Ümumi məlumat
- Fənn kodu
- İFS-2359y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 45 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
- Auditoriyadan kənar saatlar
- a) 50 saat - sərbəst iş b) 55 saat - məsləhət saatı
Fənn haqqında
“Yüksək gərginliklər texnikası” fənninin məqsədi qaz, maye və bərk dielektriklərdə elektrik boşalması, yüksək gərginlik laboratoriyalarının avadanlığı, yüksək gərginlikdə ölçmə və ölçmə quruluşları, yüksək gərginlik izolyatorları, güc kabellərinin, transformatorların izolyasiyası, izolyasiyanın profilaktikası, ifrat gərginlik və ondan mühafizə məsələlərinin fiziki əsaslarını tələbələrə tədrisini həyata keçirərək, gələcək üçün peşəkar mühəndislər yetişdirməkdir.
Tədris metodları
- mühazirə
- seminar
- interaktiv müzakirə
- laboratoriya işi
- təqdimatlar
- komanda işi
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN1: Yüksək gərginliklər texnikasının əsas nəzəri prinsiplərini izah edir;
CLO 2: FTN2: Qaz, bərk və kombinə edilmiş izolyasiyaların elektrik möhkəmliyini və deşilmə proseslərini təhlil edir;
CLO 3: FTN3: Hava EVX-lərinin izolyasiyası və konstruktiv elementlərini seçir və qiymətləndirir;
CLO 4: FTN4: İldırım və kommutasiya mənşəli ifrat gərginliklərin yaranma mexanizmlərini izah edir;
CLO 5: FTN5: Yüksək gərginlikli sistemlərdə boşaldıcı, ildırımötürücü və digər mühafizə vasitələrini seçir;
CLO 6: FTN6: İzolyasiyanın koordinasiyası və elektrik təhlükəsizliyi prinsiplərini tətbiq edir;
CLO 7: FTN7: Yüksək gərginlik və cərəyanların ölçülməsi üçün uyğun ölçmə üsul və sxemlərini müəyyən edir;
CLO 8: FTN8: Torpaqlayıcı qurğuların və yüksək gərginlikli sınaq sistemlərinin sadə mühəndislik hesablamalarını aparır;
CLO 9: FTN9: Yüksək gərginlikli elektrik avadanlıqlarının etibarlılığına təsir edən atmosfer, nəmlik, çirklənmə və temperatur amillərini qiymətləndirir.
Mövzu planı
- 1.Giriş. Energetikada yüksək gərginliklər texnikasıMühazirə
Yüksək gərginliklər texnikasının energetika sistemlərində rolu, əsas anlayışlar, yüksək gərginlikli qurğu və avadanlıqlar, izolyasiya sistemləri və elektrik təhlükəsizliyi haqqında ümumi məlumat verilir.
- 2.Qazboşalmaları nəzəriyyəsinin əsaslarıMühazirə
Qazlarda elektrik cərəyanının yaranması, ionlaşma prosesləri, elektronların hərəkəti, zərbə ionlaşması, Townsend boşalması və qaz boşalmasının əsas mərhələləri öyrənilir.
- 3.Sabit və dəyişən gərginliklərdə hava aralıqlarının deşilməsiMühazirə
Hava aralıqlarında elektrik deşilməsinin fiziki mexanizmi, sabit və dəyişən gərginliklərin təsiri, elektrodlararası məsafə və deşilmə gərginliyi arasındakı əlaqə araşdırılır.
- 4.Qeyri-bircins elektrik sahələri və onların deşilmə xarakteristikalarıMühazirə
Qeyri-bircins elektrik sahələrinin xüsusiyyətləri, elektrik sahəsinin intensivliyinin paylanması, iynə–müstəvi və digər elektrod sistemləri, tac boşalması və deşilmə prosesləri öyrənilir.
- 5.Yüksək gərginlik və cərəyanların ölçülməsiMühazirə
Yüksək gərginlik və böyük cərəyanların birbaşa və dolayı ölçülməsi üsulları, gərginlik transformatorları, tutumlu və müqavimətli bölücülər, cərəyan transformatorları və ölçmə təhlükəsizliyi nəzərdən keçirilir.
- 6.Elektrik sahəsinin tənzimlənməsi və idarə olunmasıMühazirə
Yüksək gərginlikli qurğularda elektrik sahəsinin intensivliyinin idarə olunması, elektrodların forması, ekranlaşdırma, sahə tənzimləyiciləri və elektrik sahəsinin konsentrasiyasının azaldılması üsulları öyrənilir.
- 7.Daxili izolyasiya. Bərk və kombinə edilmiş izolyasiyaMühazirə
Elektrik avadanlıqlarında istifadə olunan daxili izolyasiya sistemləri, bərk dielektriklər, maye və qaz izolyasiyası ilə kombinə edilmiş sistemlər, elektrik möhkəmliyi və izolyasiyanın konstruktiv xüsusiyyətləri öyrənilir.
- 8.Daxili izolyasiyanın istilik və nəmlənmə təsirindən köhnəlməsi. Elektrokimyəvi deşilmə.Mühazirə
İzolyasiyanın temperatur, nəmlik, elektrik sahəsi və digər amillərin təsiri altında qocalması, dielektrik itkilərinin artması və elektrokimyəvi deşilmə mexanizmləri araşdırılır.
- 9.Xarici izolyasiyanın layihələndirilməsi. Atmosfer havasının parametrlərinin xarici izolyasiyaya təsiri.Mühazirə
Xarici izolyasiyanın layihələndirilməsi prinsipləri, hava aralıqları, atmosfer təzyiqi, temperatur, rütubət və yüksəklik kimi amillərin elektrik möhkəmliyinə təsiri öyrənilir.
- 10.Nəmlənmə və çirklənmə şəraitində izolyasiyanın işləməsiMühazirə
İzolyator səthində nəmlik, toz, duz və digər çirkləndiricilərin yaratdığı keçiricilik, səthi cərəyanlar, quru zolaqlar və səthi boşalma prosesləri öyrənilir.
- 11.Hava EVX-lərinin quruluşuMühazirə
Hava elektrik veriliş xətlərinin əsas konstruktiv elementləri – naqillər, troslar, dayaqlar, izolyatorlar, armatur və torpaqlama elementləri öyrənilir.
- 12.Hava EVX-lərin izolyasiyası və onun seçilməsiMühazirə
Hava EVX-lərində izolyatorların növləri, materialları, konstruksiyaları, izolyasiya məsafələri və nominal gərginliyə, atmosfer və çirklənmə şəraitinə görə izolyatorların seçilməsi prinsipləri öyrənilir.
- 13.Hava EVX-lərdə tac boşalması. PikdüsturuMühazirə
Hava EVX-lərinin naqilləri ətrafında tac boşalmasının yaranması, korona itkisi, elektrik sahəsinin intensivliyi və tac boşalmasının başlanma gərginliyi öyrənilir. Pik düsturu və onun tətbiqi araşdırılır.
- 14.İfrat gərginliklərin təsnifatı. İldırım boşalması və onun parametrləriMühazirə
İfrat gərginliklərin daxili və xarici mənşəli növləri, ildırım boşalmasının yaranması, ildırım cərəyanının əsas parametrləri, dalğa forması, amplitudası və davametmə müddəti öyrənilir.
- 15.Hava veriliş xətlərinin və yarımstansiyaların ildırımdan mühafizəsi.Çubuq ildırımötürücüləriMühazirə
Çubuq ildırımötürücülərinin quruluşu və iş prinsipi, mühafizə zonası, hava EVX-ləri və yarımstansiyaların ildırım zərbələrindən qorunması üsulları öyrənilir.
- 16.Hava veriliş xətlərinin və yarımstansiyaların ildırımdan mühafizəsi. Tros ildırımötürücüləriMühazirə
Tros ildırımötürücülərinin konstruksiyası, hava EVX-lərində yerləşdirilməsi, mühafizə bucağı və mühafizə zonasının formalaşması prinsipləri öyrənilir.
- 17.BoşaldıcılarMühazirə
İfrat gərginliklərdən mühafizədə istifadə olunan boşaldıcıların təyinatı, quruluşu və iş prinsipi, qığılcım aralıqlı və metal-oksid boşaldıcılar, onların əsas xarakteristikaları öyrənilir.
- 18.KommutasiyavəferrorezonansifratgərginlikləriMühazirə
Elektrik şəbəkələrində açma və qoşma əməliyyatları nəticəsində yaranan kommutasiya ifrat gərginlikləri, həmçinin qeyri-xətti induktivlik və tutumun qarşılıqlı təsirindən yaranan ferrorezonans hadisəsi araşdırılır.
- 19.Hava EVX-lərin kommutasiyalarını müşayiət edən ifrat gərginliklər. ATQ-nin ifrat gərginliklərə təsiriMühazirə
Hava EVX-lərinin qoşulması və açılması zamanı yaranan keçid prosesləri, kommutasiya dalğaları, avtomatik təkrar qoşulmanın (ATQ) təsiri və ifrat gərginliklərin səviyyəsinin dəyişməsi öyrənilir.
- 20.İfrat gərginliklərdən mühafizə. İzolyasiyanın koordinasiyasıMühazirə
Elektrik qurğularının ifrat gərginliklərdən mühafizəsinin əsas prinsipləri, mühafizə aparatlarının seçilməsi, izolyasiyanın koordinasiyası və mühafizə səviyyəsinin izolyasiyanın elektrik möhkəmliyi ilə uyğunlaşdırılması öyrənilir.
- 21.Elektrik qurğu və aparatların izolyasiyasıMühazirə
Transformator, açar, ayırıcı, kabel, cərəyan və gərginlik transformatorları və digər yüksək gərginlikli aparatlarda istifadə olunan izolyasiya sistemləri və onların elektrik möhkəmliyi öyrənilir.
- 22.Torpaqlayıcı qurğular və onların hesabatıMühazirə
Elektrik qurğularının təhlükəsizliyində torpaqlamanın rolu, torpaqlayıcıların növləri, torpağın xüsusi müqaviməti, torpaqlama müqaviməti və torpaqlayıcı qurğuların hesabat üsulları öyrənilir.
- 23.Yüksək gərginlikli sınaq qurğularıMühazirə
Yüksək gərginlikli avadanlıqların sınaqdan keçirilməsi üçün istifadə olunan sınaq qurğuları, yüksək gərginliyin alınması üsulları, impuls gərginlik generatorları, ölçmə sistemləri və sınaq zamanı təhlükəsizlik qaydaları öyrənilir.
- 24.Qaz boşalmaları və hava aralıqlarının deşilmə gərginliyinin hesablanmasıMəşğələ
Qaz boşalmalarının yaranma mexanizmləri, hava aralığının deşilmə şərtləri, elektrodlararası məsafə, təzyiq və gərginliyin deşilmə prosesinə təsiri nəzəri və hesablama məsələləri əsasında araşdırılır. Sabitvədəyişəngərginliklərdəhavaaralıqlarınındeşilməsimüqayisəedilir.
- 25.Elektrik sahəsinin paylanmasının və qeyri-bircinsliyin təhliliMəşğələ
Müxtəlif elektrod konstruksiyalarında elektrik sahəsinin paylanması, qütblər effekti, qeyri-bircins elektrik sahələri və arakəsmələrin elektrik möhkəmliyinə təsiri öyrənilir. Elektrik sahəsinin intensivliyinin dəyişməsi sxem və hesablama nümunələri ilə araşdırılır.
- 26.Yüksək gərginlik və cərəyanların ölçülməsi. ÖlçməsxemlərininseçilməsiMəşğələ
Yüksək gərginlik və cərəyanların ölçülməsi üçün istifadə olunan müqavimətli və tutumlu bölücülər, transformatorlar və digər ölçmə vasitələrinin iş prinsipləri araşdırılır. Müxtəlif gərginlik səviyyələri üçün uyğun ölçmə sxemlərinin seçilməsi və ölçmə xətalarının qiymətləndirilməsi həyata keçirilir.
- 27.Yüksək gərginlikli izolyasiyanın seçilməsi və elektrik möhkəmliyinin qiymətləndirilməsiMəşğələ
Daxili və xarici izolyasiyanın əsas xüsusiyyətləri, bərk və kombinə edilmiş izolyasiya sistemləri, izolyasiyanın istilik, nəmlik və çirklənmə nəticəsində qocalması, atmosfer parametrlərinin təsiri araşdırılır. İzolyasiyanın seçilməsi üçün əsas meyarlar praktiki məsələlər üzərində tətbiq edilir.
- 28.Hava EVX-lərinin izolyasiyası və tac boşalmasının hesablanmasıMəşğələ
Hava elektrik veriliş xətlərinin konstruktiv elementləri, izolyatorların seçilməsi, izolyasiya məsafələri və naqillər ətrafında tac boşalmasının yaranma şərtləri öyrənilir. Pik düsturu əsasında tac boşalmasının başlanma gərginliyi və ona təsir edən amillər hesablanır.
- 29.İldırım ifrat gərginlikləri və ildırımdan mühafizə sistemlərinin hesablanmasıMəşğələ
İldırım boşalmasının əsas parametrləri, ildırım mənşəli ifrat gərginliklər və onların hava EVX-lərinə və yarımstansiyalara təsiri araşdırılır. Çubuq və tros ildırımötürücülərinin mühafizə prinsipləri, mühafizə zonalarının müəyyən edilməsi və konstruktiv yerləşdirilməsi üzrə məsələlər həll edilir.
- 30.Kommutasiya ifrat gərginlikləri və boşaldıcıların seçilməsiMəşğələ
Kommutasiya prosesləri zamanı yaranan ifrat gərginliklər, yüksüz hava EVX-lərinin və transformatorların açılması, kondensator batareyalarının kommutasiyası və ferrorezonans hadisələri təhlil edilir. Boşaldıcıların iş prinsipi və ifrat gərginliklərin məhdudlaşdırılmasında rolu araşdırılır.
- 31.İfrat gərginliklərdən mühafizə, izolyasiyanın koordinasiyası və torpaqlama qurğularının hesablanmasıMəşğələ
Elektrik qurğularının ifrat gərginliklərdən mühafizəsi, izolyasiyanın koordinasiyası, mühafizə səviyyəsinin müəyyənləşdirilməsi və torpaqlama qurğularının əsas parametrlərinin hesablanması üzrə kompleks praktiki məsələlər həll edilir. Yüksək gərginlikli sınaq qurğularının tətbiqi və sınaq zamanı təhlükəsizlik tələbləri də nəzərdən keçirilir.
- 32.Qütblər effekti və arakəsmənin elektrik möhkəmliyinə təsiriLaboratoriya
Müxtəlif formalı elektrodlar arasında elektrik sahəsinin paylanması, qütblər effektinin yaranma səbəbləri və arakəsmələrin elektrik sahəsinə və qaz mühitinin deşilmə prosesinə təsiri öyrənilir. Müxtəlif arakəsmə materiallarının və konstruksiyalarının elektrik möhkəmliyinə təsiri araşdırılır.
- 33.Asma izolyator zəncirəsində defektli izolyatorun tapılmasıLaboratoriya
Asma izolyator zəncirlərinin quruluşu və elektrik sahəsinin izolyatorlar arasında paylanması öyrənilir. Zəncirdə defektli və ya deşilmiş izolyatorun müəyyən edilməsi üçün istifadə olunan elektrik ölçmə üsulları və diaqnostika prinsipləri araşdırılır.
- 34.Yüksək gərginlikli elektrik şəbəkələrində kondensator batareyalarının açılmalarının kompüter simulyasiyasıLaboratoriya
Kondensator batareyalarının elektrik şəbəkələrində təyinatı, qoşulma və açılma prosesləri, kommutasiya zamanı yaranan keçid prosesləri və ifrat gərginliklər öyrənilir. Kondensator batareyasının açılmasının kompüter modeli yaradılaraq ifrat gərginliklərin dəyişmələri simulyasiya edilir.
- 35.Yüksək gərginlikli elektrik şəbəkələrində kondensator yüksüz transformatorların açılmalarının kompüter simulyasiyasıLaboratoriya
Yüksüz transformatorun açılması zamanı yaranan elektromaqnit keçid prosesləri, induktiv xarakterli cərəyanın kəsilməsi, kommutasiya ifrat gərginlikləri və onların transformator izolyasiyasına təsiri araşdırılır. Proses kompüter simulyasiyası vasitəsilə modelləşdirilir.
- 36.110 kV-luq hava elektrik veriliş xətlərinin yüksüz işləmə rejimlərində açılmalarının kompüter simulyasiyasıLaboratoriya
110 kV-luq hava elektrik veriliş xətlərinin yüksüz rejimdə işləməsi, xəttin tutum xüsusiyyətləri, açılma zamanı yaranan elektromaqnit keçid prosesləri və kommutasiya ifrat gərginlikləri öyrənilir. Xəttin açılması kompüter modeli vasitəsilə simulyasiya edilərək gərginliyin və cərəyanın zamandan asılılığı araşdırılır.
- 37.Qazlarda hissəciklərin hərəkəti. Yürüklük. DiffuziyaSərbəst iş
Qaz mühitində elektron və ionların elektrik sahəsinin təsiri altında hərəkəti, yüklü hissəciklərin yürüklüyü, orta sərbəst yol və diffuziya hadisələri araşdırılır. Hissəciklərin hərəkətinin qaz boşalmasının yaranmasına təsiri təhlil edilir.
- 38.Elektrodlar arasında yüklü hissəciklərin sayının artması. Paşen qanunu Sabit və dəyişən gərginliklərdə hava aralığının deşilməsiSərbəst iş
Elektronların zərbə ionlaşması nəticəsində yüklü hissəciklərin sayının artması, elektron selinin və elektrik boşalmasının inkişafı öyrənilir. Paşen qanunu əsasında qaz təzyiqi və elektrodlararası məsafənin deşilmə gərginliyinə təsiri araşdırılır. Sabit və dəyişən gərginliklərdə hava aralığının deşilmə xüsusiyyətləri müqayisə edilir.
- 39.Torpaqlayıcılar, torpaqlama sistemləri və konstruksiya hesabatlarıSərbəst iş
Elektrik qurğularında torpaqlamanın təyinatı, torpaqlayıcıların növləri, təbii və süni torpaqlayıcılar, torpaqlama sistemlərinin quruluşu və torpaqlama müqavimətinin hesablanması üsulları araşdırılır.
- 40.Transformatorların izolyasiya konstuksiyalarının analizi.Sərbəst iş
Güc transformatorlarında istifadə olunan daxili izolyasiya sistemləri, yağ-kağız, bərk və kombinə edilmiş izolyasiya konstruksiyaları, izolyasiya məsafələri və elektrik sahəsinin paylanması araşdırılır. Transformator izolyasiyasının iş şəraitinə davamlılığı və əsas zədələnmə mexanizmləri təhlil edilir.
- 41.İfrat gərginliklərin təsnifatı. Fazlar arasi ifrat gərginlik və muhafizə sxeminin analiziSərbəst iş
İfrat gərginliklərin mənşəyinə və davametmə müddətinə görə təsnifatı, fazlararası ifrat gərginliklərin yaranma səbəbləri və elektrik avadanlıqlarına təsiri araşdırılır. İfrat gərginliklərdən mühafizə sxemlərinin quruluşu və əsas elementlərinin funksiyaları təhlil edilir.
- 42.Kondensatorların açılmasında yaranan ifrat gərginliklərSərbəst iş
Kondensator batareyalarının elektrik şəbəkəsində qoşulması və açılması zamanı yaranan keçid prosesləri, kondensatorun tutum xüsusiyyətləri və kommutasiya ifrat gərginliklərinin yaranma mexanizmi araşdırılır. İfrat gərginliklərin səviyyəsinə təsir edən şəbəkə parametrləri təhlil edilir.
- 43.Yüksüz xətlərin açılmasında yaranan ifrat gərginliklərSərbəst iş
Hava elektrik veriliş xətlərinin yüksüz rejimdə açılması zamanı yaranan keçid prosesləri, xəttin tutum təsiri, gərginliyin yüksəlməsi və kommutasiya ifrat gərginliklərinin formalaşması araşdırılır. Xətt parametrlərinin ifrat gərginliyin səviyyəsinə təsiri təhlil edilir.
- 44.Kommutasiya ifrat gərginlikləriSərbəst iş
Elektrik şəbəkələrində açma və qoşma əməliyyatları nəticəsində yaranan kommutasiya ifrat gərginliklərinin fiziki mahiyyəti, onların yaranma şəraiti və müxtəlif elektrik qurğularına təsiri araşdırılır. İnduktiv və tutumlu elementlərin kommutasiya prosesində rolu təhlil edilir.
- 45.Avtomatik təkrar qoşulmalarda yaranan ifrat gərginliklərSərbəst iş
Hava EVX-lərində avtomatik təkrar qoşulmanın (ATQ) məqsədi və iş prinsipi, xəttin təkrar qoşulması zamanı yaranan elektromaqnit keçid prosesləri və ifrat gərginliklərin formalaşması öyrənilir. ATQ-nin elektrik avadanlıqlarının izolyasiyasına və şəbəkənin etibarlılığına təsiri araşdırılır.
- 46.İldırım ifrat gərginlik mənbəyi kimi. İldırımötürən qurğularSərbəst iş
İldırım boşalmasının yaranma mexanizmi, ildırım cərəyanının əsas parametrləri və ildırım zərbəsi nəticəsində elektrik şəbəkələrində yaranan ifrat gərginliklər araşdırılır. Hava EVX-lərinin və yarımstansiyaların mühafizəsində çubuq və tros ildırımötürücülərinin quruluşu, iş prinsipi və mühafizə zonaları öyrənilir.
Ədəbiyyat
- 1. Q.Ə.Həsənov “Yüksək gərginliklər və elektrik izolyasiyası texnikası” Dərslik Bakı, 2009;
- 2. Ə.E.Kuliyev, E.S.Səfiyev, S.N.Niftiyev, E.N.Əhmədov, “Yüksək gərginliklər texnikası”, Dərs vəsaiti Bakı “Politex” MMC-nin mətbəəsi, 2016;
- 3. M.Salamzadə,T.Şahtaxtinski, N.Babayev “Yüksək gərginliklər texnikası”, Bakı: Maarif, 1978;
- 4. Leonard L.Grigsby, Power systems, CRC Press 2006;
- 5. Ravindra Arora, Wolfgang Mosch, High Voltage and Electrical Insulation Engineering, IEEE PRESS, A John Wiley&Sons, INC. Publication, 2011;
- 6. T.Lazımov, E.Saafan, A.Sadıqov “Yüksək gərginliklər texnikası fənnindən virtual laboratoriya işlərinin yerinə yetirilməsi üçün Metodiki göstəriş”, Bakı-2017;
- 7. Q.Həsənov, H.Hüseynov, G.Əliyeva “Yüksək gərginliklər və elektrik izolyasiyası texnikasından laboratoriya işlərinə dair metodik vəsait, Bakı -2003.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-5 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |