Subject · Systems engineering

Mühəndis qrafikasıSyllabus

IF-3901xSM4 creditsSpring semesterMandatory

Syllabus

The subject's official programme: general information, outcomes, topic plan, reading list and assessment.

General information

Subject code
IF-3901xSM
Credits
4
Student workload
120
Semester
Spring semester
Academic year
—
Subject type
Mandatory
Form of education
Full-time
Language of instruction
Azerbaijani
In-class hours
mühazirə- 15 saat, seminar-30 saat
Out-of-class hours
TSİ-45, MRTSİ-30

About the subject

Mühəndis qrafikası fənni tələbələrə mühəndis obyektlərinin texniki cizgilərini dəqiq və standartlara uyğun hazırlamaq bacarığını öyrədir. fənn çərçivəsində ikiölçülü və üçölçülü cizgilərin qurulması, görünüş və kəsiklərin çəkilməsi, ölçülərin düzgün göstərilməsi və proyeksiyalardan istifadə kimi əsas mövzular əhatə olunur. tələbələr mürəkkəb obyektləri sadə elementlərə ayırmaq, cizgiləri oxumaq və analiz etmək, texniki sənədləri hazırlamaq bacarıqlarını mənimsəyirlər. praktiki məşğələlər tələbələrdə məntiqi düşünmə, məkanda vizual təhlil və texniki kommunikasiya bacarıqlarını inkişaf etdirir. bu fənn gələcək mühəndislik və konstruksiya fənləri üçün möhkəm təməl rolunu oynayır.

Teaching methods

  • lecture
  • interactive discussion
  • seminar

Course learning outcomes (CLO)

No learning outcomes have been added.

Topic plan

  1. 1.
    Mühəndis qrafikasının predmeti. çertyojların tərtibi üçün bəzi standartlar. həndəsi qurmalar.(m)Lecture
  2. 2.
    Nöqtə. nöqtənin ortoqonal proyeksiyaları. düz xəttin proyeksiyaları, izləri və əsl boyunun təyini (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu). nöqtənin düz xəttə mənsub olması. i̇ki düz xəttin fəzada qarşılıqlı vəziyyətləri.(m)Lecture
  3. 3.
    Müstəvinin verilmə üsulları. nöqtə və xəttin müstəviyə mənsub olması. müstəvilə düz xəttin və iki müstəvinin qarşılıqlı vəziyyəti (m)Lecture
  4. 4.
    Çoxüzlülər və fırlanma səthlərinin ortoqonal proyeksiyaları. nöqtə və xətlərin səthlərə mənsubluğu. səthlərin düz xət və müstəvilə kəsişməsi (xüsusi hal).(m)Lecture
  5. 5.
    Çertyojda təsvirlər: görünüşlər, kəsiklər və en kəsiklər. naturadan detalların görünüşlərinin, kəsik və en kəsiklərinin qurulması qaydası. aksonometrik proyeksiyalar haqqında.(m)Lecture
  6. 6.
    Detal birləşmələri haqqında ümumi məlumat. detallarda və birləşmələrdə yivlərin təsviri və işarə olunması. standart yivli detalların cizgisi. detal birləşmələrində istifadə edilən emprik düsturlar. qaynaq, lehim və yapışqan birləşmələrinin çertyojda təsviri. digər növ birləşmələr və ötürmələrin cizgidə təsviri.(m)Lecture
  7. 7.
    Eskizlər və işçi çertyojlar. yığım vahidinin tərtibi ardıcıllığı. yığım vahidinin ümumi görünüş çertyoju şərtiliklər və sadələşmələr haqqında. təsnifat cədvəli. yığım vahidinin oxunması və hissələrə ayrılması ardıcıllığı.(m)Lecture
  8. 8.
    Müasir komputer texnologiyalarında vektor qrafika haqqında ümumi məlumat. autocad proqramında 3d modeldən avtomatik 2d cizgilərin qurulması və çapı. (m)Lecture
  9. 9.
    Çertyoj standartları: formatlar, miqyaslar, xətlərin növləri, şriftlər, materialların şərti işarələri, çertyojda ölçülərin göstərilməsi. əsas yazının yerinə yetirilməsi.(s)Seminar
  10. 10.
    Həndəsi qurmalar. qovuşmalar. i̇ki düz xəttin qovuşması. düz xətlə çevrənin və iki çevrənin qovuşması. sadə konturların çəkilməsinə aid məşğələ. sərbət işin tapşırıqlarının verilməsi və izahı (1-ci məsələ).(s)Seminar
  11. 11.
    Maillik və konusluğun qurulması (xətkeş və pərgardan və ya autocad proqramından istifadə etməklə). sərbət işin tapşırıqlarının verilməsi və izahı (2-ci məsələ).(s)Seminar
  12. 12.
    Çertyojların tərtibinin nəzəri əsasları. nöqtənin ortoqonal proyeksiyaları. ümumi və xüsusi vəziyyətdə olan nöqtələrin təsviri sərbət işin tapşırıqlarının verilməsi və izahı (3-cü məsələ)(s)Seminar
  13. 13.
    Duz xəttin kompleks çertyoju, xüsusi vəziyyətləri, izləri haqqında. proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu ilə düz xətt parçasının əsl boyunun qurulması. i̇ki düz xəttin fəzada qarşılıqlı vəziyyətinə aid məşğələ.(s)Seminar
  14. 14.
    Müstəvinin verilmə üsulları və xüsusi vəziyyətli müstəvilər. düz xəttin və nöqtənin müstəviyə mənsub olması (xüsusi hal). düz xətlə müstəvinin və iki müstəvinin kəsişməsinə aid məşğələ (xüsusi hal).(s)Seminar
  15. 15.
    Səthlərin (prizma, piramida, silindr, konus) çertyojda təsviri. nöqtə və xəttin səthlərə mənsub olması. səthlərin müstəvi və düz xətlə kəsişməsi (xüsusi hal). sərbət işin tapşırıqlarının verilməsi və izahı (4- cü məsələ).(s)Seminar
  16. 16.
    Çertyojda təsvirlər: görünüşlər, kəsiklər, en kəsiklər. sadə fəza fiqurlarının görünüşlərinin qurulmasına aid fərdi tapşırıgların yerinə yetirilməsi. sərbət işin tapşırıqlarının verilməsi və izahı (5- ci məsələ, ənənəvi üsulla və autocad proqramında).(s)Seminar
  17. 17.
    Kvadrat, çevrənin və naturadan verilmiş detalın aksonometrik proyeksiyaları. sərbət işin tapşırıqlarının verilməsi və izahı (6-cı məsələ)(s)Seminar
  18. 18.
    Birləşmələr haqda ümumi məlumat. yivli birləşmələr və onun elementlərinin cizgilərinin tərtibinə (bolt, qayka, vint) aid ənənəvi üsulla və ya autocad proqramında 2d cizgi kimi yerinə yetirilməsinə aid məşğələ. si̇ -in tapşırığının verilməsi (7-ci məsələ)(s)Seminar
  19. 19.
    Yivli birləşmələr. emprik düsturlardan istifadə etməklə bolt, vint birləşməsi və onun elementlərinin cizgilərinin tərtibinə aid məşğələ.(s)Seminar
  20. 20.
    Sökülməyən birləşmələr, birləşmələrin digər növləri və ötürmələr. qaynaq, lehim, yapışqan birləşmələrinin təsviri və işarə olunmasına aid məşğələ. si̇ -in tapşırığının verilməsi (8-ci məsələ) (s)Seminar
  21. 21.
    Eskizlər. eskizlər haqqında məlumat, yerinə-yetirilməsi ardıcıllığı və tətbiq sahələri. naturadan verilmiş yivli detalın eskizinin çəkilməsi ardıcıllığı. si̇ -in tapşırığının verilməsi (9-cu məsələ).(s)Seminar
  22. 22.
    Yığımın ümumi görünüş cizgisi. yığım cizgisində istifadə edilən şərtiliklər və sadələşdirmələr. yığım vahidinin ümumi görünüş cizgisinin oxunması və hissələnməsinə aid məşğələ. si̇ -in tapşırığının verilməsi (10-cu məsələ).(s)Seminar
  23. 23.
    Yığım vahidinin ümumi görünüş cizgisinin oxunması və hissələnməsinə aid məşğələ.(s)Seminar

Reading list

No reading list has been added.

Assessment

FormDescriptionScoreRelated CLO
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5