Subject · Electrical and electronics engineering.

Elektrotermiki qurğuların güc və idarəetmə aparatları

MS-03106 creditsAutumn semesterElective2026-2027

About the subject

Credits

6

Workload

180hours

Semester

Autumn

Academic year

2026-2027

Subject description

Fənn elektrotermiki qurğularda istifadə olunan güc və idarəetmə aparatlarının təyinatını, quruluşunu və iş prinsiplərini öyrədir. güc transformatorları və asinxron mühərriklərin iş rejimləri, energetik göstəriciləri və xarakteristikaları, kontaktorlar, maqnit işəburaxıcılar, idarəetmə və istilik releləri, avtomat açarlar və qoruyucular, elektron və mikroprosessor aparatları, güc diodları, tranzistorları və tiristorları nəzərdən keçirilir.

Course learning outcomes

  1. CLO 1: Elektrotermiki qurğularda istifadə olunan güc və idarəetmə aparatlarının təyinatını, quruluşunu və iş prinsiplərini izah edir.

  2. CLO 2: Güc transformatorlarının quruluşunu, iş prinsipini, elektrik əvəz sxemini və energetik göstəricilərini təhlil edir.

  3. CLO 3: Asinxron mühərriklərin quruluşunu, iş prinsipini, iş rejimlərini, mexaniki və işçi xarakteristikalarını, energetik göstəricilərini və işəburaxılma üsullarını izah edir.

  4. CLO 4: Elektrotermiki qurğuların elektrik dövrələrində istifadə olunan kontaktorların, maqnit işəburaxıcıların, relelərin, avtomat açarların və əriyən qoruyucuların quruluşunu, iş prinsipini və mühafizə xüsusiyyətlərini izah edir.

  5. CLO 5: Yarımkeçirici güc cihazlarının fiziki əsaslarını, quruluşunu, volt-amper xarakteristikalarını və iş prinsiplərini təhlil edir.

  6. CLO 6: Güc tiristorlarının növlərini, quruluşunu, volt-amper xarakteristikasını və kommutasiya üsullarını izah edir, sabit və dəyişən cərəyan dövrələrində tətbiq xüsusiyyətlərini müəyyənləşdirir.