Bakalavr proqramı

MarketinqKaryera imkanları

Bakalavr050407Sənaye İqtisadiyyatı və MenecmentBiznesin idarəedilməsi17 fənn

Məzun karyera imkanları

Bu proqramın məzunlarının çalışa biləcəyi sahələr və vəzifələr.

6 karyera istiqaməti
  • Marketinq" İxtisası Üzrə Professional İnkişaf, Sənaye Kollaborasiyası və Karyera Perspektivləri

    Marketinq" təhsil proqramı, tələbələrdə müasir qlobal bazarın, istehlakçı davranışlarının və rəqəmsal transformasiyanın çağırışlarına cavab verən strateji düşüncə, analitik təhlil və rəqəmsal marketinq kompetensiyalarının formalaşdırılmasını hədəfləyir. Tədris proqramının metodoloji strukturu nəzəri fundamental biliklərlə bərabər, bu biliklərin empirik tətbiqi, bazar araşdırmaları və real keyslər (case-study) üzərində qurulması ilə formalaşdırılmışdır. Bu yanaşma məzunlarımızın əmək bazarında rəqabətqabiliyyətli və yaradıcı marketinq mütəxəssisləri kimi formalaşmasını təmin edir.

  • Rəqəmsal Marketinq, Analitika və Performansın İdarə Edilməsi:

    İnternet texnologiyaları, rəqəmsal platformaların idarə edilməsi, SEO/SEM (axtarış sistemlərinin optimallaşdırılması və marketinqi), eləcə də veb-analitika və rəqəmsal məlumatların təhlili sahəsində əldə olunan dərin biliklər sayəsində məzunlarımız hədəf auditoriyanın onlayn davranışını analiz etməyi, reklam büdcələrini optimallaşdırmağı və kampaniyaların effektivliyini (ROI) ölçməyi bacarırlar. Bu kompetensiyalar onlara aparıcı şirkətlərdə Rəqəmsal Marketinq Analitiki, Performans Marketinq Mütəxəssisi və SMM Meneceri kimi strateji vəzifələri icra etmək imkanı verir.

  • Strateji Marketinq və Brend Menecmenti:

    İstehlakçı davranışının psixologiyası, bazar konyukturasının analizi, rəqib təhlili və brendin mövqeləndirilməsi üzrə mənimsənilən biliklər məzunlarımızın müasir rəqabətli bazarlarda unikal brend strategiyaları hazırlamasını təmin edir. Bu istiqamət üzrə formalaşan mütəxəssislər məhsul və xidmətlərin yaradılmasından onun son istehlakçıya çatdırılmasına qədər olan bütün mərhələləri idarə edir, yeni brend kimliyi formalaşdırır və Brend Meneceri, Marketinq Meneceri və ya Məhsul Meneceri (Product Manager) qismində fəaliyyət göstərə bilərlər.

  • İctimaiyyətlə Əlaqələr (PR) və Korporativ Kommunikasiyalar:

    Müasir media mühiti, korporativ reputasiyanın idarə edilməsi, kontent marketinqi və böhran kommunikasiyaları sahəsində yiyələnən biliklər tələbələrimizə daxili və xarici hədəf auditoriyalarla düzgün ünsiyyət kanalları qurmağı öyrədir. Məzunlarımız şirkətlərin müsbət imicinin qorunmasını və tanıdılmasını təmin edən PR Mütəxəssisi, Korporativ Kommunikasiyalar üzrə Menecer və ya Kontent Strategiya kimi rollarda çıxış edə bilərlər.

  • B2B Marketinq, Satış və Biznesin İnkişafı:

    Müştəri münasibətlərinin idarə edilməsi (CRM), korporativ satış strategiyaları, danışıqların aparılması və ticarət marketinqi (Trade Marketing) istiqamətində qazanılan biliklər tələbələrimizə həm korporativ (B2B), həm də pərakəndə (B2C) bazarlarda uğurlu satış kanalları qurmaq bacarığı qazandırır. Məzunlarımız müəssisələrdə Satış üzrə Menecer, Müştəri Münasibətləri Meneceri (Account Manager) və ya Biznesin İnkişafı Mütəxəssisi kimi yeni bazar imkanlarını reallaşdırırlar.

  • Tələbələrimizin təcrübə keçdiyi və sıx əməkdaşlıq etdiyimiz strateji sənaye tərəfdaşlarımız sahələr üzrə aşağıdakı kimi təsnifləşdirilir:

    İri Sənaye Holdinqləri və Transmilli Şirkətlər: Azərsun MMC, Silk Way Group, Agro-Vest Pro, Zəfəroğlu İnşaat. Maliyyə və Bank Sektoru: Kapital Bank, Unibank. Konsaltinq, Audit və Hüquq Xidmətləri: GMB Klaster Konsalting MMC, BERC Group MMC.