Ümumi məlumat
- Fənn kodu
- MS-0305
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2026-2027
- Fənnin növü
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan dili
- Auditoriya saatları
- a) 30 saat - mühazirə b) 15 saat - seminar
- Auditoriyadankənar saatlar
- a) 135 saat - sərbəst iş
Fənn haqqında
Fənn yüksək gərginlikli elektroenergetika obyektlərində insanların və avadanlığın elektrik cərəyanından mühafizəsi üçün torpaqlayıcı və ildırımdan mühafizə qurğularının seçilməsi, hesablanması və layihələndirilməsini öyrədir. Dielektriklərdə elektrofiziki proseslər, sənaye tezlikli və impuls rejimlərində torpaqlayıcıların hesabı, addım və toxunma gərginlikləri, ildırımın parametrləri və yaratdığı ifrat gərginliklər, troslu və trossuz hava xətlərinin ildırım mühafizəsi nəzərdən keçirilir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- problemə əsaslanan təlim
- layihəyə əsaslanan təlim
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Yüksək gərginliklərdə elektrik cərəyanının insan və avadanlıq üçün təhlükəsini və onun qarşısının alınması tədbirlərini izah edir.
CLO 2: Qazlarda, maye və bərk dielektriklərdə elektrofiziki prosesləri və elektrik keçiriciliyini təhlil edir.
CLO 3: Elektroenergetika obyektlərində sənaye tezlikli və impuls rejimlərində torpaqlayıcı sistemləri hesablayır və seçir.
CLO 4: Torpaqlayıcı elektrodlar ətrafında elektrik sahəsini, addım və toxunma gərginliklərini müəyyən edir və normativ tələblərlə müqayisə edir.
CLO 5: İldırımın elektrik parametrlərini və yaratdığı ifrat gərginliklərin avadanlığa təsirini təhlil edir.
CLO 6: Troslu və trossuz hava elektrik veriliş xətlərinin, yarımstansiyaların ildırım mühafizəsini layihələndirir və ildırıma davamlılığını qiymətləndirir.
Mövzu planı
Mövzu planı hələ dərc edilməyib.
Ədəbiyyat siyahısı
Ədəbiyyat siyahısı hələ dərc edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Təsvir | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 40 bal | FTN 1-6 |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-6 |
| İmtahan | İmtahan şifahi keçirilir. | 50 bal | FTN 1-6 |






