Ümumi məlumat
- Fənn kodu
- İF-3935y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- mühazirə-15 saat, seminar- 30 saat, laboratoriya- 15 saat
- Auditoriyadan kənar saatlar
- 120 saat
Fənn haqqında
«Mühəndis qrafikası» fənni 050606 – «Ekologiya mühəndisliyi» ixtisası üzrə baka-lavriat pilləsində təhsil alan tələbələr üçün tədris olunan ixtisaslaşmanın ixtisas fənlərinə aid edilir. Ali-texniki məktəblərdə tədris olunan bir sıra ümumtexniki fənlər içərisində mexaniki profilli istiqamətlərdə tədris olunan «Mühəndis qrafikası» fənnin xüsusi yeri vardır. Yüksək ixtisaslı texniki kadrların hazırlanmasında əhəmiyyətli rol oynayan bu fənn dövlət stan-dartının (QOST) - Konstruktor Sənədlərinin Vahid Sisteminin (KSVS) və standarlaş¬dırma üzrə beynəlxalq təşkilatın (İSO) tələblərinə cavab verə biləcək texniki çertyojların tərtibinin nəzəri və təcrübü əsaslarının öyrənilməsilə məşğul olur. Müasir kompüter qrafikasında 3D modellərin yaradılması və onlar əsasında KSVS əsasında 2D cizgilərin avtomatik alınması əsas yer tutur.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Mühəndis qrafikasının əsas anlayışlarını, prinsiplərini və standartlarını izah edə biləcək. Nöqtə, düz xətt, müstəvi və həndəsi cisimlərin proyeksiyalarını düzgün qura biləcək. Texniki çertyojları oxuya, təhlil edə və onların əsas elementlərini müəyyən edə biləcək. Detalların görünüşlərini, kəsiklərini və sadə texniki təsvirlərini mühəndis qrafikası qaydalarına uyğun hazırlaya biləcək. Çertyojlarda miqyas, ölçüləndirmə, şərti işarələr və digər qrafik təsvir vasitələrindən düzgün istifadə edə biləcək. Mühəndis qrafikası məsələlərini proyeksiya və həndəsi qurma üsullarından istifadə etməklə həll edə biləcək. Müasir kompüter qrafikası və CAD proqramlarından istifadə etməklə ikiölçülü və üçölçülü texniki təsvirlər hazırlaya biləcək.
Mövzu planı
- 1.Mühəndis qrafikasının predmeti. Çertyojların tərtibi üçün bəzi standartlar. Həndəsi qurmalar.(M)Mühazirə
- 2.Nöqtə. Nöqtənin ortoqonal proyeksiyaları. Düz xəttin proyek¬si¬ya¬ları, izləri və əsl boyunun təyini (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu). Nöqtənin düz xəttə mənsub olması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətləri. (M)Mühazirə
- 3.Müstəvinin verilmə üsulları. Nöqtə və xəttin müstəviyə mənsub olması. Müstəvilə düz xəttin və iki müstəvinin qarşılıqlı vəziyyəti. (M)Mühazirə
- 4.Çoxüzlülər və fırlanma səthlərinin ortoqonal proyeksiyaları. Nöqtə və xətlərin səthlərə mənsubluğu. Səthlərin düz xət və müstəvilə kəsişməsi (xüsusi hal). (M)Mühazirə
- 5.Çoxüzlülər və fırlanma səthlərinin ortoqonal proyeksiyaları. Nöqtə və xətlərin səthlərə mənsubluğu. Səthlərin düz xət və müstəvilə kəsişməsi (xüsusi hal). (M)Mühazirə
- 6.Detal birləşmələri haqqında ümumi məlumat. Detallarda və birləşmələrdə yivlərin təsviri və işarə olunması. Standart yivli detalların cizgisi. Detal birləşmələrində istifadə edilən emprik düsturlar. Qaynaq, lehim və yapışqan birləşmələrinin çertyojda təsviri. Digər növ birləşmələr və ötürmələrin cizgidə təsviri.(M)Mühazirə
- 7.Eskizlər və işçi çertyojlar. Yığım vahidinin tərtibi ardıcıllığı. Yığım vahidinin ümumi görünüş çertyoju şərtiliklər və sadələşmələr haqqında. Təsnifat cədvəli. Yığım vahidinin oxunması və hissələrə ayrılması ardıcıllığı.(M)Mühazirə
- 8.Çertyoj standartları: formatlar, miqyaslar, xətlərin növləri, şriftlər, materialların şərti işarələri, çertyojda ölçülərin göstərilməsi. Əsas yazının yerinə yetirilməsi.(S)Məşğələ
- 9.Həndəsi qurmalar. Qovuşmalar. İki düz xəttin qovuşması. Düz xətlə çevrənin və iki çevrənin qovuşması. Sadə konturların çəkil¬məsinə aid məşğələ. Sərbəst işin tapşırıqlarının verilməsi və izahı (1-ci məsələ).(S)Məşğələ
- 10.Maillik və konusluğun qurulması (xətkeş və pərgardan və ya AutoCAD proqramından istifadə etməklə). sərbət işin tapşırıqlarının verilməsi və izahı (2-ci məsələ(S)Məşğələ
- 11.Çertyojların tərtibinin nəzəri əsasları. Nöqtənin ortoqonal proyek¬siyaları. Ümumi və xüsusi vəziyyətdə olan nöqtələrin təsviri sərbət işin tapşırıqlarının verilməsi və izahı (3-cüi məsələ)(S)Məşğələ
- 12.Duz xəttin kompleks çertyoju, xüsusi vəziyyətləri, izləri haqqında. Proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu ilə düz xətt parçasının əsl boyunun qurulması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətinə aid məşğələ.(S)Məşğələ
- 13.Müstəvinin verilmə üsulları və xüsusi vəziyyətli müs¬təvilər. Düz xəttin və nöqtənin müstəviyə mənsub olması (xüsusi hal). Düz xətlə müstəvinin və iki müstəvinin kəsişməsinə aid məşğələ (xüsusi hal).(S) Məşğələ
- 14.Səthlərin (prizma, piramida, silindr, konus) çertyojda təsviri. Nöqtə və xəttin səthlərə mənsub olması. Səthlərin müstəvi və düz xətlə kəsişməsi (xüsusi hal). sərbət işin tapşırıqlarının verilməsi və izahı (4-cü məsələ)(S)Məşğələ
- 15.Çertyojda təsvirlər: görünüşlər, kəsiklər, en kəsiklər. Sadə fəza fiqurlarının görünüşlərinin qurulmasına aid fərdi tapşırıgların yerinə yetirilməsi. 1 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (5-ci məsələ, ənənəvi üsulla və AutoCAD proqramında).(S)Məşğələ
- 16.Kvadrat, çevrənin və naturadan verilmiş detalın aksonometrik proyeksiyaları. 1 №-li sərbət işin tapşırıqlarının verilməsi və izahı (6-ci məsələ).(S)Məşğələ
- 17.Birləşmələr haqda ümumi məlumat. Yivli birləşmələr və onun ele¬ment-lərinin cizgilərinin tərtibinə (bolt, qayka, vint) aid ənənəvi üsulla və ya AutoCAD proqramında 2D cizgi kimi yerinə yetirilməsinə aid məş¬ğələ. Sİ №4-ün tapşırığının verilməsi (1-ci məsələ)(S)Məşğələ
- 18.Yivli birləşmələr. Emprik düsturlardan istifadə etməklə bolt, vint birləşməsi və onun elementlərinin cizgilərinin tərtibinə aid məşğələ. (S)Məşğələ
- 19.Sökülməyən birləşmələr, birləşmələrin digər növləri və ötürmələr. Qaynaq, lehim, yapışqan birləşmələrinin təsviri və işarə olunmasına aid məşğələ. (S)Məşğələ
- 20.Eskizlər. Eskizlər haqqında məlumat, yerinə-yetirilməsi ardıcıllığı və tətbiq sahələri. Naturadan verilmiş yivli detalın eskizinin çəkilməsi ardıcıllığı. Sİ №5-in tapşırığının verilməsi (1-ci məsələ)(S)Məşğələ
- 21.Yığımın ümumi görünüş cizgisi. Yığım cizgisində istifadə edilən şərtiliklər və sadələşdirmələr. Yığım vahidinin ümumi görünüş cizgi¬sinin oxunması və hissələnməsinə aid məşğələ. Sİ №5-in tapşırığının verilməsi (2-ci məsələ)(S)Məşğələ
- 22.Müasir komputer texnologiyalarında vektor qrafika haqqında ümumi məlumat. AutoCAD proqramında 3D modeldən avtomatik 2D cizgilərin qurulması və çapı.(M) Yığım vahidinin ümumi görünüş cizgi¬sinin oxunması və hissələn¬mə-sinə aid məşğələ(S)Məşğələ
- 23.LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.Laboratoriya
- 24.LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.Laboratoriya
- 25.LAB. №2. AutoCAD proqramında 2D-də çəkmə, redaktəetmə, ölçülərin qoyulması və həndəsi qurmalardan istifadə etməklə KSVS-uyğun konturların çəkilməsi və ölçülərinin qoyulması.Laboratoriya
- 26.LAB. №2. AutoCAD proqramında 2D-də çəkmə, redaktəetmə, ölçülərin qoyulması və həndəsi qurmalardan istifadə etməklə KSVS-uyğun konturların çəkilməsi və ölçülərinin qoyulması.Laboratoriya
- 27.LAB.№3. Üçbucaq müstəvisinin kompleks cizgisinin çəkilməsi (L)Laboratoriya
- 28.LAB. №3. AutoCAD proqramında verilmiş modelin iki görünüşünə görə üçüncü görünüşünün, lazımı kəsiklərinin verilməsi və stillərdən istifadə etməklə ölçülərin qoyulması.Laboratoriya
- 29.LAB. №4. AutoCAD proqramında 3D modellərin yaradılması, redaktəsi və realistik görünüş üçün vasitələrdən istifadə etməklə verilmiş 3D modelin qurulması, dizaynı, avtomatik 2D cizgilərinin alınması, çapı.Laboratoriya
- 30.LAB. №4. AutoCAD proqramında 3D modellərin yaradılması, redaktəsi və realistik görünüş üçün vasitələrdən istifadə etməklə verilmiş 3D modelin qurulması, dizaynı, avtomatik 2D cizgilərinin alınması, çapı.Laboratoriya
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 20 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |
| laboratoriya | Fənn üzrə laboratoriya işlərinin yerinə yetirilməsi | 10 bal |