Subject · Electrical and electronics engineering.
Elektrik sistemlərində təkmil ölçmə texnologiyaları
About the subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2026-2027
Subject description
Fənn elektrik sistemlərində müasir ölçmə və monitorinq texnologiyalarının nəzəri əsaslarını, elektromexaniki və elektron ölçü cihazlarının iş prinsiplərini, cərəyan, gərginlik, müqavimət, güc, enerji və faza bucağının ölçülməsi üsullarını öyrədir. üçfazalı sistemlərdə ölçmələr, qeyri-elektrik kəmiyyətlərin elektrik üsulları ilə ölçülməsi, temperatur, optik, təzyiq və mexaniki parametrlərin ölçü çeviriciləri, ölçmə verilənlərinin emalı və təhlili nəzərdən keçirilir.
Course learning outcomes
CLO 1: Elektrik sistemlərində istifadə olunan təkmil ölçmə və monitorinq texnologiyalarının tədqiqində tətbiq edilən kəmiyyət və keyfiyyət metodlarını fərqləndirə və onları elektrik şəbəkələrinin analizi və modelləşdirilməsində məqsədyönlü şəkildə tətbiq edə bilir.
CLO 2: Elektrik sistemlərində ölçmə, diaqnostika və real vaxt monitorinqi ilə bağlı tədqiqat suallarını formalaşdıra, hipotezlər irəli sürə və bu istiqamətdə eksperimental və ya modelləşdirilmiş tədqiqat dizaynı qura bilir.
CLO 3: Müasir elmi mənbələrdən, beynəlxalq verilənlər bazalarından və texniki standartlardan sistematik istifadə edərək ölçmə texnologiyaları və enerji sistemlərinin monitorinqi üzrə mövcud bilikləri toplaya və tədqiqat çərçivəsini formalaşdıra bilir.
CLO 4: Elektrik sistemlərinə dair ölçmə verilənlərini toplaya, emal edə, statistik və siqnal emalı üsulları ilə təhlil edə, modelləşdirmə və simulyasiya nəticələrini vizuallaşdıra və elmi əsaslandırılmış nəticələr çıxara bilir.
CLO 5: Elektrik sistemlərində təkmil ölçmə və monitorinq üzrə aparılmış tədqiqatların nəticələrini məntiqi strukturda təqdim edə, elmi məqalə və texniki hesabatlar hazırlaya və nəticələri şifahi və yazılı formada təqdim edə bilir.
CLO 6: Elektrik sistemlərində ölçmə və diaqnostika sahəsində aparılan tədqiqat və layihə işlərində etik, texniki və metodoloji prinsiplərə əməl edir, müstəqil və ya qrup halında tədqiqat fəaliyyətini səmərəli şəkildə həyata keçirə bilir.






