Fənn · Ekologiya mühəndisliyi

Ekoloji sistemlərin modelləşdirilməsiMövzu planı

İF-3087y5 kreditYaz semestriMəcburi2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

36 mövzu
  1. 1. Mövzu:2 Ekoloji sistemlərdə tətbiq edilən riyazi modellərin təsnifatı

    Mühazirə

    Modelləşdirmənin formaları, Fiziki modelləşdirmə, Analoq modelləşdirmə, İntuitiv modelləşdirmə, İşarə modelləşdirmə, Fiziki və riyazi modelləşdirmə

    Mövzu təlim nəticələri

    • Ekoloji sistemlərdə riyazi modelləşdirmənin mahiyyətini və onun ətraf mühit problemlərinin həllində rolunu izah edir. Riyazi modellərin əsas təsnifatını (deterministik, stoxastik, statik, dinamik, diskret, fasiləsiz, empirik və mexanistik modellər) fərqləndirir. Müxtəlif model növlərinin üstünlüklərini və məhdudiyyətlərini müqayisə edir.
    Mənbəyə keç: Mövzu:2 Ekoloji sistemlərdə tətbiq edilən riyazi modellərin təsnifatı (yeni pəncərədə açılır)
  2. 2. Mövzu:3 Ekoloji sistemlər və modellərin tətbiqi

    Mühazirə

    Ekosistemlərin tərkibi və funksiyaları, Ekosistem dinamikası, Ekoloji modellərin əsasları, Ekosistem modellərinin tətbiqi

    Mövzu təlim nəticələri

    • Ekoloji sistemlərin quruluşunu, komponentlərini və fəaliyyət prinsiplərini izah edir. Ekoloji sistemlərin tədqiqində istifadə olunan riyazi modellərin tətbiq sahələrini müəyyən edir. Müxtəlif ekoloji problemlərin həlli üçün uyğun model seçir və seçimini əsaslandırır.
    Mənbəyə keç: Mövzu:3 Ekoloji sistemlər və modellərin tətbiqi (yeni pəncərədə açılır)
  3. 3. Mövzu:4 İqtisadi-riyazi modelləşmə prosesi və təsnifatı

    Mühazirə

    İqtisadi-riyazi modelləşmə prosesi haqqında ümumi məlumat, Modelləşdirilən sistemin funksiyaları, Modelləşdirilən sistemin imkanları

    Mövzu təlim nəticələri

    • İqtisadi-riyazi modelləşdirmənin mahiyyətini, məqsədini və tətbiq sahələrini izah edir. İqtisadi-riyazi modelləşmə prosesinin əsas mərhələlərini (problemin müəyyən edilməsi, modelin qurulması, parametr seçimi, həlli, yoxlanılması və nəticələrin təhlili) təsvir edir. İqtisadi-riyazi modellərin əsas təsnifatını (deterministik, stoxastik, statik, dinamik, xətti, qeyri-xətti, diskret və fasiləsiz modellər) fərqləndirir.
    Mənbəyə keç: Mövzu:4 İqtisadi-riyazi modelləşmə prosesi və təsnifatı (yeni pəncərədə açılır)
  4. 4. Mövzu:5 Sistem anlayışı haqqında ümumi məlumat. Sistemli yanaşma

    Mühazirə

    Sistem anlayışı və onun vacib xüsusiyyətləri, Tətbiq sahələrinə görə modellərin siniflərə bölünməsi, Sistemli analiz və onun mərhələləri

    Mövzu təlim nəticələri

    • Sistem anlayışını, onun əsas xüsusiyyətlərini və elementlərini izah edir. Sistemlərin növlərini (açıq, qapalı, statik, dinamik, sadə və mürəkkəb sistemlər) fərqləndirir. Sistemli yanaşmanın mahiyyətini, prinsiplərini və əhəmiyyətini izah edir.
    Mənbəyə keç: Mövzu:5 Sistem anlayışı haqqında ümumi məlumat. Sistemli yanaşma (yeni pəncərədə açılır)
  5. 5. Mövzu:6 Texnoloji proseslərin identifikasiyası və Texnoloji sistem

    Mühazirə

    Texnoloji proseslərin identifikasiyası ilə bağlı ümumi məlumat, Kimya-texnoloji proseslərini tədqiq etmək üçün əsas istiqamətlər, Kimya texnoloji obyekt adətən müxtəlif faktorların təsiri altında

    Mövzu təlim nəticələri

    • Texnoloji proseslərin identifikasiyasının mahiyyətini, məqsədini və əhəmiyyətini izah edir. Texnoloji sistem anlayışını, onun strukturunu və əsas komponentlərini təsvir edir. Texnoloji proseslərin identifikasiyası mərhələlərini (məlumatların toplanması, modelin seçilməsi, parametr qiymətləndirilməsi və modelin yoxlanılması) izah edir.
    Mənbəyə keç: Mövzu:6 Texnoloji proseslərin identifikasiyası və Texnoloji sistem (yeni pəncərədə açılır)
  6. 6. Mövzu:7 Riyazi modellərin qurulmasının əsas istiqamətləri

    Mühazirə

    İlkin məlumatların toplanması, Kimya texnoloji proseslərin riyazi modellərinin qurulması, Əsas statistik materialların yığılması qaydasından asılı olaraq eksperimentin qoyulmasının passiv və aktiv eksperiment üsulları

    Mövzu təlim nəticələri

    • Riyazi modellərin qurulmasının məqsədini, mahiyyətini və əsas prinsiplərini izah edir. Riyazi modellərin qurulmasının əsas istiqamətlərini (analitik, statistik, eksperimental, simulyasiya və optimallaşdırma yanaşmaları) fərqləndirir. Modelin qurulması mərhələlərini (problemin qoyuluşu, fərziyyələrin müəyyən edilməsi, dəyişənlərin və parametrlərin seçilməsi, modelin formalaşdırılması, yoxlanılması və təkmilləşdirilməsi) təsvir edir.
    Mənbəyə keç: Mövzu:7 Riyazi modellərin qurulmasının əsas istiqamətləri (yeni pəncərədə açılır)
  7. 7. Mövzu:8 Modelləşdirmə prosesində kompüterin rolu

    Mühazirə

    Modelləşdirmə prosesində kompüterin istifadəsi və onun mühüm rolu, Kompüter (imitasiya) modelləşdirməsinin mərhələləri, Modellərin yaradılmasının universal instrumental vasitələri

    Mövzu təlim nəticələri

    • Modelləşdirmə prosesində kompüter texnologiyalarının rolunu və əhəmiyyətini izah edir. Riyazi modellərin qurulması, hesablanması və təhlilində istifadə olunan proqram vasitələrini müəyyən edir. Kompüter əsaslı modelləşdirmə mərhələlərini (məlumatların daxil edilməsi, modelin qurulması, simulyasiya, nəticələrin emalı və vizuallaşdırılması) təsvir edir.
    Mənbəyə keç: Mövzu:8 Modelləşdirmə prosesində kompüterin rolu (yeni pəncərədə açılır)
  8. 8. Mövzu:9 Statik və dinamik riyazi modellər

    Mühazirə

    İqtisadi-riyazi modelləşdirmə prosesi və onun mahiyyəti, İqtisadi-riyazi üsulların təsnifatı, Zaman amilinə görə iqtisadi riyazi modellərin statik və dinamik modellərə bölünməsi

    Mövzu təlim nəticələri

    • Statik və dinamik riyazi modellərin mahiyyətini, xüsusiyyətlərini və tətbiq sahələrini izah edir. Statik və dinamik modellər arasındakı əsas fərqləri müəyyən edir və müqayisə edir. Müxtəlif məsələlərin həlli üçün uyğun model növünü seçir və seçimini əsaslandırır.
    Mənbəyə keç: Mövzu:9 Statik və dinamik riyazi modellər (yeni pəncərədə açılır)
  9. 9. Mövzu:10 İqtisadi-riyazi üsulların tətbiq sahələri

    Mühazirə

    İqtisadi-riyazi üsulların tətbiqi, Real iqtisadi sistemlərin modellərində məqsəd, Riyazi modelin işlənməsi, modelin riyazi təhlili, Verilənlərin strukturunun və alqoritminişlənməsi

    Mövzu təlim nəticələri

    • İqtisadi-riyazi üsulların mahiyyətini, məqsədini və əhəmiyyətini izah edir. İqtisadi-riyazi üsulların əsas tətbiq sahələrini (iqtisadiyyat, idarəetmə, maliyyə, logistika, istehsal, marketinq və risklərin idarə olunması) müəyyən edir. Müxtəlif iqtisadi problemlərin həlli üçün uyğun riyazi üsulu seçir və seçimini əsaslandırır.
    Mənbəyə keç: Mövzu:10 İqtisadi-riyazi üsulların tətbiq sahələri (yeni pəncərədə açılır)
  10. 10. Mövzu: 11Sənaye tullantı sularının metal ionlarından təmizlənməsi proseslərinin riyazi modeli

    Mühazirə

    Çirkab Suların absorbsiya üsulu ilə təmizlənməsi, Sorbsiya dinamikası modeli, Qeyi-sılist(qeyri-taraz) rejimdə sorbsiya dinamikasının tam riyazi modeli

    Mövzu təlim nəticələri

    • Sənaye tullantı sularının tərkibində olan metal ionlarının ətraf mühitə təsirini izah edir. Metal ionlarından təmizlənmə proseslərinin əsas üsullarını (kimyəvi çöktürmə, adsorbsiya, ion mübadiləsi, membran texnologiyaları və s.) fərqləndirir. Metal ionlarının təmizlənməsi proseslərinin riyazi modellərinin qurulma prinsiplərini izah edir.
    Mənbəyə keç: Mövzu: 11Sənaye tullantı sularının metal ionlarından təmizlənməsi proseslərinin riyazi modeli (yeni pəncərədə açılır)
  11. 11. Mövzu: 12 Neft sənayesinin ekoloji problemləri

    Mühazirə

    Dənizin neftlə çirklənmə mənbələri və neftin canlı orqanizmlərə təsiri, Neft və neft məhsullarının dənizdə yayılması prosesinin modelləşdirilməsi, Neftlə çirklənməyə qarşı mübarizə üsulları, Neftin dənizdə yayılması prosesinin riyazi modelləri

    Mövzu təlim nəticələri

    • Neft sənayesinin ətraf mühitə təsirini və əsas ekoloji problemlərini izah edir. Neft hasilatı, emalı və nəqli zamanı yaranan çirklənmə mənbələrini müəyyən edir. Neft sənayesinin torpaq, su, atmosfer və canlı aləmə təsirlərini təhlil edir.
    Mənbəyə keç: Mövzu: 12 Neft sənayesinin ekoloji problemləri (yeni pəncərədə açılır)
  12. 12. Mövzu:13 Neftlə çirklənməyə qarşı mübarizə üsulları və neftin dənizdə yayılma prosesinin modellə.dirilməsi

    Mühazirə

    Dəniz sularının neft və neft məhsulları ilə çirklənmə səbəbləri, Neftlə çirklənməyə qarşı mübarizə üsulları, Neftin dənizə yayılma prosesinin riyazi modelləri

    Mövzu təlim nəticələri

    • Neftlə çirklənmənin yaranma səbəblərini və dəniz ekosistemlərinə təsirini izah edir. Neftlə çirklənməyə qarşı mübarizə üsullarını (mexaniki, fiziki, kimyəvi və bioloji üsullar) fərqləndirir və onların tətbiq xüsusiyyətlərini izah edir. Neftin dənizdə yayılmasına təsir edən əsas amilləri (külək, dalğa, cərəyan, temperatur və neftin fiziki-kimyəvi xüsusiyyətləri) müəyyən edir.
    Mənbəyə keç: Mövzu:13 Neftlə çirklənməyə qarşı mübarizə üsulları və neftin dənizdə yayılma prosesinin modellə.dirilməsi (yeni pəncərədə açılır)
  13. 13. Mövzu:14 Torpağın neftlə çirkiənməsi prosesinin modelləşdirilməsi

    Mühazirə

    Torpaq sahələrinin neftlə çirklənmə səbəbləri, Neftin torpağa süzülmə prosesinin riyazi modeli, Neftin yer səthində yayılma prosesinin riyazi modeli

    Mövzu təlim nəticələri

    • Torpağın neftlə çirklənməsinin yaranma səbəblərini və ətraf mühitə təsirini izah edir. Torpaqda neftin yayılmasına və miqrasiyasına təsir edən əsas amilləri (torpaq növü, məsaməlilik, rütubət, temperatur və neftin fiziki-kimyəvi xüsusiyyətləri) müəyyən edir. Torpağın neftlə çirklənməsi prosesinin riyazi modelləşdirilməsi prinsiplərini izah edir
    Mənbəyə keç: Mövzu:14 Torpağın neftlə çirkiənməsi prosesinin modelləşdirilməsi (yeni pəncərədə açılır)
  14. 14. Mövzu:15 Landşaft ekologiyası və torpaq istifadəçiliyinin modelləşdirilməsi

    Mühazirə

    Landşaf ekologiyası, Torpaq istifadəsinin ekosistemlərə təsiri, Torpaq istifadəsinin modelləşdirilməsi

    Mövzu təlim nəticələri

    • Landşaft ekologiyasının mahiyyətini, əsas anlayışlarını və tədqiqat obyektlərini izah edir. Torpaq istifadəçiliyinin planlaşdırılması və idarə olunmasında riyazi modellərin rolunu müəyyən edir. Landşaftın strukturunu, funksiyalarını və ekoloji proseslərini təhlil edir.
    Mənbəyə keç: Mövzu:15 Landşaft ekologiyası və torpaq istifadəçiliyinin modelləşdirilməsi (yeni pəncərədə açılır)
  15. 15. Mövzu:16 Kənd təsərrüfatı və su resurslarının modelləşdırılməsı

    Mühazirə

    Kənd təsərrüfatı modellərinin tətbiq sahələri, Su resurslarının modelləşdirilməsinin əsas istiqamətləri, İnteqrasiya olunmuş modellərin tətbiqi

    Mövzu təlim nəticələri

    • Kənd təsərrüfatı və su resurslarının idarə olunmasında riyazi modelləşdirmənin mahiyyətini və əhəmiyyətini izah edir. Kənd təsərrüfatı istehsalına və su resurslarının istifadəsinə təsir edən əsas amilləri müəyyən edir. Su balansı, suvarma sistemləri və kənd təsərrüfatı proseslərinin modelləşdirilməsində istifadə olunan əsas riyazi modelləri fərqləndirir.
    Mənbəyə keç: Mövzu:16 Kənd təsərrüfatı və su resurslarının modelləşdırılməsı (yeni pəncərədə açılır)
  16. 16. Mövzu:17 Bıocoğrafıya və növlərın yayılma modellərı

    Mühazirə

    Növlərin yayılmasında müxtəlif faktorların rolu, Növlərin yayılma dinamikası və modeli, İqlım dəyişiklikərinin ekosistemlərəə təsiri

    Mövzu təlim nəticələri

    • Biocoğrafiyanın mahiyyətini, məqsədini və əsas anlayışlarını izah edir. Canlı növlərinin coğrafi yayılmasına təsir edən təbii və antropogen amilləri müəyyən edir. Növlərin yayılmasının modelləşdirilməsində istifadə olunan əsas riyazi modelləri və metodları fərqləndirir.
    Mənbəyə keç: Mövzu:17 Bıocoğrafıya və növlərın yayılma modellərı (yeni pəncərədə açılır)
  17. 17. Mövzu:18 Populyasiya modelləri

    Mühazirə

    Populyasiya anlayışı, Populyasiyada Verhulst modeli, Maltus modeli və populyasiya, Ekoloji, elementar və insan populyasiyası

    Mövzu təlim nəticələri

    • Populyasiya modellərinin mahiyyətini, məqsədini və ekoloji sistemlərdə rolunu izah edir. Populyasiya dinamikasına təsir edən əsas amilləri (doğum, ölüm, miqrasiya, resurslar və ətraf mühit amilləri) müəyyən edir. Populyasiya artımını təsvir edən əsas riyazi modelləri (eksponensial, logistik və digər populyasiya modelləri) fərqləndirir.
    Mənbəyə keç: Mövzu:18 Populyasiya modelləri (yeni pəncərədə açılır)
  18. 18. Mövzu:19 Populyasiya Artım Modelləri

    Mühazirə

    Eksponensial Artım Modeli, Logistik artım modeli, Təbii Resursların İdarə Edilməsi, Stoxastik artım modeli

    Mövzu təlim nəticələri

    • Populyasiya artım modellərinin mahiyyətini, məqsədini və tətbiq sahələrini izah edir. Populyasiya artımına təsir edən əsas amilləri (doğum, ölüm, miqrasiya, resursların məhdudluğu və ətraf mühit amilləri) müəyyən edir. Populyasiya artımını təsvir edən əsas riyazi modelləri (eksponensial, logistik və digər artım modelləri) fərqləndirir.
    Mənbəyə keç: Mövzu:19 Populyasiya Artım Modelləri (yeni pəncərədə açılır)
  19. 19. Mövzu:20 Növlərarası qarşılıqlı təsır modellərı

    Mühazirə

    Növlər arası qarşılıqlı təsir növləri, Parazitizim və mutualizim, Komensializm və predatorluq

    Mövzu təlim nəticələri

    • Növlərarası qarşılıqlı təsirlərin mahiyyətini, növlərini və ekoloji əhəmiyyətini izah edir. Rəqabət, yırtıcı–ov, parazit–sahib və mutualizm kimi növlərarası münasibətləri fərqləndirir. Növlərarası qarşılıqlı təsirləri təsvir edən əsas riyazi modelləri (Lotka–Volterra və digər ekoloji modellər) izah edir.
    Mənbəyə keç: Mövzu:20 Növlərarası qarşılıqlı təsır modellərı (yeni pəncərədə açılır)
  20. 20. Mövzu:21 Ekosıstem dınamıkası və stabillik

    Mühazirə

    Bu mövzuda ekosistemlərin quruluşu, dinamikası və stabilliyi anlayışları, ekosistemlərin fəaliyyətinə təsir edən biotik və abiotik amillər, ekosistemlərin dayanıqlığının qiymətləndirilməsi, ekoloji proseslərin riyazi modelləşdirilməsi, ekosistem dəyişikliklərinin proqnozlaşdırılması və davamlı inkişafın təmin edilməsində modelləşdirmənin rolu öyrənilir.

    Mövzu təlim nəticələri

    • Ekosistem dinamikasının və stabilliyinin mahiyyətini, əsas anlayışlarını və ekoloji əhəmiyyətini izah edir. Ekosistemlərin strukturuna və dinamikasına təsir edən biotik və abiotik amilləri müəyyən edir. Ekosistem dinamikasının öyrənilməsində istifadə olunan əsas riyazi modelləri və metodları fərqləndirir.
    Mənbəyə keç: Mövzu:21 Ekosıstem dınamıkası və stabillik (yeni pəncərədə açılır)
  21. 21. Mövzu:23 Lokal və qlobal ekosıstemlərın modelləşdırılməsı

    Mühazirə

    Lokal səviyyədə modelləşdirmə, Qlobal ekosistemlərin modelləşdirilməsi

    Mövzu təlim nəticələri

    • Lokal və qlobal ekosistemlərin mahiyyətini, xüsusiyyətlərini və fərqlərini izah edir. Lokal və qlobal ekosistemlərin modelləşdirilməsində istifadə olunan əsas riyazi modelləri və metodları fərqləndirir. Ekosistemlərin modelləşdirilməsinə təsir edən biotik, abiotik və antropogen amilləri müəyyən edir.
    Mənbəyə keç: Mövzu:23 Lokal və qlobal ekosıstemlərın modelləşdırılməsı (yeni pəncərədə açılır)
  22. 22. Mövzu: 1 Ekoloji sistemlərdə model anlayışı onların təsnifatı və tətbiqi

    Məşğələ

    Bu mövzu ekoloji proseslərin (populyasiya dinamikası, enerji axını, çirklənmənin yayılması) sadələşdirilmiş riyazi və ya qrafik əksini — modelləri öyrənir. Mövzu çərçivəsində modellərin funksiyaları, onların mürəkkəbliyinə görə təsnifatı (konseptual, simulyasiya, proqnozlaşdırıcı modellər) və ekoloji idarəetmədə qərarların qəbul edilməsi üçün bu modellərin praktik tətbiq sahələri araşdırılır.

    Mövzu təlim nəticələri

    • Model anlayışını, mahiyyətini və ekoloji sistemlərin öyrənilməsində rolunu izah edir. Ekoloji sistemlərdə istifadə olunan modellərin əsas təsnifatını (konseptual, fiziki, riyazi, deterministik, stoxastik, statik və dinamik modellər) fərqləndirir. Ekoloji problemlərin həlli üçün uyğun model növünü seçir və seçimini əsaslandırır.
    Mənbəyə keç: Mövzu: 1 Ekoloji sistemlərdə model anlayışı onların təsnifatı və tətbiqi (yeni pəncərədə açılır)
  23. 23. Mövzu: 2 İqtisadi-riyazi modelləşmə prosesi, tətbiq sahələri və texnoloji proseslərin identifikasiyası

    Məşğələ

    Bu mövzu istehsalat, iqtisadiyyat və texnoloji proseslərin idarə olunmasında riyazi metodların tətbiqini əhatə edir. Mövzu çərçivəsində iqtisadi-riyazi modellərin qurulma mərhələləri (problemin qoyuluşu, dəyişənlərin seçilməsi, tənliklər sisteminin tərtibi, analizi), onların strateji planlaşdırmada tətbiq sahələri və texnoloji proseslərin identifikasiyası — yəni, real sistemin giriş və çıxış parametrlərinə əsasən onun riyazi modelinin qurulması üsulları nəzərdən keçirilir.

    Mövzu təlim nəticələri

    • İqtisadi-riyazi modelləşdirmənin mahiyyətini, məqsədini və əsas mərhələlərini izah edir. İqtisadi-riyazi modellərin tətbiq sahələrini (iqtisadiyyat, idarəetmə, istehsal, logistika, ekologiya və s.) müəyyən edir. Texnoloji proseslərin identifikasiyasının mahiyyətini və əsas prinsiplərini izah edir.
    Mənbəyə keç: Mövzu: 2 İqtisadi-riyazi modelləşmə prosesi, tətbiq sahələri və texnoloji proseslərin identifikasiyası (yeni pəncərədə açılır)
  24. 24. Mövzu: 3 Riyazi-statik və riyazi-dinamik modellərin qurulmasının əsas istiqamətləri və modelləşmədə kompüterin rolu

    Məşğələ

    Bu mövzu istehsalat, iqtisadiyyat və texnoloji proseslərin idarə olunmasında riyazi metodların tətbiqini əhatə edir. Mövzu çərçivəsində iqtisadi-riyazi modellərin qurulma mərhələləri (problemin qoyuluşu, dəyişənlərin seçilməsi, tənliklər sisteminin tərtibi, analizi), onların strateji planlaşdırmada tətbiq sahələri və texnoloji proseslərin identifikasiyası — yəni, real sistemin giriş və çıxış parametrlərinə əsasən onun riyazi modelinin qurulması üsulları nəzərdən keçirilir.

    Mövzu təlim nəticələri

    • Statik və dinamik riyazi modellərin mahiyyətini, xüsusiyyətlərini və tətbiq sahələrini izah edir. Riyazi modellərin qurulmasının əsas mərhələlərini və istiqamətlərini müəyyən edir. Statik və dinamik modellər arasındakı fərqləri müqayisə edir və müxtəlif məsələlər üçün uyğun model növünü seçir.
    Mənbəyə keç: Mövzu: 3 Riyazi-statik və riyazi-dinamik modellərin qurulmasının əsas istiqamətləri və modelləşmədə kompüterin rolu (yeni pəncərədə açılır)
  25. 25. Mövzu: 4 Neft sənayesinin ekoloji problemləri və sənaye tullantı sularının metal ionlardan təmizlənməsi prosesinin riyazi modelləri

    Məşğələ

    Bu mövzu neft-qaz sənayesinin ətraf mühitə (torpaq, su, atmosfer) vurduğu antropogen təsirləri və bu sənayenin xüsusi tullantısı olan ağır metal tərkibli suların zərərsizləşdirilməsi prosesini əhatə edir. Mövzuda neftçıxarma və emalı zamanı yaranan çirklənmə mənbələri, metal ionlarının (məsələn, Pb 2+ , Cu 2+ , Cr 6+ ) su mühitindən sorbsiya, ion mübadiləsi və ya çökdürmə metodları ilə təmizlənməsinin kinetik və dinamik riyazi modelləri təhlil edilir.

    Mövzu təlim nəticələri

    • Neft sənayesinin əsas ekoloji problemlərini və onların ətraf mühitə təsirini izah edir. Sənaye tullantı sularının tərkibində olan metal ionlarının ətraf mühit üçün yaratdığı riskləri müəyyən edir. Metal ionlarının tullantı sularından təmizlənməsi üsullarını və bu proseslərin riyazi modelləşdirilməsi prinsiplərini izah edir.
    Mənbəyə keç: Mövzu: 4 Neft sənayesinin ekoloji problemləri və sənaye tullantı sularının metal ionlardan təmizlənməsi prosesinin riyazi modelləri (yeni pəncərədə açılır)
  26. 26. Mövzu: 6 Biocoğrafiya və növlərin yayılma modelləri populyasiya artım modelləri

    Məşğələ

    Bu mövzu canlı orqanizmlərin coğrafi paylanma qanunauyğunluqlarını və onların say dinamikasını təsvir edir. Biocoğrafiya bölməsində növlərin yayılma arealları, onların yerləşməsinə təsir edən ekoloji amillər (iqlim, relyef, rəqabət) və yayılma modelləri (məsələn, "ada biocoğrafiyası" nəzəriyyəsi) araşdırılır. Populyasiya artım modelləri hissəsində isə canlıların sayının zaman keçdikcə necə dəyişdiyi — eksponensial (məhdudiyyətsiz) və loqistik (mühit tutumu ilə məhdudlaşan) artım modelləri riyazi tənliklər vasitəsilə izah edilir.

    Mövzu təlim nəticələri

    • Biocoğrafiyanın mahiyyətini, əsas anlayışlarını və növlərin coğrafi yayılmasına təsir edən amilləri izah edir. Növlərin yayılması və populyasiya artımını təsvir edən əsas riyazi modelləri fərqləndirir. Populyasiya artımına təsir edən biotik, abiotik və antropogen amilləri müəyyən edir.
    Mənbəyə keç: Mövzu: 6 Biocoğrafiya və növlərin yayılma modelləri populyasiya artım modelləri (yeni pəncərədə açılır)
  27. 27. Mövzu: 7 Növlərarası qarşılıqlı təsir modelləri, ekosistem dinamikası və stabillik

    Məşğələ

    Bu mövzu ekosistem daxilində orqanizmlərin bir-birinə təsirini (predator-şikar, rəqabət, simbioz) riyazi modellərlə izah edir. Burada "Lotka-Volterra" tənlikləri kimi klassik modellər vasitəsilə növlərin say dinamikası, ekosistemin zaman keçdikcə necə dəyişdiyi (suksessiya) və xarici təsirlərə qarşı özünü tənzimləmə qabiliyyəti (stabillik) təhlil olunur.

    Mövzu təlim nəticələri

    • Növlərarası qarşılıqlı təsirlərin və ekosistem dinamikasının mahiyyətini, əsas anlayışlarını və ekoloji əhəmiyyətini izah edir. Rəqabət, yırtıcı–ov, parazit–sahib və mutualizm kimi növlərarası münasibətləri fərqləndirir və onların ekosistemə təsirini qiymətləndirir. Növlərarası qarşılıqlı təsirlərin və ekosistem dinamikasının modelləşdirilməsində istifadə olunan əsas riyazi modelləri izah edir.
    Mənbəyə keç: Mövzu: 7 Növlərarası qarşılıqlı təsir modelləri, ekosistem dinamikası və stabillik (yeni pəncərədə açılır)
  28. 28. Mövzu: 8 Ekosistem proseslərinin simulyasiyası, lokal və qlobal ekosistemlərin modelləşdirilməsi

    Məşğələ

    Bu mövzu ekosistemlərdə baş verən mürəkkəb proseslərin (karbon dövranı, qida zənciri, iqlim dəyişikliyi) rəqəmsal surətlərinin yaradılmasını əhatə edir. Simulyasiya, real ekoloji eksperimentlərin aparılmasının çətin və ya təhlükəli olduğu hallarda "rəqəmsal laboratoriya" kimi çıxış edir. Burada lokal modellər (məsələn, bir gölün və ya meşə massivinin çirklənmə dinamikası) ilə qlobal modellərin (məsələn, Yer kürəsinin orta temperaturunun dəyişməsi və biomun miqrasiyası) miqyası, məlumat tələbatı və proqnozlaşdırma imkanları müqayisə edilir.

    Mövzu təlim nəticələri

    • Ekosistem proseslərinin simulyasiyasının və lokal–qlobal ekosistem modelləşdirilməsinin mahiyyətini, məqsədini və tətbiq sahələrini izah edir. Ekosistem proseslərinin simulyasiyasında istifadə olunan əsas riyazi və kompüter modellərini fərqləndirir. Lokal və qlobal ekosistemlərin modelləşdirilməsinə təsir edən biotik, abiotik və antropogen amilləri müəyyən edir.
    Mənbəyə keç: Mövzu: 8 Ekosistem proseslərinin simulyasiyası, lokal və qlobal ekosistemlərin modelləşdirilməsi (yeni pəncərədə açılır)
  29. 29. Mövzu: 1 Ekoloji sistemlərdə model anlayışı, növləri, təsnifatı və tətbiqi

    Sərbəst iş

    Bu mövzu ekoloji proseslərin (populyasiya dinamikası, enerji axını, maddələr dövranı və s.) riyazi, qrafiki və ya fiziki formalarda əks etdirilməsini, bu modellərin təbiətini, növlərini və real ekosistemlərin idarə olunmasında tətbiqini əhatə edir. Ekoloji modelləşdirmə mürəkkəb təbiət hadisələrini sadələşdirərək onları idarəolunan parametrlərə çevirmək üçün əsas vasitədir.

    Mövzu təlim nəticələri

    • Model anlayışını, mahiyyətini və ekoloji sistemlərin öyrənilməsində rolunu izah edir. Ekoloji sistemlərdə istifadə olunan modellərin əsas növlərini və təsnifatını (konseptual, fiziki, riyazi, deterministik, stoxastik, statik və dinamik modellər) fərqləndirir. Ekoloji sistemlərin tədqiqi üçün uyğun model növünü seçir və seçimini əsaslandırır.
    Mənbəyə keç: Mövzu: 1 Ekoloji sistemlərdə model anlayışı, növləri, təsnifatı və tətbiqi (yeni pəncərədə açılır)
  30. 30. Mövzu: 2 Iqtisadi-riyazi statik və dinamik modelləşmə prosesi və sistemli yanaşma

    Sərbəst iş

    Bu mövzu mürəkkəb iqtisadi və ekoloji proseslərin kəmiyyət göstəriciləri ilə ifadə olunmasını, zaman amilinin modellərə təsirini və sistemin elementləri arasındakı qarşılıqlı əlaqələrin vahid mexanizm kimi araşdırılmasını əhatə edir. İqtisadi-riyazi modelləşdirmə qərarların qəbulunda elmi əsaslandırma rolunu oynayır.

    Mövzu təlim nəticələri

    • İqtisadi-riyazi modelləşdirmənin mahiyyətini, məqsədini və statik və dinamik modellərin xüsusiyyətlərini izah edir. Statik və dinamik riyazi modellər arasındakı əsas fərqləri müəyyən edir və müqayisə edir. İqtisadi-riyazi modelləşmə prosesinin əsas mərhələlərini (problemin qoyuluşu, modelin qurulması, parametrlərin seçilməsi, həlli, yoxlanılması və nəticələrin təhlili) izah edir.
    Mənbəyə keç: Mövzu: 2 Iqtisadi-riyazi statik və dinamik modelləşmə prosesi və sistemli yanaşma (yeni pəncərədə açılır)
  31. 31. Mövzu: 3 Neft sənayesinin ekoloji problemləri və sənaye tullantı sularının metal ionlarından təmizlənməsi proseslərinin riyazi modeli

    Sərbəst iş

    Bu mövzu neft-qaz sektorunun ətraf mühitə (torpaq, su, hava) vurduğu antropogen təsirləri, xüsusən də sənaye tullantı sularında mövcud olan ağır metalların ekosistemə təhlükəsini və bu suların təmizlənməsi texnologiyalarının riyazi modellər vasitəsilə optimallaşdırılmasını əhatə edir.

    Mövzu təlim nəticələri

    • Neft sənayesinin əsas ekoloji problemlərini və onların ətraf mühitə təsirini izah edir. Sənaye tullantı sularında olan metal ionlarının ətraf mühit və insan sağlamlığı üçün yaratdığı riskləri müəyyən edir. Metal ionlarından təmizlənmə proseslərinin əsas üsullarını və bu proseslərin riyazi modelləşdirilməsi prinsiplərini izah edir.
    Mənbəyə keç: Mövzu: 3 Neft sənayesinin ekoloji problemləri və sənaye tullantı sularının metal ionlarından təmizlənməsi proseslərinin riyazi modeli (yeni pəncərədə açılır)
  32. 32. Mövzu: 4 Torpağın və dəniz sularının neftlə çirklənməyə qarşı mübarizə üsulları, neftin dəniz sularının və torpağın çirkləndirilməsinin modelləşdirilməsi

    Sərbəst iş

    Bu mövzu neftin ətraf mühitə sızması zamanı tətbiq olunan fiziki, kimyəvi və bioloji təmizləmə texnologiyalarını, həmçinin bu çirklənmənin yayılma dinamikasını proqnozlaşdıran riyazi modelləşdirmə yanaşmalarını əhatə edir.

    Mövzu təlim nəticələri

    • Torpağın və dəniz sularının neftlə çirklənməsinin yaranma səbəblərini, yayılma mexanizmlərini və ətraf mühitə təsirini izah edir. Neftlə çirklənməyə qarşı tətbiq olunan əsas mübarizə üsullarını (mexaniki, fiziki, kimyəvi və bioloji üsullar) fərqləndirir və onların tətbiq xüsusiyyətlərini izah edir. Neftin dəniz sularında və torpaqda yayılmasına təsir edən əsas amilləri müəyyən edir və onların prosesə təsirini təhlil edir.
    Mənbəyə keç: Mövzu: 4 Torpağın və dəniz sularının neftlə çirklənməyə qarşı mübarizə üsulları, neftin dəniz sularının və torpağın çirkləndirilməsinin modelləşdirilməsi (yeni pəncərədə açılır)
  33. 33. Mövzu: 5 Biocoğrafiya və növlərin yayılmasının kənd təsərrüfatı və su resurslarının modelləşdirilməsi

    Sərbəst iş

    Bu mövzu canlı orqanizmlərin coğrafi paylanma qanunauyğunluqlarının (biocoğrafiya) analizi ilə yanaşı, insan fəaliyyəti üçün kritik olan kənd təsərrüfatı məhsuldarlığı və su ehtiyatlarının idarə olunmasının riyazi modellər vasitəsilə optimallaşdırılmasını əhatə edir. Bu sistemlər iqlim dəyişikliyi və antropogen təsirlər fonunda ekoloji dayanıqlılığın təmin edilməsi üçün vacibdir.

    Mövzu təlim nəticələri

    • Biocoğrafiyanın əsas anlayışlarını, növlərin coğrafi yayılma qanunauyğunluqlarını və kənd təsərrüfatı ilə su resurslarının idarə olunmasında modelləşdirmənin rolunu izah edir. Növlərin yayılmasına, kənd təsərrüfatı istehsalına və su resurslarının vəziyyətinə təsir edən biotik, abiotik və antropogen amilləri müəyyən edir. Növlərin yayılması, kənd təsərrüfatı və su resurslarının modelləşdirilməsində istifadə olunan əsas riyazi modelləri və metodları fərqləndirir.
    Mənbəyə keç: Mövzu: 5 Biocoğrafiya və növlərin yayılmasının kənd təsərrüfatı və su resurslarının modelləşdirilməsi (yeni pəncərədə açılır)
  34. 34. Mövzu: 22 Ekosistem proseslərinin simulyasiyası

    Mühazirə

    Bu mövzu ekosistemlərdə baş verən təbii proseslərin kompüter modelləri və simulyasiya üsulları vasitəsilə öyrənilməsini əhatə edir. Simulyasiya zamanı canlılar arasındakı qarşılıqlı əlaqələr (yırtıcı–ov münasibətləri, rəqabət, simbioz), populyasiya dinamikası, enerji axını, maddələr dövranı və ətraf mühit amillərinin ekosistemə təsiri modelləşdirilir. Mövzu çərçivəsində müxtəlif ssenarilər qurularaq ekosistemlərdə baş verə biləcək dəyişikliklər proqnozlaşdırılır, təbii ehtiyatların idarə olunması və biomüxtəlifliyin qorunması üçün elmi əsaslandırılmış qərarların qəbulunda simulyasiyanın rolu öyrənilir. Həmçinin riyazi modelləşdirmə, sistem dinamikası və kompüter proqramlarından istifadə etməklə ekoloji proseslərin təhlili bacarıqları formalaşdırılır.

    Mövzu təlim nəticələri

    • Ekosistem proseslərinin simulyasiyası anlayışını izah edir. Ekosistemin əsas komponentlərini və onların qarşılıqlı əlaqələrini müəyyən edir. Populyasiya dinamikası, enerji axını və maddələr dövranı kimi ekoloji prosesləri modelləşdirir.
    Mənbəyə keç: Mövzu: 22 Ekosistem proseslərinin simulyasiyası (yeni pəncərədə açılır)
  35. 35. Mövzu: 1 Ekoloji sistemlərdə model anlayışı və onun növləri

    Mühazirə

    Ekoloji sistemlərdə modelləşdirmə və onun əhəmiyyəti, Model anlayışı və onun növləri, Modelləşdirmə haqqında ümumi məlumat və onun mahiyyəti

    Mövzu təlim nəticələri

    • Model anlayışını izah edir və modelin elmi tədqiqatlarda rolunu şərh edir. Ekoloji modelin mahiyyətini və ətraf mühitin öyrənilməsində əhəmiyyətini izah edir. Ekoloji sistemlərin əsas xüsusiyyətlərini (mürəkkəblik, qarşılıqlı əlaqə, dinamika və s.) müəyyən edir.
    Mənbəyə keç: Mövzu: 1 Ekoloji sistemlərdə model anlayışı və onun növləri (yeni pəncərədə açılır)
  36. 36. Mövzu: 5 Dəniz suların və torpağın neftlə çirklənməyə qarşı mübarizə üsulları, torpaq istifadəçiliyin, kənd təsərrüfatı və su resursların modelləşdirilməsi.

    Məşğələ

    Bu mövzu iki böyük istiqaməti birləşdirir: 1) Ekoloji təmizləmə texnologiyaları və 2) Resursların idarə olunmasının rəqəmsal modelləşdirilməsi. Dəniz və torpaq mühitinin neftlə çirklənməsinə qarşı fiziki (səddlər, mexaniki yığım), kimyəvi (dispersantlar) və bioloji (bioremediasiya) mübarizə üsulları nəzərdən keçirilir. Eyni zamanda, kənd təsərrüfatı sahələrinin məhsuldarlığı, torpaq eroziyası, suvarma sistemləri və yeraltı/yerüstü su ehtiyatlarının dinamikası üçün riyazi modellərin qurulması və optimallaşdırılması metodları təhlil edilir.

    Mövzu təlim nəticələri

    • Dəniz sularının və torpağın neftlə çirklənməsinin səbəblərini və ekoloji nəticələrini izah edir. Neftlə çirklənməyə qarşı tətbiq olunan mübarizə üsullarını (mexaniki, fiziki, kimyəvi və bioloji üsullar) fərqləndirir və onların üstünlüklərini və çatışmazlıqlarını qiymətləndirir. Neft sızmalarının yayılmasının modelləşdirilməsi prinsiplərini izah edir və proqnozlaşdırmanın əhəmiyyətini dərk edir.
    Mənbəyə keç: Mövzu: 5 Dəniz suların və torpağın neftlə çirklənməyə qarşı mübarizə üsulları, torpaq istifadəçiliyin, kənd təsərrüfatı və su resursların modelləşdirilməsi. (yeni pəncərədə açılır)