Fənn · Energetika mühəndisliyi

Elektrik sistemlərinin avtomatikasıSillabus

İFS-2363y6 kreditPayız semestriSeçmə

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İFS-2363y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
—
Fənnin tipi
Seçmə
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 45 saat-mühazirə b) 15 saat-seminar c) 15 saat-laboratoriya
Auditoriyadan kənar saatlar
a) 50 saat-sərbəst iş b) 55 saat-məsləhət saatı

Fənn haqqında

“Elektrik sistemlərinin avtomatikası” fənni elektrik sistemlərində və stansiyalarda texnoloji rejimlərin avtomatlaşdırılmış idarə edilməsi və qəzaların qarşısının alınması üçün tətbiq olunan sistem avtomatikasının nəzəri və praktiki əsaslarını əhatə edir. Fəndə Avtomatik Təkrar Qoşulma (ATQ), Ehtiyatın Avtomatik Qoşulması (EAQ), Avtomatik Tezlik Boşalması (ATB), generatorların avtomatik sinxronlaşdırılması və müasir mikroprosessorlu avtomatika qurğularının iş prinsipləri tədris olunur.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • təqdimatlar
  • komanda işi
  • seminar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: FTN1: Giriş. Elektrik sistemlərinin avtomatik qurğuları;

  2. CLO 2: FTN2: Avtomatik təkrarqoşma;

  3. CLO 3: FTN3: Ehtiyatın avtomatik təkrar qoşması;

  4. CLO 4: FTN4: Tezlikdən yükaçma;

  5. CLO 5: FTN5: Energetika sistemlərində AİS;

Mövzu planı

  1. 1.
    1. Giriş. Elektrik sistemlərinin avtomatika qurğularının təyinatı və təsnifatıMühazirə

    Bu mövzuda elektrik sistemlərində avtomatika qurğularının təyinatı, əsas funksiyaları və enerji sistemlərinin etibarlı,təhlükəsiz və səmərəli işində rolu izah olunur və avtomatika qurğularının iş prinsipinə,funksional xüsusiyyətlərinə və tətbiq sahələrinə görə təsnifatı nəzərdən keçirilir.

  2. 2.
    2. Sinxron generatorların avtomatik paralel qoşulmasıMühazirə

    Sinxron generatorların elektrik şəbəkəsinə avtomatik paralel qoşulmasının prinsipləri,əsas şərtləri və istifadə olunan avtomatika qurğuları öyrənilir. Paralel qoşulma zamanı gərginlik, tezlik, faza ardıcıllığı və faza bucağının uyğunlaşdırılması , həmçinin prosesini təhlükəsiz və etibarlı həyata keçirilməsi nəzərdə tutulur.

  3. 3.
    3. Avtomatik təkrarqoşma. ATQ-nin təyinatıMühazirə

    Elektrik şəbəkələrində müvəqqəti nasazlıqlar zamanı elektrik veriliş xətlərinin avtomatik olaraq yenidən qoşulmaının təyinatı və iş prinsipi öyrənilir

  4. 4.
    4. Telemexanizmləşdirilmiş yarımstansiyalarda ATQ-nin yerinə yetirilmə xüsusiyyətiMühazirə

    Telemexanikiləşdirilmiş yarımstansiyada ATQ idarə olunması, siqnalların ötürülməsi və prosesin uzaqdan nəzarət xüsusiyyətləri.

  5. 5.
    5.ATQ zamanı rele mühafizəsinin işinin sürətləndirilməsi. ATQ-dən sonra mühafizənin sürətləndirilməsiMühazirə

    ATQ zamanı və ATQ-dən sonra rele mühafizəsinin sürətli və seçici fəaliyyətinin təmin edilməsi, həmçinin mühafizə qurğularının iş rejiminin xüsusiyyətləri öyrənilir.

  6. 6.
    6. İki tərəfdən qidalanan xətlərdə üçfazalı ATQ. Ümumi məlumatMühazirə

    İki tərəfdən qidalanan elektrik veriliş xətlərində üç fazalı ATQ təyinatı, iş prinsipi tətbiq xüsusiyyətləri öyrənilir.

  7. 7.
    7. Ehtiyatın avtomatik qoşulması. EAQ-nin təyinatıMühazirə

    Ehtiyatın avtomatik qoşulmasının (EAQ) təyinatı, iş prinsipi və elektrik təchizatının fasiləsizliyinin təmin edilməsində rolu öyrənilir.

  8. 8.
    8. Sinxron yükü qidalandıran yarımstansiyalarda EAQ qurğusuMühazirə

    Sinxron yükü qidalandıran yarımstansiyalarda EAQ qurğusunun təyinatı və iş prinsipi öyrənilir. Qurğunun sinxron yüklərin etibarlı və fasiləsiz elektrik təchizatının təmin edilməsində rolu nəzərdən keçirilir.

  9. 9.
    9. Tezlikdən yükaçma avtomatikasının təyinatı və yerinə yetirilməsinin əsas prinsipləriMühazirə

    Tezlikdən yükaçma avtomatikasının (TYA)təyinatı, iş prinsipi və enerji sistemdə tezlik dayanaqlığının təmin edilməsində rolu öyrənilir.

  10. 10.
    10. Enerj isistemində qısamüddətli tezliyin azalmasından tələbatçıların səhvən açılmalarının qarşısının alınmasıMühazirə

    Enerji sistemində qısa müddətli enerji açılması zamanı tələbatçıların əsassız açılmasının qarşısının alınması üsulları və avtomatika qurğularının iş prinsipi öyrənilir.

  11. 11.
    11. Əks-qəza avtomatika qurğularının təyinatı və təsnifatıMühazirə

    Əks-qəza avtomatika qurğularının təyinatı,əsas funksiyaları və enerji sistemində rolu izah edilir. Qurğuların təyinatına və iş prinsipinə görə təsnifatı nəzərdən keçirilir.

  12. 12.
    12. Statik dayanıqlığın yüksəldilməsi üçün vasitələrMühazirə

    Statik dayanıqlığın mahiyyəti və enerji sistemlərində onun yüksəldilməsi üçün tətbiq olunan əsas vasitələr nəzərdən keçirilir.

  13. 13.
    13. Energetika sistemində avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılma metodologiyasıMühazirə

    Energetika sistemində avtomatla.dırılmış idarəetmə sisteminin yaradılma prinsipləri, mərhələləri və əsas metodları nəzərdən keçirilir.

  14. 14.
    14. Elektroenergetika sistemində AİS-in təşkiliMühazirə

    Elektroenergetika sistemində avtomatik idarəetmə sistemlərinin təşkili,strukturu və əsas funksiyaları nəzərdən keçirilir.

  15. 15.
    15. Elektrik şəbəkələrində gərginliyin idarə olunmasının təyinatıMühazirə

    Elektrik şəbəkələrində gərginliyin idarə olunmasının məqsədi və əsas vəzifələri nəzərdən keçirilir. Gərginliyin tətləb olunan səviyyədə saxlanılmasının elektrik enerjisinin keyfiyyətinə və şəbəkənin etibarlı işinə təsiri izah edilir.

  16. 16.
    1. Gərginliyin və reaktiv gücün avtomatik tənzimlənməsinin tədqiqiLaboratoriya

    Gərginliyin və reaktiv gücün avtomatik tənzimlənməsi prinsipləri, üsulları və enerji sistemində tətbiqi nəzərdən keçirilir.

  17. 17.
    2. Enerjisistemdə güc axınının avtomatik tənzimlənməsinin tədqiqiLaboratoriya

    Enerji sistemində güc axınının avtomatik tənzimlənməsi prinsipləri və üsulları, həmçinin onun tətbiq xüsusiyyətləri nəzərdən keçirilir.

  18. 18.
    3. Elektrik yarımstansiyalarında ATQ qurğusunun tədqiqiLaboratoriya

    Elektrik yarımstansiyalarında ATQ qurğularının təyinatı, iş prinsipi və tətbiq xüsusiyyətləri nəzərdən keçirilir

  19. 19.
    4. Elektrik veriliş xətlərinin EAQ qurğusunun tətbiqiLaboratoriya

    Elektrik veriliş xətlərində EAQ qurğularının iş prinsipi,təyinatı və tətbiq xüsusiyyətləri nəzərdən keçirilir.

  20. 20.
    5. Enerjisistemin avtomatik idarəetməsinin altsistemlərinin öyrənilməsiLaboratoriya

    Bu laboratoriya işində enerjisistemin avomatik idarəetmə sisteminin əsas alt sistemləri, onların quruluşu, funksiyaları vəı qarşılıqlı əlaqəsi nəzərdən keçirilir.

  21. 21.
    1. Sinxronlaşdırma üsulları: Dəqiq və öz-özünə sinxronlaşdırmaSərbəst iş

    Generatorlarda dəqiq və öz-özünə sinxronlaşdırma üsulları, onların iş prinsipləri və tətbiq xüsusiyyətləri nəzərdən keçirilir.

  22. 22.
    2. Bir tərəfdən qidalanan xətlər üçün birdəfəlik ATQ-nin qoyuluş parametrinin seçilməsiSərbəst iş

    Bir tərəfdən qidalanan xətlərdə birdəfəlik ATQ-nin qoyuluş parametrlərinin seçilməsi prinsipləri və əsas hesblama şərtləri nəzərdən keçirilir.

  23. 23.
    3. EAQ qurğusunun sxemləri. Ümumi şindən qidalanan güc transformatorlarında EAQSərbəst iş

    EAQ qurğularının əsas sxemləri və ümumi şindən qidalanan güc transformatorlarında EAQ-nin tətbiqi prinsipləri nəzərdən keçirilir.

  24. 24.
    4. Enerji sistemində güc defisiti aradan qaldırıldıqdan sonra TATQ (TYA-dan sonra avtomatik təkrarqoşma)Sərbəst iş

    Enerji sistemdə güc defisiti aradan qaldırıldıqdan sonra TATQ-nin iş prinsipi və tətbiq xüsusiyyətləri nəzərdən keçirilir.

  25. 25.
    5. Statik və dinamik dayanıqlığın yüksəldilməsi üçün vasitələrSərbəst iş

    Statik və dinamik dayanıqlığın yüksəldilməsi üçün tətbiq olunan əsas texniki və avtomatik vasitələr nəzərdən kemirilir. Onların enerji sisteminin dayanıqlı və etibarlı işinə təsiri izah edilir.

Ədəbiyyat

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-5
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5