Ümumi məlumat
- Fənn kodu
- MS-0308
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin növü
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan dili
- Auditoriya saatları
- a) 30 saat - mühazirə b) 15 saat - seminar
- Auditoriyadankənar saatlar
- a) 135 saat - sərbəst iş
Fənn haqqında
Fənn lifli-optik rabitənin fiziki əsaslarını, optik liflərin quruluşunu, parametrlərini, itkilərini və dispersiyasını, optik ötürücü və qəbulediciləri, enerji sistemlərində OPGW və ADSS optik kabellərinin tətbiqini öyrədir. Elektrik yarımstansiyalarında lifli-optik şəbəkələrin qurulması, rəqəmsal yarımstansiya və IEC 61850 (GOOSE, Sampled Values), SCADA/RTU/IED inteqrasiyası, rele mühafizəsində optik rabitə, OTDR ilə ölçmə və diaqnostika, Smart Grid və WAMS/PMU texnologiyaları nəzərdən keçirilir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- problemə əsaslanan təlim
- layihəyə əsaslanan təlim
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Lifli-optik rabitənin iş prinsipini, işığın optik lifdə yayılmasının fiziki qanunlarını (tam daxili qayıtma, sındırma əmsalı profilini), optik liflərin növlərini (birmodlu, çoxmodlu) və onların əsas texniki parametrlərini izah etməyi və fərqləndirməyi bacarır.
CLO 2: Optik liflərdə meydana gələn itki (zəifləmə) və dispersiya növlərini, onların məlumat ötürmə sürətinə və məsafəsinə təsirini, həmçinin optik ötürücü, qəbuledici və transceiverlərin (SFP/SFP+) iş prinsiplərini təhlil edərək optik xətt büdcəsini hesablayır.
CLO 3: Hava elektrik xətlərində OPGW və ADSS kabellərinin tətbiqini, elektrik yarımstansiyalarının mürəkkəb elektromaqnit mühitində optik şəbəkə topologiyalarını (üzük, ulduz) və sənaye Ethernet protokollarını (PRP, HSR) seçmək və əsaslandırmaq qabiliyyətinə yiyələnir.
CLO 4: Rəqəmsal yarımstansiyanın arxitekturasını, IEC 61850 standartının tələblərini, real vaxt rejimində kritik idarəetmə siqnallarının ötürülməsi üçün GOOSE və analoq ölçmələrin optik xətlə ötürülməsi üçün Sampled Values (SV) protokollarının tətbiq mexanizmlərini izah edir.
CLO 5: SCADA, RTU və IED cihazlarının lifli-optik rabitə vasitəsilə inteqrasiyasını, rele mühafizəsi və telemühafizə sistemlərində ultratezlikli və etibarlı optik siqnal mübadiləsini təşkil etmək bacarıqlarını nümayiş etdirir.
CLO 6: Optik kabellərin qaynağı və montajını, OTDR aparatı ilə zədələnmə nöqtələrinin və itkilərin ölçülməsini, şəbəkənin kiber təhlükəsizliyini (IEC 62351), eləcə də Smart Grid və WAMS/PMU sistemlərində optik texnologiyaların rolu və inkişaf istiqamətlərini qiymətləndirir.
Mövzu planı
Mövzu planı hələ dərc edilməyib.
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı hələ dərc edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Təsvir | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 40 bal | FTN 1-6 |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-6 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |






