Bakalavr proqramı

MarketinqSəriştələr

Bakalavr050407Sənaye İqtisadiyyatı və MenecmentBiznesin idarəedilməsi17 fənn

Proqram səriştələri

Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.

64 səriştə

Peşə səriştələri· 43

  • COMPETENCY-23857

    İqtisadi nəzəriyyənin əsaslarını, müəssisə və fərd səviyyəsindəki davranışları, əsas sosial-iqtisadi göstəriciləri, problemləri və prosesləri bilmək; (PK-1)

  • COMPETENCY-16590

    Fərqli rəqabət sistemlərindəki bazarların xüsusiyyətlərini, müxtəlif bazar tiplərində firmaların fəaliyyət mexanizmini, qarşılıqlı əlaqələrin fərqli senarilərini bilmək; (PK-2)

  • COMPETENCY-43127

    Makroiqtisadi terminologiyanı tam şəkildə mənimsəmək, açıq iqtisadiyyatı təhlil edə bilmək və nəzəri modellərdən istifadə etməklə təkliflər irəli sürməyi bacarmaq; (PK-3)

  • COMPETENCY-53070

    Riyazi üsullar, kəmiyyət və hesablama metodları üzrə bacarıqlara malik olmaq və bu üsul və metodlardan istifadə etməklə optimal qərarlar verə bilmək; (PK-4)

  • COMPETENCY-18638

    İşində ümumi porifilli və ixtisaslaşdırılmış proqaram təminatından (Excel, Word, Power Point, Photoshop və ya analitikproqramlardan hər hansı biri ilə (SPSS, Stata, Python kimi proqramlarla) işləmək, sadə analizləri əməyi bacarmaq; (PK-5)

  • COMPETENCY-18554

    İqtisadi məlumatların təhlili və sistemləşdirilməsi üçün statistik biliklərə sahib olmaq, kəmiyyət və keyfiyyət məlumatlarını toplamaq, təhlil etmək və proqnozlaşdırmanı bacarmaq; (PK-6)

  • COMPETENCY-42761

    İqtisadi məsələlərin empirik tədqiqində ortaya çıxan problemləri həll etmək üçün ekonometrik metodologiyanı öyrənmək və tətbiq edə bilmək; (PK-7)

  • COMPETENCY-71177

    İdarəetmə və təşkilatla bağlı baza biliklərə yiyələnmək, ixtisas üzrə məlumatları analitik və sistematik şəkildə təhlil edə bilmək; (PK-8)

  • COMPETENCY-17705

    Mühasibatın elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərə sahib olmaq; (PK-9)

  • COMPETENCY-21727

    Maliyyənin elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərə sahib olmaq; (PK-10)

  • COMPETENCY-68911

    İqtisadiyyatı regional və sektorial olaraq təhlil etməyi bacarmaq, kənd təsərrüfatı, sənaye və xidmət sektorunun iqtisadi inkişafdakı rolunu və əhəmiyyətini bilmək, sahə üzrə yeni konseptləri şərh edə bilmək; (PK-11)

  • COMPETENCY-86494

    Milli iqtisadiyyatın makroiqtisadi mənzərəsini, sosial-iqtisadi göstəricilərin dinamikasını; iqtisadi siyasətin əsas konturlarını bilmək, sektorial təhlil aparmağı bacarmaq; (PK-12)

  • COMPETENCY-24997

    Marketinq fəaliyyətinin elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərinə sahib olmaq; (PK-13)

  • COMPETENCY-74469

    İdarəetmədəki və təşkilatdakı mövcud problemləri qavrama və həlli yollarını təklif etmək ilə bağlı biliklərə sahib olmaq; (PK-14)

  • COMPETENCY-98785

    Biznesin idarə edilməsi üzrə müvafiq fəaliyyət və metodları təklif etmək və planlasdırmaq, onların qısa və uzunmüddətli nəticələrini təhlil etmə bacarığına sahib olmaq; (PK-15)

  • COMPETENCY-24173

    Karyera barədə ilkin anlayışları, karyera inkişaf fəaliyyətlərini, iş müsahibəsinə hazırlıq prosedurlarını və müsahibə texnikalarını bilmək, karyera yol xəritəsinin tərtib olunmasını və texnikaları, iradə, motivasiya və pozitiv düşüncə, işgüzar etika, iş axtarma strategiyaları, eləcə də iş üçün müraciət qaydalarını, peşəkar CV, rezume, istək və tövsiyə məktublarının hazırlanmasını bacarmaq; (PK-16)

  • COMPETENCY-27197

    Vaxtın effektiv idarə edilməsini, stres menecmentini, kreativ, tənqidi və analitik düşüncə formalarını bilmək, problem həll etmə və qərarvermə texnikalarına, natiqlik bacarıqlarına sahib olmaq, eləcə də komanda işinin qurulmasını bilmək və liderlik prinsiplərinə yiyələnmək; (PK-17)

  • COMPETENCY-46350

    Layihələrin idarə edilməsində və digər çox istifadə olunan proqram təminatlarından istifadəni bacarmaq, iş həyatında şifahi və yazılı kommunikasiya vasitələrindən istifadə etməyi bacarmaq; (PK-18)

  • COMPETENCY-62490

    İxtisasla bağlı anlayış və terminlərin mənasını bilmək və tətbiq etmək bacarığına sahib olmaq; (PK-19)

  • COMPETENCY-98271

    İqtisadiyyat və sosial elmlərdə tətbiq edilən ehtimal nəzəriyyəsi, statistik tətbiq və məlumatların təhlili ilə əlaqəli tapşırıqları həll edə bilmək üçün zəruri biliklərə sahib olmaq; (PK-20)

  • COMPETENCY-14966

    Marketinq təhlilinin və tədqiqatın aparılmasının elmi-metodiki əsaslarını bilmək; (PK-21)

  • COMPETENCY-43422

    Kreativ düşüncə tərzi əsasında müştərilərin ehtiyac və təlabatlarının daha yüksək səviyyədə və yeni texnologiya istifadə etməklə ödənilməsini bacarmaq; (PK-22)

  • COMPETENCY-11328

    Marketinq sahəsi üzrə biliklərin praktik məsələlərin həllində tətbiq etmək bacarığına sahib olmaq; (PK-23)

  • COMPETENCY-36847

    Marketinq sferasında baş verən dəyişilkləri bilmək və onları mənimsəmək xüsusiyyətlərinə sahib olmaq; (PK-24)

  • COMPETENCY-65654

    Marketinq alətlərini əlaqələndirməklə yerli və beynəlxalq müştərilərin ehtiyac va təalabatlarının dolğun ödənilməsi istiqamətində bacarıqlara sahib olmaq; (PK-25)

  • COMPETENCY-99590

    Bazar mühitini fasiləsiz izləməklə həmin mühitdə özünü göstərən marketinq imkanlarını və problemləri aşkara çıxarmaq qabiliyyətinə sahib olmaq; (PK-26)

  • COMPETENCY-45966

    Marketinqdən bir vasitə kimi istifadə etməklə müəssisənin rəqabət üstünlüyünün təmin edilməsi və ona nail olma qabiliyyətinə malik olmaq; (PK-27)

  • COMPETENCY-26699

    Marketinq təhlilinin və tədqiqatlarının nəticələrini təhlil etmək və hesabat tərtib etmək bacarığına malik olmaq; (PK-28)

  • COMPETENCY-47345

    Müəssisənin fəaliyyət göstərdiyi bazara dair geniş spektrli informasiyaları əldə etmək və onların sistemləşdirilməsini bacarmaq; (PK-29)

  • COMPETENCY-27296

    Marketinq informasiya sistemi ilə interaktiv işləmək bacarığına malik olmaq; (PK-30)

  • COMPETENCY-16693

    Marketinq büdcəsindəki məhdud vəsaitlərdən istifadə etməklə müəssisənin qarşısında duran məqsədlərə mümkün qədər az xərclərlə nail olmaq bacarığına yiyələnmək; (PK-31)

  • COMPETENCY-67600

    Müəssisədə marketinq xidmətinin başqa struktur bölmələri ilə qarşılıqlı əlaqəsini təmin etmək bacarığına malik olmaq; (PK-32)

  • COMPETENCY-28352

    Marketinq sahəsində taktiki və strateji xarakterli qərarlar qəbul etmək bacarığına yiyələnmək; (PK-33)

  • COMPETENCY-14015

    İnteqrasilaşdırılmış marketinq kommunikasiya sisteminin formalaşdırılması qabiliyyətinə sahib olmaq; (PK-34)

  • COMPETENCY-74538

    Müəssədə hər kəsin yaradıcı təşəbbüslərindən istifadə etməklə, onlardan yararlanmaq qabiliyyətinə malik olmaq; (PK-35)

  • COMPETENCY-21254

    Müxtəlif xidmət sahələrində səmərəli marketinq qərarları qəbul etmək bacarığına sahib olmaq; (PK-36)

  • COMPETENCY-91310

    Mürəkkəb marketinq mühitində müəssisənin və onun əsas rəqiblərinin inkişafını, həmçinin bazarın parametrlərini proqnozlaşdırmaq qabiliyyətinə malik olmaq; (PK-37)

  • COMPETENCY-78876

    Müəssisə ilə müxtəlif ünsiyyət dairələri arasında meydana çıxa biləcək münaqişəli məqamları aradan qaldırmaq və yaxud həll etmək bacarığına sahib olmaq; (PK-38)

  • COMPETENCY-74553

    İstehlakçılarla səmərəli əlaqələrin qurulması və qorunub saxlanılması üçün elmi düşüncə tərzinə və məharətə malik olma qabiliyyətinə sahib olmaq; (PK-39)

  • COMPETENCY-96907

    Şirkətin brend strategiyasını işləyib hazırlamağı texnologiyalarından istifadə etməyi bacarmaq: (PK-40) brend-menecmentin

  • COMPETENCY-40137

    Müəssisəyə uyğun korporativ marketinq siyasətinin aparılması üçün şirkət mədəniyyəti və korporativ mühitlə bağlı biliklərə sahib olmaq; (PK-41)

  • COMPETENCY-81138

    Bazar araşdırması və bazar araşdırması üzrə tətbiq olunacaq metodoligayaları və tətbiq qaydalarını mənimsəmək; (PK-42)

  • COMPETENCY-36048

    Rəqəmsal marketinq və onun effektiv istifadəsi üçün mövcud dünya praktikasına uyğun biliklərə sahib olmaq; (PK-43)

İxtisas səriştələri· 21

  • COMPETENCY-60072

    İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqları

  • COMPETENCY-86254

    İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqları

  • COMPETENCY-83393

    Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətləri

  • COMPETENCY-81567

    Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqları

  • COMPETENCY-10491

    İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyəti

  • COMPETENCY-99587

    Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyəti

  • COMPETENCY-26654

    Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsi

  • COMPETENCY-80646

    Məsələlərin həlli üçün əlavə məlumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyəti

  • COMPETENCY-98265

    Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqları

  • COMPETENCY-42051

    Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyəti

  • COMPETENCY-26484

    Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, həmçinin keyfiyyətə üstünlük vermək bacarığı

  • COMPETENCY-11037

    Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığı

  • COMPETENCY-61170

    Mürəkkəb sistemləri təhlil etmək, əlaqələri aşkarlayıb dərk etmək, müxtəlif sahələrdə və fərqli səviyyələrdə sistemlər arasında əlaqə prinsiplərini dərk etmək, qeyri-müəyyən şəraitdə fəaliyyət göstərmək (sistemli düşüncə kompetensiyası)

  • COMPETENCY-15588

    Gələcəyin (mümkün, ehtimal edilən və arzu olunan) fərqli variantlarını dərk etmək və qiymətləndirmək qabiliyyəti, gələcək haqqında aydın fikir formalaşdırmaq, fəaliyyyətin mümkün nəticələrini qiymətləndirmək, risk və baş verən dəyişiklkləri nəzərə almaq (proqnostik kompetensiya)

  • COMPETENCY-66933

    Yerli və daha yüksək səviyyələrdə davamlılığın təmini və yüksəldilməsinə yönəldilmiş novator qərarların kollektiv işlənməsi və gerçəkləşdirilməsi bacarığı (strateji baxış kompetensiyası)

  • COMPETENCY-21890

    Başqalrından öyrənmək, digərlərinin tələbatlarını, fikirlərini və hərəkətlərini anlamaq (empatiya) qrupda yaranan konfliktləri həll etmək, problemlərin həllinə yönəlik kollektiv və çoxtərəfli əməkdaşlıqda iştirak (kollektiv iş kompetensiyası)

  • COMPETENCY-90180

    Qəbul edilmiş norma, yanaşma və fikirləri təhlil etmək, öz baxışlarını və fəaliyyətini kritik qiymətləndirmək, davamlı inkişaf məsələləri ilə bağlı diskussiyalarda öz mövqeyini müdafiə etmək (kritik düşüncə kompetensiyası)

  • COMPETENCY-21654

    Cəmiyyətdə öz rolunu kritik qiymətləndirmək (özünüdərketmə kompetensiyası)

  • COMPETENCY-13816

    Mürəkkəb problemlərin həlli məqsədilə problemə yönəlik fərqli yanaşmalardan istifadə bacarığı, sadalanan kompetensiyalar əsasında kompleks və ədalətli qərarların qəbulu (problemin kompleks həlli kompetensiyası)

  • COMPETENCY-17563

    Fərqli baxış və yanaşmaların dərk edilməsi və kompleks təhlili, geniş inteqrasiya və dünyada artan müxtəlifliyin fərqli perspektivlərinin ümumiləşdirilməsi (multikultural yanaşma və açıqlıq)

  • COMPETENCY-81020

    Sahələrarası yanaşmaların formalaşdırılması və qərarların qəbulu bacarığı (sahələrarası kommunikasiya)