Fənn · Cihaz mühəndisliyi (bachelor)
Keyfiyyətə nəzarət və metrologoyaCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 |
|---|---|---|---|---|---|
| CLO 1CLO-79194FTN 1 (Metroloji təminat və ölçmə metodları): Ölçmələrin vəhdətinin təmin edilməsi, lazımi dəqiqliyə nail olunması və cihaz mühəndisliyində istismar zamanı metroloji təminat məsələlərini təhlil etmək və tətbiq etmək. | uyğun deyil | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 2CLO-55921FTN 2 (Standartlaşdırma və qarşılıqlı əvəzolunma): Məhsul, Konstruksiya və texnoloji proseslər üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirmək, elementlərin qarşılıqlı əvəzolunmasını və yüksək istismar göstəricilərini təmin etmək. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğundur |
| CLO 3CLO-88899FTN 3 (Sertifikatlaşdırma və normativ sənədləşmə): Məhsul, xidmət və texnoloji proseslərin normativ-texniki sənədlərin tələblərinə uyğunluğunu müəyyən edən sertifikatlaşdırma qaydalarını və dəyərləndirmə prosedurlarını tətbiq etmək. | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğundur |
| CLO 4CLO-13592FTN 4 (Keyfiyyətin planlaşdırılması və idarə edilməsi): Layihələndirmə, istehsal və satış mərhələlərində rəqabətədavamlı məhsul istehsalı üçün keyfiyyətin idarə edilməsi, təmin edilməsi və yaxşılaşdırılması üsullarını istifadə etmək. | uyğun deyil | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil |
| CLO 5CLO-94950FTN 5 (Keyfiyyətə nəzarət və texnoloji tənzimləmə): Məhsulun keyfiyyət meyarlarını qiymətləndirmək və texnoloji proseslərin tənzimlənməsi ilə bağlı kompleks mühəndislik məsələlərini həll etmək. | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
Proqram təlim məqsədləri
PLO 1
Məzunların cihazqayırma, optika, elektronika və avtomatlaşdırma sahələrində müasir mühəndislik metodlarını, proqram təminatlarını və texnologiyalarını tətbiq edərək mürəkkəb texniki sistemləri layihələndirmək, tədqiq etmək və istehsalat problemlərini həll etmək bacarığına yiyələnməsi.
Töhfə verən: CLO 5
PLO 2
(Innovasiya, Prototipləşdirmə və Keyfiyyətə Nəzarət): Yeni texnoloji proseslərin, sürətli prototipləşdirmə üsullarının və yüksək dəqiqlikli cihaz elementlərinin (ölçmə, optik, elastik həssas və elektron) hazırlanması, yığılması və keyfiyyətinin təmin edilməsi istiqamətində praktik bacarıqlar nümayiş etdirməsi.
Töhfə verən: CLO 1, CLO 4
PLO 3
(Davamlı Təhsil və Elmi İnkişaf): Məzunların sürətlə dəyişən texnoloji mühitə adaptasiya olmaq üçün müstəqil öyrənmə, tədqiqat aparma, akademik biliklərini artırma və magistratura/ixtisaslaşma səviyyəsində təhsilini uğurla davam etdirmək qabiliyyətinə malik olması.
Bu fənndən töhfə yoxdur
PLO 4
(Liderlik, Komanda İşi və Kommunikasiya): Disiplinlərarası layihələrdə effekitv komanda üzvü və ya rəhbəri kimi çıxış etmək, texniki xarakterli nəticələri işəgötürənlərə, sifarişçilərə və peşəkar auditoriyaya şəffaf, akademik və peşəkar dildə təqdim etmək bacarığına sahib olması.
Bu fənndən töhfə yoxdur
PLO 5
(Etika, Sənaye Standartları və Məsuliyyət): Cihaz mühəndisliyi fəaliyyətində milli dövlət standartlarına, beynəlxalq keyfiyyət normativlərinə, peşə etikasına, əməyin mühafizəsi və ətraf mühitin qorunması prinsiplərinə tam riayət edən məsuliyyətli mütəxəssislər kimi formalaşması.
Töhfə verən: CLO 2, CLO 3