Subject · Electrical and electronics engineering.

Elektrotermiki qurğuların güc və idarəetmə aparatlarıSyllabus

MS-03106 creditsAutumn semesterElective2026-2027

Syllabus

The official subject syllabus: general information, learning outcomes, topic plan, reading list and assessment.

General information

Subject code
MS-0310
Credits
6
Student workload
180
Semester
Autumn semester
Academic year
2026-2027
Subject type
Elective
Mode of study
Full-time
Language of instruction
Azerbaijani
Contact hours
a) 30 saat - mühazirə b) 15 saat - seminar
Independent study hours
a) 135 saat - sərbəst iş

About the subject

Fənn elektrotermiki qurğularda istifadə olunan güc və idarəetmə aparatlarının təyinatını, quruluşunu və iş prinsiplərini öyrədir. güc transformatorları və asinxron mühərriklərin iş rejimləri, energetik göstəriciləri və xarakteristikaları, kontaktorlar, maqnit işəburaxıcılar, idarəetmə və istilik releləri, avtomat açarlar və qoruyucular, elektron və mikroprosessor aparatları, güc diodları, tranzistorları və tiristorları nəzərdən keçirilir.

Teaching methods

  • lecture
  • interactive discussion
  • teamwork
  • presentations

Course learning outcomes (CLO)

  1. CLO 1: Elektrotermiki qurğularda istifadə olunan güc və idarəetmə aparatlarının təyinatını, quruluşunu və iş prinsiplərini izah edir.

  2. CLO 2: Güc transformatorlarının quruluşunu, iş prinsipini, elektrik əvəz sxemini və energetik göstəricilərini təhlil edir.

  3. CLO 3: Asinxron mühərriklərin quruluşunu, iş prinsipini, iş rejimlərini, mexaniki və işçi xarakteristikalarını, energetik göstəricilərini və işəburaxılma üsullarını izah edir.

  4. CLO 4: Elektrotermiki qurğuların elektrik dövrələrində istifadə olunan kontaktorların, maqnit işəburaxıcıların, relelərin, avtomat açarların və əriyən qoruyucuların quruluşunu, iş prinsipini və mühafizə xüsusiyyətlərini izah edir.

  5. CLO 5: Yarımkeçirici güc cihazlarının fiziki əsaslarını, quruluşunu, volt-amper xarakteristikalarını və iş prinsiplərini təhlil edir.

  6. CLO 6: Güc tiristorlarının növlərini, quruluşunu, volt-amper xarakteristikasını və kommutasiya üsullarını izah edir, sabit və dəyişən cərəyan dövrələrində tətbiq xüsusiyyətlərini müəyyənləşdirir.

Topic plan

  1. 1.
    Giriş. elektrotermiki qurğuların güc və idarəetmə aparatlarıLecture

    Transformatorlar və asinxron mühərriklər. kontaktorlar və maqnit işəburaxıcılar, relelər, avtomat açarlar və əriyən qoruyucular. diodlar, tranzistorlar və tiristorların təyinatı və iş prinsipi

  2. 2.
    Güc transformatorları. növləri, təyinatı, quruluşu, iş prinsipiLecture
  3. 3.
    Transformatorun energetik göstəriciləri. elektrik əvəz sxemi, güc itkiləri, energetik diaqramıLecture
  4. 4.
    Asinxron maşınlar. təyinatı. quruluşu və iş prinsipi. fırlanan maqnit sahəsinin alınmasıLecture
  5. 5.
    Asinxron mühərrikin iş rejimləri. sürüşmə. n=f(s) asılılığıLecture
  6. 6.
    Asinxron mühərrikin energetik göstəriciləri. güc itkiləri. energetik diaqramı. f.i.ə. və güc əmsalıLecture
  7. 7.
    Asinxron mühərrikin mexaniki xarakteristikaları. m=f(s) və n=f(m), kritik sürüşməLecture
  8. 8.
    Asinxron mühərrikin işçi xarakteristikaları. asinxron mühərrikin işəburaxılma üsullarıLecture
  9. 9.
    Kontaktor. maqnit işəburaxıcılar. konstruksiyası, iş prinsipi, fərqli xüsusiyyətləriLecture
  10. 10.
    Elektromaqnit idarəetmə releləri. i̇stilik releləri. quruluşu, təyinatı, iş prinsipiLecture
  11. 11.
    Avtomat açarlar. əriyən qoruyucular. təyinatı, iş prinsipi, xarakteristikalarıLecture
  12. 12.
    Elektron və mikroprosessor aparatları. elektron açarlar. açarların işinin statik və dinamik rejimləri. açarların mühafizəsi və işinin təhlükəsiz sahəsiLecture
  13. 13.
    Yarımkeçiricilər. güc diodlarıLecture

    Xüsusiyyətləri, elektron-deşik keçidi, elektrik keçiriciliyi. güc diodlarının mühafizəsi. güc diodlarının əsas növləri. diodların volt-amper xarakteristikası, düz və tərs qoşulma

  14. 14.
    Güc tranzistorları. əsas sinifləri, təhlükəsiz işinin təmin edilməsi, şərti qrafiki işarəsi, volt-amper xarakteristikası. mosfet, sit, IGBT tranzistorlarıLecture
  15. 15.
    Qapalı tiristorlar. tiristorların əsas növləri, strukturu, şərti qrafiki işarəsi, volt-amper xarakteristikası, kommutasiya üsullarıLecture

    Tiristorlar və onların iş prinsipi. tiristor sabit cərəyan dövrəsində. tiristor dəyişən cərəyan dövrəsində

  16. 16.
    Məsələ həlli. güc transformatorlarının əsas parametrlərinin hesablanması. transformasiya əmsalının, cərəyan və gərginliklərin təyiniSeminar
  17. 17.
    Məsələ həlli. güc transformatorlarının energetik göstəricilərinin hesablanması. güc itkilərinin, faydalı iş əmsalının və güc əmsalının təyiniSeminar
  18. 18.
    Məsələ həlli. asinxron mühərriklərin əsas parametrlərinin hesablanması. sinxron sürətin, sürüşmənin və rotorun fırlanma sürətinin təyiniSeminar
  19. 19.
    Məsələ həlli. asinxron mühərriklərin energetik göstəricilərinin hesablanması. güc itkilərinin, faydalı iş əmsalının və güc əmsalının təyiniSeminar
  20. 20.
    Məsələ həlli. asinxron mühərriklərin mexaniki xarakteristikalarının qurulması. m=f(s) və n=f(m) asılılıqlarının təhliliSeminar
  21. 21.
    Məsələ həlli. asinxron mühərriklərin işəburaxılma üsullarının seçilməsi. i̇şəburaxma cərəyanının azaldılması üsullarının müqayisəsiSeminar
  22. 22.
    Məsələ həlli. elektrik dövrələrinin mühafizəsi üçün aparatların seçilməsi. avtomat açarların, əriyən qoruyucuların və istilik relelərinin nominal parametrlərinin müəyyən edilməsiSeminar
  23. 23.
    Məsələ həlli. yarımkeçirici güc cihazlarının xarakteristikalarının təhlili. güc diodlarının, tranzistorların və tiristorların volt-amper xarakteristikalarının öyrənilməsiSeminar

Reading list

The reading list has not yet been published.

Assessment

Assessment methodDescriptionMarksRelated CLO
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir40 balFTN 1-6
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir10 balFTN 1-6
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6