Bakalavr proqramı

Biznesin idarə edilməsiTəlim məqsədləri

Bakalavr050402Sənaye İqtisadiyyatı və MenecmentBiznesin idarəedilməsi18 fənn

Proqram təlim məqsədləri

Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.

6 PLO
  1. PLO 1PLO-29227

    Sahibkarlıq və təşəbbüskarlıq ruhunun (start-up və s.) formalaşdırılması ilə yanaşı, biznes planın hazırlanması, biznesin qurulması və idarəedilməsi sahəsində işlərin təşkilini bacarmalıdır;

  2. PLO 2PLO-50740

    Biznesin əsasları, idarəetmə, istehsalın təşkili, təşkilatı davranış, insan resurslarının idarəedilməsi, mühasibatlıq və maliyyə işlərinin təşkili, marketinq və ictimaiyyətlə əlaqələr sahəsində işin təşkili ilə bağlı baza bilikləri bilməlidir;

  3. PLO 3PLO-19736

    Müəssisənin daxili və xarici fəaliyyət istiqamətlərinə dair mütəxəssis məsləhətləri vermək və təşkilati funksiyaya əlavə dəyər qatmaq, gələcəyə dair dəyişən iş şəraitinə hazır olmaq bacarığı;

  4. PLO 4PLO-97525

    Biznes proseslərinin və layihələrin idarəedilməsi, strateji menecment və beynəlxlaq biznes üzrə əsas anlayışlar haqqında məlumatlı olmalı və biznes proseslərin idarə edilməsi üzrə menecerin şəxsi, işgüzar keyfiyyətlərini bilməlidir;

  5. PLO 5PLO-53028

    Biznesin təşkili və funksional fəaliyyəti ilə bağlı aidiyyəti orqanlarla qarşılıqlı əlaqələr qura bilmək, zəruri sənədlərin hazırlanması və təqdim olunması qaydalarından məlumatlı olmaq;

  6. PLO 6PLO-43001

    Biznes fəaliyyəti üzrə plan və proqnoz göstəricilərinin təhlili üçün hazırlıq işləri aparmaq, onları əsaslandırmaq və işin nəticələrini biznes standartları çərçivəsində təqdim etmə bacarığı;