Subject · Energy engineering
Bərpa olunan enerji texnologiyaları və ağıllı şəbəkələr
About this subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
—
Description
“bərpa olunan enerji texnologiyaları və smart şəbəkələr” fənninin məqsədi bərpa olunan enerji mənbələrinin (günəş, külək, hidro, biokütlə, geotermal) əsas texnologiyaları, iş prinsipləri, bu mənbələr əsasında işləyən enerji qurğularının layihələndirilməsi, mühəndis hesablamaları və texniki-iqtisadi qiymətləndirilməsi məsələlərinin tələbələrə tədrisini həyata keçirməkdir. fənn çərçivəsində enerji resurslarının qiymətləndirilməsi, qurğunun yerinin seçilməsi, əsas komponentlərin (generasiya, çevirmə, ötürmə, anbarlaşdırma elementləri) hesablanması, sistemin ölçülərinin (sizing) müəyyən edilməsi, beynəlxalq standartlar (iec, iso) və simulyasiya proqram təminatı (pvsyst, homer, matlab/simulink) əsasında layihələndirmə bacarıqları formalaşdırılır. eyni zamanda enerji anbarlaşdırılması, şəbəkəyə inteqrasiya və hibrid sistemlər mövzularında smart texnologiyalar — ağıllı enerji idarəetməsi, smart grid, smart invertorlar, iot əsaslı monitorinq və proqnozlaşdırma yanaşmaları — tədris olunur ki, bu da gələcək üçün peşəkar və müasir texnologiyalara hazır mühəndislərin yetişdirilməsinə xidmət edir.
Course learning outcomes
CLO 1: Ftn1: bərpa olunan enerji mənbələrinin (günəş, külək, hidro, biokütlə, geotermal) əsas texnologiyalarını, iş prinsiplərini və qurğu tiplərini təsvir edir, onların tətbiq sahələrinə görə təsnif edir;
CLO 2: Ftn2: bərpa olunan enerji qurğusunun layihələndirilməsi üçün tədqiqat sualı formalaşdırır, texniki-iqtisadi hipotezlər qurur və layihə dizaynını (yerin seçilməsi, resursun qiymətləndirilməsi, ilkin şərtlərin müəyyən edilməsi) qurur;
CLO 3: Ftn3: beynəlxalq standartlar (iec, iso), texniki normativ sənədlər və elmi ədəbiyyatdan sistemli istifadə edərək bərpa olunan enerji qurğularının layihələndirilməsi üçün nəzəri-normativ çərçivəni formalaşdırır;
CLO 4: Ftn4: enerji qurğularının əsas parametrlərinin (güc, enerji çıxışı, səmərəlilik, itkilər) mühəndis hesablamalarını aparır, simulyasiya proqram təminatı (pvsyst, homer, matlab/simulink və s.) vasitəsilə nəticələri modelləşdirir və vizuallaşdırır;
CLO 5: Ftn5: bərpa olunan enerji qurğusunun tərkib hissələrini (generasiya, çevirmə, ötürmə, anbarlaşdırma elementləri) texniki tələblərə uyğun layihələndirir, sistemin ölçülərini (sizing) hesablayır və variantları qiymətləndirir;
CLO 6: Ftn6: aparılmış layihələndirmə və hesablama işlərinin nəticələrini məntiqi strukturda texniki hesabat, layihə sənədi və ya elmi məqalə şəklində yazır, nəticələri şifahi və yazılı formada auditoriyaya təqdim edir;
CLO 7: Ftn7: bərpa olunan enerji qurğularının layihələndirilməsində texniki-iqtisadi qiymətləndirmə, ekoloji təsir və tənzimləyici tələblərə riayət etməklə, müstəqil və ya komanda halında layihə işi, o cümlədən dissertasiya üçün zəruri metodoloji əsasları tətbiq edir.