General information
- Subject code
- İFS-2332y
- Credits
- 6
- Student workload
- 180
- Semester
- Autumn semester
- Academic year
- 2025-2026
- Subject type
- Elective
- Form of education
- Full-time
- Language of instruction
- Azerbaijani
- In-class hours
- a)60 saat-seminar
- Out-of-class hours
- a) 60 saat – sərbəst iş b) 60 saat- məsləhət saatı
About the subject
“texniki xarici dil” fənninin tədrisi prosesində bakalavrlara ixtisaslarına uyğun əsas terminlərin, öyrənilməsi, elmi-texniki məqalələrin, dərsliklərin və sənədlərin başa düşülməsi, texniki mövzular üzrə diskussiya aparmaq, təqdimat etmək və fikir mübadiləsi, diaqram, sxem və statistik məlumatların xarici dildə şərhi və enerji, texnika və mühəndislik sahəsində beynəlxalq terminlər və anlayışlarla tanışlıq nəzərdə tutulmuşdur. fənnin tədrisində texniki mətnləri oxumaq, təhlil etmək və şərh etmək bacarığı, şifahi və yazılı ünsiyyətdə dəqiq və aydın ifadə olunma vərdişləri, müasir enerji, mühəndislik və texnologiya sahəsində beynəlxalq ədəbiyyatdan istifadə bacarığı , elmi-texniki müzakirələrdə iştirak etmək, fikirlərini arqumentlərlə əsaslandırmaq, peşəkar mühitdə kommunikasiya üçün tələb olunan dil və üslub normalarını mənimsəmək tələbələrə aşılanır.
Teaching methods
- seminar
- presentations
- interactive discussion
- teamwork
Course learning outcomes (CLO)
CLO 1: Ftn1: mühəndislik və energetika sahəsinə aid texniki mətnləri oxuyub əsas ideyanı, texniki məlumatları və terminləri müəyyənləşdirə bilir;
CLO 2: Ftn2: texniki terminologiyadan və peşəkar ifadələrdən düzgün istifadə etməklə mühəndislik mövzularında şifahi və yazılı ünsiyyət qura bilir;
CLO 3: Ftn3: texniki və peşəkar mövzular üzrə audio materialları dinləyib əsas və xüsusi məlumatları müəyyən edə bilir;
CLO 4: Ftn4: mühəndislik problemləri, texnologiyalar, enerji sistemləri və texniki proseslər haqqında məlumatları ingilis və rus dilində izah, müqayisə və təqdim edə bilir;
CLO 5: Ftn5: texniki sənədlər, təlimatlar, standartlar, qaydalar və elmi-texniki mənbələrdən məlumat əldə edib onları peşəkar məqsədlər üçün tətbiq edə bilir;
CLO 6: Ftn6: texniki mövzular üzrə verilmiş tapşırıqları ingilis və rus dilində müstəqil yerinə yetirir, əldə etdiyi məlumatları ümumiləşdirir və təqdim edir.
Topic plan
- 1.Reading: history of engineeringSeminar
Mühəndisliyin yaranması və tarixi inkişafı, əsas mühəndislik nailiyyətləri və müxtəlif dövrlərdə texnologiyanın inkişafı haqqında mətnin oxunması və təhlili.
- 2.Listening, speaking, special terms, assignmentsSeminar
Mühəndisliyin tarixi ilə bağlı audio materialların dinlənilməsi, mövzu üzrə müzakirə və danışıq, xüsusi terminlərin öyrənilməsi və tapşırıqların yerinə yetirilməsi.
- 3.Reading: dimensions and measurable parametersSeminar
Mühəndislikdə ölçülər, fiziki kəmiyyətlər, ölçü vahidləri və ölçülə bilən parametrlər haqqında texniki mətnin oxunması və təhlili.
- 4.Listening, speaking, special terms, assignmentsSeminar
Ölçülər və ölçülə bilən parametrlərlə bağlı dinləmə, danışıq və terminoloji çalışmaların aparılması.
- 5.Reading: material typesSeminar
Mühəndislikdə istifadə olunan metal, qeyri-metal, kompozit və digər material növləri, onların əsas xüsusiyyətləri və tətbiq sahələri haqqında mətnin oxunması.
- 6.Listening, speaking, special terms, assignmentsSeminar
Material növləri və onların tətbiqi ilə bağlı audio materialların dinlənilməsi, terminlərin mənimsənilməsi və mövzu üzrə danışıq fəaliyyətlərinin təşkili.
- 7.Reading: components and assembliesSeminar
Mühəndislik sistemlərində komponent, hissə, qurğu və yığma vahidlərinin funksiyaları və qarşılıqlı əlaqələri haqqında texniki mətnin oxunması.
- 8.Listening, speaking, special terms, assignmentsSeminar
Mühəndislik komponentləri və yığma vahidləri haqqında dinləmə və danışıq çalışmaları, xüsusi terminlərin öyrənilməsi və tətbiqi.
- 9.Reading: engineering designSeminar
Mühəndislik layihələndirməsinin mərhələləri, problemin müəyyənləşdirilməsi, konsepsiyanın hazırlanması, layihənin işlənməsi, prototipləşdirmə və sınaq prosesləri haqqında mətnin oxunması.
- 10.Listening, speaking, special terms, assignmentsSeminar
Engineering design mövzusunda dinləmə, layihələndirmə prosesinin müzakirəsi, xüsusi terminlərin mənimsənilməsi və praktiki tapşırıqların yerinə yetirilməsi.
- 11.Reading: renewable green energy vs fossil fuelsSeminar
Bərpa olunan yaşıl enerji mənbələri və fosil yanacaqların xüsusiyyətləri, üstünlükləri, çatışmazlıqları və ətraf mühitə təsiri haqqında müqayisəli mətnin oxunması.
- 12.Listening, speaking, special terms, assignmentsSeminar
Yaşıl enerji və fosil yanacaqlar haqqında audio materialların dinlənilməsi, müqayisəli müzakirələr, terminlərin öyrənilməsi və tapşırıqların yerinə yetirilməsi.
- 13.Reading: electrical supplySeminar
Elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması, elektrik təchizatı sistemlərinin əsas elementləri və istehlakçıların enerji ilə təmin olunması haqqında mətnin oxunması.
- 14.Listening, speaking, special terms, assignmentsSeminar
Elektrik təchizatı ilə bağlı audio materialların dinlənilməsi, enerji sistemləri haqqında danışıq və müzakirə, xüsusi terminlərin mənimsənilməsi.
- 15.Reading: heat supplySeminar
İstilik enerjisinin istehsalı, ötürülməsi və istehlakçılara çatdırılması, istilik təchizatı sistemlərinin əsas komponentləri haqqında texniki mətnin oxunması.
- 16.Listening, speaking, special terms, assignmentsSeminar
İstilik təchizatı sistemləri haqqında audio materialların dinlənilməsi, mövzu üzrə danışıq və müzakirələrin aparılması və xüsusi terminlərin tətbiqi.
- 17.Reading: energy efficiencySeminar
Enerji səmərəliliyi anlayışı, enerji itkilərinin azaldılması, enerji resurslarından səmərəli istifadə və enerji qənaəti texnologiyaları haqqında mətnin oxunması.
- 18.Listening, speaking, special terms, assignmentsSeminar
Enerji səmərəliliyi və enerji qənaəti ilə bağlı dinləmə, danışıq, terminoloji və praktiki tapşırıqların yerinə yetirilməsi.
- 19.Reading: technology in useSeminar
Müasir mühəndislik texnologiyalarının real sənaye və enerji sistemlərində tətbiqi, texnologiyaların funksiyaları və istifadə sahələri haqqında mətnin oxunması.
- 20.Listening, speaking, special terms, assignmentsSeminar
Müasir texnologiyaların tətbiqi ilə bağlı audio materialların dinlənilməsi, texnoloji həllərin müzakirəsi və xüsusi terminlərin mənimsənilməsi.
- 21.Reading: research and developmentSeminar
Elmi-tədqiqat və inkişaf (r&d) anlayışları, tədqiqat prosesinin mərhələləri, yeni məhsul və texnologiyaların hazırlanması haqqında texniki mətnin oxunması.
- 22.Listening, speaking, special terms, assignmentsSeminar
Research and development mövzusunda dinləmə, elmi-tədqiqat fəaliyyətinin müzakirəsi, xüsusi terminlərin öyrənilməsi və praktiki tapşırıqlar.
- 23.Reading: technical developmentSeminar
Texniki inkişaf, yeni texnologiyaların yaradılması, innovasiya, avtomatlaşdırma və rəqəmsallaşmanın mühəndislik sahəsinə təsiri haqqında mətnin oxunması.
- 24.Listening, speaking, special terms, assignmentsSeminar
Texniki inkişaf və innovasiyalar haqqında dinləmə materiallarının təhlili, müzakirə və təqdimatlar, xüsusi terminlərin tətbiqi.
- 25.Reading: health and safetySeminar
Mühəndislik və enerji müəssisələrində əməyin mühafizəsi, təhlükəsizlik qaydaları, risklərin müəyyənləşdirilməsi və qəza hallarının qarşısının alınması haqqında mətnin oxunması.
- 26.Listening, speaking, special terms, assignmentsSeminar
Health and safety mövzusunda təhlükəsizlik təlimatlarının dinlənilməsi, təhlükəli vəziyyətlərin müzakirəsi, terminlərin öyrənilməsi və praktiki tapşırıqlar.
- 27.Reading: monitoring and controlSeminar
Enerji və mühəndislik sistemlərində monitorinq və idarəetmə, sensorlar, ölçmə vasitələri, idarəetmə sistemləri və proseslərin nəzarətdə saxlanılması haqqında mətnin oxunması.
- 28.Listening, speaking, special terms, assignmentsSeminar
Monitorinq və idarəetmə sistemləri haqqında audio materialların dinlənilməsi, idarəetmə proseslərinin müzakirəsi və xüsusi terminlərlə praktiki çalışmalar.
- 29.Reading: regulations and standardsSeminar
Mühəndislik və enerji sahəsində standartlar, texniki reqlamentlər, təhlükəsizlik normaları və beynəlxalq standartların tətbiqi haqqında mətnin oxunması.
- 30.Listening, speaking, special terms, assignmentsSeminar
Standartlar və texniki reqlamentlərlə bağlı audio materialların dinlənilməsi, mövzu üzrə müzakirələr, xüsusi terminlərin öyrənilməsi və praktiki tapşırıqlar.
- 31.Describing the structure of a power plantIndependent work
Elektrik stansiyasının əsas hissələri, avadanlıqları və onların funksiyalarının ingilis və rus dilində təsviri. tələbə power plant, turbine, generator, boiler, transformer, cooling system və digər texniki terminlərdən istifadə edir.
- 32.Energy conversion processesIndependent work
Enerjinin bir formadan digərinə çevrilməsi proseslərinin, məsələn, kimyəvi enerjinin istilik enerjisinə, istilik enerjisinin mexaniki və elektrik enerjisinə çevrilməsinin ingilis və rus dilində izahı.
- 33.Renewable vs non-renewable energy sourcesIndependent work
Bərpa olunan və bərpa olunmayan enerji mənbələrinin xüsusiyyətlərinin, üstünlüklərinin və çatışmazlıqlarının müqayisəli şəkildə araşdırılması. solar, wind, hydro, coal, oil və natural gas kimi terminlərin öyrənilməsi.
- 34.Electrical grid and power transmissionIndependent work
Elektrik şəbəkəsinin quruluşu, elektrik enerjisinin generasiyadan istehlakçıya ötürülməsi və paylanması proseslərinin öyrənilməsi. transmission lines, substations, transformers, distribution network və grid kimi terminlərdən istifadə.
- 35.Power engineering terminology glossaryIndependent work
Energetika mühəndisliyində istifadə olunan əsas texniki terminlərin toplanması, ingilis və rus dilində mənalarının, azərbaycan dilində qarşılıqlarının və nümunə cümlələrin hazırlanması.
- 36.Technical report on energy efficiencyIndependent work
Enerji səmərəliliyi ilə bağlı texniki hesabatın hazırlanması. enerji itkiləri, enerji qənaəti, efficiency, energy consumption, energy-saving technologies və digər anlayışların araşdırılması.
- 37.Safety instructions in power plantsIndependent work
Elektrik stansiyalarında təhlükəsizlik qaydaları, fərdi mühafizə vasitələri, elektrik avadanlıqları ilə işləmə qaydaları və fövqəladə hallarda görülən tədbirlərin ingilis və rus dilində öyrənilməsi.
- 38.Interpreting graphs of energy consumptionIndependent work
Enerji istehlakını göstərən qrafik, diaqram və cədvəllərin oxunması və təhlili. trends, increase, decrease, peak, average, percentage və comparison kimi ifadələrin tətbiqi.
- 39.Automation and digital technologies in power engineeringIndependent work
Energetika sahəsində avtomatlaşdırma və rəqəmsal texnologiyaların, scada, smart grid, sensors, digital control systems, iot və artificial intelligence kimi texnologiyaların tətbiqinin araşdırılması.
- 40.Environmental impact of power generationIndependent work
Elektrik enerjisinin istehsalının ətraf mühitə təsirlərinin, o cümlədən greenhouse gases, co₂ emissions, air pollution, water pollution və waste kimi problemlərin araşdırılması və onların azaldılması yollarının öyrənilməsi
Reading list
- 1. mark ibbotson, cambridge english for engineering, cambridge university press, 2008;
- 2. mark ibbotson, professional english in use,cambridge university press 2009;
- 3. кубдашева к.б. профессиональный русский язык: методические указания для выполнения срс №1 (перевод специального текста).- алматы: ауэс, 2013;
- 4. цой а.а. развитие навыков научной речи: учебное пособие. - алматы: агу им. абая. 2000. - 74 с.109;
- 5. nick brieger, alison pohl, technical english vocabulary and grammar, 2002;
- 6. о. м. бондаревська, english for engineering, кривий ріг, 2017;
- 7.русский язык: учебное пособие для студентов казахских отделений университетов (бакалавриат)/под ред. к.к. ахмедьярова, к.к. жаркынбековой. -алматы: казак университеті, 2008.
Assessment
| Form | Description | Score | Related CLO |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-6 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN 1-6 |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-6 |