Subject · Electrical and electronics engineering.

Elektrik sistemlərində təkmil ölçmə texnologiyalarıSyllabus

MM-03036 creditsAutumn semesterCompulsory2026-2027

Syllabus

The official subject syllabus: general information, learning outcomes, topic plan, reading list and assessment.

General information

Subject code
MM-0303
Credits
6
Student workload
180
Semester
Autumn semester
Academic year
2026-2027
Subject type
Compulsory
Mode of study
Full-time
Language of instruction
Azerbaijani
Contact hours
a) 30 saat - mühazirə b) 15 saat - seminar
Independent study hours
a) 135 saat - sərbəst iş

About the subject

Fənn elektrik sistemlərində müasir ölçmə və monitorinq texnologiyalarının nəzəri əsaslarını, elektromexaniki və elektron ölçü cihazlarının iş prinsiplərini, cərəyan, gərginlik, müqavimət, güc, enerji və faza bucağının ölçülməsi üsullarını öyrədir. üçfazalı sistemlərdə ölçmələr, qeyri-elektrik kəmiyyətlərin elektrik üsulları ilə ölçülməsi, temperatur, optik, təzyiq və mexaniki parametrlərin ölçü çeviriciləri, ölçmə verilənlərinin emalı və təhlili nəzərdən keçirilir.

Teaching methods

  • lecture
  • interactive discussion
  • teamwork
  • presentations

Course learning outcomes (CLO)

  1. CLO 1: Elektrik sistemlərində istifadə olunan təkmil ölçmə və monitorinq texnologiyalarının tədqiqində tətbiq edilən kəmiyyət və keyfiyyət metodlarını fərqləndirə və onları elektrik şəbəkələrinin analizi və modelləşdirilməsində məqsədyönlü şəkildə tətbiq edə bilir.

  2. CLO 2: Elektrik sistemlərində ölçmə, diaqnostika və real vaxt monitorinqi ilə bağlı tədqiqat suallarını formalaşdıra, hipotezlər irəli sürə və bu istiqamətdə eksperimental və ya modelləşdirilmiş tədqiqat dizaynı qura bilir.

  3. CLO 3: Müasir elmi mənbələrdən, beynəlxalq verilənlər bazalarından və texniki standartlardan sistematik istifadə edərək ölçmə texnologiyaları və enerji sistemlərinin monitorinqi üzrə mövcud bilikləri toplaya və tədqiqat çərçivəsini formalaşdıra bilir.

  4. CLO 4: Elektrik sistemlərinə dair ölçmə verilənlərini toplaya, emal edə, statistik və siqnal emalı üsulları ilə təhlil edə, modelləşdirmə və simulyasiya nəticələrini vizuallaşdıra və elmi əsaslandırılmış nəticələr çıxara bilir.

  5. CLO 5: Elektrik sistemlərində təkmil ölçmə və monitorinq üzrə aparılmış tədqiqatların nəticələrini məntiqi strukturda təqdim edə, elmi məqalə və texniki hesabatlar hazırlaya və nəticələri şifahi və yazılı formada təqdim edə bilir.

  6. CLO 6: Elektrik sistemlərində ölçmə və diaqnostika sahəsində aparılan tədqiqat və layihə işlərində etik, texniki və metodoloji prinsiplərə əməl edir, müstəqil və ya qrup halında tədqiqat fəaliyyətini səmərəli şəkildə həyata keçirə bilir.

Topic plan

  1. 1.
    Giriş. elektrik ölçmələrinin nəzəri əsaslarıLecture

    Cəmiyyətin inkişafında elektrik ölçmələrinin rolu. elektrik ölçmə metodlarının və vasitələrinin digər ölçmələrdən üstünlükləri. elektrik ölçmələrinin tətbiq sahələri. əsas anlayışlar və ölçmə üsulları

  2. 2.
    Elektrik ölçü cihazları və onların iş prinsipləriLecture

    Maqnitoelektrik sistemli cihazların quruluşu və iş prinsipi. cərəyanın ampermetr vasitəsilə ölçülməsi. gərginliyin voltmetrlə ölçülməsi. gərginliyin kompensatorla qoşulması

  3. 3.
    Elektromexaniki ölçü cihazları. elektromaqnit cihazın quruluşu və iş prinsipi. elektrodinamik cihazın quruluşu və iş prinsipi. elektrodinamometrin konstruksiyasıLecture
  4. 4.
    Müqavimətin və digər parametrlərin ölçülməsiLecture

    Ommetr vasitəsilə müqavimətin ölçülməsi. ampermetr və voltmetr vasitəsilə müqavimətin ölçülməsi. çoxelementli ölçü cihazları vasitəsilə ölçmələr. ölçü körpüləri vasitəsilə ölçmələr

  5. 5.
    Cərəyan və gərginliyin ölçülməsi üsullarıLecture

    Ölçmə növləri və metodları. cərəyan və gərginliyin elektromaqnit cihazlarla ölçülməsi. dəyişən cərəyan dövrələrində cərəyanın və gərginliyin ölçülməsi. cərəyan və gərginliyin düzləndiricili cihazlarla ölçülməsi. cərəyan transformatorlarından istifadə etməklə böyük cərəyanların ölçülməsi. gərginlik transformatorlarından istifadə etməklə yüksək gərginliklərin ölçülməsi

  6. 6.
    Elektron ölçmə cihazları və ossilloqrafiyaLecture

    Elektron ölçmə cihazları və elektron voltmetrlər. elektron vattmetrlər. elektron şüa ossilloqrafının quruluşu. elektron şüa borusunun quruluşu və iş prinsipi. elektron şüa borusunun ekranında təsvirlərin formalaşdırılması. elektrik kəmiyyətlərinin və parametrlərinin ölçülməsi

  7. 7.
    Elektrik dövrələrində parametrlərin ölçülməsiLecture

    Elektrik dövrəsində cərəyanın ölçülməsi. parametrlərin ölçü cihazları qoşmaqla ölçülməsi. ölçü körpüləri vasitəsilə parametrlərin ölçülməsi. maksvel ölçü körpüsü vasitəsilə ölçmələr

  8. 8.
    Gücün ölçülməsi. sabit cərəyan və birfazalı dəyişən cərəyan dövrəsində gücLecture

    Vattmetrin qoşulma sxemi. aktiv gücü ölçmək üçün vattmetrin dövrəyə qoşulması. reaktiv gücün ölçülməsi üçün vattmetrin dövrəyə qoşulması

  9. 9.
    Üçfazalı sistemlərdə güc və enerji ölçmələriLecture

    Üçfazalı elektrik dövrəsində aktiv güc və enerji. üçfazalı elektrik dövrələrində reaktiv gücün ölçülməsi. üçfazlı dövrələrdə aktiv gücün bir vattmetr vasitəsilə ölçülməsi. üçfazlı dövrələrdə aktiv gücün iki vattmetr qoşmaqla ölçülməsi. üçfazlı dövrələrdə reaktiv gücün xüsusi qoşulma sxemi ilə ölçülməsi

  10. 10.
    Elektrik enerjisinin və faza bucağının ölçülməsi. elektrik enerjisi sərfiyyatının ölçülməsi. i̇nduksion sayğacla enerjinin ölçülməsi. fazometr vasitəsilə faza sürüşməsinin ölçülməsiLecture
  11. 11.
    Qeyri-elektrik kəmiyyətlərin elektrik üsulla ölçülməsiLecture

    Qeyri-elektrik kəmiyyətlərin elektrik metodu ilə ölçülməsinin struktur sxemi. qeyri-elektrik kəmiyyətlərin çeviriciləri. reostat çeviriciləri. tenzorezistor çeviriciləri

  12. 12.
    Elektrik dövrəsi parametrlərinin ölçülməsi və çeviricilərLecture

    Elektrik dövrəsinin parametrlərinin ölçülməsi. i̇nduktivliyin və tutumun ölçülməsi. tutum çeviriciləri. i̇nduktiv çeviricilər. i̇nduksion çeviricilər

  13. 13.
    Temperatur və optik ölçmə çeviriciləri. termorezistor ölçü çeviriciləri. fotoelektrik ölçü çeviricisi. termoçeviricinin e.h.q-nin maqnitoelektrik cihazla ölçülməsiLecture
  14. 14.
    Təzyiq və mexaniki parametrlərin ölçülməsi. təzyiqin induktiv çevirici vasitəsilə ölçülməsi. təzyiqin transformator çeviricisi vasitəsilə ölçülməsi. təzyiqin tutum çeviricisi vasitəsilə ölçülməsiLecture
  15. 15.
    Mexaniki kəmiyyətlərin elektrik çeviriciləri vasitəsilə ölçülməsi (təzyiq və fırlanma sürəti ölçmələri)Lecture

    Təzyiqin tenzorezistor vasitəsilə ölçülməsi. təzyiqin pyezoelektrik çevirici vasitəsilə ölçülməsi. dövrlər sayının taxogenerator vasitəsilə ölçülməsi

  16. 16.
    Məsələ həlli. elektrik ölçü cihazlarının ölçmə xətalarının və dəqiqlik sinfinin təyini. mütləq və nisbi xətaların hesablanmasıSeminar
  17. 17.
    Məsələ həlli. cərəyanın, gərginliyin və elektrik müqavimətinin ölçülməsi. ampermetr, voltmetr və ommetr vasitəsilə ölçmələrin aparılması və nəticələrin hesablanmasıSeminar
  18. 18.
    Məsələ həlli. elektrik dövrələrinin parametrlərinin ölçülməsi. ölçü körpüləri vasitəsilə müqavimətin və naməlum dövrə parametrlərinin təyiniSeminar
  19. 19.
    Məsələ həlli. birfazalı dəyişən cərəyan dövrəsində gücün ölçülməsi. vattmetrin dövrəyə qoşulma sxeminin qurulması və aktiv gücün hesablanmasıSeminar
  20. 20.
    Məsələ həlli. üçfazalı elektrik dövrələrində aktiv və reaktiv gücün ölçülməsi. bir və iki vattmetr üsullarının tətbiqi və ölçmə nəticələrinin hesablanmasıSeminar
  21. 21.
    Məsələ həlli. elektrik enerjisinin və faza sürüşmə bucağının ölçülməsi. elektrik enerjisi sayğacının göstəricilərinə əsasən sərfiyyatın və faza bucağının təyiniSeminar
  22. 22.
    Məsələ həlli. qeyri-elektrik kəmiyyətlərin elektrik üsulu ilə ölçülməsi. temperatur, təzyiq və mexaniki kəmiyyətlərin ölçü çeviriciləri vasitəsilə təyiniSeminar
  23. 23.
    Məsələ həlli. elektrik ölçmə çeviricilərinin tətbiqi. i̇nduktiv, tutum, tenzorezistor, termoelektrik və fotoelektrik çeviricilərin iş prinsiplərinin və tətbiq sahələrinin təhliliSeminar

Reading list

The reading list has not yet been published.

Assessment

Assessment methodDescriptionMarksRelated CLO
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir40 balFTN 1-6
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir10 balFTN 1-6
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6