General information
- Subject code
- MS-0305
- Credits
- 6
- Student workload
- 180
- Semester
- Autumn semester
- Academic year
- 2026-2027
- Subject type
- Elective
- Mode of study
- Full-time
- Language of instruction
- Azerbaijani
- Contact hours
- a) 30 saat - mühazirə b) 15 saat - seminar
- Independent study hours
- a) 135 saat - sərbəst iş
About the subject
Fənn yüksək gərginlikli elektroenergetika obyektlərində insanların və avadanlığın elektrik cərəyanından mühafizəsi üçün torpaqlayıcı və ildırımdan mühafizə qurğularının seçilməsi, hesablanması və layihələndirilməsini öyrədir. dielektriklərdə elektrofiziki proseslər, sənaye tezlikli və impuls rejimlərində torpaqlayıcıların hesabı, addım və toxunma gərginlikləri, ildırımın parametrləri və yaratdığı ifrat gərginliklər, troslu və trossuz hava xətlərinin ildırım mühafizəsi nəzərdən keçirilir.
Teaching methods
- lecture
- interactive discussion
- problem-based learning
- project-based learning
- teamwork
- presentations
Course learning outcomes (CLO)
CLO 1: Yüksək gərginliklərdə elektrik cərəyanının insan və avadanlıq üçün təhlükəsini və onun qarşısının alınması tədbirlərini izah edir.
CLO 2: Qazlarda, maye və bərk dielektriklərdə elektrofiziki prosesləri və elektrik keçiriciliyini təhlil edir.
CLO 3: Elektroenergetika obyektlərində sənaye tezlikli və impuls rejimlərində torpaqlayıcı sistemləri hesablayır və seçir.
CLO 4: Torpaqlayıcı elektrodlar ətrafında elektrik sahəsini, addım və toxunma gərginliklərini müəyyən edir və normativ tələblərlə müqayisə edir.
CLO 5: İldırımın elektrik parametrlərini və yaratdığı ifrat gərginliklərin avadanlığa təsirini təhlil edir.
CLO 6: Troslu və trossuz hava elektrik veriliş xətlərinin, yarımstansiyaların ildırım mühafizəsini layihələndirir və ildırıma davamlılığını qiymətləndirir.
Topic plan
- 1.Giriş. qaz izolyasiyasında elektrofiziki proseslər haqqında ümumi məlumat. qaz boşalması, qazlarda lider, strimer, tac və ildırım prosesləri. kürəvi ildırımlarLecture
- 2.Qazlarda, maye və bərk dielektriklərdə elektrik keçiriciliyi. elektrik izolyasiyasıLecture
- 3.Yüksək gərginliklərdə elektrik cərəyanının təhlükəsinin qarşısının alınması üçün torpaqlayıcı və ildırımdan mühafizə qurğularıLecture
- 4.Yüksək gərginlikli elektrik təchizatı sisteminin torpaqlayıcı və ildırımdan mühafizə qurğularının seçilməsiLecture
- 5.Sənaye tezlikli və impuls rejimlərində torpağın dərinliyində yerləşən tоrpаqlayıcı qurğuların texnini təhliliLecture
- 6.Тorpağın dərinliyində şaquli tоrpаqlayıcı elektrodun ətrafında qığılcımlı zonanın yayılması və tоrpаqlayıcının müqavimətinin hesablanmasıLecture
- 7.Torpaqlayıcıların sənaye müəssisələrində elektrik sahəsinə görə hesabatlarıLecture
- 8.Torpaqlayıcı elektrodun ətrafında yer səthi üzrə addım gərginliyinin hesablanmasıLecture
- 9.Тəbiətdə ildırım proseslərinin baş vermə səbəbləri, yayılma istiqamətləri və xüsusiyyətləriLecture
- 10.İldırımın elektrik parametrləri və törətdiyi ifrat gərginliklərin mənfi təsirlərinin təhliliLecture
- 11.İldırım proseslərinin etimal parametrləri və törətdiyi ifrat gərginliklərin qarşısının alınmasıLecture
- 12.İldırım aktivlikli ərazilərdə hava xətlərinin ildırım mühafizəsi üçün xüsusi tədbirlərLecture
- 13.Mühafizə trosu olmayan hava elektrik verilişi xətlərinin ildırım dayanıqlığıLecture
- 14.Troslu hava elektrik verilişi xətlərinin ildırım mühafizəsinin hesabatlarıLecture
- 15.Тorpaqlayıcı və ildırımdan mühafizə qurğularının gələcək perspektiv inkişafı və modernləşdirilməsiLecture
- 16.Тorpaqlayıcının müqavimətinin hesablanması. torpaqlayıcıların sənaye müəssisələrində elektrik sahəsinə görə hesabatlarıSeminar
- 17.İldırımın elektrik parametrlərinin hesablanmasıSeminar
İldırım proseslərinin etimal parametrləri və törətdiyi ifrat gərginliklərin qarşısının alınması. i̇ldırım aktivlikli ərazilərdə hava xətlərinin ildırım mühafizəsi üçün xüsusi tədbirlər
Reading list
The reading list has not yet been published.
Assessment
| Assessment method | Description | Marks | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 40 bal | FTN 1-6 |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-6 |
| İmtahan | İmtahan şifahi keçirilir. | 50 bal | FTN 1-6 |






