Fənn · Cihaz mühəndisliyi (bachelor)

Keyfiyyətə nəzarət və metrologoya

İF-3328y7 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

7

İş yükü

210saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

“Keyfiyyətə nəzarət və metrologiya” fənni 050640-“Cihaz mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün tədris olunan ixtisaslaşmanın məcburi fənlərinə aid edilir. Bu fənn metrologiya, standartlaşdırma və sertifikatlaşdırma kimi üç vacib sahənin birləşməsindən ibarət olmaqla, məhsulun keyfiyyət meyarlarının qiymətləndirilməsi metodlarını əhatə edir. Kursun əsas məqsədi tələbələri istehsal və istismar zamanı metroloji təminat, keyfiyyətin idarə edilməsi və texnoloji proseslərin tənzimlənməsi məsələlərini həll etməyə hazırlamaqdır. Tədris müddətində bakalavrlar fiziki kəmiyyətlər, cihazqayırmada tətbiq olunan ölçmə metodları, xətaların növləri və keyfiyyətə nəzarətin yeddi sadə aləti barədə geniş nəzəri biliklərə yiyələnirlər. Fənnin öyrənilməsi nəticəsində tələbələr həmçinin ölçmə vasitələrinin kalibrlənməsini, xətaların aşkar edilməsini və statistik metodlarla məhsulun keyfiyyət səviyyəsinin praktiki qiymətləndirilməsini bacarırlar.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1 (Metroloji təminat və ölçmə metodları): Ölçmələrin vəhdətinin təmin edilməsi, lazımi dəqiqliyə nail olunması və cihaz mühəndisliyində istismar zamanı metroloji təminat məsələlərini təhlil etmək və tətbiq etmək.

  2. CLO 2: FTN 2 (Standartlaşdırma və qarşılıqlı əvəzolunma): Məhsul, Konstruksiya və texnoloji proseslər üçün norma, qayda və xarakteristikaları müəyyənləşdirmək, elementlərin qarşılıqlı əvəzolunmasını və yüksək istismar göstəricilərini təmin etmək.

  3. CLO 3: FTN 3 (Sertifikatlaşdırma və normativ sənədləşmə): Məhsul, xidmət və texnoloji proseslərin normativ-texniki sənədlərin tələblərinə uyğunluğunu müəyyən edən sertifikatlaşdırma qaydalarını və dəyərləndirmə prosedurlarını tətbiq etmək.

  4. CLO 4: FTN 4 (Keyfiyyətin planlaşdırılması və idarə edilməsi): Layihələndirmə, istehsal və satış mərhələlərində rəqabətədavamlı məhsul istehsalı üçün keyfiyyətin idarə edilməsi, təmin edilməsi və yaxşılaşdırılması üsullarını istifadə etmək.

  5. CLO 5: FTN 5 (Keyfiyyətə nəzarət və texnoloji tənzimləmə): Məhsulun keyfiyyət meyarlarını qiymətləndirmək və texnoloji proseslərin tənzimlənməsi ilə bağlı kompleks mühəndislik məsələlərini həll etmək.