Fənn · Ekologiya mühəndisliyi

Ekoloji sistemlərin modelləşdirilməsiSillabus

İF-3087y5 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3087y
Kredit
5
Tələbənin iş yükü
150
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 45 saat mühazirə b) 15 saat seminar
Auditoriyadan kənar saatlar
a) 36 saat MRTSİ b) 54 saat TSİ

Fənn haqqında

Bu fənn ekoloji sistemlərin tədqiqi və idarə edilməsində istifadə olunan riyazi modelləşdirmənin nəzəri və praktiki əsaslarını öyrədir. Fənn çərçivəsində riyazi və statistik modellərin qurulması, parametrlərin identifikasiyası, optimallaşdırma üsulları, ekoloji proseslərin kompüter modelləşdirilməsi və ətraf mühitin mühafizəsi ilə bağlı proseslərin proqnozlaşdırılması və optimal layihələndirilməsi məsələləri təhlil edilir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • təqdimatlar
  • komanda işi
  • problem-based learning
  • seminar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Ekoloji sistemlərin modelləşdirilməsinin əsas anlayışlarını, prinsiplərini və riyazi modellərin növlərini izah edir.

  2. CLO 2: Ekoloji proseslər üçün uyğun riyazi modeli seçir.

  3. CLO 3: Ekoloji sistemlərin riyazi modellərini qurmaq üçün tələb olunan parametrləri və məhdudiyyətləri müəyyən edir.

  4. CLO 4: Ekoloji proseslərin təhlili və proqnozlaşdırılması üçün riyazi modelləri tətbiq edir.

  5. CLO 5: Riyazi modelləşdirmənin nəticələrini qiymətləndirir və modelin adekvatlığını əsaslandırır.

  6. CLO 6: Ekoloji sistemlərin optimallaşdırılması məqsədilə kompüter əsaslı modelləşdirmə üsullarından istifadə edir.

Mövzu planı

  1. 1.
    Mövzu:2 Ekoloji sistemlərdə tətbiq edilən riyazi modellərin təsnifatıMühazirə

    Modelləşdirmənin formaları, Fiziki modelləşdirmə, Analoq modelləşdirmə, İntuitiv modelləşdirmə, İşarə modelləşdirmə, Fiziki və riyazi modelləşdirmə

    • Ekoloji sistemlərdə riyazi modelləşdirmənin mahiyyətini və onun ətraf mühit problemlərinin həllində rolunu izah edir. Riyazi modellərin əsas təsnifatını (deterministik, stoxastik, statik, dinamik, diskret, fasiləsiz, empirik və mexanistik modellər) fərqləndirir. Müxtəlif model növlərinin üstünlüklərini və məhdudiyyətlərini müqayisə edir.
  2. 2.
    Mövzu:3 Ekoloji sistemlər və modellərin tətbiqiMühazirə

    Ekosistemlərin tərkibi və funksiyaları, Ekosistem dinamikası, Ekoloji modellərin əsasları, Ekosistem modellərinin tətbiqi

    • Ekoloji sistemlərin quruluşunu, komponentlərini və fəaliyyət prinsiplərini izah edir. Ekoloji sistemlərin tədqiqində istifadə olunan riyazi modellərin tətbiq sahələrini müəyyən edir. Müxtəlif ekoloji problemlərin həlli üçün uyğun model seçir və seçimini əsaslandırır.
  3. 3.
    Mövzu:4 İqtisadi-riyazi modelləşmə prosesi və təsnifatıMühazirə

    İqtisadi-riyazi modelləşmə prosesi haqqında ümumi məlumat, Modelləşdirilən sistemin funksiyaları, Modelləşdirilən sistemin imkanları

    • İqtisadi-riyazi modelləşdirmənin mahiyyətini, məqsədini və tətbiq sahələrini izah edir. İqtisadi-riyazi modelləşmə prosesinin əsas mərhələlərini (problemin müəyyən edilməsi, modelin qurulması, parametr seçimi, həlli, yoxlanılması və nəticələrin təhlili) təsvir edir. İqtisadi-riyazi modellərin əsas təsnifatını (deterministik, stoxastik, statik, dinamik, xətti, qeyri-xətti, diskret və fasiləsiz modellər) fərqləndirir.
  4. 4.
    Mövzu:5 Sistem anlayışı haqqında ümumi məlumat. Sistemli yanaşmaMühazirə

    Sistem anlayışı və onun vacib xüsusiyyətləri, Tətbiq sahələrinə görə modellərin siniflərə bölünməsi, Sistemli analiz və onun mərhələləri

    • Sistem anlayışını, onun əsas xüsusiyyətlərini və elementlərini izah edir. Sistemlərin növlərini (açıq, qapalı, statik, dinamik, sadə və mürəkkəb sistemlər) fərqləndirir. Sistemli yanaşmanın mahiyyətini, prinsiplərini və əhəmiyyətini izah edir.
  5. 5.
    Mövzu:6 Texnoloji proseslərin identifikasiyası və Texnoloji sistemMühazirə

    Texnoloji proseslərin identifikasiyası ilə bağlı ümumi məlumat, Kimya-texnoloji proseslərini tədqiq etmək üçün əsas istiqamətlər, Kimya texnoloji obyekt adətən müxtəlif faktorların təsiri altında

    • Texnoloji proseslərin identifikasiyasının mahiyyətini, məqsədini və əhəmiyyətini izah edir. Texnoloji sistem anlayışını, onun strukturunu və əsas komponentlərini təsvir edir. Texnoloji proseslərin identifikasiyası mərhələlərini (məlumatların toplanması, modelin seçilməsi, parametr qiymətləndirilməsi və modelin yoxlanılması) izah edir.
  6. 6.
    Mövzu:7 Riyazi modellərin qurulmasının əsas istiqamətləriMühazirə

    İlkin məlumatların toplanması, Kimya texnoloji proseslərin riyazi modellərinin qurulması, Əsas statistik materialların yığılması qaydasından asılı olaraq eksperimentin qoyulmasının passiv və aktiv eksperiment üsulları

    • Riyazi modellərin qurulmasının məqsədini, mahiyyətini və əsas prinsiplərini izah edir. Riyazi modellərin qurulmasının əsas istiqamətlərini (analitik, statistik, eksperimental, simulyasiya və optimallaşdırma yanaşmaları) fərqləndirir. Modelin qurulması mərhələlərini (problemin qoyuluşu, fərziyyələrin müəyyən edilməsi, dəyişənlərin və parametrlərin seçilməsi, modelin formalaşdırılması, yoxlanılması və təkmilləşdirilməsi) təsvir edir.
  7. 7.
    Mövzu:8 Modelləşdirmə prosesində kompüterin roluMühazirə

    Modelləşdirmə prosesində kompüterin istifadəsi və onun mühüm rolu, Kompüter (imitasiya) modelləşdirməsinin mərhələləri, Modellərin yaradılmasının universal instrumental vasitələri

    • Modelləşdirmə prosesində kompüter texnologiyalarının rolunu və əhəmiyyətini izah edir. Riyazi modellərin qurulması, hesablanması və təhlilində istifadə olunan proqram vasitələrini müəyyən edir. Kompüter əsaslı modelləşdirmə mərhələlərini (məlumatların daxil edilməsi, modelin qurulması, simulyasiya, nəticələrin emalı və vizuallaşdırılması) təsvir edir.
  8. 8.
    Mövzu:9 Statik və dinamik riyazi modellərMühazirə

    İqtisadi-riyazi modelləşdirmə prosesi və onun mahiyyəti, İqtisadi-riyazi üsulların təsnifatı, Zaman amilinə görə iqtisadi riyazi modellərin statik və dinamik modellərə bölünməsi

    • Statik və dinamik riyazi modellərin mahiyyətini, xüsusiyyətlərini və tətbiq sahələrini izah edir. Statik və dinamik modellər arasındakı əsas fərqləri müəyyən edir və müqayisə edir. Müxtəlif məsələlərin həlli üçün uyğun model növünü seçir və seçimini əsaslandırır.
  9. 9.
    Mövzu:10 İqtisadi-riyazi üsulların tətbiq sahələriMühazirə

    İqtisadi-riyazi üsulların tətbiqi, Real iqtisadi sistemlərin modellərində məqsəd, Riyazi modelin işlənməsi, modelin riyazi təhlili, Verilənlərin strukturunun və alqoritminişlənməsi

    • İqtisadi-riyazi üsulların mahiyyətini, məqsədini və əhəmiyyətini izah edir. İqtisadi-riyazi üsulların əsas tətbiq sahələrini (iqtisadiyyat, idarəetmə, maliyyə, logistika, istehsal, marketinq və risklərin idarə olunması) müəyyən edir. Müxtəlif iqtisadi problemlərin həlli üçün uyğun riyazi üsulu seçir və seçimini əsaslandırır.
  10. 10.
    Mövzu: 11Sənaye tullantı sularının metal ionlarından təmizlənməsi proseslərinin riyazi modeliMühazirə

    Çirkab Suların absorbsiya üsulu ilə təmizlənməsi, Sorbsiya dinamikası modeli, Qeyi-sılist(qeyri-taraz) rejimdə sorbsiya dinamikasının tam riyazi modeli

    • Sənaye tullantı sularının tərkibində olan metal ionlarının ətraf mühitə təsirini izah edir. Metal ionlarından təmizlənmə proseslərinin əsas üsullarını (kimyəvi çöktürmə, adsorbsiya, ion mübadiləsi, membran texnologiyaları və s.) fərqləndirir. Metal ionlarının təmizlənməsi proseslərinin riyazi modellərinin qurulma prinsiplərini izah edir.
  11. 11.
    Mövzu: 12 Neft sənayesinin ekoloji problemləriMühazirə

    Dənizin neftlə çirklənmə mənbələri və neftin canlı orqanizmlərə təsiri, Neft və neft məhsullarının dənizdə yayılması prosesinin modelləşdirilməsi, Neftlə çirklənməyə qarşı mübarizə üsulları, Neftin dənizdə yayılması prosesinin riyazi modelləri

    • Neft sənayesinin ətraf mühitə təsirini və əsas ekoloji problemlərini izah edir. Neft hasilatı, emalı və nəqli zamanı yaranan çirklənmə mənbələrini müəyyən edir. Neft sənayesinin torpaq, su, atmosfer və canlı aləmə təsirlərini təhlil edir.
  12. 12.
    Mövzu:13 Neftlə çirklənməyə qarşı mübarizə üsulları və neftin dənizdə yayılma prosesinin modellə.dirilməsiMühazirə

    Dəniz sularının neft və neft məhsulları ilə çirklənmə səbəbləri, Neftlə çirklənməyə qarşı mübarizə üsulları, Neftin dənizə yayılma prosesinin riyazi modelləri

    • Neftlə çirklənmənin yaranma səbəblərini və dəniz ekosistemlərinə təsirini izah edir. Neftlə çirklənməyə qarşı mübarizə üsullarını (mexaniki, fiziki, kimyəvi və bioloji üsullar) fərqləndirir və onların tətbiq xüsusiyyətlərini izah edir. Neftin dənizdə yayılmasına təsir edən əsas amilləri (külək, dalğa, cərəyan, temperatur və neftin fiziki-kimyəvi xüsusiyyətləri) müəyyən edir.
  13. 13.
    Mövzu:14 Torpağın neftlə çirkiənməsi prosesinin modelləşdirilməsiMühazirə

    Torpaq sahələrinin neftlə çirklənmə səbəbləri, Neftin torpağa süzülmə prosesinin riyazi modeli, Neftin yer səthində yayılma prosesinin riyazi modeli

    • Torpağın neftlə çirklənməsinin yaranma səbəblərini və ətraf mühitə təsirini izah edir. Torpaqda neftin yayılmasına və miqrasiyasına təsir edən əsas amilləri (torpaq növü, məsaməlilik, rütubət, temperatur və neftin fiziki-kimyəvi xüsusiyyətləri) müəyyən edir. Torpağın neftlə çirklənməsi prosesinin riyazi modelləşdirilməsi prinsiplərini izah edir
  14. 14.
    Mövzu:15 Landşaft ekologiyası və torpaq istifadəçiliyinin modelləşdirilməsiMühazirə

    Landşaf ekologiyası, Torpaq istifadəsinin ekosistemlərə təsiri, Torpaq istifadəsinin modelləşdirilməsi

    • Landşaft ekologiyasının mahiyyətini, əsas anlayışlarını və tədqiqat obyektlərini izah edir. Torpaq istifadəçiliyinin planlaşdırılması və idarə olunmasında riyazi modellərin rolunu müəyyən edir. Landşaftın strukturunu, funksiyalarını və ekoloji proseslərini təhlil edir.
  15. 15.
    Mövzu:16 Kənd təsərrüfatı və su resurslarının modelləşdırılməsıMühazirə

    Kənd təsərrüfatı modellərinin tətbiq sahələri, Su resurslarının modelləşdirilməsinin əsas istiqamətləri, İnteqrasiya olunmuş modellərin tətbiqi

    • Kənd təsərrüfatı və su resurslarının idarə olunmasında riyazi modelləşdirmənin mahiyyətini və əhəmiyyətini izah edir. Kənd təsərrüfatı istehsalına və su resurslarının istifadəsinə təsir edən əsas amilləri müəyyən edir. Su balansı, suvarma sistemləri və kənd təsərrüfatı proseslərinin modelləşdirilməsində istifadə olunan əsas riyazi modelləri fərqləndirir.
  16. 16.
    Mövzu:17 Bıocoğrafıya və növlərın yayılma modellərıMühazirə

    Növlərin yayılmasında müxtəlif faktorların rolu, Növlərin yayılma dinamikası və modeli, İqlım dəyişiklikərinin ekosistemlərəə təsiri

    • Biocoğrafiyanın mahiyyətini, məqsədini və əsas anlayışlarını izah edir. Canlı növlərinin coğrafi yayılmasına təsir edən təbii və antropogen amilləri müəyyən edir. Növlərin yayılmasının modelləşdirilməsində istifadə olunan əsas riyazi modelləri və metodları fərqləndirir.
  17. 17.
    Mövzu:18 Populyasiya modelləriMühazirə

    Populyasiya anlayışı, Populyasiyada Verhulst modeli, Maltus modeli və populyasiya, Ekoloji, elementar və insan populyasiyası

    • Populyasiya modellərinin mahiyyətini, məqsədini və ekoloji sistemlərdə rolunu izah edir. Populyasiya dinamikasına təsir edən əsas amilləri (doğum, ölüm, miqrasiya, resurslar və ətraf mühit amilləri) müəyyən edir. Populyasiya artımını təsvir edən əsas riyazi modelləri (eksponensial, logistik və digər populyasiya modelləri) fərqləndirir.
  18. 18.
    Mövzu:19 Populyasiya Artım ModelləriMühazirə

    Eksponensial Artım Modeli, Logistik artım modeli, Təbii Resursların İdarə Edilməsi, Stoxastik artım modeli

    • Populyasiya artım modellərinin mahiyyətini, məqsədini və tətbiq sahələrini izah edir. Populyasiya artımına təsir edən əsas amilləri (doğum, ölüm, miqrasiya, resursların məhdudluğu və ətraf mühit amilləri) müəyyən edir. Populyasiya artımını təsvir edən əsas riyazi modelləri (eksponensial, logistik və digər artım modelləri) fərqləndirir.
  19. 19.
    Mövzu:20 Növlərarası qarşılıqlı təsır modellərıMühazirə

    Növlər arası qarşılıqlı təsir növləri, Parazitizim və mutualizim, Komensializm və predatorluq

    • Növlərarası qarşılıqlı təsirlərin mahiyyətini, növlərini və ekoloji əhəmiyyətini izah edir. Rəqabət, yırtıcı–ov, parazit–sahib və mutualizm kimi növlərarası münasibətləri fərqləndirir. Növlərarası qarşılıqlı təsirləri təsvir edən əsas riyazi modelləri (Lotka–Volterra və digər ekoloji modellər) izah edir.
  20. 20.
    Mövzu:21 Ekosıstem dınamıkası və stabillikMühazirə

    Bu mövzuda ekosistemlərin quruluşu, dinamikası və stabilliyi anlayışları, ekosistemlərin fəaliyyətinə təsir edən biotik və abiotik amillər, ekosistemlərin dayanıqlığının qiymətləndirilməsi, ekoloji proseslərin riyazi modelləşdirilməsi, ekosistem dəyişikliklərinin proqnozlaşdırılması və davamlı inkişafın təmin edilməsində modelləşdirmənin rolu öyrənilir.

    • Ekosistem dinamikasının və stabilliyinin mahiyyətini, əsas anlayışlarını və ekoloji əhəmiyyətini izah edir. Ekosistemlərin strukturuna və dinamikasına təsir edən biotik və abiotik amilləri müəyyən edir. Ekosistem dinamikasının öyrənilməsində istifadə olunan əsas riyazi modelləri və metodları fərqləndirir.
  21. 21.
    Mövzu:23 Lokal və qlobal ekosıstemlərın modelləşdırılməsıMühazirə

    Lokal səviyyədə modelləşdirmə, Qlobal ekosistemlərin modelləşdirilməsi

    • Lokal və qlobal ekosistemlərin mahiyyətini, xüsusiyyətlərini və fərqlərini izah edir. Lokal və qlobal ekosistemlərin modelləşdirilməsində istifadə olunan əsas riyazi modelləri və metodları fərqləndirir. Ekosistemlərin modelləşdirilməsinə təsir edən biotik, abiotik və antropogen amilləri müəyyən edir.
  22. 22.
    Mövzu: 1 Ekoloji sistemlərdə model anlayışı onların təsnifatı və tətbiqiMəşğələ

    Bu mövzu ekoloji proseslərin (populyasiya dinamikası, enerji axını, çirklənmənin yayılması) sadələşdirilmiş riyazi və ya qrafik əksini — modelləri öyrənir. Mövzu çərçivəsində modellərin funksiyaları, onların mürəkkəbliyinə görə təsnifatı (konseptual, simulyasiya, proqnozlaşdırıcı modellər) və ekoloji idarəetmədə qərarların qəbul edilməsi üçün bu modellərin praktik tətbiq sahələri araşdırılır.

    • Model anlayışını, mahiyyətini və ekoloji sistemlərin öyrənilməsində rolunu izah edir. Ekoloji sistemlərdə istifadə olunan modellərin əsas təsnifatını (konseptual, fiziki, riyazi, deterministik, stoxastik, statik və dinamik modellər) fərqləndirir. Ekoloji problemlərin həlli üçün uyğun model növünü seçir və seçimini əsaslandırır.
  23. 23.
    Mövzu: 2 İqtisadi-riyazi modelləşmə prosesi, tətbiq sahələri və texnoloji proseslərin identifikasiyasıMəşğələ

    Bu mövzu istehsalat, iqtisadiyyat və texnoloji proseslərin idarə olunmasında riyazi metodların tətbiqini əhatə edir. Mövzu çərçivəsində iqtisadi-riyazi modellərin qurulma mərhələləri (problemin qoyuluşu, dəyişənlərin seçilməsi, tənliklər sisteminin tərtibi, analizi), onların strateji planlaşdırmada tətbiq sahələri və texnoloji proseslərin identifikasiyası — yəni, real sistemin giriş və çıxış parametrlərinə əsasən onun riyazi modelinin qurulması üsulları nəzərdən keçirilir.

    • İqtisadi-riyazi modelləşdirmənin mahiyyətini, məqsədini və əsas mərhələlərini izah edir. İqtisadi-riyazi modellərin tətbiq sahələrini (iqtisadiyyat, idarəetmə, istehsal, logistika, ekologiya və s.) müəyyən edir. Texnoloji proseslərin identifikasiyasının mahiyyətini və əsas prinsiplərini izah edir.
  24. 24.
    Mövzu: 3 Riyazi-statik və riyazi-dinamik modellərin qurulmasının əsas istiqamətləri və modelləşmədə kompüterin roluMəşğələ

    Bu mövzu istehsalat, iqtisadiyyat və texnoloji proseslərin idarə olunmasında riyazi metodların tətbiqini əhatə edir. Mövzu çərçivəsində iqtisadi-riyazi modellərin qurulma mərhələləri (problemin qoyuluşu, dəyişənlərin seçilməsi, tənliklər sisteminin tərtibi, analizi), onların strateji planlaşdırmada tətbiq sahələri və texnoloji proseslərin identifikasiyası — yəni, real sistemin giriş və çıxış parametrlərinə əsasən onun riyazi modelinin qurulması üsulları nəzərdən keçirilir.

    • Statik və dinamik riyazi modellərin mahiyyətini, xüsusiyyətlərini və tətbiq sahələrini izah edir. Riyazi modellərin qurulmasının əsas mərhələlərini və istiqamətlərini müəyyən edir. Statik və dinamik modellər arasındakı fərqləri müqayisə edir və müxtəlif məsələlər üçün uyğun model növünü seçir.
  25. 25.
    Mövzu: 4 Neft sənayesinin ekoloji problemləri və sənaye tullantı sularının metal ionlardan təmizlənməsi prosesinin riyazi modelləriMəşğələ

    Bu mövzu neft-qaz sənayesinin ətraf mühitə (torpaq, su, atmosfer) vurduğu antropogen təsirləri və bu sənayenin xüsusi tullantısı olan ağır metal tərkibli suların zərərsizləşdirilməsi prosesini əhatə edir. Mövzuda neftçıxarma və emalı zamanı yaranan çirklənmə mənbələri, metal ionlarının (məsələn, Pb 2+ , Cu 2+ , Cr 6+ ) su mühitindən sorbsiya, ion mübadiləsi və ya çökdürmə metodları ilə təmizlənməsinin kinetik və dinamik riyazi modelləri təhlil edilir.

    • Neft sənayesinin əsas ekoloji problemlərini və onların ətraf mühitə təsirini izah edir. Sənaye tullantı sularının tərkibində olan metal ionlarının ətraf mühit üçün yaratdığı riskləri müəyyən edir. Metal ionlarının tullantı sularından təmizlənməsi üsullarını və bu proseslərin riyazi modelləşdirilməsi prinsiplərini izah edir.
  26. 26.
    Mövzu: 6 Biocoğrafiya və növlərin yayılma modelləri populyasiya artım modelləriMəşğələ

    Bu mövzu canlı orqanizmlərin coğrafi paylanma qanunauyğunluqlarını və onların say dinamikasını təsvir edir. Biocoğrafiya bölməsində növlərin yayılma arealları, onların yerləşməsinə təsir edən ekoloji amillər (iqlim, relyef, rəqabət) və yayılma modelləri (məsələn, "ada biocoğrafiyası" nəzəriyyəsi) araşdırılır. Populyasiya artım modelləri hissəsində isə canlıların sayının zaman keçdikcə necə dəyişdiyi — eksponensial (məhdudiyyətsiz) və loqistik (mühit tutumu ilə məhdudlaşan) artım modelləri riyazi tənliklər vasitəsilə izah edilir.

    • Biocoğrafiyanın mahiyyətini, əsas anlayışlarını və növlərin coğrafi yayılmasına təsir edən amilləri izah edir. Növlərin yayılması və populyasiya artımını təsvir edən əsas riyazi modelləri fərqləndirir. Populyasiya artımına təsir edən biotik, abiotik və antropogen amilləri müəyyən edir.
  27. 27.
    Mövzu: 7 Növlərarası qarşılıqlı təsir modelləri, ekosistem dinamikası və stabillikMəşğələ

    Bu mövzu ekosistem daxilində orqanizmlərin bir-birinə təsirini (predator-şikar, rəqabət, simbioz) riyazi modellərlə izah edir. Burada "Lotka-Volterra" tənlikləri kimi klassik modellər vasitəsilə növlərin say dinamikası, ekosistemin zaman keçdikcə necə dəyişdiyi (suksessiya) və xarici təsirlərə qarşı özünü tənzimləmə qabiliyyəti (stabillik) təhlil olunur.

    • Növlərarası qarşılıqlı təsirlərin və ekosistem dinamikasının mahiyyətini, əsas anlayışlarını və ekoloji əhəmiyyətini izah edir. Rəqabət, yırtıcı–ov, parazit–sahib və mutualizm kimi növlərarası münasibətləri fərqləndirir və onların ekosistemə təsirini qiymətləndirir. Növlərarası qarşılıqlı təsirlərin və ekosistem dinamikasının modelləşdirilməsində istifadə olunan əsas riyazi modelləri izah edir.
  28. 28.
    Mövzu: 8 Ekosistem proseslərinin simulyasiyası, lokal və qlobal ekosistemlərin modelləşdirilməsiMəşğələ

    Bu mövzu ekosistemlərdə baş verən mürəkkəb proseslərin (karbon dövranı, qida zənciri, iqlim dəyişikliyi) rəqəmsal surətlərinin yaradılmasını əhatə edir. Simulyasiya, real ekoloji eksperimentlərin aparılmasının çətin və ya təhlükəli olduğu hallarda "rəqəmsal laboratoriya" kimi çıxış edir. Burada lokal modellər (məsələn, bir gölün və ya meşə massivinin çirklənmə dinamikası) ilə qlobal modellərin (məsələn, Yer kürəsinin orta temperaturunun dəyişməsi və biomun miqrasiyası) miqyası, məlumat tələbatı və proqnozlaşdırma imkanları müqayisə edilir.

    • Ekosistem proseslərinin simulyasiyasının və lokal–qlobal ekosistem modelləşdirilməsinin mahiyyətini, məqsədini və tətbiq sahələrini izah edir. Ekosistem proseslərinin simulyasiyasında istifadə olunan əsas riyazi və kompüter modellərini fərqləndirir. Lokal və qlobal ekosistemlərin modelləşdirilməsinə təsir edən biotik, abiotik və antropogen amilləri müəyyən edir.
  29. 29.
    Mövzu: 1 Ekoloji sistemlərdə model anlayışı, növləri, təsnifatı və tətbiqiSərbəst iş

    Bu mövzu ekoloji proseslərin (populyasiya dinamikası, enerji axını, maddələr dövranı və s.) riyazi, qrafiki və ya fiziki formalarda əks etdirilməsini, bu modellərin təbiətini, növlərini və real ekosistemlərin idarə olunmasında tətbiqini əhatə edir. Ekoloji modelləşdirmə mürəkkəb təbiət hadisələrini sadələşdirərək onları idarəolunan parametrlərə çevirmək üçün əsas vasitədir.

    • Model anlayışını, mahiyyətini və ekoloji sistemlərin öyrənilməsində rolunu izah edir. Ekoloji sistemlərdə istifadə olunan modellərin əsas növlərini və təsnifatını (konseptual, fiziki, riyazi, deterministik, stoxastik, statik və dinamik modellər) fərqləndirir. Ekoloji sistemlərin tədqiqi üçün uyğun model növünü seçir və seçimini əsaslandırır.
  30. 30.
    Mövzu: 2 Iqtisadi-riyazi statik və dinamik modelləşmə prosesi və sistemli yanaşmaSərbəst iş

    Bu mövzu mürəkkəb iqtisadi və ekoloji proseslərin kəmiyyət göstəriciləri ilə ifadə olunmasını, zaman amilinin modellərə təsirini və sistemin elementləri arasındakı qarşılıqlı əlaqələrin vahid mexanizm kimi araşdırılmasını əhatə edir. İqtisadi-riyazi modelləşdirmə qərarların qəbulunda elmi əsaslandırma rolunu oynayır.

    • İqtisadi-riyazi modelləşdirmənin mahiyyətini, məqsədini və statik və dinamik modellərin xüsusiyyətlərini izah edir. Statik və dinamik riyazi modellər arasındakı əsas fərqləri müəyyən edir və müqayisə edir. İqtisadi-riyazi modelləşmə prosesinin əsas mərhələlərini (problemin qoyuluşu, modelin qurulması, parametrlərin seçilməsi, həlli, yoxlanılması və nəticələrin təhlili) izah edir.
  31. 31.
    Mövzu: 3 Neft sənayesinin ekoloji problemləri və sənaye tullantı sularının metal ionlarından təmizlənməsi proseslərinin riyazi modeliSərbəst iş

    Bu mövzu neft-qaz sektorunun ətraf mühitə (torpaq, su, hava) vurduğu antropogen təsirləri, xüsusən də sənaye tullantı sularında mövcud olan ağır metalların ekosistemə təhlükəsini və bu suların təmizlənməsi texnologiyalarının riyazi modellər vasitəsilə optimallaşdırılmasını əhatə edir.

    • Neft sənayesinin əsas ekoloji problemlərini və onların ətraf mühitə təsirini izah edir. Sənaye tullantı sularında olan metal ionlarının ətraf mühit və insan sağlamlığı üçün yaratdığı riskləri müəyyən edir. Metal ionlarından təmizlənmə proseslərinin əsas üsullarını və bu proseslərin riyazi modelləşdirilməsi prinsiplərini izah edir.
  32. 32.
    Mövzu: 4 Torpağın və dəniz sularının neftlə çirklənməyə qarşı mübarizə üsulları, neftin dəniz sularının və torpağın çirkləndirilməsinin modelləşdirilməsiSərbəst iş

    Bu mövzu neftin ətraf mühitə sızması zamanı tətbiq olunan fiziki, kimyəvi və bioloji təmizləmə texnologiyalarını, həmçinin bu çirklənmənin yayılma dinamikasını proqnozlaşdıran riyazi modelləşdirmə yanaşmalarını əhatə edir.

    • Torpağın və dəniz sularının neftlə çirklənməsinin yaranma səbəblərini, yayılma mexanizmlərini və ətraf mühitə təsirini izah edir. Neftlə çirklənməyə qarşı tətbiq olunan əsas mübarizə üsullarını (mexaniki, fiziki, kimyəvi və bioloji üsullar) fərqləndirir və onların tətbiq xüsusiyyətlərini izah edir. Neftin dəniz sularında və torpaqda yayılmasına təsir edən əsas amilləri müəyyən edir və onların prosesə təsirini təhlil edir.
  33. 33.
    Mövzu: 5 Biocoğrafiya və növlərin yayılmasının kənd təsərrüfatı və su resurslarının modelləşdirilməsiSərbəst iş

    Bu mövzu canlı orqanizmlərin coğrafi paylanma qanunauyğunluqlarının (biocoğrafiya) analizi ilə yanaşı, insan fəaliyyəti üçün kritik olan kənd təsərrüfatı məhsuldarlığı və su ehtiyatlarının idarə olunmasının riyazi modellər vasitəsilə optimallaşdırılmasını əhatə edir. Bu sistemlər iqlim dəyişikliyi və antropogen təsirlər fonunda ekoloji dayanıqlılığın təmin edilməsi üçün vacibdir.

    • Biocoğrafiyanın əsas anlayışlarını, növlərin coğrafi yayılma qanunauyğunluqlarını və kənd təsərrüfatı ilə su resurslarının idarə olunmasında modelləşdirmənin rolunu izah edir. Növlərin yayılmasına, kənd təsərrüfatı istehsalına və su resurslarının vəziyyətinə təsir edən biotik, abiotik və antropogen amilləri müəyyən edir. Növlərin yayılması, kənd təsərrüfatı və su resurslarının modelləşdirilməsində istifadə olunan əsas riyazi modelləri və metodları fərqləndirir.
  34. 34.
    Mövzu: 22 Ekosistem proseslərinin simulyasiyasıMühazirə

    Bu mövzu ekosistemlərdə baş verən təbii proseslərin kompüter modelləri və simulyasiya üsulları vasitəsilə öyrənilməsini əhatə edir. Simulyasiya zamanı canlılar arasındakı qarşılıqlı əlaqələr (yırtıcı–ov münasibətləri, rəqabət, simbioz), populyasiya dinamikası, enerji axını, maddələr dövranı və ətraf mühit amillərinin ekosistemə təsiri modelləşdirilir. Mövzu çərçivəsində müxtəlif ssenarilər qurularaq ekosistemlərdə baş verə biləcək dəyişikliklər proqnozlaşdırılır, təbii ehtiyatların idarə olunması və biomüxtəlifliyin qorunması üçün elmi əsaslandırılmış qərarların qəbulunda simulyasiyanın rolu öyrənilir. Həmçinin riyazi modelləşdirmə, sistem dinamikası və kompüter proqramlarından istifadə etməklə ekoloji proseslərin təhlili bacarıqları formalaşdırılır.

    • Ekosistem proseslərinin simulyasiyası anlayışını izah edir. Ekosistemin əsas komponentlərini və onların qarşılıqlı əlaqələrini müəyyən edir. Populyasiya dinamikası, enerji axını və maddələr dövranı kimi ekoloji prosesləri modelləşdirir.
  35. 35.
    Mövzu: 1 Ekoloji sistemlərdə model anlayışı və onun növləriMühazirə

    Ekoloji sistemlərdə modelləşdirmə və onun əhəmiyyəti, Model anlayışı və onun növləri, Modelləşdirmə haqqında ümumi məlumat və onun mahiyyəti

    • Model anlayışını izah edir və modelin elmi tədqiqatlarda rolunu şərh edir. Ekoloji modelin mahiyyətini və ətraf mühitin öyrənilməsində əhəmiyyətini izah edir. Ekoloji sistemlərin əsas xüsusiyyətlərini (mürəkkəblik, qarşılıqlı əlaqə, dinamika və s.) müəyyən edir.
  36. 36.
    Mövzu: 5 Dəniz suların və torpağın neftlə çirklənməyə qarşı mübarizə üsulları, torpaq istifadəçiliyin, kənd təsərrüfatı və su resursların modelləşdirilməsi.Məşğələ

    Bu mövzu iki böyük istiqaməti birləşdirir: 1) Ekoloji təmizləmə texnologiyaları və 2) Resursların idarə olunmasının rəqəmsal modelləşdirilməsi. Dəniz və torpaq mühitinin neftlə çirklənməsinə qarşı fiziki (səddlər, mexaniki yığım), kimyəvi (dispersantlar) və bioloji (bioremediasiya) mübarizə üsulları nəzərdən keçirilir. Eyni zamanda, kənd təsərrüfatı sahələrinin məhsuldarlığı, torpaq eroziyası, suvarma sistemləri və yeraltı/yerüstü su ehtiyatlarının dinamikası üçün riyazi modellərin qurulması və optimallaşdırılması metodları təhlil edilir.

    • Dəniz sularının və torpağın neftlə çirklənməsinin səbəblərini və ekoloji nəticələrini izah edir. Neftlə çirklənməyə qarşı tətbiq olunan mübarizə üsullarını (mexaniki, fiziki, kimyəvi və bioloji üsullar) fərqləndirir və onların üstünlüklərini və çatışmazlıqlarını qiymətləndirir. Neft sızmalarının yayılmasının modelləşdirilməsi prinsiplərini izah edir və proqnozlaşdırmanın əhəmiyyətini dərk edir.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5