Fənn · Ekologiya mühəndisliyi

Ekoloji sistemlərin modelləşdirilməsi

İF-3087y5 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

5

İş yükü

150saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Bu fənn ekoloji sistemlərin tədqiqi və idarə edilməsində istifadə olunan riyazi modelləşdirmənin nəzəri və praktiki əsaslarını öyrədir. Fənn çərçivəsində riyazi və statistik modellərin qurulması, parametrlərin identifikasiyası, optimallaşdırma üsulları, ekoloji proseslərin kompüter modelləşdirilməsi və ətraf mühitin mühafizəsi ilə bağlı proseslərin proqnozlaşdırılması və optimal layihələndirilməsi məsələləri təhlil edilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Ekoloji sistemlərin modelləşdirilməsinin əsas anlayışlarını, prinsiplərini və riyazi modellərin növlərini izah edir.

  2. CLO 2: Ekoloji proseslər üçün uyğun riyazi modeli seçir.

  3. CLO 3: Ekoloji sistemlərin riyazi modellərini qurmaq üçün tələb olunan parametrləri və məhdudiyyətləri müəyyən edir.

  4. CLO 4: Ekoloji proseslərin təhlili və proqnozlaşdırılması üçün riyazi modelləri tətbiq edir.

  5. CLO 5: Riyazi modelləşdirmənin nəticələrini qiymətləndirir və modelin adekvatlığını əsaslandırır.

  6. CLO 6: Ekoloji sistemlərin optimallaşdırılması məqsədilə kompüter əsaslı modelləşdirmə üsullarından istifadə edir.