Bakalavr proqramı
Biznesin idarə edilməsiSəriştələr
Proqram səriştələri
Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.
Peşə səriştələri· 41
COMPETENCY-14704
İqtisadi nəzəriyyənin əsaslarını, müəssisə və fərd səviyyəsindəki davranışları, əsas sosial-iqtisadi göstəriciləri, problemləri və prosesləri bilmək; (PK-1)
COMPETENCY-13393
Fərqli rəqabət sistemlərindəki bazarların xüsusiyyətlərini, müxtəlif bazar tiplərində firmaların fəaliyyət mexanizmini, qarşılıqlı əlaqələrin fərqli senarilərini bilmək; (PK-2)
COMPETENCY-25986
Makroiqtisadi terminologiyanı tam şəkildə mənimsəmək, açıq iqtisadiyyatı təhlil edə bilmək və nəzəri modellərdən istifadə etməklə təkliflər irəli sürməyi bacarmaq; (PK-3)
COMPETENCY-58792
Riyazi üsullar, kəmiyyət və hesablama metodları üzrə bacarıqlara malik olmaq və bu üsul və metodlardan istifadə etməklə optimal qərarlar verə bilmək; (PK-4)
COMPETENCY-92742
İşində ümumi porifilli və ixtisaslaşdırılmış proqaram təminatından (Excel, Word, Power Point, Photoshop və ya analitikproqramlardan hər hansı biri ilə (SPSS, Stata, Python kimi proqramlarla) işləmək, sadə analizləri eməyi bacarmaq; (PK-5)
COMPETENCY-50258
İqtisadi məlumatların təhlili və sistemləşdirilməsi üçün statistik biliklərə sahib olmaq, kəmiyyət və keyfiyyət məlumatlarını toplamaq, təhlil etmək və proqnozlaşdırmanı bacarmaq; (PK-6)
COMPETENCY-43653
İqtisadi məsələlərin empirik tədqiqində ortaya çıxan problemləri həll etmək üçün ekonometrik metodologiyanı öyrənmək və tətbiq edə bilmək; (PK-7)
COMPETENCY-30882
İdarəetmə və təşkilatla bağlı baza biliklərə yiyələnmək, ixtisas üzrə məlumatları analitik və sistematik şəkildə təhlil edə bilmək; (PK-8)
COMPETENCY-63660
Mühasibatın elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərə sahib olmaq; (PK-9)
COMPETENCY-64983
Maliyyənin elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərə sahib olmaq; (PK-10)
COMPETENCY-37383
İqtisadiyyatı regional və sektorial olaraq təhlil etməyi bacarmaq, kənd təsərrüfatı, sənaye və xidmət sektorunun iqtisadi inkişafdakı rolunu və əhəmiyyətini bilmək, sahə üzrə yeni konseptləri şərh edə bilmək; (PK-11)
COMPETENCY-35260
Milli iqtisadiyyatın makroiqtisadi mənzərəsini, sosial-iqtisadi göstəricilərin dinamikasını; iqtisadi siyasətin əsas konturlarını bilmək, sektorial təhlil aparmağı bacarmaq; (PK-12)
COMPETENCY-54957
Marketinq fəaliyyətinin elmi-nəzəri və konseptual əsaslarına dair baza biliklərinə sahib olmaq; (PK-13)
COMPETENCY-15097
İdarəetmədəki və təşkilatdakı mövcud problemləri qavrama və həlli yollarını təklif etmək ilə bağlı biliklərə sahib olmaq; (PK-14)
COMPETENCY-97408
Biznesin idarə edilməsi üzrə müvafiq fəaliyyət və metodları təklif etmək və planlasdırmaq, onların qısa və uzunmüddətli nəticələrini təhlil etmə bacarığına sahib olmaq; (PK-15)
COMPETENCY-76267
Karyera barədə ilkin anlayışları, karyera inkişaf fəaliyyətlərini, iş müsahibəsinə hazırlıq prosedurlarını və müsahibə texnikalarını bilmək, karyera yol xəritəsinin tərtib olunmasını və texnikaları, iradə, motivasiya və pozitiv düşüncə, işgüzar etika, iş axtarma strategiyaları, eləcə də iş üçün müraciət qaydalarını, peşəkar CV, rezume, istək və tövsiyə məktublarının hazırlanmasını bacarmaq; (PK-16)
COMPETENCY-30519
Vaxtın effektiv idarə edilməsini, stres menecmentini, kreativ, tənqidi və analitik düşüncə formalarını bilmək, problem həll etmə və qərarvermə texnikalarına, natiqlik bacarıqlarına sahib olmaq, eləcə də komanda işinin qurulmasını bilmək və liderlik prinsiplərinə yiyələnmək; (PK-17)
COMPETENCY-27802
Layihələrin idarə edilməsində və digər çox istifadə olunan proqram təminatlarından istifadəni bacarmaq, iş həyatında şifahi və yazılı kommunikasiya vasitələrindən istifadə etməyi bacarmaq; (PK-18)
COMPETENCY-77590
İqtisadi və sosial elmlərdə tətbiq edilən ehtimal nəzəriyyəsi, riyazi analiz, statistika və məlumatların təhlili ilə əlaqəli baza biliklərə sahib olmaq; (PK-19)
COMPETENCY-30553
Sahibkarlıq və təşəbbüskarlıq ruhunun (start-up və s.) formalaşdırılması ilə yanaşı, innovativ və yaradıcı ideyaların hazırlanması ilə bağlı biliklərə sahib olmaq; (PK-20)
COMPETENCY-18504
Biznesin əsasları, idarəetmə, istehsalın təşkili, təşkilatı davranış, insan resurslarının idarəedilməsi, mühasibatlıq və maliyyə işlərinin təşkili, marketinq və ictimaiyyətlə əlaqələr sahəsində işin təşkili ilə bağlı baza biliklərə yiyələnmək; (PK-21)
COMPETENCY-63054
Biznesin təşkili və funksional fəaliyyəti ilə bağlı aidiyyəti orqanlarla qarşılıqlı əlaqələr qura bilmək, zəruri sənədlərin hazırlanması və təqdim olunması qaydalarından məlumatlı olmaq; (PK-22)
COMPETENCY-80374
Daxili və xarici hesabatlılıq üçün şirkətin maliyyə hesabatlarının hazırlanmasına, şərhinə və məhdudiyyətlərinə dair biliklərə sahib olmaq və maliyyə hesabatlarının hazırlandığı normativ bazanı bilmək; (PK-23)
COMPETENCY-95823
Marketinq sahəsində müştəri davranışını, seqmentləşdirməni, hədəf bazar araşdırmaları kimi təməl biliklərə malik olmalı; (PK-24)
COMPETENCY-12504
Biznes proseslərinin və layihələrin idarəedilməsi üzrə əsas anlayışlar haqqında məlumatlı olmalı və biznes proseslərin idarə edilməsi üzrə menecerin şəxsi, işgüzar keyfiyyətlərini bilməlidir; (PK-25)
COMPETENCY-45994
Strateji məqsədlərə nail olmaq üçün təhlil aparmaq və effektiv dəyişikliklərin səmərəli idarə edilməsinə və iş prosesinin yaxşılaşdırılmasına aparan yenilikçi dəyərə malik olmaq; (PK-26)
COMPETENCY-79591
Beynəlxalq biznes, xarici bazarlarda fəaliyyət göstərməyin yolları və strategiları ilə bağlı biliklərə sahib olmaq; (PK-27)
COMPETENCY-59312
Biznesin işgüzar imicinin dəyişmə səviyyəsini təhlil edə və onun formalaşdırılması istiqamətlərini müəyyən edə bilmək; (PK-28)
COMPETENCY-94704
Mülkiyyət formasından asılı olmayaraq bütün biznes subyektlərinin hesabatlarında əks olunan maliyyə, mühasibat və digər informasiyaları təhlil edərək qruplaşdırmaq bacarıqlarına malik olmaq və onlardan idarəetmə qərarlarının qəbulunda istifadə edilməsini bacarmaq; (PK-29)
COMPETENCY-46209
Peşəkar və etik davranışın əsas prinsiplərinə uyğun hərəkət etmək üçün müvafiq biznes etikasını, korporativ sosial məsuliyyət anlayışını, sahə üzrə qaydaları və tənzimləmə mexanizmini bilmək və onların həyata keçirilməsini təmin etmək; (PK-30)
COMPETENCY-42851
Biznes planın hazırlanması, biznesin qurulması və idarəedilməsi sahəsində işlərin təşkilini bacarmaq; (PK-31)
COMPETENCY-61386
Biznesin maliyyə, mühasibatlıq, marketinq, investisiya və digər siyasətlərinin hazırlanmasında iştirak etmə bacarığına sahib olmaq; (PK-32)
COMPETENCY-37162
Müxtəlif müəssisə və təşkilatlarda əməliyyatların idarə edilməsi üzrə əsas nəzəri biliklərə, eləcə də proseslərin və əməliyyatların idarə edilməsi üzrə metodların təkmilləşdirilməsi bacarıqlarına sahib olmaq; (PK-33)
COMPETENCY-73845
Müəssisənin daxili və xarici fəaliyyət istiqamətlərinə dair mütəxəssis məsləhətləri vermək və təşkilati funksiyaya əlavə dəyər qatmaq, gələcəyə dair dəyişən iş şəraitinə hazır olmaq; (PK-34)
COMPETENCY-52790
Mühasibat məlumatlarının təşkilati fəaliyyətin idarə edilməsi və nəzarətində rolunu anlamaq, maliyyələşdirmə və büdcə tərtibatı, qərarların qısa və uzun müddətdə qiymətləndirilməsini bacarmaq; (PK-35)
COMPETENCY-41477
Proseslərin dizaynı, təchizat zəncirinin, keyfiyyətin, əməliyyat risklərinin idarə edilməsini bacarmaq; (PK-36)
COMPETENCY-60434
Çevik idarəetmə sisteminin yerli tətbiqi qaydalarını bilmək; (PK-37)
COMPETENCY-92116
Müasir layihə idarəetməsi yanaşmalarını tətbiq edə bilmək; (Agile, Scrum); (PK-38)
COMPETENCY-45770
Insan resurslarının idarə edilməsi sahəsində biliklərə sahib olmaq (İş Fəaliyyətinin İdarə olunması, İstedadların idarə edilməsi, Təşkilati mədəniyyətin formalaşdırılması); (PK-39)
COMPETENCY-83179
"Beynəlxalq idarəetmə və keyfiyyət serifikatlaşdırılması ilə bağlı nəzəri və praktiki biliklərə sahib olmaq"; (PK-40)
COMPETENCY-88200
Beynəlxalq şirkətlər, onların idarə edilməsi, inkişafı və beynəlxalq rəqabət aparması metodları haqqında, eləcə də beynəlxalq istehsalın təşkili və beynəlxalq təchizat zəncirlərinə inteqrasiya metodları haqqında biliklərə sahib olmaq (PK-41)
İxtisas səriştələri· 6
COMPETENCY-11605
İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqları
COMPETENCY-90133
İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqları
COMPETENCY-11075
Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətləri
COMPETENCY-95316
Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqları
COMPETENCY-64371
İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyəti
COMPETENCY-92747
Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyəti