General information
- Subject code
- MS-0308
- Credits
- 6
- Student workload
- 180
- Semester
- Autumn semester
- Academic year
- 2026-2027
- Subject type
- Elective
- Mode of study
- Full-time
- Language of instruction
- Azerbaijani
- Contact hours
- a) 30 saat - mühazirə b) 15 saat - seminar
- Independent study hours
- a) 135 saat - sərbəst iş
About the subject
Fənn lifli-optik rabitənin fiziki əsaslarını, optik liflərin quruluşunu, parametrlərini, itkilərini və dispersiyasını, optik ötürücü və qəbulediciləri, enerji sistemlərində OPGW və ADSS optik kabellərinin tətbiqini öyrədir. elektrik yarımstansiyalarında lifli-optik şəbəkələrin qurulması, rəqəmsal yarımstansiya və IEC 61850 (goose, sampled values), scada/rtu/ied inteqrasiyası, rele mühafizəsində optik rabitə, OTDR ilə ölçmə və diaqnostika, smart grid və wams/pmu texnologiyaları nəzərdən keçirilir.
Teaching methods
- lecture
- interactive discussion
- problem-based learning
- project-based learning
- teamwork
- presentations
Course learning outcomes (CLO)
CLO 1: Lifli-optik rabitənin iş prinsipini, işığın optik lifdə yayılmasının fiziki qanunlarını (tam daxili qayıtma, sındırma əmsalı profilini), optik liflərin növlərini (birmodlu, çoxmodlu) və onların əsas texniki parametrlərini izah etməyi və fərqləndirməyi bacarır.
CLO 2: Optik liflərdə meydana gələn itki (zəifləmə) və dispersiya növlərini, onların məlumat ötürmə sürətinə və məsafəsinə təsirini, həmçinin optik ötürücü, qəbuledici və transceiverlərin (sfp/sfp+) iş prinsiplərini təhlil edərək optik xətt büdcəsini hesablayır.
CLO 3: Hava elektrik xətlərində OPGW və ADSS kabellərinin tətbiqini, elektrik yarımstansiyalarının mürəkkəb elektromaqnit mühitində optik şəbəkə topologiyalarını (üzük, ulduz) və sənaye ethernet protokollarını (prp, hsr) seçmək və əsaslandırmaq qabiliyyətinə yiyələnir.
CLO 4: Rəqəmsal yarımstansiyanın arxitekturasını, IEC 61850 standartının tələblərini, real vaxt rejimində kritik idarəetmə siqnallarının ötürülməsi üçün GOOSE və analoq ölçmələrin optik xətlə ötürülməsi üçün sampled values (sv) protokollarının tətbiq mexanizmlərini izah edir.
CLO 5: Scada, RTU və IED cihazlarının lifli-optik rabitə vasitəsilə inteqrasiyasını, rele mühafizəsi və telemühafizə sistemlərində ultratezlikli və etibarlı optik siqnal mübadiləsini təşkil etmək bacarıqlarını nümayiş etdirir.
CLO 6: Optik kabellərin qaynağı və montajını, OTDR aparatı ilə zədələnmə nöqtələrinin və itkilərin ölçülməsini, şəbəkənin kiber təhlükəsizliyini (iec 62351), eləcə də smart grid və wams/pmu sistemlərində optik texnologiyaların rolu və inkişaf istiqamətlərini qiymətləndirir.
Topic plan
- 1.Lifli-optik rabitə sistemlərinə giriş və enerji təchizatı sistemlərində tətbiqiLecture
- 2.Optik rabitənin fiziki əsasları və işığın optik lifdə yayılmasıLecture
- 3.Optik liflərin quruluşu, növləri və əsas texniki parametrləriLecture
- 4.Optik liflərdə itkilər, dispersiya və məlumat ötürmə qabiliyyətiLecture
- 5.Optik ötürücülər, qəbuledicilər, qəbuledici-ötürücü və optik modullarLecture
- 6.Enerji sistemlərində optik kabellər və OPGW texnologiyasıLecture
- 7.Elektrik yarımstansiyalarında lifli-optik rabitə şəbəkələrinin qurulmasıLecture
- 8.Optik ethernet, şəbəkə topologiyaları və enerji sistemlərində rabitə protokollarıLecture
- 9.Rəqəmsal yarımstansiya və IEC 61850 standartıLecture
- 10.Iec 61850-də GOOSE və sampled values texnologiyalarıLecture
- 11.Scada, RTU və IED sistemlərində lifli-optik rabitənin tətbiqiLecture
- 12.Rele mühafizəsi və telemühafizə sistemlərində lifli-optik rabitəLecture
- 13.Lifli-optik sistemlərin montajı, ölçülməsi və texniki diaqnostikasıLecture
- 14.Optik rabitə şəbəkələrinin etibarlılığı, rezervləşdirilməsi və kiber təhlükəsizliyiLecture
- 15.Smart grid, wams/pmu və enerji sistemlərində lifli-optik texnologiyaların inkişaf perspektivləriLecture
- 16.Optik liflərdə işığın yayılmasının fiziki parametrlərinin hesablanmasıSeminar
- 17.Optik liflərdə itkilərin, dispersiyanın və optik güc büdcəsinin hesablanmasıSeminar
- 18.Hava elektrik verilişi xətlərində OPGW kabellərinin mexaniki və optik hesablanmasıSeminar
- 19.Yarımstansiya optik ethernet şəbəkələrində ləngimə və bant genişliyinin hesablanmasıSeminar
- 20.Iec 61850 üzrə sampled values (sv) və GOOSE məlumat axınının (trafik) hesablanmasıSeminar
- 21.Rele mühafizəsi və telemühafizədə optik diferensial mühafizə hesablamalarıSeminar
- 22.Otdr reflektoqram göstəricilərinin analizi və şəbəkənin etibarlılıq hesablamalarıSeminar
Reading list
The reading list has not yet been published.
Assessment
| Assessment method | Description | Marks | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 40 bal | FTN 1-6 |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-6 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |






