Subject · Electrical and electronics engineering.
Elektroenergetika obyektlərində torpaqlama və ildırımdan mühafizə qurğularının layihələndirilməsi
About the subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2026-2027
Subject description
Fənn yüksək gərginlikli elektroenergetika obyektlərində insanların və avadanlığın elektrik cərəyanından mühafizəsi üçün torpaqlayıcı və ildırımdan mühafizə qurğularının seçilməsi, hesablanması və layihələndirilməsini öyrədir. dielektriklərdə elektrofiziki proseslər, sənaye tezlikli və impuls rejimlərində torpaqlayıcıların hesabı, addım və toxunma gərginlikləri, ildırımın parametrləri və yaratdığı ifrat gərginliklər, troslu və trossuz hava xətlərinin ildırım mühafizəsi nəzərdən keçirilir.
Course learning outcomes
CLO 1: Yüksək gərginliklərdə elektrik cərəyanının insan və avadanlıq üçün təhlükəsini və onun qarşısının alınması tədbirlərini izah edir.
CLO 2: Qazlarda, maye və bərk dielektriklərdə elektrofiziki prosesləri və elektrik keçiriciliyini təhlil edir.
CLO 3: Elektroenergetika obyektlərində sənaye tezlikli və impuls rejimlərində torpaqlayıcı sistemləri hesablayır və seçir.
CLO 4: Torpaqlayıcı elektrodlar ətrafında elektrik sahəsini, addım və toxunma gərginliklərini müəyyən edir və normativ tələblərlə müqayisə edir.
CLO 5: İldırımın elektrik parametrlərini və yaratdığı ifrat gərginliklərin avadanlığa təsirini təhlil edir.
CLO 6: Troslu və trossuz hava elektrik veriliş xətlərinin, yarımstansiyaların ildırım mühafizəsini layihələndirir və ildırıma davamlılığını qiymətləndirir.






