Bakalavr proqramı

Marketinq

Bakalavr050407Sənaye İqtisadiyyatı və MenecmentBiznesin idarəedilməsi17 fənn

Proqram haqqında

1. Bakalavriat səviyyəsinin "050407 - Marketinq" ixtisası üzrə Təhsil Proqramı (bundan sonra ixtisas üzrə Təhsil Proqramı) "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarına, eləcə də "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı"na uyğun hazırlanmışdır. 1.2. Təhsil Proqramının məqsədləri aşağıdakılardır: İxtisas üzrə məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirir; Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri bərədə məlumatlandırmaq; Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlandırmaq. 1.3. Təhsil Proqramı tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən və "050407 - Marketinq" ixtisası üzrə bakalavr hazırlığını həyata keçirən bütün ali təhsil müəssisələri üçün məcburidir. 1.4. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Həftəlik auditoriya saatlarının həcmi ümumi həftəlik yükün 50%-dən çox olmamalıdır. İxtisasın xüsusiyyətindən asılı olaraq həftəlik yükün həcmi dəyişdirilə bilər..

Dərəcə tələbləri

"050407 - Marketinq" ixtisası üzrə Təhsil Proqramı 240 (4 il) AKTS kreditindən ibarətdir. Kreditlər aşağıdakı şəkildə bölüşdürülür: • Ümumi fənlər: 30 1. Azərbaycan tarixi (bu fənn ən qədim dövrlərdən başlayaraq müasir dövrədək Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun mərhələlərini ardıcıllıqla öyrənir) - 5 2. Azərbaycan dilində işgüzar və akademik kommunikasiya (Bu fənn cərçivəsində tələbələrə Azərbaycan dilində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı bacarıqlarının aşılanmasına xüsusi diqqət yetirilir.)- 4 3. Xarici dildə işgüzar və akademik kommunikasiya (Bu fənn çərçivəsində tələbələrə ixtisası üzrə xarici dillərdən birində təqdimat etmək, natiqlik, akademik və işgüzar yazı, şifahi və yazılı bacarıqların aşılanmasına xüsusi diqqət yetirilməlidir) - 15 4. Seçmə fənlər (Seçmə fənlər ali təhsil müəssisəsi tərəfindən müəyyən edilir. İxtisasın spesifikasından asılı olaraq seçmə fənlərə əlavələr edilə bilər.) - 6 4.1. 3 kredit: • Fəlsəfə • Sosiologiya • Azərbaycan Respublikasının Konstitisiyası və hüququn əsasları • Məntiq • Etika • Multikulturalizmə giriş 4.2. 3 kredit: • İnformasiya texnologiyaları (ixtisas üzrə) • İnformasiyanın idarə edilməsi • Sahibkarlığın əsasları və biznesə giriş • Politoloqiya • İxtisas fənləri: 120 1. İqtisadiyyata giriş (Bu fənndə mühüm iqtisadi anlayışlar izah edilir, bazar iqtisadiyyatının ümumi xarakteristikası verilir və məhdud iqtisadi ehtiyatların səmərəli istifadə olunmasında bazar mexanizminin rolu müəyyənləşdirilir. İqtisadi subyeklərin qərar qəbul etməsini şərtləndirən prinsiplər açıqlanır.) - 6 2. Mikroiqtisadiyyat (İqtisad subyektlərin mənfəəti və faydasının maksimumlaşdırmaq baxımından davranışlarını öyrənir müvafiq bazar rəqabəti modellərindən ev təsərrüfatları və fırmaların qəbul etdikləri qərarları şərtləndirən amilləri təhlil edilir, iqtisadi ehtiyatların səmərəli istifadəsində bazar mexanizminin üsütünlükləri və çatışmazlıqları göstərilir.)- 10 3. Makroiqtisadiyyat (İqtisadi ehtiyatların bötövlükdə rasional istifadə edilməsi baxımından ölkədə dayanıqlı iqtisadi artımın və makroiqtisadi sabitliyin təmin edilməsi, iqtisadi ehtiyatların tam və səmərəli istifadə edilməsi, işsizliyin və inflyasiyanın minimumlaşdırılması, xarici iqtisadi əlaqələrin optimallaşdırılmasının nəzəri və praktiki məsələləri təhlil edilir.)- 10 4. Xətti cəbr və riyazi analiz ("Xətti cəbr və riyazi analiz" fənni "Xətti cəbr" və "Riyazi analiz" bölmələrindən ibarətdir. "Xətti cəbr" xətti tənliklər, xətti fəza, xətti çevirmə kimi xətti təbiətə malik obyektləri, "Riyazi analiz" isə diferensial, integral hesabının köməkliyi ilə funksiya və dəyişən kəmiyyətləri öyrənir.)- 8 5. Ehtimal nəzəriyyəsi və riyasi statistika ("Ehtimal nəzəriyyəsi" 9 təsadüfi hadisələrin baş verməsinin riyazi qanunauyğunluqlarını, "Riyazi statistika" isə statistik qanunauyğunluqların müəyyən edilməsi məqsədi ilə məlumatın yığılmasının, emalının və müşahidələrin nəticələrinin interpretasiyasının riyazi üsullarını öyrənir.)- 8 6. İKT - baza komputer bilikləri (Bu fənn iqtisadi yönümdə təhsil alan gələcək mütəxəssislərə müasir informasiya proseslərinin həyata keçirlməsində istifadə olunan üsul və vasitələr haqqında geniş məlumat verir, iqtisadi proseslərin ayrılmaz tərkib hissəsi olan yeni informasiya və İnternet texnologiyaları üzrə müasir bilikləri aşılayır.) - 8 7. Statistika (Bu fənn keyfiyyətcə müəyyən edilmiş kütləvi sosial-iqtisadi hadisə və proseslərin kəmiyyət tərəfini, onların tərkibini, bölgüsünü, konkret məkan və zaman şəraitində mövcud qarşılıqlı asılılıqlarını qanunauyğunluqlarını öyrənir.)- 10 8. Ekonometrika (Bu fənn riyazi və statistik metod, modellərdən istifadə edərək iqtisadi obyektlərin və proseslərin spesifik kəmiyyət və keyfiyyət əlaqələrini öyrənir. )- 10 9. Menecment (Bu fənn menecmentin əsas funksiyalarını, menecerlərin rollarını, təşkilati quruluşları və onların hər birinin üstün və mənfi cəhətlərini, liderlik növlərini öyrənir, təşkilatlardakı qrup və komanda dinamikasını təşkilat mədəniyyətini, müxtəlifliyin faydalarını tədqiq edir. ) - 7 10. Marketinq (Bu fənn sayəsində tələbə marketinqin tərifi, marketinqə aid ilkin anlayışların formalaşması, marketinqin mühiti haqqında biliklərin toplanması ilə yanaşı Bazarın seqmentasiyası, bazar bilgi sistemləri, marketing miks haqqında biliklərə və tətbiqlərə yiyələnmək haqqında biliklər əldə edə biləcək. )- 6 11. İstehlakçı davranışları (İstehlakçıların zamanla dəyişən maraq, bəyənmə, istək, ehtiyac anlayışlarının ətraflı öyrənilməsi ilə yanaşı onların qavrama, motivasiya, inanc, tutum və davranışlarının öyrənilməsi metodlarının mənimsənilməsi bu fənn üçün əsas aspektlərdir. )- 6 12. Marketinq tətqiqatları (Bu fənn tədqiqat anlayışının və elmi araşdırma fikrinin, fəlsəfəsinin öyrədilməsi, tədqiqat metodlarının (kəmiyyət və keyfiyyət) və hər bir araşdırma texnikasının mənimsənilməsini əhatə edir.)- 4 13. Strateji marketinq (Bu fənn vasitəsilə strategiya anlayışı ilə yaxın tanışlıq, taktika və əməliyyat anlayışlarından fərqliliyinin izah edilməsi, məram, missiya, hədəf və məqsəd anlayışları ilə yaxından tanışlıq və marketinqi bu istiqamətdə yönləndirmə fəaliyyətlərinin öyrədilməsi, marketing mühitinin ətraflı analiz edilməsi ilə yanaşı, firmanın daxili mühitinin, mikro və makro çevrəsinin təhlilinin aparılması, SWOT analizi ilə mövcud vəziyyətin analizinin aparılması, PEST analizi ilə strateji addımların müxtəlif aspektlərdən qiymətləndirilməsi nəzərdə tutulmuşdur. ) - 4 14. Reklam işi (Bir məhsulun tanıdılması, marketinqdə olduqca əhəmiyyətlidir. Məhsul yalnız tanıtma fəaliyyətləri nəticəsində bazarda irəliləyir. )- 6 15. Satışın idarə edilməsi (Bu fənn vasitəsilə tələbəyə satışın tərifi, marketinqdən əsas fərqləndirən xüsusiyyətlər satış prosesi və mərhələlərin ayrı-ayrı təhlil edilməsi və bu prosesin tətbiqinə nəzarət mexanizmləri ilə yanaşı, satış təxmin metodlarının öyrədilməsi və tətbiq edilməsi, satış gücünün seçilməsi, seçim formalarının təhlili və iş prosesində tətbiq edilməsi, satışda karyera imkanları öyrədilir. Həmçinin, satış texnikaları, satış həmlələri ilə birlikdə satış büdcəsinin formalaşdırılması və büdcənin tətbiqinə nəzarət, ümumi satış prosesinə nəzarət də əldə olunan bacarıqlar sırasındadır)- 4 16. Pərakəndə ticarət marketinqi (Bu fənndə, bölüşdürmə anlayışı, bölüşdürmə kanalları və pərakəndə mağazalar haqqında ilkın məlumatlar, pərakəndə ticarətin kanal İçindəki rolunun açıqlanmasıyla birlikdə, pərakəndə mağazaların yer seçimi, seçimə təsir edən faktorlar, pərakəndə mağaza formaları və klassifikasiyası haqqında biliklər öyrədilir. )- 4 17. Rəqəmsal marketinq (Bu fənn vasitəsilə marketinqdə yeni anlayışlar və rəqəmsal marketing haqqında, ənənəvi marketinqdən əsas fərqlərinin izah edilməsi, sosial media marketinqi, sosial şəbəkələr haqqında informasiyalar və sosial mediada marketinq üçün vasitələr haqqında informasiyaların verilməsi, SEO, SEM anlayışları, Google Ads, Google adwords kimi axtarış vasitələrinin kontent marketing strategiyalarının tətbiqi öyrədilməkdədir. Eyni zamanda, Influencer, Viral marketing, Growthhacking haqqında biliklərin öyrədilməsi və tətbiqi. Mobil marketinq, əşyaların interneti və virtual həyat tətbiqləri haqqında informasiyaların ötürülməsi də bu fənn çərçivəsində nəzərdə tutulmaqdadır.)- 6 18. Mülki müdafiə (Bu fənn çərçivəsində müxtəlif qlobal FH-rın sürətlə artdığı müasir dövrdə insanın ətraf mühitində təhlükəsizliyinə və sağlamlığının qorunmasına yönəldilmiş qaydalar tədris olunur. Bu fənn həmçinin zərərli amillərin aşkara çıxarmasını və eyniləşdirməsini, insanın mühavizəsinin metod və vasitələrini, zərərli va təhlükəli amillərin minimum dərəcəyə qədər azaldılması yollarını, sülh va müharibə dövrü baş verən qəza hallarının, fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün tədbirlərin keçirilməsi ilə bağlı məsələləri əhatə edir.) - 3 • Ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən fənlər (Burada olan fənlər hər bir ali təhsil müəssisəsi tərəfindən fərdi qaydada müəyyən edilir və həmin ixtisasın tədris planında əksini tapır). - 60 • Təcrübə: 30 1. Karyera planlaması - 5 2. Yumşaq bacarıqlar (Soft skills) - 9 3. Sərt bacarıqlar (Hard skills) - 10 4. İstehsalat təcrübəsi / layihə - 6

Proqramı araşdırın