Subject · Radio engineering and telecommunication engineering

Pon-şəbəkələrinin idarə olunmasıTopics

İFS-2265y8 creditsAutumn semesterElective2025-2026

Topic plan

The subject's topics and the learning outcomes attached to each one.

30 topics
  1. 1. Pon şəbəkələrinin təyinatı, üstünlükləri və tətbiq sahələri

    Lecture

    Bu mövzuda PON (passive optical network) şəbəkələrinin təyinatı, quruluş xüsusiyyətləri və müasir telekommunikasiya sistemlərində rolu araşdırılır. PON texnologiyasının yüksək ötürmə qabiliyyəti, geniş əhatə dairəsi, aşağı istismar xərcləri və passiv optik elementlərdən istifadəsi kimi üstünlükləri izah edilir. ftth, biznes şəbəkələri, mobil rabitə və digər tətbiq sahələri nəzərdən keçirilir.

    Open resource: Pon şəbəkələrinin təyinatı, üstünlükləri və tətbiq sahələri (opens in a new tab)
  2. 2. Passiv optik komponentlər və onların PON şəbəkəsində rolu

    Lecture

    Optik splitterlər, konnektorlar, patch-kordlar, pigtaillər və digər passiv optik elementlərin quruluşu və funksiyaları öyrənilir. bu komponentlərin optik siqnalın paylanmasına, itkilərə və şəbəkənin etibarlılığına təsiri araşdırılır.

    Open resource: Passiv optik komponentlər və onların PON şəbəkəsində rolu (opens in a new tab)
  3. 3. Pon şəbəkələrinin arxitekturası və iş prinsipi

    Lecture

    Pon şəbəkələrinin ümumi arxitekturası, mərkəzi OLT qurğusu, optik paylama şəbəkəsi və abonent tərəfdə yerləşən onu/ont qurğuları öyrənilir. aşağı və yuxarı istiqamətli məlumat ötürülməsi, passiv optik paylanma və abonentlər arasında resursların bölüşdürülməsi prinsipləri izah olunur.

    Open resource: Pon şəbəkələrinin arxitekturası və iş prinsipi (opens in a new tab)
  4. 4. Pon şəbəkələrinin topologiyaları və optik paylama şəbəkəsi

    Lecture

    Pon şəbəkələrində istifadə olunan ağacvari, ulduzvari və digər topoloji yanaşmalar araşdırılır. optik paylama şəbəkəsinin (odn) quruluşu, magistral və paylayıcı optik xətlər, splitterlərin yerləşdirilməsi və şəbəkənin fiziki planlaşdırılması izah edilir.

    Open resource: Pon şəbəkələrinin topologiyaları və optik paylama şəbəkəsi (opens in a new tab)
  5. 5. Pon şəbəkələrinin əsas komponentləri: olt, ONU və ONT

    Lecture

    Bu mövzuda PON şəbəkəsinin əsas aktiv komponentləri olan olt, ONU və ONT qurğularının funksiyaları və fərqləri araşdırılır. qurğuların şəbəkədə yerləşməsi, idarə olunması, xidmətlərin abonentlərə çatdırılması və konfiqurasiya xüsusiyyətləri izah edilir.

    Open resource: Pon şəbəkələrinin əsas komponentləri: olt, ONU və ONT (opens in a new tab)
  6. 6. Olt qurğusunun ilkin konfiqurasiyası və idarə olunması

    Lecture

    Olt qurğusunun ilkin quraşdırılması, idarəetmə interfeyslərinə giriş, uplink portlarının, PON interfeyslərinin, vlan-ların və əsas şəbəkə parametrlərinin konfiqurasiyası öyrənilir. olt-nin idarə olunmasında CLI və digər idarəetmə vasitələrinin istifadəsinə baxılır.

    Open resource: Olt qurğusunun ilkin konfiqurasiyası və idarə olunması (opens in a new tab)
  7. 7. Onu/ont qurğularının qeydiyyatı və konfiqurasiyası

    Lecture

    Onu/ont qurğularının PON şəbəkəsində tanınması və qeydiyyatı, seriya nömrəsi və digər identifikasiya mexanizmləri, xidmət profillərinin yaradılması və abonent parametrlərinin konfiqurasiyası öyrənilir.

    Open resource: Onu/ont qurğularının qeydiyyatı və konfiqurasiyası (opens in a new tab)
  8. 8. Pon şəbəkələrində trafik və qos idarəetməsi

    Lecture

    Qos mexanizmləri, trafik prioritetləşdirilməsi, xidmət sinifləri, gecikmə və paket itkisi kimi göstəricilər araşdırılır. müxtəlif xidmətlərin keyfiyyət tələblərinə uyğun olaraq trafikə üstünlük verilməsi prinsipləri izah edilir.

    Open resource: Pon şəbəkələrində trafik və qos idarəetməsi (opens in a new tab)
  9. 9. Passiv optik komponentlər: optik splitterlər, konnektorlar, patch-kordlar və pigtaillərin rolu.

    Lecture

    Splitterlərin siqnalı bir neçə abonent arasında bölüşdürməsi, konnektorların optik birləşmələrin yaradılmasında rolu, patch-kord və pigtaillərin avadanlıq və optik kabellər arasında əlaqə yaratması öyrənilir. optik itkilərin və birləşmə keyfiyyətinin şəbəkəyə təsiri araşdırılır.

    Open resource: Passiv optik komponentlər: optik splitterlər, konnektorlar, patch-kordlar və pigtaillərin rolu. (opens in a new tab)
  10. 10. Dynamic bandwidth allocation (dba) və kanal resurslarının bölüşdürülməsi

    Lecture

    Dba mexanizminin iş prinsipi, istifadəçilər arasında kanal resurslarının dinamik bölüşdürülməsi və ötürmə səmərəliliyinin artırılması araşdırılır.

    Open resource: Dynamic bandwidth allocation (dba) və kanal resurslarının bölüşdürülməsi (opens in a new tab)
  11. 11. Pon şəbəkələrində VLAN və internet, səs və video xidmətlərinin təşkili

    Lecture

    Pon üzərindən internet, voip və IPTV kimi müxtəlif xidmətlərin təşkili, vlan-ların yaradılması və trafiklərin məntiqi ayrılması öyrənilir. xidmətlərin olt-dən onu/ont-yə qədər çatdırılması və xidmət profillərinin idarə olunması araşdırılır.

    Open resource: Pon şəbəkələrində VLAN və internet, səs və video xidmətlərinin təşkili (opens in a new tab)
  12. 12. Pon şəbəkələrində monitorinq və əsas performans göstəriciləri

    Lecture

    Pon şəbəkələrinin monitorinq üsulları, optik güc, ötürmə sürəti, gecikmə və digər əsas performans göstəriciləri öyrənilir.

    Open resource: Pon şəbəkələrində monitorinq və əsas performans göstəriciləri (opens in a new tab)
  13. 13. Pon şəbəkələrinin layihələndirilməsi və planlaşdırılması

    Lecture

    Pon şəbəkələrinin layihələndirilməsində istifadə olunan prinsiplər, istifadəçi sıxlığı, optik büdcə və şəbəkə resurslarının planlaşdırılması nəzərdən keçirilir.

    Open resource: Pon şəbəkələrinin layihələndirilməsi və planlaşdırılması (opens in a new tab)
  14. 14. Pon şəbəkələrində təhlükəsizlik və istifadəçilərin autentifikasiyası

    Lecture

    Pon şəbəkələrində istifadəçilərin identifikasiyası, autentifikasiyası və məlumatların təhlükəsizliyinin təmin olunması üsulları araşdırılır.

    Open resource: Pon şəbəkələrində təhlükəsizlik və istifadəçilərin autentifikasiyası (opens in a new tab)
  15. 15. Pon şəbəkələrində nasazlıqların aşkarlanması və diaqnostikası

    Lecture

    Pon şəbəkələrində yaranan optik və avadanlıq nasazlıqlarının müəyyənləşdirilməsi, səbəblərinin araşdırılması və aradan qaldırılması üsulları öyrənilir

    Open resource: Pon şəbəkələrində nasazlıqların aşkarlanması və diaqnostikası (opens in a new tab)
  16. 16. Müasir PON şəbəkələri: ftth, 5g və yeni nəsil genişzolaqlı xidmətlər

    Lecture

    Ftth texnologiyasının, PON və 5g şəbəkələrinin qarşılıqlı əlaqəsi və yeni nəsil genişzolaqlı xidmətlərin təşkili imkanları öyrənilir.

    Open resource: Müasir PON şəbəkələri: ftth, 5g və yeni nəsil genişzolaqlı xidmətlər (opens in a new tab)
  17. 17. Otdr vasitəsilə optik xətlərin ölçülməsi və yoxlanılması

    Lecture

    Otdr cihazının iş prinsipi, optik liflərdə itkilərin, qırılmaların və digər problemlərin müəyyənləşdirilməsi üsulları öyrənilir.

    Open resource: Otdr vasitəsilə optik xətlərin ölçülməsi və yoxlanılması (opens in a new tab)
  18. 18. Fttr (fiber-to-the-room) texnologiyası və evdaxili optik şəbəkələr

    Lecture

    Fttr texnologiyasının iş prinsipi, ev daxilində optik bağlantının təşkili və yüksək sürətli xidmətlərin təmin olunması imkanları araşdırılır.

    Open resource: Fttr (fiber-to-the-room) texnologiyası və evdaxili optik şəbəkələr (opens in a new tab)
  19. 19. Epon və GPON texnologiyalarının iş prinsipi

    Lecture

    Epon və GPON texnologiyalarının arxitekturası, məlumat ötürmə prinsipləri, sürət imkanları və əsas texniki xüsusiyyətləri müqayisə edilir.

    Open resource: Epon və GPON texnologiyalarının iş prinsipi (opens in a new tab)
  20. 20. Pon şəbəkələrində yuxarı və aşağı istiqamətli məlumat ötürülməsi

    Lecture

    Pon şəbəkələrində downstream və upstream məlumat axınlarının təşkili, paylaşdırılması və ötürülmə mexanizmləri öyrənilir.

    Open resource: Pon şəbəkələrində yuxarı və aşağı istiqamətli məlumat ötürülməsi (opens in a new tab)
  21. 21. Xg-pon və xgs-pon texnologiyalarının xüsusiyyətləri

    Lecture

    Tələbə xg-pon və xgs-pon texnologiyalarını müqayisə edir və tətbiq imkanlarını qiymətləndirir.

    Open resource: Xg-pon və xgs-pon texnologiyalarının xüsusiyyətləri (opens in a new tab)
  22. 22. Pon şəbəkələrində WDM texnologiyası və tətbiqi

    Lecture

    Wdm texnologiyasının iş prinsipi, müxtəlif dalğa uzunluqlarından istifadə etməklə məlumatların ötürülməsi və PON şəbəkələrində tətbiqi öyrənilir.

    Open resource: Pon şəbəkələrində WDM texnologiyası və tətbiqi (opens in a new tab)
  23. 23. Yeni nəsil optik giriş texnologiyaları: 25g-pon və 50g-pon

    Lecture

    25g-pon və 50g-pon texnologiyalarının inkişaf istiqamətləri, texniki imkanları və yüksək sürətli optik giriş şəbəkələrində tətbiqi araşdırılır.

    Open resource: Yeni nəsil optik giriş texnologiyaları: 25g-pon və 50g-pon (opens in a new tab)
  24. 24. Pon şəbəkələrində iot xidmətlərinin dəstəklənməsi

    Lecture

    Iot qurğularının PON şəbəkələrinə qoşulması, məlumatların ötürülməsi və iot xidmətlərinin genişzolaqlı optik infrastruktur üzərindən təşkili araşdırılır.

    Open resource: Pon şəbəkələrində iot xidmətlərinin dəstəklənməsi (opens in a new tab)
  25. 25. Bulud texnologiyaları ilə inteqrasiya olunmuş PON şəbəkələri

    Lecture

    Pon şəbəkələrinin bulud texnologiyaları ilə inteqrasiyası, məlumatların bulud mühitinə ötürülməsi və xidmətlərin mərkəzləşdirilmiş idarə olunması öyrənilir.

    Open resource: Bulud texnologiyaları ilə inteqrasiya olunmuş PON şəbəkələri (opens in a new tab)
  26. 26. Pon və wi-fi 6/7 texnologiyalarının inteqrasiyası

    Lecture

    Pon optik giriş şəbəkələrinin wi-fi 6/7 texnologiyaları ilə inteqrasiyası, yüksək sürətli və aşağı gecikməli istifadəçi bağlantılarının təşkili araşdırılır.

    Open resource: Pon və wi-fi 6/7 texnologiyalarının inteqrasiyası (opens in a new tab)
  27. 27. Pon şəbəkələrində yaşıl enerji və enerji səmərəliliyi konsepsiyası

    Lecture

    Pon şəbəkələrində enerji sərfiyyatının azaldılması, enerji səmərəli avadanlıqlar və ekoloji dayanıqlılığın təmin olunması üsulları araşdırılır.

    Open resource: Pon şəbəkələrində yaşıl enerji və enerji səmərəliliyi konsepsiyası (opens in a new tab)
  28. 28. Ağıllı şəhərlərdə PON texnologiyalarının tətbiqi

    Lecture

    Ağıllı şəhər infrastrukturlarında PON texnologiyalarının videomüşahidə, iot, ağıllı nəqliyyat və digər xidmətlərin dəstəklənməsində rolu öyrənilir.

    Open resource: Ağıllı şəhərlərdə PON texnologiyalarının tətbiqi (opens in a new tab)
  29. 29. Pon şəbəkələrində süni i̇ntellekt (ai): avtomatik xəta proqnozlaşdırılması və proaktiv xidmət.

    Lecture

    Süni intellekt və maşın öyrənməsi üsullarının PON şəbəkələrində nasazlıqların proqnozlaşdırılması, monitorinq və proaktiv texniki xidmət üçün tətbiqi öyrənilir.

    Open resource: Pon şəbəkələrində süni i̇ntellekt (ai): avtomatik xəta proqnozlaşdırılması və proaktiv xidmət. (opens in a new tab)
  30. 30. Pon şəbəkələrində kibertəhlükəsizlik və müasir mühafizə üsulları

    Lecture

    Pon şəbəkələrində kibertəhdidlər, məlumatların qorunması, girişə nəzarət, şifrələmə və digər müasir təhlükəsizlik mexanizmləri araşdırılır.

    Open resource: Pon şəbəkələrində kibertəhlükəsizlik və müasir mühafizə üsulları (opens in a new tab)