General information
- Subject code
- İFS-2265y
- Credits
- 8
- Student workload
- 75
- Semester
- Autumn semester
- Academic year
- 2025-2026
- Subject type
- Elective
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- a) 60 saat -mühazirə b) 15 saat- seminar c) 15 saat -laboratoriya
- Out-of-class hours
- a) 75 saat -TSİ b) 75 saat -MRTSİ
About the subject
Pon texnologiyası haqqında məlumatları, GPON şəbəkəsinin idarə olunma metodlarını, pon-da sıxlaşdırma texnologiyaları və PON şəbəkəsinin növlərini bilmələrini; PON şəbəkəsinin qurulması, splitterdə sönmənin hesablanması, layihələndirilən kabelin xarakterik parametrlərinin qiymətləndirilməsi kimi bacarıqlara yiyələnmələrini ehtiva edir.
Teaching methods
- lecture
- laboratory work
- seminar
- presentations
- interactive discussion
Course learning outcomes (CLO)
CLO 1: 1. PON şəbəkələrinin təyinatını, arxitekturasını, iş prinsipini və əsas komponentlərini izah edir. 2. PON şəbəkələrində istifadə olunan olt, onu/ont və passiv optik komponentlərin funksiyalarını müəyyənləşdirir. 3. PON şəbəkələrinin müxtəlif topologiyalarını və tətbiq sahələrini müqayisə edir. 4. optik paylayıcı şəbəkələrdə siqnal ötürülməsi, optik güc və itkiləri təhlil edir. 5. PON şəbəkələrinin buraxma qabiliyyətini, ötürmə məsafəsini və şəbəkə resurslarını qiymətləndirir. 6. PON şəbəkələrində istifadəçilərin qoşulması, avadanlıqların konfiqurasiyası və resursların idarə olunması proseslərini həyata keçirir. 7. PON şəbəkələrində trafik, xidmət keyfiyyəti (qos) və şəbəkə performansını monitorinq edir. 8. şəbəkədə yaranan nasazlıqları müəyyənləşdirir, səbəblərini təhlil edir və aradan qaldırılması üsullarını tətbiq edir. 9. PON şəbəkələrinin idarə olunmasında monitorinq və diaqnostika vasitələrindən istifadə edir. 10. PON şəbəkələrinin layihələndirilməsi və idarə olunması zamanı etibarlılıq, təhlükəsizlik və səmərəlilik tələblərini nəzərə alır.
Topic plan
- 1.Pon şəbəkələrinin təyinatı, üstünlükləri və tətbiq sahələriLecture
Bu mövzuda PON (passive optical network) şəbəkələrinin təyinatı, quruluş xüsusiyyətləri və müasir telekommunikasiya sistemlərində rolu araşdırılır. PON texnologiyasının yüksək ötürmə qabiliyyəti, geniş əhatə dairəsi, aşağı istismar xərcləri və passiv optik elementlərdən istifadəsi kimi üstünlükləri izah edilir. ftth, biznes şəbəkələri, mobil rabitə və digər tətbiq sahələri nəzərdən keçirilir.
- 2.Passiv optik komponentlər və onların PON şəbəkəsində roluLecture
Optik splitterlər, konnektorlar, patch-kordlar, pigtaillər və digər passiv optik elementlərin quruluşu və funksiyaları öyrənilir. bu komponentlərin optik siqnalın paylanmasına, itkilərə və şəbəkənin etibarlılığına təsiri araşdırılır.
- 3.Pon şəbəkələrinin arxitekturası və iş prinsipiLecture
Pon şəbəkələrinin ümumi arxitekturası, mərkəzi OLT qurğusu, optik paylama şəbəkəsi və abonent tərəfdə yerləşən onu/ont qurğuları öyrənilir. aşağı və yuxarı istiqamətli məlumat ötürülməsi, passiv optik paylanma və abonentlər arasında resursların bölüşdürülməsi prinsipləri izah olunur.
- 4.Pon şəbəkələrinin topologiyaları və optik paylama şəbəkəsiLecture
Pon şəbəkələrində istifadə olunan ağacvari, ulduzvari və digər topoloji yanaşmalar araşdırılır. optik paylama şəbəkəsinin (odn) quruluşu, magistral və paylayıcı optik xətlər, splitterlərin yerləşdirilməsi və şəbəkənin fiziki planlaşdırılması izah edilir.
- 5.Pon şəbəkələrinin əsas komponentləri: olt, ONU və ONTLecture
Bu mövzuda PON şəbəkəsinin əsas aktiv komponentləri olan olt, ONU və ONT qurğularının funksiyaları və fərqləri araşdırılır. qurğuların şəbəkədə yerləşməsi, idarə olunması, xidmətlərin abonentlərə çatdırılması və konfiqurasiya xüsusiyyətləri izah edilir.
- 6.Olt qurğusunun ilkin konfiqurasiyası və idarə olunmasıLecture
Olt qurğusunun ilkin quraşdırılması, idarəetmə interfeyslərinə giriş, uplink portlarının, PON interfeyslərinin, vlan-ların və əsas şəbəkə parametrlərinin konfiqurasiyası öyrənilir. olt-nin idarə olunmasında CLI və digər idarəetmə vasitələrinin istifadəsinə baxılır.
- 7.Onu/ont qurğularının qeydiyyatı və konfiqurasiyasıLecture
Onu/ont qurğularının PON şəbəkəsində tanınması və qeydiyyatı, seriya nömrəsi və digər identifikasiya mexanizmləri, xidmət profillərinin yaradılması və abonent parametrlərinin konfiqurasiyası öyrənilir.
- 8.Pon şəbəkələrində trafik və qos idarəetməsiLecture
Qos mexanizmləri, trafik prioritetləşdirilməsi, xidmət sinifləri, gecikmə və paket itkisi kimi göstəricilər araşdırılır. müxtəlif xidmətlərin keyfiyyət tələblərinə uyğun olaraq trafikə üstünlük verilməsi prinsipləri izah edilir.
- 9.Passiv optik komponentlər: optik splitterlər, konnektorlar, patch-kordlar və pigtaillərin rolu.Lecture
Splitterlərin siqnalı bir neçə abonent arasında bölüşdürməsi, konnektorların optik birləşmələrin yaradılmasında rolu, patch-kord və pigtaillərin avadanlıq və optik kabellər arasında əlaqə yaratması öyrənilir. optik itkilərin və birləşmə keyfiyyətinin şəbəkəyə təsiri araşdırılır.
- 10.Dynamic bandwidth allocation (dba) və kanal resurslarının bölüşdürülməsiLecture
Dba mexanizminin iş prinsipi, istifadəçilər arasında kanal resurslarının dinamik bölüşdürülməsi və ötürmə səmərəliliyinin artırılması araşdırılır.
- 11.Pon şəbəkələrində VLAN və internet, səs və video xidmətlərinin təşkiliLecture
Pon üzərindən internet, voip və IPTV kimi müxtəlif xidmətlərin təşkili, vlan-ların yaradılması və trafiklərin məntiqi ayrılması öyrənilir. xidmətlərin olt-dən onu/ont-yə qədər çatdırılması və xidmət profillərinin idarə olunması araşdırılır.
- 12.Pon şəbəkələrində monitorinq və əsas performans göstəriciləriLecture
Pon şəbəkələrinin monitorinq üsulları, optik güc, ötürmə sürəti, gecikmə və digər əsas performans göstəriciləri öyrənilir.
- 13.Pon şəbəkələrinin layihələndirilməsi və planlaşdırılmasıLecture
Pon şəbəkələrinin layihələndirilməsində istifadə olunan prinsiplər, istifadəçi sıxlığı, optik büdcə və şəbəkə resurslarının planlaşdırılması nəzərdən keçirilir.
- 14.Pon şəbəkələrində təhlükəsizlik və istifadəçilərin autentifikasiyasıLecture
Pon şəbəkələrində istifadəçilərin identifikasiyası, autentifikasiyası və məlumatların təhlükəsizliyinin təmin olunması üsulları araşdırılır.
- 15.Pon şəbəkələrində nasazlıqların aşkarlanması və diaqnostikasıLecture
Pon şəbəkələrində yaranan optik və avadanlıq nasazlıqlarının müəyyənləşdirilməsi, səbəblərinin araşdırılması və aradan qaldırılması üsulları öyrənilir
- 16.Müasir PON şəbəkələri: ftth, 5g və yeni nəsil genişzolaqlı xidmətlərLecture
Ftth texnologiyasının, PON və 5g şəbəkələrinin qarşılıqlı əlaqəsi və yeni nəsil genişzolaqlı xidmətlərin təşkili imkanları öyrənilir.
- 17.Otdr vasitəsilə optik xətlərin ölçülməsi və yoxlanılmasıLecture
Otdr cihazının iş prinsipi, optik liflərdə itkilərin, qırılmaların və digər problemlərin müəyyənləşdirilməsi üsulları öyrənilir.
- 18.Fttr (fiber-to-the-room) texnologiyası və evdaxili optik şəbəkələrLecture
Fttr texnologiyasının iş prinsipi, ev daxilində optik bağlantının təşkili və yüksək sürətli xidmətlərin təmin olunması imkanları araşdırılır.
- 19.Epon və GPON texnologiyalarının iş prinsipiLecture
Epon və GPON texnologiyalarının arxitekturası, məlumat ötürmə prinsipləri, sürət imkanları və əsas texniki xüsusiyyətləri müqayisə edilir.
- 20.Pon şəbəkələrində yuxarı və aşağı istiqamətli məlumat ötürülməsiLecture
Pon şəbəkələrində downstream və upstream məlumat axınlarının təşkili, paylaşdırılması və ötürülmə mexanizmləri öyrənilir.
- 21.Xg-pon və xgs-pon texnologiyalarının xüsusiyyətləriLecture
Tələbə xg-pon və xgs-pon texnologiyalarını müqayisə edir və tətbiq imkanlarını qiymətləndirir.
- 22.Pon şəbəkələrində WDM texnologiyası və tətbiqiLecture
Wdm texnologiyasının iş prinsipi, müxtəlif dalğa uzunluqlarından istifadə etməklə məlumatların ötürülməsi və PON şəbəkələrində tətbiqi öyrənilir.
- 23.Yeni nəsil optik giriş texnologiyaları: 25g-pon və 50g-ponLecture
25g-pon və 50g-pon texnologiyalarının inkişaf istiqamətləri, texniki imkanları və yüksək sürətli optik giriş şəbəkələrində tətbiqi araşdırılır.
- 24.Pon şəbəkələrində iot xidmətlərinin dəstəklənməsiLecture
Iot qurğularının PON şəbəkələrinə qoşulması, məlumatların ötürülməsi və iot xidmətlərinin genişzolaqlı optik infrastruktur üzərindən təşkili araşdırılır.
- 25.Bulud texnologiyaları ilə inteqrasiya olunmuş PON şəbəkələriLecture
Pon şəbəkələrinin bulud texnologiyaları ilə inteqrasiyası, məlumatların bulud mühitinə ötürülməsi və xidmətlərin mərkəzləşdirilmiş idarə olunması öyrənilir.
- 26.Pon və wi-fi 6/7 texnologiyalarının inteqrasiyasıLecture
Pon optik giriş şəbəkələrinin wi-fi 6/7 texnologiyaları ilə inteqrasiyası, yüksək sürətli və aşağı gecikməli istifadəçi bağlantılarının təşkili araşdırılır.
- 27.Pon şəbəkələrində yaşıl enerji və enerji səmərəliliyi konsepsiyasıLecture
Pon şəbəkələrində enerji sərfiyyatının azaldılması, enerji səmərəli avadanlıqlar və ekoloji dayanıqlılığın təmin olunması üsulları araşdırılır.
- 28.Ağıllı şəhərlərdə PON texnologiyalarının tətbiqiLecture
Ağıllı şəhər infrastrukturlarında PON texnologiyalarının videomüşahidə, iot, ağıllı nəqliyyat və digər xidmətlərin dəstəklənməsində rolu öyrənilir.
- 29.Pon şəbəkələrində süni i̇ntellekt (ai): avtomatik xəta proqnozlaşdırılması və proaktiv xidmət.Lecture
Süni intellekt və maşın öyrənməsi üsullarının PON şəbəkələrində nasazlıqların proqnozlaşdırılması, monitorinq və proaktiv texniki xidmət üçün tətbiqi öyrənilir.
- 30.Pon şəbəkələrində kibertəhlükəsizlik və müasir mühafizə üsullarıLecture
Pon şəbəkələrində kibertəhdidlər, məlumatların qorunması, girişə nəzarət, şifrələmə və digər müasir təhlükəsizlik mexanizmləri araşdırılır.
Reading list
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |