi hal). Düz xətlə müstəvinin və iki müstəvinin kəsişməsinə aid məşğələ (xüsusi hal).(S)

    Məşğələ
  14. 14. Səthlərin (prizma, piramida, silindr, konus) çertyojda təsviri. Nöqtə və xəttin səthlərə mənsub olması. Səthlərin müstəvi və düz xətlə kəsişməsi (xüsusi hal). sərbət işin tapşırıqlarının verilməsi və izahı (4-cü məsələ)(S)

    Məşğələ
  15. 15. Çertyojda təsvirlər: görünüşlər, kəsiklər, en kəsiklər. Sadə fəza fiqurlarının görünüşlərinin qurulmasına aid fərdi tapşırıgların yerinə yetirilməsi. 1 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (5-ci məsələ, ənənəvi üsulla və AutoCAD proqramında).(S)

    Məşğələ
  16. 16. Kvadrat, çevrənin və naturadan verilmiş detalın aksonometrik proyeksiyaları. 1 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (6-ci məsələ).(S)

    Məşğələ
  17. 17. Birləşmələr haqda ümumi məlumat. Yivli birləşmələr və onun ele¬ment-lərinin cizgilərinin tərtibinə (bolt, qayka, vint) aid ənənəvi üsulla və ya AutoCAD proqramında 2D cizgi kimi yerinə yetirilməsinə aid məş¬ğələ. Sİ №4-ün tapşırığının verilməsi (1-ci məsələ)(S)

    Məşğələ
  18. 18. Yivli birləşmələr. Emprik düsturlardan istifadə etməklə bolt, vint birləşməsi və onun elementlərinin cizgilərinin tərtibinə aid məşğələ. (S)

    Məşğələ
  19. 19. Sökülməyən birləşmələr, birləşmələrin digər növləri və ötürmələr. Qaynaq, lehim, yapışqan birləşmələrinin təsviri və işarə olunmasına aid məşğələ. (S)

    Məşğələ
  20. 20. Eskizlər. Eskizlər haqqında məlumat, yerinə-yetirilməsi ardıcıllığı və tətbiq sahələri. Naturadan verilmiş yivli detalın eskizinin çəkilməsi ardıcıllığı. Sİ №5-in tapşırığının verilməsi (1-ci məsələ)(S)

    Məşğələ
  21. 21. Yığımın ümumi görünüş cizgisi. Yığım cizgisində istifadə edilən şərtiliklər və sadələşdirmələr. Yığım vahidinin ümumi görünüş cizgi¬sinin oxunması və hissələnməsinə aid məşğələ. Sİ №5-in tapşırığının verilməsi (2-ci məsələ)(S)

    Məşğələ
  22. 22. Müasir komputer texnologiyalarında vektor qrafika haqqında ümumi məlumat. AutoCAD proqramında 3D modeldən avtomatik 2D cizgilərin qurulması və çapı.(M) Yığım vahidinin ümumi görünüş cizgi¬sinin oxunması və hissələn¬mə-sinə aid məşğələ(S)

    Məşğələ
  23. 23. LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.

    Laboratoriya
  24. 24. LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.

    Laboratoriya
  25. 25. LAB. №2. AutoCAD proqramında 2D-də çəkmə, redaktəetmə, ölçülərin qoyulması və həndəsi qurmalardan istifadə etməklə KSVS-uyğun konturların çəkilməsi və ölçülərinin qoyulması.

    Laboratoriya
  26. 26. LAB. №2. AutoCAD proqramında 2D-də çəkmə, redaktəetmə, ölçülərin qoyulması və həndəsi qurmalardan istifadə etməklə KSVS-uyğun konturların çəkilməsi və ölçülərinin qoyulması.

    Laboratoriya
  27. 27. LAB.№3. Üçbucaq müstəvisinin kompleks cizgisinin çəkilməsi (L)

    Laboratoriya
  28. 28. LAB. №3. AutoCAD proqramında verilmiş modelin iki görünüşünə görə üçüncü görünüşünün, lazımı kəsiklərinin verilməsi və stillərdən istifadə etməklə ölçülərin qoyulması.

    Laboratoriya
  29. 29. LAB. №4. AutoCAD proqramında 3D modellərin yaradılması, redaktəsi və realistik görünüş üçün vasitələrdən istifadə etməklə verilmiş 3D modelin qurulması, dizaynı, avtomatik 2D cizgilərinin alınması, çapı.

    Laboratoriya
  30. 30. LAB. №4. AutoCAD proqramında 3D modellərin yaradılması, redaktəsi və realistik görünüş üçün vasitələrdən istifadə etməklə verilmiş 3D modelin qurulması, dizaynı, avtomatik 2D cizgilərinin alınması, çapı.

    Laboratoriya