Ümumi məlumat
- Fənn kodu
- MS-0310
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin növü
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan dili
- Auditoriya saatları
- a) 30 saat - mühazirə b) 15 saat - seminar
- Auditoriyadankənar saatlar
- a) 135 saat - sərbəst iş
Fənn haqqında
Fənn elektrotermiki qurğularda istifadə olunan güc və idarəetmə aparatlarının təyinatını, quruluşunu və iş prinsiplərini öyrədir. Güc transformatorları və asinxron mühərriklərin iş rejimləri, energetik göstəriciləri və xarakteristikaları, kontaktorlar, maqnit işəburaxıcılar, idarəetmə və istilik releləri, avtomat açarlar və qoruyucular, elektron və mikroprosessor aparatları, güc diodları, tranzistorları və tiristorları nəzərdən keçirilir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Elektrotermiki qurğularda istifadə olunan güc və idarəetmə aparatlarının təyinatını, quruluşunu və iş prinsiplərini izah edir.
CLO 2: Güc transformatorlarının quruluşunu, iş prinsipini, elektrik əvəz sxemini və energetik göstəricilərini təhlil edir.
CLO 3: Asinxron mühərriklərin quruluşunu, iş prinsipini, iş rejimlərini, mexaniki və işçi xarakteristikalarını, energetik göstəricilərini və işəburaxılma üsullarını izah edir.
CLO 4: Elektrotermiki qurğuların elektrik dövrələrində istifadə olunan kontaktorların, maqnit işəburaxıcıların, relelərin, avtomat açarların və əriyən qoruyucuların quruluşunu, iş prinsipini və mühafizə xüsusiyyətlərini izah edir.
CLO 5: Yarımkeçirici güc cihazlarının fiziki əsaslarını, quruluşunu, volt-amper xarakteristikalarını və iş prinsiplərini təhlil edir.
CLO 6: Güc tiristorlarının növlərini, quruluşunu, volt-amper xarakteristikasını və kommutasiya üsullarını izah edir, sabit və dəyişən cərəyan dövrələrində tətbiq xüsusiyyətlərini müəyyənləşdirir.
Mövzu planı
Mövzu planı hələ dərc edilməyib.
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı hələ dərc edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Təsvir | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir | 40 bal | FTN 1-6 |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir | 10 bal | FTN 1-6 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |






