Fənn · Elektrik və elektronika mühəndisliyi.

Elektrik sistemlərində təkmil ölçmə texnologiyalarıSillabus

MM-03036 kreditPayız semestriMəcburi2026-2027

Sillabus

Fənn proqramı (sillabus): ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat siyahısı və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
MM-0303
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2026-2027
Fənnin növü
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan dili
Auditoriya saatları
a) 30 saat - mühazirə b) 15 saat - seminar
Auditoriyadankənar saatlar
a) 135 saat - sərbəst iş

Fənn haqqında

Fənn elektrik sistemlərində müasir ölçmə və monitorinq texnologiyalarının nəzəri əsaslarını, elektromexaniki və elektron ölçü cihazlarının iş prinsiplərini, cərəyan, gərginlik, müqavimət, güc, enerji və faza bucağının ölçülməsi üsullarını öyrədir. Üçfazalı sistemlərdə ölçmələr, qeyri-elektrik kəmiyyətlərin elektrik üsulları ilə ölçülməsi, temperatur, optik, təzyiq və mexaniki parametrlərin ölçü çeviriciləri, ölçmə verilənlərinin emalı və təhlili nəzərdən keçirilir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Elektrik sistemlərində istifadə olunan təkmil ölçmə və monitorinq texnologiyalarının tədqiqində tətbiq edilən kəmiyyət və keyfiyyət metodlarını fərqləndirə və onları elektrik şəbəkələrinin analizi və modelləşdirilməsində məqsədyönlü şəkildə tətbiq edə bilir.

  2. CLO 2: Elektrik sistemlərində ölçmə, diaqnostika və real vaxt monitorinqi ilə bağlı tədqiqat suallarını formalaşdıra, hipotezlər irəli sürə və bu istiqamətdə eksperimental və ya modelləşdirilmiş tədqiqat dizaynı qura bilir.

  3. CLO 3: Müasir elmi mənbələrdən, beynəlxalq verilənlər bazalarından və texniki standartlardan sistematik istifadə edərək ölçmə texnologiyaları və enerji sistemlərinin monitorinqi üzrə mövcud bilikləri toplaya və tədqiqat çərçivəsini formalaşdıra bilir.

  4. CLO 4: Elektrik sistemlərinə dair ölçmə verilənlərini toplaya, emal edə, statistik və siqnal emalı üsulları ilə təhlil edə, modelləşdirmə və simulyasiya nəticələrini vizuallaşdıra və elmi əsaslandırılmış nəticələr çıxara bilir.

  5. CLO 5: Elektrik sistemlərində təkmil ölçmə və monitorinq üzrə aparılmış tədqiqatların nəticələrini məntiqi strukturda təqdim edə, elmi məqalə və texniki hesabatlar hazırlaya və nəticələri şifahi və yazılı formada təqdim edə bilir.

  6. CLO 6: Elektrik sistemlərində ölçmə və diaqnostika sahəsində aparılan tədqiqat və layihə işlərində etik, texniki və metodoloji prinsiplərə əməl edir, müstəqil və ya qrup halında tədqiqat fəaliyyətini səmərəli şəkildə həyata keçirə bilir.

Mövzu planı

Mövzu planı hələ dərc edilməyib.

Ədəbiyyat siyahısı

Ədəbiyyat siyahısı hələ dərc edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıTəsvirBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir40 balFTN 1-6
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir10 balFTN 1-6
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6