Fənn · Energetika mühəndisliyi
Yüksək gərginliklər texnikasıMövzu planı
Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
1. Giriş. Energetikada yüksək gərginliklər texnikası
Mühazirə1Yüksək gərginliklər texnikasının energetika sistemlərində rolu, əsas anlayışlar, yüksək gərginlikli qurğu və avadanlıqlar, izolyasiya sistemləri və elektrik təhlükəsizliyi haqqında ümumi məlumat verilir.
Mənbəyə keç: Giriş. Energetikada yüksək gərginliklər texnikası (yeni pəncərədə açılır)2. Qazboşalmaları nəzəriyyəsinin əsasları
Mühazirə2Qazlarda elektrik cərəyanının yaranması, ionlaşma prosesləri, elektronların hərəkəti, zərbə ionlaşması, Townsend boşalması və qaz boşalmasının əsas mərhələləri öyrənilir.
Mənbəyə keç: Qazboşalmaları nəzəriyyəsinin əsasları (yeni pəncərədə açılır)3. Sabit və dəyişən gərginliklərdə hava aralıqlarının deşilməsi
Mühazirə3Hava aralıqlarında elektrik deşilməsinin fiziki mexanizmi, sabit və dəyişən gərginliklərin təsiri, elektrodlararası məsafə və deşilmə gərginliyi arasındakı əlaqə araşdırılır.
Mənbəyə keç: Sabit və dəyişən gərginliklərdə hava aralıqlarının deşilməsi (yeni pəncərədə açılır)4. Qeyri-bircins elektrik sahələri və onların deşilmə xarakteristikaları
Mühazirə4Qeyri-bircins elektrik sahələrinin xüsusiyyətləri, elektrik sahəsinin intensivliyinin paylanması, iynə–müstəvi və digər elektrod sistemləri, tac boşalması və deşilmə prosesləri öyrənilir.
Mənbəyə keç: Qeyri-bircins elektrik sahələri və onların deşilmə xarakteristikaları (yeni pəncərədə açılır)5. Yüksək gərginlik və cərəyanların ölçülməsi
Mühazirə5Yüksək gərginlik və böyük cərəyanların birbaşa və dolayı ölçülməsi üsulları, gərginlik transformatorları, tutumlu və müqavimətli bölücülər, cərəyan transformatorları və ölçmə təhlükəsizliyi nəzərdən keçirilir.
Mənbəyə keç: Yüksək gərginlik və cərəyanların ölçülməsi (yeni pəncərədə açılır)6. Elektrik sahəsinin tənzimlənməsi və idarə olunması
Mühazirə6Yüksək gərginlikli qurğularda elektrik sahəsinin intensivliyinin idarə olunması, elektrodların forması, ekranlaşdırma, sahə tənzimləyiciləri və elektrik sahəsinin konsentrasiyasının azaldılması üsulları öyrənilir.
Mənbəyə keç: Elektrik sahəsinin tənzimlənməsi və idarə olunması (yeni pəncərədə açılır)7. Daxili izolyasiya. Bərk və kombinə edilmiş izolyasiya
Mühazirə7Elektrik avadanlıqlarında istifadə olunan daxili izolyasiya sistemləri, bərk dielektriklər, maye və qaz izolyasiyası ilə kombinə edilmiş sistemlər, elektrik möhkəmliyi və izolyasiyanın konstruktiv xüsusiyyətləri öyrənilir.
Mənbəyə keç: Daxili izolyasiya. Bərk və kombinə edilmiş izolyasiya (yeni pəncərədə açılır)8. Daxili izolyasiyanın istilik və nəmlənmə təsirindən köhnəlməsi. Elektrokimyəvi deşilmə.
Mühazirə8İzolyasiyanın temperatur, nəmlik, elektrik sahəsi və digər amillərin təsiri altında qocalması, dielektrik itkilərinin artması və elektrokimyəvi deşilmə mexanizmləri araşdırılır.
Mənbəyə keç: Daxili izolyasiyanın istilik və nəmlənmə təsirindən köhnəlməsi. Elektrokimyəvi deşilmə. (yeni pəncərədə açılır)9. Xarici izolyasiyanın layihələndirilməsi. Atmosfer havasının parametrlərinin xarici izolyasiyaya təsiri.
Mühazirə9Xarici izolyasiyanın layihələndirilməsi prinsipləri, hava aralıqları, atmosfer təzyiqi, temperatur, rütubət və yüksəklik kimi amillərin elektrik möhkəmliyinə təsiri öyrənilir.
Mənbəyə keç: Xarici izolyasiyanın layihələndirilməsi. Atmosfer havasının parametrlərinin xarici izolyasiyaya təsiri. (yeni pəncərədə açılır)10. Nəmlənmə və çirklənmə şəraitində izolyasiyanın işləməsi
Mühazirə10İzolyator səthində nəmlik, toz, duz və digər çirkləndiricilərin yaratdığı keçiricilik, səthi cərəyanlar, quru zolaqlar və səthi boşalma prosesləri öyrənilir.
Mənbəyə keç: Nəmlənmə və çirklənmə şəraitində izolyasiyanın işləməsi (yeni pəncərədə açılır)11. Hava EVX-lərinin quruluşu
Mühazirə11Hava elektrik veriliş xətlərinin əsas konstruktiv elementləri – naqillər, troslar, dayaqlar, izolyatorlar, armatur və torpaqlama elementləri öyrənilir.
Mənbəyə keç: Hava EVX-lərinin quruluşu (yeni pəncərədə açılır)12. Hava EVX-lərin izolyasiyası və onun seçilməsi
Mühazirə12Hava EVX-lərində izolyatorların növləri, materialları, konstruksiyaları, izolyasiya məsafələri və nominal gərginliyə, atmosfer və çirklənmə şəraitinə görə izolyatorların seçilməsi prinsipləri öyrənilir.
Mənbəyə keç: Hava EVX-lərin izolyasiyası və onun seçilməsi (yeni pəncərədə açılır)13. Hava EVX-lərdə tac boşalması. Pikdüsturu
Mühazirə13Hava EVX-lərinin naqilləri ətrafında tac boşalmasının yaranması, korona itkisi, elektrik sahəsinin intensivliyi və tac boşalmasının başlanma gərginliyi öyrənilir. Pik düsturu və onun tətbiqi araşdırılır.
Mənbəyə keç: Hava EVX-lərdə tac boşalması. Pikdüsturu (yeni pəncərədə açılır)14. İfrat gərginliklərin təsnifatı. İldırım boşalması və onun parametrləri
Mühazirə14İfrat gərginliklərin daxili və xarici mənşəli növləri, ildırım boşalmasının yaranması, ildırım cərəyanının əsas parametrləri, dalğa forması, amplitudası və davametmə müddəti öyrənilir.
Mənbəyə keç: İfrat gərginliklərin təsnifatı. İldırım boşalması və onun parametrləri (yeni pəncərədə açılır)15. Hava veriliş xətlərinin və yarımstansiyaların ildırımdan mühafizəsi.Çubuq ildırımötürücüləri
Mühazirə15Çubuq ildırımötürücülərinin quruluşu və iş prinsipi, mühafizə zonası, hava EVX-ləri və yarımstansiyaların ildırım zərbələrindən qorunması üsulları öyrənilir.
Mənbəyə keç: Hava veriliş xətlərinin və yarımstansiyaların ildırımdan mühafizəsi.Çubuq ildırımötürücüləri (yeni pəncərədə açılır)16. Hava veriliş xətlərinin və yarımstansiyaların ildırımdan mühafizəsi. Tros ildırımötürücüləri
Mühazirə16Tros ildırımötürücülərinin konstruksiyası, hava EVX-lərində yerləşdirilməsi, mühafizə bucağı və mühafizə zonasının formalaşması prinsipləri öyrənilir.
Mənbəyə keç: Hava veriliş xətlərinin və yarımstansiyaların ildırımdan mühafizəsi. Tros ildırımötürücüləri (yeni pəncərədə açılır)17. Boşaldıcılar
Mühazirə17İfrat gərginliklərdən mühafizədə istifadə olunan boşaldıcıların təyinatı, quruluşu və iş prinsipi, qığılcım aralıqlı və metal-oksid boşaldıcılar, onların əsas xarakteristikaları öyrənilir.
Mənbəyə keç: Boşaldıcılar (yeni pəncərədə açılır)18. Kommutasiyavəferrorezonansifratgərginlikləri
Mühazirə18Elektrik şəbəkələrində açma və qoşma əməliyyatları nəticəsində yaranan kommutasiya ifrat gərginlikləri, həmçinin qeyri-xətti induktivlik və tutumun qarşılıqlı təsirindən yaranan ferrorezonans hadisəsi araşdırılır.
Mənbəyə keç: Kommutasiyavəferrorezonansifratgərginlikləri (yeni pəncərədə açılır)19. Hava EVX-lərin kommutasiyalarını müşayiət edən ifrat gərginliklər. ATQ-nin ifrat gərginliklərə təsiri
Mühazirə19Hava EVX-lərinin qoşulması və açılması zamanı yaranan keçid prosesləri, kommutasiya dalğaları, avtomatik təkrar qoşulmanın (ATQ) təsiri və ifrat gərginliklərin səviyyəsinin dəyişməsi öyrənilir.
Mənbəyə keç: Hava EVX-lərin kommutasiyalarını müşayiət edən ifrat gərginliklər. ATQ-nin ifrat gərginliklərə təsiri (yeni pəncərədə açılır)20. İfrat gərginliklərdən mühafizə. İzolyasiyanın koordinasiyası
Mühazirə20Elektrik qurğularının ifrat gərginliklərdən mühafizəsinin əsas prinsipləri, mühafizə aparatlarının seçilməsi, izolyasiyanın koordinasiyası və mühafizə səviyyəsinin izolyasiyanın elektrik möhkəmliyi ilə uyğunlaşdırılması öyrənilir.
Mənbəyə keç: İfrat gərginliklərdən mühafizə. İzolyasiyanın koordinasiyası (yeni pəncərədə açılır)21. Elektrik qurğu və aparatların izolyasiyası
Mühazirə21Transformator, açar, ayırıcı, kabel, cərəyan və gərginlik transformatorları və digər yüksək gərginlikli aparatlarda istifadə olunan izolyasiya sistemləri və onların elektrik möhkəmliyi öyrənilir.
Mənbəyə keç: Elektrik qurğu və aparatların izolyasiyası (yeni pəncərədə açılır)22. Torpaqlayıcı qurğular və onların hesabatı
Mühazirə22Elektrik qurğularının təhlükəsizliyində torpaqlamanın rolu, torpaqlayıcıların növləri, torpağın xüsusi müqaviməti, torpaqlama müqaviməti və torpaqlayıcı qurğuların hesabat üsulları öyrənilir.
Mənbəyə keç: Torpaqlayıcı qurğular və onların hesabatı (yeni pəncərədə açılır)23. Yüksək gərginlikli sınaq qurğuları
Mühazirə23Yüksək gərginlikli avadanlıqların sınaqdan keçirilməsi üçün istifadə olunan sınaq qurğuları, yüksək gərginliyin alınması üsulları, impuls gərginlik generatorları, ölçmə sistemləri və sınaq zamanı təhlükəsizlik qaydaları öyrənilir.
Mənbəyə keç: Yüksək gərginlikli sınaq qurğuları (yeni pəncərədə açılır)24. Qaz boşalmaları və hava aralıqlarının deşilmə gərginliyinin hesablanması
Məşğələ1Qaz boşalmalarının yaranma mexanizmləri, hava aralığının deşilmə şərtləri, elektrodlararası məsafə, təzyiq və gərginliyin deşilmə prosesinə təsiri nəzəri və hesablama məsələləri əsasında araşdırılır. Sabitvədəyişəngərginliklərdəhavaaralıqlarınındeşilməsimüqayisəedilir.
Mənbəyə keç: Qaz boşalmaları və hava aralıqlarının deşilmə gərginliyinin hesablanması (yeni pəncərədə açılır)25. Elektrik sahəsinin paylanmasının və qeyri-bircinsliyin təhlili
Məşğələ2Müxtəlif elektrod konstruksiyalarında elektrik sahəsinin paylanması, qütblər effekti, qeyri-bircins elektrik sahələri və arakəsmələrin elektrik möhkəmliyinə təsiri öyrənilir. Elektrik sahəsinin intensivliyinin dəyişməsi sxem və hesablama nümunələri ilə araşdırılır.
Mənbəyə keç: Elektrik sahəsinin paylanmasının və qeyri-bircinsliyin təhlili (yeni pəncərədə açılır)26. Yüksək gərginlik və cərəyanların ölçülməsi. Ölçməsxemlərininseçilməsi
Məşğələ3Yüksək gərginlik və cərəyanların ölçülməsi üçün istifadə olunan müqavimətli və tutumlu bölücülər, transformatorlar və digər ölçmə vasitələrinin iş prinsipləri araşdırılır. Müxtəlif gərginlik səviyyələri üçün uyğun ölçmə sxemlərinin seçilməsi və ölçmə xətalarının qiymətləndirilməsi həyata keçirilir.
Mənbəyə keç: Yüksək gərginlik və cərəyanların ölçülməsi. Ölçməsxemlərininseçilməsi (yeni pəncərədə açılır)27. Yüksək gərginlikli izolyasiyanın seçilməsi və elektrik möhkəmliyinin qiymətləndirilməsi
Məşğələ4Daxili və xarici izolyasiyanın əsas xüsusiyyətləri, bərk və kombinə edilmiş izolyasiya sistemləri, izolyasiyanın istilik, nəmlik və çirklənmə nəticəsində qocalması, atmosfer parametrlərinin təsiri araşdırılır. İzolyasiyanın seçilməsi üçün əsas meyarlar praktiki məsələlər üzərində tətbiq edilir.
Mənbəyə keç: Yüksək gərginlikli izolyasiyanın seçilməsi və elektrik möhkəmliyinin qiymətləndirilməsi (yeni pəncərədə açılır)28. Hava EVX-lərinin izolyasiyası və tac boşalmasının hesablanması
Məşğələ5Hava elektrik veriliş xətlərinin konstruktiv elementləri, izolyatorların seçilməsi, izolyasiya məsafələri və naqillər ətrafında tac boşalmasının yaranma şərtləri öyrənilir. Pik düsturu əsasında tac boşalmasının başlanma gərginliyi və ona təsir edən amillər hesablanır.
Mənbəyə keç: Hava EVX-lərinin izolyasiyası və tac boşalmasının hesablanması (yeni pəncərədə açılır)29. İldırım ifrat gərginlikləri və ildırımdan mühafizə sistemlərinin hesablanması
Məşğələ6İldırım boşalmasının əsas parametrləri, ildırım mənşəli ifrat gərginliklər və onların hava EVX-lərinə və yarımstansiyalara təsiri araşdırılır. Çubuq və tros ildırımötürücülərinin mühafizə prinsipləri, mühafizə zonalarının müəyyən edilməsi və konstruktiv yerləşdirilməsi üzrə məsələlər həll edilir.
Mənbəyə keç: İldırım ifrat gərginlikləri və ildırımdan mühafizə sistemlərinin hesablanması (yeni pəncərədə açılır)30. Kommutasiya ifrat gərginlikləri və boşaldıcıların seçilməsi
Məşğələ7Kommutasiya prosesləri zamanı yaranan ifrat gərginliklər, yüksüz hava EVX-lərinin və transformatorların açılması, kondensator batareyalarının kommutasiyası və ferrorezonans hadisələri təhlil edilir. Boşaldıcıların iş prinsipi və ifrat gərginliklərin məhdudlaşdırılmasında rolu araşdırılır.
Mənbəyə keç: Kommutasiya ifrat gərginlikləri və boşaldıcıların seçilməsi (yeni pəncərədə açılır)31. İfrat gərginliklərdən mühafizə, izolyasiyanın koordinasiyası və torpaqlama qurğularının hesablanması
Məşğələ8Elektrik qurğularının ifrat gərginliklərdən mühafizəsi, izolyasiyanın koordinasiyası, mühafizə səviyyəsinin müəyyənləşdirilməsi və torpaqlama qurğularının əsas parametrlərinin hesablanması üzrə kompleks praktiki məsələlər həll edilir. Yüksək gərginlikli sınaq qurğularının tətbiqi və sınaq zamanı təhlükəsizlik tələbləri də nəzərdən keçirilir.
Mənbəyə keç: İfrat gərginliklərdən mühafizə, izolyasiyanın koordinasiyası və torpaqlama qurğularının hesablanması (yeni pəncərədə açılır)32. Qütblər effekti və arakəsmənin elektrik möhkəmliyinə təsiri
Laboratoriya1Müxtəlif formalı elektrodlar arasında elektrik sahəsinin paylanması, qütblər effektinin yaranma səbəbləri və arakəsmələrin elektrik sahəsinə və qaz mühitinin deşilmə prosesinə təsiri öyrənilir. Müxtəlif arakəsmə materiallarının və konstruksiyalarının elektrik möhkəmliyinə təsiri araşdırılır.
Mənbəyə keç: Qütblər effekti və arakəsmənin elektrik möhkəmliyinə təsiri (yeni pəncərədə açılır)33. Asma izolyator zəncirəsində defektli izolyatorun tapılması
Laboratoriya2Asma izolyator zəncirlərinin quruluşu və elektrik sahəsinin izolyatorlar arasında paylanması öyrənilir. Zəncirdə defektli və ya deşilmiş izolyatorun müəyyən edilməsi üçün istifadə olunan elektrik ölçmə üsulları və diaqnostika prinsipləri araşdırılır.
Mənbəyə keç: Asma izolyator zəncirəsində defektli izolyatorun tapılması (yeni pəncərədə açılır)34. Yüksək gərginlikli elektrik şəbəkələrində kondensator batareyalarının açılmalarının kompüter simulyasiyası
Laboratoriya3Kondensator batareyalarının elektrik şəbəkələrində təyinatı, qoşulma və açılma prosesləri, kommutasiya zamanı yaranan keçid prosesləri və ifrat gərginliklər öyrənilir. Kondensator batareyasının açılmasının kompüter modeli yaradılaraq ifrat gərginliklərin dəyişmələri simulyasiya edilir.
Mənbəyə keç: Yüksək gərginlikli elektrik şəbəkələrində kondensator batareyalarının açılmalarının kompüter simulyasiyası (yeni pəncərədə açılır)35. Yüksək gərginlikli elektrik şəbəkələrində kondensator yüksüz transformatorların açılmalarının kompüter simulyasiyası
Laboratoriya4Yüksüz transformatorun açılması zamanı yaranan elektromaqnit keçid prosesləri, induktiv xarakterli cərəyanın kəsilməsi, kommutasiya ifrat gərginlikləri və onların transformator izolyasiyasına təsiri araşdırılır. Proses kompüter simulyasiyası vasitəsilə modelləşdirilir.
Mənbəyə keç: Yüksək gərginlikli elektrik şəbəkələrində kondensator yüksüz transformatorların açılmalarının kompüter simulyasiyası (yeni pəncərədə açılır)36. 110 kV-luq hava elektrik veriliş xətlərinin yüksüz işləmə rejimlərində açılmalarının kompüter simulyasiyası
Laboratoriya5110 kV-luq hava elektrik veriliş xətlərinin yüksüz rejimdə işləməsi, xəttin tutum xüsusiyyətləri, açılma zamanı yaranan elektromaqnit keçid prosesləri və kommutasiya ifrat gərginlikləri öyrənilir. Xəttin açılması kompüter modeli vasitəsilə simulyasiya edilərək gərginliyin və cərəyanın zamandan asılılığı araşdırılır.
Mənbəyə keç: 110 kV-luq hava elektrik veriliş xətlərinin yüksüz işləmə rejimlərində açılmalarının kompüter simulyasiyası (yeni pəncərədə açılır)37. Qazlarda hissəciklərin hərəkəti. Yürüklük. Diffuziya
Sərbəst iş1Qaz mühitində elektron və ionların elektrik sahəsinin təsiri altında hərəkəti, yüklü hissəciklərin yürüklüyü, orta sərbəst yol və diffuziya hadisələri araşdırılır. Hissəciklərin hərəkətinin qaz boşalmasının yaranmasına təsiri təhlil edilir.
Mənbəyə keç: Qazlarda hissəciklərin hərəkəti. Yürüklük. Diffuziya (yeni pəncərədə açılır)38. Elektrodlar arasında yüklü hissəciklərin sayının artması. Paşen qanunu Sabit və dəyişən gərginliklərdə hava aralığının deşilməsi
Sərbəst iş2Elektronların zərbə ionlaşması nəticəsində yüklü hissəciklərin sayının artması, elektron selinin və elektrik boşalmasının inkişafı öyrənilir. Paşen qanunu əsasında qaz təzyiqi və elektrodlararası məsafənin deşilmə gərginliyinə təsiri araşdırılır. Sabit və dəyişən gərginliklərdə hava aralığının deşilmə xüsusiyyətləri müqayisə edilir.
Mənbəyə keç: Elektrodlar arasında yüklü hissəciklərin sayının artması. Paşen qanunu Sabit və dəyişən gərginliklərdə hava aralığının deşilməsi (yeni pəncərədə açılır)39. Torpaqlayıcılar, torpaqlama sistemləri və konstruksiya hesabatları
Sərbəst iş3Elektrik qurğularında torpaqlamanın təyinatı, torpaqlayıcıların növləri, təbii və süni torpaqlayıcılar, torpaqlama sistemlərinin quruluşu və torpaqlama müqavimətinin hesablanması üsulları araşdırılır.
Mənbəyə keç: Torpaqlayıcılar, torpaqlama sistemləri və konstruksiya hesabatları (yeni pəncərədə açılır)40. Transformatorların izolyasiya konstuksiyalarının analizi.
Sərbəst iş4Güc transformatorlarında istifadə olunan daxili izolyasiya sistemləri, yağ-kağız, bərk və kombinə edilmiş izolyasiya konstruksiyaları, izolyasiya məsafələri və elektrik sahəsinin paylanması araşdırılır. Transformator izolyasiyasının iş şəraitinə davamlılığı və əsas zədələnmə mexanizmləri təhlil edilir.
Mənbəyə keç: Transformatorların izolyasiya konstuksiyalarının analizi. (yeni pəncərədə açılır)41. İfrat gərginliklərin təsnifatı. Fazlar arasi ifrat gərginlik və muhafizə sxeminin analizi
Sərbəst iş5İfrat gərginliklərin mənşəyinə və davametmə müddətinə görə təsnifatı, fazlararası ifrat gərginliklərin yaranma səbəbləri və elektrik avadanlıqlarına təsiri araşdırılır. İfrat gərginliklərdən mühafizə sxemlərinin quruluşu və əsas elementlərinin funksiyaları təhlil edilir.
Mənbəyə keç: İfrat gərginliklərin təsnifatı. Fazlar arasi ifrat gərginlik və muhafizə sxeminin analizi (yeni pəncərədə açılır)42. Kondensatorların açılmasında yaranan ifrat gərginliklər
Sərbəst iş6Kondensator batareyalarının elektrik şəbəkəsində qoşulması və açılması zamanı yaranan keçid prosesləri, kondensatorun tutum xüsusiyyətləri və kommutasiya ifrat gərginliklərinin yaranma mexanizmi araşdırılır. İfrat gərginliklərin səviyyəsinə təsir edən şəbəkə parametrləri təhlil edilir.
Mənbəyə keç: Kondensatorların açılmasında yaranan ifrat gərginliklər (yeni pəncərədə açılır)43. Yüksüz xətlərin açılmasında yaranan ifrat gərginliklər
Sərbəst iş7Hava elektrik veriliş xətlərinin yüksüz rejimdə açılması zamanı yaranan keçid prosesləri, xəttin tutum təsiri, gərginliyin yüksəlməsi və kommutasiya ifrat gərginliklərinin formalaşması araşdırılır. Xətt parametrlərinin ifrat gərginliyin səviyyəsinə təsiri təhlil edilir.
Mənbəyə keç: Yüksüz xətlərin açılmasında yaranan ifrat gərginliklər (yeni pəncərədə açılır)44. Kommutasiya ifrat gərginlikləri
Sərbəst iş8Elektrik şəbəkələrində açma və qoşma əməliyyatları nəticəsində yaranan kommutasiya ifrat gərginliklərinin fiziki mahiyyəti, onların yaranma şəraiti və müxtəlif elektrik qurğularına təsiri araşdırılır. İnduktiv və tutumlu elementlərin kommutasiya prosesində rolu təhlil edilir.
Mənbəyə keç: Kommutasiya ifrat gərginlikləri (yeni pəncərədə açılır)45. Avtomatik təkrar qoşulmalarda yaranan ifrat gərginliklər
Sərbəst iş9Hava EVX-lərində avtomatik təkrar qoşulmanın (ATQ) məqsədi və iş prinsipi, xəttin təkrar qoşulması zamanı yaranan elektromaqnit keçid prosesləri və ifrat gərginliklərin formalaşması öyrənilir. ATQ-nin elektrik avadanlıqlarının izolyasiyasına və şəbəkənin etibarlılığına təsiri araşdırılır.
Mənbəyə keç: Avtomatik təkrar qoşulmalarda yaranan ifrat gərginliklər (yeni pəncərədə açılır)46. İldırım ifrat gərginlik mənbəyi kimi. İldırımötürən qurğular
Sərbəst iş10İldırım boşalmasının yaranma mexanizmi, ildırım cərəyanının əsas parametrləri və ildırım zərbəsi nəticəsində elektrik şəbəkələrində yaranan ifrat gərginliklər araşdırılır. Hava EVX-lərinin və yarımstansiyaların mühafizəsində çubuq və tros ildırımötürücülərinin quruluşu, iş prinsipi və mühafizə zonaları öyrənilir.
Mənbəyə keç: İldırım ifrat gərginlik mənbəyi kimi. İldırımötürən qurğular (yeni pəncərədə açılır)