Subject · Energy engineering
Texniki xarici dil (energetikanın kiber-fiziki sistemləri)
About this subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2025-2026
Description
“texniki xarici dil” fənninin tədrisi prosesində bakalavrlara ixtisaslarına uyğun əsas terminlərin, öyrənilməsi, elmi-texniki məqalələrin, dərsliklərin və sənədlərin başa düşülməsi, texniki mövzular üzrə diskussiya aparmaq, təqdimat etmək və fikir mübadiləsi, diaqram, sxem və statistik məlumatların xarici dildə şərhi və enerji, texnika və mühəndislik sahəsində beynəlxalq terminlər və anlayışlarla tanışlıq nəzərdə tutulmuşdur. fənnin tədrisində texniki mətnləri oxumaq, təhlil etmək və şərh etmək bacarığı, şifahi və yazılı ünsiyyətdə dəqiq və aydın ifadə olunma vərdişləri, müasir enerji, mühəndislik və texnologiya sahəsində beynəlxalq ədəbiyyatdan istifadə bacarığı , elmi-texniki müzakirələrdə iştirak etmək, fikirlərini arqumentlərlə əsaslandırmaq, peşəkar mühitdə kommunikasiya üçün tələb olunan dil və üslub normalarını mənimsəmək tələbələrə aşılanır.
Course learning outcomes
CLO 1: Ftn1: mühəndislik və energetika sahəsinə aid texniki mətnləri oxuyub əsas ideyanı, texniki məlumatları və terminləri müəyyənləşdirə bilir;
CLO 2: Ftn2: texniki terminologiyadan və peşəkar ifadələrdən düzgün istifadə etməklə mühəndislik mövzularında şifahi və yazılı ünsiyyət qura bilir;
CLO 3: Ftn3: texniki və peşəkar mövzular üzrə audio materialları dinləyib əsas və xüsusi məlumatları müəyyən edə bilir;
CLO 4: Ftn4: mühəndislik problemləri, texnologiyalar, enerji sistemləri və texniki proseslər haqqında məlumatları ingilis və rus dilində izah, müqayisə və təqdim edə bilir;
CLO 5: Ftn5: texniki sənədlər, təlimatlar, standartlar, qaydalar və elmi-texniki mənbələrdən məlumat əldə edib onları peşəkar məqsədlər üçün tətbiq edə bilir;
CLO 6: Ftn6: texniki mövzular üzrə verilmiş tapşırıqları ingilis və rus dilində müstəqil yerinə yetirir, əldə etdiyi məlumatları ümumiləşdirir və təqdim edir.