Bakalavr proqramı
Cihaz mühəndisliyi (bachelor)
Proqram haqqında
050604 – "Cihaz mühəndisliyi" ixtisası üzrə bakalavriat səviyyəsinin təhsil proqramı "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin müvafiq qərarlarına və ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların Dövlət Təsnifatına uyğun olaraq hazırlanmışdır. Bu proqram tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən və bu ixtisas üzrə bakalavr hazırlayan bütün ali təhsil müəssisələri üçün məcburidir. Tələbənin əyani forma üzrə normativ təhsil müddəti 4 il, bu müddətdə mənimsənilməsi nəzərdə tutulan ümumi kredit miqdarı isə 240 ECTS-dir.
Dərəcə tələbləri
Tələbənin 5 günlük iş rejimində həftəlik ümumi dərs yükü (auditoriya və auditoriyadankənar saatlar daxil olmaqla) 45 saat müəyyən edilir. Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün maksimum 50%-ni təşkil edə bilər. Tələbələr proqram çərçivəsində humanitar, riyazi, ümummühəndislik və xüsusi ixtisas hazırlığı fənlərini uğurla başa vurmalı, nəzərdə tutulmuş sənaye və istehsalat təcrübələrini tamamlamalı və yekun dövlət attestasiyasından keçməlidirlər.
Proqramı araşdırın
Fənn nəticələri
Hər fənn üzrə təlim nəticələri
Səriştə matrisi
Fənlərin səriştələrə töhfəsi