Subject · Energy engineering

Yüksək gərginliklər texnikasıTopics

İFS-2359y6 creditsAutumn semesterElective2025-2026

Topic plan

The subject's topics and the learning outcomes attached to each one.

46 topics
  1. 1. Giriş. energetikada yüksək gərginliklər texnikası

    Lecture1

    Yüksək gərginliklər texnikasının energetika sistemlərində rolu, əsas anlayışlar, yüksək gərginlikli qurğu və avadanlıqlar, izolyasiya sistemləri və elektrik təhlükəsizliyi haqqında ümumi məlumat verilir.

    Open resource: Giriş. energetikada yüksək gərginliklər texnikası (opens in a new tab)
  2. 2. Qazboşalmaları nəzəriyyəsinin əsasları

    Lecture2

    Qazlarda elektrik cərəyanının yaranması, ionlaşma prosesləri, elektronların hərəkəti, zərbə ionlaşması, townsend boşalması və qaz boşalmasının əsas mərhələləri öyrənilir.

    Open resource: Qazboşalmaları nəzəriyyəsinin əsasları (opens in a new tab)
  3. 3. Sabit və dəyişən gərginliklərdə hava aralıqlarının deşilməsi

    Lecture3

    Hava aralıqlarında elektrik deşilməsinin fiziki mexanizmi, sabit və dəyişən gərginliklərin təsiri, elektrodlararası məsafə və deşilmə gərginliyi arasındakı əlaqə araşdırılır.

    Open resource: Sabit və dəyişən gərginliklərdə hava aralıqlarının deşilməsi (opens in a new tab)
  4. 4. Qeyri-bircins elektrik sahələri və onların deşilmə xarakteristikaları

    Lecture4

    Qeyri-bircins elektrik sahələrinin xüsusiyyətləri, elektrik sahəsinin intensivliyinin paylanması, iynə–müstəvi və digər elektrod sistemləri, tac boşalması və deşilmə prosesləri öyrənilir.

    Open resource: Qeyri-bircins elektrik sahələri və onların deşilmə xarakteristikaları (opens in a new tab)
  5. 5. Yüksək gərginlik və cərəyanların ölçülməsi

    Lecture5

    Yüksək gərginlik və böyük cərəyanların birbaşa və dolayı ölçülməsi üsulları, gərginlik transformatorları, tutumlu və müqavimətli bölücülər, cərəyan transformatorları və ölçmə təhlükəsizliyi nəzərdən keçirilir.

    Open resource: Yüksək gərginlik və cərəyanların ölçülməsi (opens in a new tab)
  6. 6. Elektrik sahəsinin tənzimlənməsi və idarə olunması

    Lecture6

    Yüksək gərginlikli qurğularda elektrik sahəsinin intensivliyinin idarə olunması, elektrodların forması, ekranlaşdırma, sahə tənzimləyiciləri və elektrik sahəsinin konsentrasiyasının azaldılması üsulları öyrənilir.

    Open resource: Elektrik sahəsinin tənzimlənməsi və idarə olunması (opens in a new tab)
  7. 7. Daxili izolyasiya. bərk və kombinə edilmiş izolyasiya

    Lecture7

    Elektrik avadanlıqlarında istifadə olunan daxili izolyasiya sistemləri, bərk dielektriklər, maye və qaz izolyasiyası ilə kombinə edilmiş sistemlər, elektrik möhkəmliyi və izolyasiyanın konstruktiv xüsusiyyətləri öyrənilir.

    Open resource: Daxili izolyasiya. bərk və kombinə edilmiş izolyasiya (opens in a new tab)
  8. 8. Daxili izolyasiyanın istilik və nəmlənmə təsirindən köhnəlməsi. elektrokimyəvi deşilmə.

    Lecture8

    İzolyasiyanın temperatur, nəmlik, elektrik sahəsi və digər amillərin təsiri altında qocalması, dielektrik itkilərinin artması və elektrokimyəvi deşilmə mexanizmləri araşdırılır.

    Open resource: Daxili izolyasiyanın istilik və nəmlənmə təsirindən köhnəlməsi. elektrokimyəvi deşilmə. (opens in a new tab)
  9. 9. Xarici izolyasiyanın layihələndirilməsi. atmosfer havasının parametrlərinin xarici izolyasiyaya təsiri.

    Lecture9

    Xarici izolyasiyanın layihələndirilməsi prinsipləri, hava aralıqları, atmosfer təzyiqi, temperatur, rütubət və yüksəklik kimi amillərin elektrik möhkəmliyinə təsiri öyrənilir.

    Open resource: Xarici izolyasiyanın layihələndirilməsi. atmosfer havasının parametrlərinin xarici izolyasiyaya təsiri. (opens in a new tab)
  10. 10. Nəmlənmə və çirklənmə şəraitində izolyasiyanın işləməsi

    Lecture10

    İzolyator səthində nəmlik, toz, duz və digər çirkləndiricilərin yaratdığı keçiricilik, səthi cərəyanlar, quru zolaqlar və səthi boşalma prosesləri öyrənilir.

    Open resource: Nəmlənmə və çirklənmə şəraitində izolyasiyanın işləməsi (opens in a new tab)
  11. 11. Hava evx-lərinin quruluşu

    Lecture11

    Hava elektrik veriliş xətlərinin əsas konstruktiv elementləri – naqillər, troslar, dayaqlar, izolyatorlar, armatur və torpaqlama elementləri öyrənilir.

    Open resource: Hava evx-lərinin quruluşu (opens in a new tab)
  12. 12. Hava evx-lərin izolyasiyası və onun seçilməsi

    Lecture12

    Hava evx-lərində izolyatorların növləri, materialları, konstruksiyaları, izolyasiya məsafələri və nominal gərginliyə, atmosfer və çirklənmə şəraitinə görə izolyatorların seçilməsi prinsipləri öyrənilir.

    Open resource: Hava evx-lərin izolyasiyası və onun seçilməsi (opens in a new tab)
  13. 13. Hava evx-lərdə tac boşalması. pikdüsturu

    Lecture13

    Hava evx-lərinin naqilləri ətrafında tac boşalmasının yaranması, korona itkisi, elektrik sahəsinin intensivliyi və tac boşalmasının başlanma gərginliyi öyrənilir. pik düsturu və onun tətbiqi araşdırılır.

    Open resource: Hava evx-lərdə tac boşalması. pikdüsturu (opens in a new tab)
  14. 14. İfrat gərginliklərin təsnifatı. i̇ldırım boşalması və onun parametrləri

    Lecture14

    İfrat gərginliklərin daxili və xarici mənşəli növləri, ildırım boşalmasının yaranması, ildırım cərəyanının əsas parametrləri, dalğa forması, amplitudası və davametmə müddəti öyrənilir.

    Open resource: İfrat gərginliklərin təsnifatı. i̇ldırım boşalması və onun parametrləri (opens in a new tab)
  15. 15. Hava veriliş xətlərinin və yarımstansiyaların ildırımdan mühafizəsi.çubuq ildırımötürücüləri

    Lecture15

    Çubuq ildırımötürücülərinin quruluşu və iş prinsipi, mühafizə zonası, hava evx-ləri və yarımstansiyaların ildırım zərbələrindən qorunması üsulları öyrənilir.

    Open resource: Hava veriliş xətlərinin və yarımstansiyaların ildırımdan mühafizəsi.çubuq ildırımötürücüləri (opens in a new tab)
  16. 16. Hava veriliş xətlərinin və yarımstansiyaların ildırımdan mühafizəsi. tros ildırımötürücüləri

    Lecture16

    Tros ildırımötürücülərinin konstruksiyası, hava evx-lərində yerləşdirilməsi, mühafizə bucağı və mühafizə zonasının formalaşması prinsipləri öyrənilir.

    Open resource: Hava veriliş xətlərinin və yarımstansiyaların ildırımdan mühafizəsi. tros ildırımötürücüləri (opens in a new tab)
  17. 17. Boşaldıcılar

    Lecture17

    İfrat gərginliklərdən mühafizədə istifadə olunan boşaldıcıların təyinatı, quruluşu və iş prinsipi, qığılcım aralıqlı və metal-oksid boşaldıcılar, onların əsas xarakteristikaları öyrənilir.

    Open resource: Boşaldıcılar (opens in a new tab)
  18. 18. Kommutasiyavəferrorezonansifratgərginlikləri

    Lecture18

    Elektrik şəbəkələrində açma və qoşma əməliyyatları nəticəsində yaranan kommutasiya ifrat gərginlikləri, həmçinin qeyri-xətti induktivlik və tutumun qarşılıqlı təsirindən yaranan ferrorezonans hadisəsi araşdırılır.

    Open resource: Kommutasiyavəferrorezonansifratgərginlikləri (opens in a new tab)
  19. 19. Hava evx-lərin kommutasiyalarını müşayiət edən ifrat gərginliklər. atq-nin ifrat gərginliklərə təsiri

    Lecture19

    Hava evx-lərinin qoşulması və açılması zamanı yaranan keçid prosesləri, kommutasiya dalğaları, avtomatik təkrar qoşulmanın (atq) təsiri və ifrat gərginliklərin səviyyəsinin dəyişməsi öyrənilir.

    Open resource: Hava evx-lərin kommutasiyalarını müşayiət edən ifrat gərginliklər. atq-nin ifrat gərginliklərə təsiri (opens in a new tab)
  20. 20. İfrat gərginliklərdən mühafizə. i̇zolyasiyanın koordinasiyası

    Lecture20

    Elektrik qurğularının ifrat gərginliklərdən mühafizəsinin əsas prinsipləri, mühafizə aparatlarının seçilməsi, izolyasiyanın koordinasiyası və mühafizə səviyyəsinin izolyasiyanın elektrik möhkəmliyi ilə uyğunlaşdırılması öyrənilir.

    Open resource: İfrat gərginliklərdən mühafizə. i̇zolyasiyanın koordinasiyası (opens in a new tab)
  21. 21. Elektrik qurğu və aparatların izolyasiyası

    Lecture21

    Transformator, açar, ayırıcı, kabel, cərəyan və gərginlik transformatorları və digər yüksək gərginlikli aparatlarda istifadə olunan izolyasiya sistemləri və onların elektrik möhkəmliyi öyrənilir.

    Open resource: Elektrik qurğu və aparatların izolyasiyası (opens in a new tab)
  22. 22. Torpaqlayıcı qurğular və onların hesabatı

    Lecture22

    Elektrik qurğularının təhlükəsizliyində torpaqlamanın rolu, torpaqlayıcıların növləri, torpağın xüsusi müqaviməti, torpaqlama müqaviməti və torpaqlayıcı qurğuların hesabat üsulları öyrənilir.

    Open resource: Torpaqlayıcı qurğular və onların hesabatı (opens in a new tab)
  23. 23. Yüksək gərginlikli sınaq qurğuları

    Lecture23

    Yüksək gərginlikli avadanlıqların sınaqdan keçirilməsi üçün istifadə olunan sınaq qurğuları, yüksək gərginliyin alınması üsulları, impuls gərginlik generatorları, ölçmə sistemləri və sınaq zamanı təhlükəsizlik qaydaları öyrənilir.

    Open resource: Yüksək gərginlikli sınaq qurğuları (opens in a new tab)
  24. 24. Qaz boşalmaları və hava aralıqlarının deşilmə gərginliyinin hesablanması

    Seminar1

    Qaz boşalmalarının yaranma mexanizmləri, hava aralığının deşilmə şərtləri, elektrodlararası məsafə, təzyiq və gərginliyin deşilmə prosesinə təsiri nəzəri və hesablama məsələləri əsasında araşdırılır. sabitvədəyişəngərginliklərdəhavaaralıqlarınındeşilməsimüqayisəedilir.

    Open resource: Qaz boşalmaları və hava aralıqlarının deşilmə gərginliyinin hesablanması (opens in a new tab)
  25. 25. Elektrik sahəsinin paylanmasının və qeyri-bircinsliyin təhlili

    Seminar2

    Müxtəlif elektrod konstruksiyalarında elektrik sahəsinin paylanması, qütblər effekti, qeyri-bircins elektrik sahələri və arakəsmələrin elektrik möhkəmliyinə təsiri öyrənilir. elektrik sahəsinin intensivliyinin dəyişməsi sxem və hesablama nümunələri ilə araşdırılır.

    Open resource: Elektrik sahəsinin paylanmasının və qeyri-bircinsliyin təhlili (opens in a new tab)
  26. 26. Yüksək gərginlik və cərəyanların ölçülməsi. ölçməsxemlərininseçilməsi

    Seminar3

    Yüksək gərginlik və cərəyanların ölçülməsi üçün istifadə olunan müqavimətli və tutumlu bölücülər, transformatorlar və digər ölçmə vasitələrinin iş prinsipləri araşdırılır. müxtəlif gərginlik səviyyələri üçün uyğun ölçmə sxemlərinin seçilməsi və ölçmə xətalarının qiymətləndirilməsi həyata keçirilir.

    Open resource: Yüksək gərginlik və cərəyanların ölçülməsi. ölçməsxemlərininseçilməsi (opens in a new tab)
  27. 27. Yüksək gərginlikli izolyasiyanın seçilməsi və elektrik möhkəmliyinin qiymətləndirilməsi

    Seminar4

    Daxili və xarici izolyasiyanın əsas xüsusiyyətləri, bərk və kombinə edilmiş izolyasiya sistemləri, izolyasiyanın istilik, nəmlik və çirklənmə nəticəsində qocalması, atmosfer parametrlərinin təsiri araşdırılır. i̇zolyasiyanın seçilməsi üçün əsas meyarlar praktiki məsələlər üzərində tətbiq edilir.

    Open resource: Yüksək gərginlikli izolyasiyanın seçilməsi və elektrik möhkəmliyinin qiymətləndirilməsi (opens in a new tab)
  28. 28. Hava evx-lərinin izolyasiyası və tac boşalmasının hesablanması

    Seminar5

    Hava elektrik veriliş xətlərinin konstruktiv elementləri, izolyatorların seçilməsi, izolyasiya məsafələri və naqillər ətrafında tac boşalmasının yaranma şərtləri öyrənilir. pik düsturu əsasında tac boşalmasının başlanma gərginliyi və ona təsir edən amillər hesablanır.

    Open resource: Hava evx-lərinin izolyasiyası və tac boşalmasının hesablanması (opens in a new tab)
  29. 29. İldırım ifrat gərginlikləri və ildırımdan mühafizə sistemlərinin hesablanması

    Seminar6

    İldırım boşalmasının əsas parametrləri, ildırım mənşəli ifrat gərginliklər və onların hava evx-lərinə və yarımstansiyalara təsiri araşdırılır. çubuq və tros ildırımötürücülərinin mühafizə prinsipləri, mühafizə zonalarının müəyyən edilməsi və konstruktiv yerləşdirilməsi üzrə məsələlər həll edilir.

    Open resource: İldırım ifrat gərginlikləri və ildırımdan mühafizə sistemlərinin hesablanması (opens in a new tab)
  30. 30. Kommutasiya ifrat gərginlikləri və boşaldıcıların seçilməsi

    Seminar7

    Kommutasiya prosesləri zamanı yaranan ifrat gərginliklər, yüksüz hava evx-lərinin və transformatorların açılması, kondensator batareyalarının kommutasiyası və ferrorezonans hadisələri təhlil edilir. boşaldıcıların iş prinsipi və ifrat gərginliklərin məhdudlaşdırılmasında rolu araşdırılır.

    Open resource: Kommutasiya ifrat gərginlikləri və boşaldıcıların seçilməsi (opens in a new tab)
  31. 31. İfrat gərginliklərdən mühafizə, izolyasiyanın koordinasiyası və torpaqlama qurğularının hesablanması

    Seminar8

    Elektrik qurğularının ifrat gərginliklərdən mühafizəsi, izolyasiyanın koordinasiyası, mühafizə səviyyəsinin müəyyənləşdirilməsi və torpaqlama qurğularının əsas parametrlərinin hesablanması üzrə kompleks praktiki məsələlər həll edilir. yüksək gərginlikli sınaq qurğularının tətbiqi və sınaq zamanı təhlükəsizlik tələbləri də nəzərdən keçirilir.

    Open resource: İfrat gərginliklərdən mühafizə, izolyasiyanın koordinasiyası və torpaqlama qurğularının hesablanması (opens in a new tab)
  32. 32. Qütblər effekti və arakəsmənin elektrik möhkəmliyinə təsiri

    Laboratory1

    Müxtəlif formalı elektrodlar arasında elektrik sahəsinin paylanması, qütblər effektinin yaranma səbəbləri və arakəsmələrin elektrik sahəsinə və qaz mühitinin deşilmə prosesinə təsiri öyrənilir. müxtəlif arakəsmə materiallarının və konstruksiyalarının elektrik möhkəmliyinə təsiri araşdırılır.

    Open resource: Qütblər effekti və arakəsmənin elektrik möhkəmliyinə təsiri (opens in a new tab)
  33. 33. Asma izolyator zəncirəsində defektli izolyatorun tapılması

    Laboratory2

    Asma izolyator zəncirlərinin quruluşu və elektrik sahəsinin izolyatorlar arasında paylanması öyrənilir. zəncirdə defektli və ya deşilmiş izolyatorun müəyyən edilməsi üçün istifadə olunan elektrik ölçmə üsulları və diaqnostika prinsipləri araşdırılır.

    Open resource: Asma izolyator zəncirəsində defektli izolyatorun tapılması (opens in a new tab)
  34. 34. Yüksək gərginlikli elektrik şəbəkələrində kondensator batareyalarının açılmalarının kompüter simulyasiyası

    Laboratory3

    Kondensator batareyalarının elektrik şəbəkələrində təyinatı, qoşulma və açılma prosesləri, kommutasiya zamanı yaranan keçid prosesləri və ifrat gərginliklər öyrənilir. kondensator batareyasının açılmasının kompüter modeli yaradılaraq ifrat gərginliklərin dəyişmələri simulyasiya edilir.

    Open resource: Yüksək gərginlikli elektrik şəbəkələrində kondensator batareyalarının açılmalarının kompüter simulyasiyası (opens in a new tab)
  35. 35. Yüksək gərginlikli elektrik şəbəkələrində kondensator yüksüz transformatorların açılmalarının kompüter simulyasiyası

    Laboratory4

    Yüksüz transformatorun açılması zamanı yaranan elektromaqnit keçid prosesləri, induktiv xarakterli cərəyanın kəsilməsi, kommutasiya ifrat gərginlikləri və onların transformator izolyasiyasına təsiri araşdırılır. proses kompüter simulyasiyası vasitəsilə modelləşdirilir.

    Open resource: Yüksək gərginlikli elektrik şəbəkələrində kondensator yüksüz transformatorların açılmalarının kompüter simulyasiyası (opens in a new tab)
  36. 36. 110 kv-luq hava elektrik veriliş xətlərinin yüksüz işləmə rejimlərində açılmalarının kompüter simulyasiyası

    Laboratory5

    110 kv-luq hava elektrik veriliş xətlərinin yüksüz rejimdə işləməsi, xəttin tutum xüsusiyyətləri, açılma zamanı yaranan elektromaqnit keçid prosesləri və kommutasiya ifrat gərginlikləri öyrənilir. xəttin açılması kompüter modeli vasitəsilə simulyasiya edilərək gərginliyin və cərəyanın zamandan asılılığı araşdırılır.

    Open resource: 110 kv-luq hava elektrik veriliş xətlərinin yüksüz işləmə rejimlərində açılmalarının kompüter simulyasiyası (opens in a new tab)
  37. 37. Qazlarda hissəciklərin hərəkəti. yürüklük. diffuziya

    Independent work1

    Qaz mühitində elektron və ionların elektrik sahəsinin təsiri altında hərəkəti, yüklü hissəciklərin yürüklüyü, orta sərbəst yol və diffuziya hadisələri araşdırılır. hissəciklərin hərəkətinin qaz boşalmasının yaranmasına təsiri təhlil edilir.

    Open resource: Qazlarda hissəciklərin hərəkəti. yürüklük. diffuziya (opens in a new tab)
  38. 38. Elektrodlar arasında yüklü hissəciklərin sayının artması. paşen qanunu sabit və dəyişən gərginliklərdə hava aralığının deşilməsi

    Independent work2

    Elektronların zərbə ionlaşması nəticəsində yüklü hissəciklərin sayının artması, elektron selinin və elektrik boşalmasının inkişafı öyrənilir. paşen qanunu əsasında qaz təzyiqi və elektrodlararası məsafənin deşilmə gərginliyinə təsiri araşdırılır. sabit və dəyişən gərginliklərdə hava aralığının deşilmə xüsusiyyətləri müqayisə edilir.

    Open resource: Elektrodlar arasında yüklü hissəciklərin sayının artması. paşen qanunu sabit və dəyişən gərginliklərdə hava aralığının deşilməsi (opens in a new tab)
  39. 39. Torpaqlayıcılar, torpaqlama sistemləri və konstruksiya hesabatları

    Independent work3

    Elektrik qurğularında torpaqlamanın təyinatı, torpaqlayıcıların növləri, təbii və süni torpaqlayıcılar, torpaqlama sistemlərinin quruluşu və torpaqlama müqavimətinin hesablanması üsulları araşdırılır.

    Open resource: Torpaqlayıcılar, torpaqlama sistemləri və konstruksiya hesabatları (opens in a new tab)
  40. 40. Transformatorların izolyasiya konstuksiyalarının analizi.

    Independent work4

    Güc transformatorlarında istifadə olunan daxili izolyasiya sistemləri, yağ-kağız, bərk və kombinə edilmiş izolyasiya konstruksiyaları, izolyasiya məsafələri və elektrik sahəsinin paylanması araşdırılır. transformator izolyasiyasının iş şəraitinə davamlılığı və əsas zədələnmə mexanizmləri təhlil edilir.

    Open resource: Transformatorların izolyasiya konstuksiyalarının analizi. (opens in a new tab)
  41. 41. İfrat gərginliklərin təsnifatı. fazlar arasi ifrat gərginlik və muhafizə sxeminin analizi

    Independent work5

    İfrat gərginliklərin mənşəyinə və davametmə müddətinə görə təsnifatı, fazlararası ifrat gərginliklərin yaranma səbəbləri və elektrik avadanlıqlarına təsiri araşdırılır. i̇frat gərginliklərdən mühafizə sxemlərinin quruluşu və əsas elementlərinin funksiyaları təhlil edilir.

    Open resource: İfrat gərginliklərin təsnifatı. fazlar arasi ifrat gərginlik və muhafizə sxeminin analizi (opens in a new tab)
  42. 42. Kondensatorların açılmasında yaranan ifrat gərginliklər

    Independent work6

    Kondensator batareyalarının elektrik şəbəkəsində qoşulması və açılması zamanı yaranan keçid prosesləri, kondensatorun tutum xüsusiyyətləri və kommutasiya ifrat gərginliklərinin yaranma mexanizmi araşdırılır. i̇frat gərginliklərin səviyyəsinə təsir edən şəbəkə parametrləri təhlil edilir.

    Open resource: Kondensatorların açılmasında yaranan ifrat gərginliklər (opens in a new tab)
  43. 43. Yüksüz xətlərin açılmasında yaranan ifrat gərginliklər

    Independent work7

    Hava elektrik veriliş xətlərinin yüksüz rejimdə açılması zamanı yaranan keçid prosesləri, xəttin tutum təsiri, gərginliyin yüksəlməsi və kommutasiya ifrat gərginliklərinin formalaşması araşdırılır. xətt parametrlərinin ifrat gərginliyin səviyyəsinə təsiri təhlil edilir.

    Open resource: Yüksüz xətlərin açılmasında yaranan ifrat gərginliklər (opens in a new tab)
  44. 44. Kommutasiya ifrat gərginlikləri

    Independent work8

    Elektrik şəbəkələrində açma və qoşma əməliyyatları nəticəsində yaranan kommutasiya ifrat gərginliklərinin fiziki mahiyyəti, onların yaranma şəraiti və müxtəlif elektrik qurğularına təsiri araşdırılır. i̇nduktiv və tutumlu elementlərin kommutasiya prosesində rolu təhlil edilir.

    Open resource: Kommutasiya ifrat gərginlikləri (opens in a new tab)
  45. 45. Avtomatik təkrar qoşulmalarda yaranan ifrat gərginliklər

    Independent work9

    Hava evx-lərində avtomatik təkrar qoşulmanın (atq) məqsədi və iş prinsipi, xəttin təkrar qoşulması zamanı yaranan elektromaqnit keçid prosesləri və ifrat gərginliklərin formalaşması öyrənilir. atq-nin elektrik avadanlıqlarının izolyasiyasına və şəbəkənin etibarlılığına təsiri araşdırılır.

    Open resource: Avtomatik təkrar qoşulmalarda yaranan ifrat gərginliklər (opens in a new tab)
  46. 46. İldırım ifrat gərginlik mənbəyi kimi. i̇ldırımötürən qurğular

    Independent work10

    İldırım boşalmasının yaranma mexanizmi, ildırım cərəyanının əsas parametrləri və ildırım zərbəsi nəticəsində elektrik şəbəkələrində yaranan ifrat gərginliklər araşdırılır. hava evx-lərinin və yarımstansiyaların mühafizəsində çubuq və tros ildırımötürücülərinin quruluşu, iş prinsipi və mühafizə zonaları öyrənilir.

    Open resource: İldırım ifrat gərginlik mənbəyi kimi. i̇ldırımötürən qurğular (opens in a new tab)