Subject · Energy engineering

Elektrik sistemlərinin avtomatikasıSyllabus

İFS-2363y6 creditsAutumn semesterElective

Syllabus

The subject's official programme: general information, outcomes, topic plan, reading list and assessment.

General information

Subject code
İFS-2363y
Credits
6
Student workload
180
Semester
Autumn semester
Academic year
—
Subject type
Elective
Form of education
Full-time
Language of instruction
Azerbaijani
In-class hours
a) 45 saat-mühazirə b) 15 saat-seminar c) 15 saat-laboratoriya
Out-of-class hours
a) 50 saat-sərbəst iş b) 55 saat-məsləhət saatı

About the subject

“elektrik sistemlərinin avtomatikası” fənni elektrik sistemlərində və stansiyalarda texnoloji rejimlərin avtomatlaşdırılmış idarə edilməsi və qəzaların qarşısının alınması üçün tətbiq olunan sistem avtomatikasının nəzəri və praktiki əsaslarını əhatə edir. fəndə avtomatik təkrar qoşulma (atq), ehtiyatın avtomatik qoşulması (eaq), avtomatik tezlik boşalması (atb), generatorların avtomatik sinxronlaşdırılması və müasir mikroprosessorlu avtomatika qurğularının iş prinsipləri tədris olunur.

Teaching methods

  • lecture
  • laboratory work
  • interactive discussion
  • presentations
  • teamwork
  • seminar

Course learning outcomes (CLO)

  1. CLO 1: Ftn1: giriş. elektrik sistemlərinin avtomatik qurğuları;

  2. CLO 2: Ftn2: avtomatik təkrarqoşma;

  3. CLO 3: Ftn3: ehtiyatın avtomatik təkrar qoşması;

  4. CLO 4: Ftn4: tezlikdən yükaçma;

  5. CLO 5: Ftn5: energetika sistemlərində ai̇s;

Topic plan

  1. 1.
    1. giriş. elektrik sistemlərinin avtomatika qurğularının təyinatı və təsnifatıLecture

    Bu mövzuda elektrik sistemlərində avtomatika qurğularının təyinatı, əsas funksiyaları və enerji sistemlərinin etibarlı,təhlükəsiz və səmərəli işində rolu izah olunur və avtomatika qurğularının iş prinsipinə,funksional xüsusiyyətlərinə və tətbiq sahələrinə görə təsnifatı nəzərdən keçirilir.

  2. 2.
    2. sinxron generatorların avtomatik paralel qoşulmasıLecture

    Sinxron generatorların elektrik şəbəkəsinə avtomatik paralel qoşulmasının prinsipləri,əsas şərtləri və istifadə olunan avtomatika qurğuları öyrənilir. paralel qoşulma zamanı gərginlik, tezlik, faza ardıcıllığı və faza bucağının uyğunlaşdırılması , həmçinin prosesini təhlükəsiz və etibarlı həyata keçirilməsi nəzərdə tutulur.

  3. 3.
    3. avtomatik təkrarqoşma. atq-nin təyinatıLecture

    Elektrik şəbəkələrində müvəqqəti nasazlıqlar zamanı elektrik veriliş xətlərinin avtomatik olaraq yenidən qoşulmaının təyinatı və iş prinsipi öyrənilir

  4. 4.
    4. telemexanizmləşdirilmiş yarımstansiyalarda atq-nin yerinə yetirilmə xüsusiyyətiLecture

    Telemexanikiləşdirilmiş yarımstansiyada ATQ idarə olunması, siqnalların ötürülməsi və prosesin uzaqdan nəzarət xüsusiyyətləri.

  5. 5.
    5.atq zamanı rele mühafizəsinin işinin sürətləndirilməsi. atq-dən sonra mühafizənin sürətləndirilməsiLecture

    Atq zamanı və atq-dən sonra rele mühafizəsinin sürətli və seçici fəaliyyətinin təmin edilməsi, həmçinin mühafizə qurğularının iş rejiminin xüsusiyyətləri öyrənilir.

  6. 6.
    6. i̇ki tərəfdən qidalanan xətlərdə üçfazalı atq. ümumi məlumatLecture

    İki tərəfdən qidalanan elektrik veriliş xətlərində üç fazalı ATQ təyinatı, iş prinsipi tətbiq xüsusiyyətləri öyrənilir.

  7. 7.
    7. ehtiyatın avtomatik qoşulması. eaq-nin təyinatıLecture

    Ehtiyatın avtomatik qoşulmasının (eaq) təyinatı, iş prinsipi və elektrik təchizatının fasiləsizliyinin təmin edilməsində rolu öyrənilir.

  8. 8.
    8. sinxron yükü qidalandıran yarımstansiyalarda EAQ qurğusuLecture

    Sinxron yükü qidalandıran yarımstansiyalarda EAQ qurğusunun təyinatı və iş prinsipi öyrənilir. qurğunun sinxron yüklərin etibarlı və fasiləsiz elektrik təchizatının təmin edilməsində rolu nəzərdən keçirilir.

  9. 9.
    9. tezlikdən yükaçma avtomatikasının təyinatı və yerinə yetirilməsinin əsas prinsipləriLecture

    Tezlikdən yükaçma avtomatikasının (tya)təyinatı, iş prinsipi və enerji sistemdə tezlik dayanaqlığının təmin edilməsində rolu öyrənilir.

  10. 10.
    10. enerj isistemində qısamüddətli tezliyin azalmasından tələbatçıların səhvən açılmalarının qarşısının alınmasıLecture

    Enerji sistemində qısa müddətli enerji açılması zamanı tələbatçıların əsassız açılmasının qarşısının alınması üsulları və avtomatika qurğularının iş prinsipi öyrənilir.

  11. 11.
    11. əks-qəza avtomatika qurğularının təyinatı və təsnifatıLecture

    Əks-qəza avtomatika qurğularının təyinatı,əsas funksiyaları və enerji sistemində rolu izah edilir. qurğuların təyinatına və iş prinsipinə görə təsnifatı nəzərdən keçirilir.

  12. 12.
    12. statik dayanıqlığın yüksəldilməsi üçün vasitələrLecture

    Statik dayanıqlığın mahiyyəti və enerji sistemlərində onun yüksəldilməsi üçün tətbiq olunan əsas vasitələr nəzərdən keçirilir.

  13. 13.
    13. energetika sistemində avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılma metodologiyasıLecture

    Energetika sistemində avtomatla.dırılmış idarəetmə sisteminin yaradılma prinsipləri, mərhələləri və əsas metodları nəzərdən keçirilir.

  14. 14.
    14. elektroenergetika sistemində ai̇s-in təşkiliLecture

    Elektroenergetika sistemində avtomatik idarəetmə sistemlərinin təşkili,strukturu və əsas funksiyaları nəzərdən keçirilir.

  15. 15.
    15. elektrik şəbəkələrində gərginliyin idarə olunmasının təyinatıLecture

    Elektrik şəbəkələrində gərginliyin idarə olunmasının məqsədi və əsas vəzifələri nəzərdən keçirilir. gərginliyin tətləb olunan səviyyədə saxlanılmasının elektrik enerjisinin keyfiyyətinə və şəbəkənin etibarlı işinə təsiri izah edilir.

  16. 16.
    1. gərginliyin və reaktiv gücün avtomatik tənzimlənməsinin tədqiqiLaboratory

    Gərginliyin və reaktiv gücün avtomatik tənzimlənməsi prinsipləri, üsulları və enerji sistemində tətbiqi nəzərdən keçirilir.

  17. 17.
    2. enerjisistemdə güc axınının avtomatik tənzimlənməsinin tədqiqiLaboratory

    Enerji sistemində güc axınının avtomatik tənzimlənməsi prinsipləri və üsulları, həmçinin onun tətbiq xüsusiyyətləri nəzərdən keçirilir.

  18. 18.
    3. elektrik yarımstansiyalarında ATQ qurğusunun tədqiqiLaboratory

    Elektrik yarımstansiyalarında ATQ qurğularının təyinatı, iş prinsipi və tətbiq xüsusiyyətləri nəzərdən keçirilir

  19. 19.
    4. elektrik veriliş xətlərinin EAQ qurğusunun tətbiqiLaboratory

    Elektrik veriliş xətlərində EAQ qurğularının iş prinsipi,təyinatı və tətbiq xüsusiyyətləri nəzərdən keçirilir.

  20. 20.
    5. enerjisistemin avtomatik idarəetməsinin altsistemlərinin öyrənilməsiLaboratory

    Bu laboratoriya işində enerjisistemin avomatik idarəetmə sisteminin əsas alt sistemləri, onların quruluşu, funksiyaları vəı qarşılıqlı əlaqəsi nəzərdən keçirilir.

  21. 21.
    1. sinxronlaşdırma üsulları: dəqiq və öz-özünə sinxronlaşdırmaIndependent work

    Generatorlarda dəqiq və öz-özünə sinxronlaşdırma üsulları, onların iş prinsipləri və tətbiq xüsusiyyətləri nəzərdən keçirilir.

  22. 22.
    2. bir tərəfdən qidalanan xətlər üçün birdəfəlik atq-nin qoyuluş parametrinin seçilməsiIndependent work

    Bir tərəfdən qidalanan xətlərdə birdəfəlik atq-nin qoyuluş parametrlərinin seçilməsi prinsipləri və əsas hesblama şərtləri nəzərdən keçirilir.

  23. 23.
    3. EAQ qurğusunun sxemləri. ümumi şindən qidalanan güc transformatorlarında EAQIndependent work

    Eaq qurğularının əsas sxemləri və ümumi şindən qidalanan güc transformatorlarında eaq-nin tətbiqi prinsipləri nəzərdən keçirilir.

  24. 24.
    4. enerji sistemində güc defisiti aradan qaldırıldıqdan sonra TATQ (tya-dan sonra avtomatik təkrarqoşma)Independent work

    Enerji sistemdə güc defisiti aradan qaldırıldıqdan sonra tatq-nin iş prinsipi və tətbiq xüsusiyyətləri nəzərdən keçirilir.

  25. 25.
    5. statik və dinamik dayanıqlığın yüksəldilməsi üçün vasitələrIndependent work

    Statik və dinamik dayanıqlığın yüksəldilməsi üçün tətbiq olunan əsas texniki və avtomatik vasitələr nəzərdən kemirilir. onların enerji sisteminin dayanıqlı və etibarlı işinə təsiri izah edilir.

Reading list

Assessment

FormDescriptionScoreRelated CLO
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-5
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5