Fənn · Cihaz mühəndisliyi (bachelor)

Texnoloji avadanlıqlar və alətlərCLO↔PLO matrisi

İFS-3372y7 kreditYaz semestriSeçmə2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

5 CLO × 5 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5
CLO 1CLO-86471FTN 1 (Dəzgahların quruluşu və iş prinsipinin mənimsənilməsi): Metalkəsən dəzgahların və texnoloji avadanlıqların təsnifatını, quruluşunu, dözümlülük və sərtlik xüsusiyyətlərini təhlil etmək.uyğunduruyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil
CLO 2CLO-69195FTN 2 (Mütərəqqi texnoloji avadanlıq və alətlərin seçilməsi): Cihazların hazırlanmasında dəqiqliyi və məhsuldarlığı yüksəldən əlverişli dəzgahları və kəsici alətləri məqsədəuyğun şəkildə seçmək.uyğun deyiluyğunduruyğun deyiluyğun deyiluyğun deyil
CLO 3CLO-96737FTN 3 (Dəqiqlik və keyfiyyəti artıran metodların tətbiqi): Metalkəsən dəzgahlarda sazlama və nizamlama metodlarını təkmilləşdirərək cihazqayırma məhsullarının keyfiyyətini və dəqiqliyini yüksəldən tədbirləri tətbiq etmək.uyğun deyiluyğunduruyğun deyiluyğun deyiluyğun deyil
CLO 4CLO-37109FTN 4 (Texnoloji proseslərin və layihələndirmə işlərinin aparılması): Cihaz istehsalında yüksək məhsuldarlıqlı müasir texnoloji prosesləri və avadanlıqları layihələndirmək bacarıqlarını nümayiş etdirmək.uyğunduruyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil
CLO 5CLO-78738FTN 5 (İstehsalatın iqtisadi və texniki səmərəliliyinin qiymətləndirilməsi): Texnoloji avadanlıqlardan istifadənin ölkənin texniki-iqtisadi inkişafına, asılılığın azaldılmasına və əmək məhsuldarlığına təsirini qiymətləndirmək.uyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğundur

Proqram təlim məqsədləri

  1. PLO 1

    Məzunların cihazqayırma, optika, elektronika və avtomatlaşdırma sahələrində müasir mühəndislik metodlarını, proqram təminatlarını və texnologiyalarını tətbiq edərək mürəkkəb texniki sistemləri layihələndirmək, tədqiq etmək və istehsalat problemlərini həll etmək bacarığına yiyələnməsi.

    Töhfə verən: CLO 1, CLO 4

  2. PLO 2

    (Innovasiya, Prototipləşdirmə və Keyfiyyətə Nəzarət): Yeni texnoloji proseslərin, sürətli prototipləşdirmə üsullarının və yüksək dəqiqlikli cihaz elementlərinin (ölçmə, optik, elastik həssas və elektron) hazırlanması, yığılması və keyfiyyətinin təmin edilməsi istiqamətində praktik bacarıqlar nümayiş etdirməsi.

    Töhfə verən: CLO 2, CLO 3

  3. PLO 3

    (Davamlı Təhsil və Elmi İnkişaf): Məzunların sürətlə dəyişən texnoloji mühitə adaptasiya olmaq üçün müstəqil öyrənmə, tədqiqat aparma, akademik biliklərini artırma və magistratura/ixtisaslaşma səviyyəsində təhsilini uğurla davam etdirmək qabiliyyətinə malik olması.

    Bu fənndən töhfə yoxdur

  4. PLO 4

    (Liderlik, Komanda İşi və Kommunikasiya): Disiplinlərarası layihələrdə effekitv komanda üzvü və ya rəhbəri kimi çıxış etmək, texniki xarakterli nəticələri işəgötürənlərə, sifarişçilərə və peşəkar auditoriyaya şəffaf, akademik və peşəkar dildə təqdim etmək bacarığına sahib olması.

    Bu fənndən töhfə yoxdur

  5. PLO 5

    (Etika, Sənaye Standartları və Məsuliyyət): Cihaz mühəndisliyi fəaliyyətində milli dövlət standartlarına, beynəlxalq keyfiyyət normativlərinə, peşə etikasına, əməyin mühafizəsi və ətraf mühitin qorunması prinsiplərinə tam riayət edən məsuliyyətli mütəxəssislər kimi formalaşması.

    Töhfə verən: CLO 5