Subject · Electrical and electronics engineering.
Enerji təchizatı sistemlərində lifli-optik sistemlər
About the subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2026-2027
Subject description
Fənn lifli-optik rabitənin fiziki əsaslarını, optik liflərin quruluşunu, parametrlərini, itkilərini və dispersiyasını, optik ötürücü və qəbulediciləri, enerji sistemlərində OPGW və ADSS optik kabellərinin tətbiqini öyrədir. elektrik yarımstansiyalarında lifli-optik şəbəkələrin qurulması, rəqəmsal yarımstansiya və IEC 61850 (goose, sampled values), scada/rtu/ied inteqrasiyası, rele mühafizəsində optik rabitə, OTDR ilə ölçmə və diaqnostika, smart grid və wams/pmu texnologiyaları nəzərdən keçirilir.
Course learning outcomes
CLO 1: Lifli-optik rabitənin iş prinsipini, işığın optik lifdə yayılmasının fiziki qanunlarını (tam daxili qayıtma, sındırma əmsalı profilini), optik liflərin növlərini (birmodlu, çoxmodlu) və onların əsas texniki parametrlərini izah etməyi və fərqləndirməyi bacarır.
CLO 2: Optik liflərdə meydana gələn itki (zəifləmə) və dispersiya növlərini, onların məlumat ötürmə sürətinə və məsafəsinə təsirini, həmçinin optik ötürücü, qəbuledici və transceiverlərin (sfp/sfp+) iş prinsiplərini təhlil edərək optik xətt büdcəsini hesablayır.
CLO 3: Hava elektrik xətlərində OPGW və ADSS kabellərinin tətbiqini, elektrik yarımstansiyalarının mürəkkəb elektromaqnit mühitində optik şəbəkə topologiyalarını (üzük, ulduz) və sənaye ethernet protokollarını (prp, hsr) seçmək və əsaslandırmaq qabiliyyətinə yiyələnir.
CLO 4: Rəqəmsal yarımstansiyanın arxitekturasını, IEC 61850 standartının tələblərini, real vaxt rejimində kritik idarəetmə siqnallarının ötürülməsi üçün GOOSE və analoq ölçmələrin optik xətlə ötürülməsi üçün sampled values (sv) protokollarının tətbiq mexanizmlərini izah edir.
CLO 5: Scada, RTU və IED cihazlarının lifli-optik rabitə vasitəsilə inteqrasiyasını, rele mühafizəsi və telemühafizə sistemlərində ultratezlikli və etibarlı optik siqnal mübadiləsini təşkil etmək bacarıqlarını nümayiş etdirir.
CLO 6: Optik kabellərin qaynağı və montajını, OTDR aparatı ilə zədələnmə nöqtələrinin və itkilərin ölçülməsini, şəbəkənin kiber təhlükəsizliyini (iec 62351), eləcə də smart grid və wams/pmu sistemlərində optik texnologiyaların rolu və inkişaf istiqamətlərini qiymətləndirir.






