Subject · Radio engineering and telecommunication engineering

Pon-şəbəkələrinin idarə olunmasıCLO↔PLO matrix

İFS-2265y8 creditsAutumn semesterElective2025-2026

CLO ↔ PLO matching table

How this subject's course outcomes map onto the programme's learning outcomes.

1 CLO × 5 PLO
Course outcomePLO 1PLO 2PLO 3PLO 4PLO 5
CLO 1CLO-820151. PON şəbəkələrinin təyinatını, arxitekturasını, iş prinsipini və əsas komponentlərini izah edir. 2. PON şəbəkələrində istifadə olunan olt, onu/ont və passiv optik komponentlərin funksiyalarını müəyyənləşdirir. 3. PON şəbəkələrinin müxtəlif topologiyalarını və tətbiq sahələrini müqayisə edir. 4. optik paylayıcı şəbəkələrdə siqnal ötürülməsi, optik güc və itkiləri təhlil edir. 5. PON şəbəkələrinin buraxma qabiliyyətini, ötürmə məsafəsini və şəbəkə resurslarını qiymətləndirir. 6. PON şəbəkələrində istifadəçilərin qoşulması, avadanlıqların konfiqurasiyası və resursların idarə olunması proseslərini həyata keçirir. 7. PON şəbəkələrində trafik, xidmət keyfiyyəti (qos) və şəbəkə performansını monitorinq edir. 8. şəbəkədə yaranan nasazlıqları müəyyənləşdirir, səbəblərini təhlil edir və aradan qaldırılması üsullarını tətbiq edir. 9. PON şəbəkələrinin idarə olunmasında monitorinq və diaqnostika vasitələrindən istifadə edir. 10. PON şəbəkələrinin layihələndirilməsi və idarə olunması zamanı etibarlılıq, təhlükəsizlik və səmərəlilik tələblərini nəzərə alır.does not matchdoes not matchmatchesdoes not matchmatches

Programme learning outcomes

  1. PLO 1

    Plo-1: siqnallar və sistemlərin əsas xüsusiyyətlərini, riyazi modellərini və parametrlərini təhlil edir, davamlı və diskret siqnalların zaman və tezlik oblastlarında təsvirini və emalını həyata keçirir, diskretləşdirmə, kvantlaşdırma, furye və z-çevrilməsi, rəqəmli filtrasiya kimi üsullardan istifadə etməklə telekommunikasiya və radiotexniki sistemlərdə siqnalların formalaşdırılması, ötürülməsi, qəbulu, emalı və analizini yerinə yetirir.

    No contribution from this subject

  2. PLO 2

    Plo-2: elektrodinamikanın əsas qanun və prinsiplərini, elektromaqnit sahələrinin xüsusiyyətlərini və radiodalğaların müxtəlif mühitlərdə yayılma qanunauyğunluqlarını təhlil edir, antenaların iş prinsiplərini, əsas parametrlərini və xarakteristikalarını müəyyənləşdirir, mikrodalğalı sistemlərin quruluşunu və iş prinsipini izah edir, elektromaqnit dalğalarının şüalandırılması, qəbulu və yayılması proseslərini telekommunikasiya və radiotexniki sistemlərdə tətbiq edir.

    No contribution from this subject

  3. PLO 3

    Plo-3: telekommunikasiya şəbəkələri və sistemlərinin quruluşunu, arxitekturasını, iş prinsiplərini və əsas texniki xüsusiyyətlərini təhlil edir, PON şəbəkələrinin (epon, gpon, xg-pon və s.) strukturunu, komponentlərini və iş prinsipini izah edir, şəbəkə resurslarının idarə olunması, monitorinqi, konfiqurasiyası və texniki xidmətini həyata keçirir, optik giriş şəbəkələrində məlumatların etibarlı və səmərəli ötürülməsini təmin edən texnologiya və idarəetmə üsullarını tətbiq edir.

    Supported by: CLO 1

  4. PLO 4

    Plo-4: naqilsiz rabitə texnologiyalarının əsas prinsiplərini, quruluşunu, iş rejimlərini və texniki xüsusiyyətlərini təhlil edir, müxtəlif naqilsiz və radiotexniki rabitə sistemlərinin iş prinsipini izah edir, radioresursların səmərəli istifadəsi, tezliklərin bölüşdürülməsi və radiomübadilənin təşkili qaydalarını tətbiq edir, beynəlxalq radiorabitə standartları, protokolları və normativ tələblər əsasında radioəlaqənin təşkili və idarə olunmasını həyata keçirir.

    No contribution from this subject

  5. PLO 5

    Plo-5: elektrik və elektron sxemlərin quruluşunu, əsas elementlərini və iş prinsiplərini təhlil edir, analoq və rəqəmli elektron sxemlərin əsas parametrlərini müəyyənləşdirir, elektrik və elektron kəmiyyətlərin ölçülməsi üçün ölçmə üsullarını, cihazlarını və vasitələrini seçir və tətbiq edir, ölçmə nəticələrinin dəqiqliyini və etibarlılığını qiymətləndirir, elektron qurğuların parametrlərinin eksperimental olaraq yoxlanılması və nasazlıqlarının müəyyənləşdirilməsi üçün müasir ölçmə vasitələrindən istifadə edir.

    Supported by: CLO 1