Fənn · Ekologiya mühəndisliyi

Mühəndis qrafikası

İF-3935y6 kreditPayız semestriMəcburi

Fənn haqqında

Kredit

6

İş yükü

180saat

Semestr

Payız

Tədris ili

—

Fənnin təsviri

«Mühəndis qrafikası» fənni 050606 – «Ekologiya mühəndisliyi» ixtisası üzrə baka-lavriat pilləsində təhsil alan tələbələr üçün tədris olunan ixtisaslaşmanın ixtisas fənlərinə aid edilir. Ali-texniki məktəblərdə tədris olunan bir sıra ümumtexniki fənlər içərisində mexaniki profilli istiqamətlərdə tədris olunan «Mühəndis qrafikası» fənnin xüsusi yeri vardır. Yüksək ixtisaslı texniki kadrların hazırlanmasında əhəmiyyətli rol oynayan bu fənn dövlət stan-dartının (QOST) - Konstruktor Sənədlərinin Vahid Sisteminin (KSVS) və standarlaş¬dırma üzrə beynəlxalq təşkilatın (İSO) tələblərinə cavab verə biləcək texniki çertyojların tərtibinin nəzəri və təcrübü əsaslarının öyrənilməsilə məşğul olur. Müasir kompüter qrafikasında 3D modellərin yaradılması və onlar əsasında KSVS əsasında 2D cizgilərin avtomatik alınması əsas yer tutur.

Fənn təlim nəticələri

  1. CLO 1: Mühəndis qrafikasının əsas anlayışlarını, prinsiplərini və standartlarını izah edə biləcək. Nöqtə, düz xətt, müstəvi və həndəsi cisimlərin proyeksiyalarını düzgün qura biləcək. Texniki çertyojları oxuya, təhlil edə və onların əsas elementlərini müəyyən edə biləcək. Detalların görünüşlərini, kəsiklərini və sadə texniki təsvirlərini mühəndis qrafikası qaydalarına uyğun hazırlaya biləcək. Çertyojlarda miqyas, ölçüləndirmə, şərti işarələr və digər qrafik təsvir vasitələrindən düzgün istifadə edə biləcək. Mühəndis qrafikası məsələlərini proyeksiya və həndəsi qurma üsullarından istifadə etməklə həll edə biləcək. Müasir kompüter qrafikası və CAD proqramlarından istifadə etməklə ikiölçülü və üçölçülü texniki təsvirlər hazırlaya biləcək.