Subject · Electrical and electronics engineering

Elektrik maşınlarıSyllabus

İF-2159y6 creditsAutumn semesterCompulsory2025-2026

Syllabus

The official subject syllabus: general information, learning outcomes, topic plan, reading list and assessment.

General information

Subject code
İF-2159y
Credits
6
Student workload
180
Semester
Autumn semester
Academic year
2025-2026
Subject type
Compulsory
Mode of study
Full-time
Language of instruction
Azerbaijani
Contact hours
a) 30 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
Independent study hours
a) 120 saat - sərbəst iş

About the subject

Fənn müasir elektromexaniki enerji çeviriciləri olan transformatorların, asinxron, sinxron və sabit cərəyan maşınlarının əsas konstruksiyalarını, işinin fiziki prinsiplərini, texniki xarakteristikalarını, tətbiq sahələrini və istismar keyfiyyətlərinin yüksəldilməsi məsələlərini öyrədir.

Teaching methods

  • lecture
  • interactive discussion
  • seminar
  • laboratory work
  • presentations

Course learning outcomes (CLO)

  1. CLO 1: Transformatorların və elektrik maşınlarının konstruksiyasının əsaslarını, işləməsinin riyazi-fiziki prinsiplərini, tam təsnifatını bilməlidir.

  2. CLO 2: Bir və üçfazalı transformatorların texniki istismar parametrlərinin hesabının aparılmasını bilməlidir.

  3. CLO 3: Dəyişən cərəyan və sabit cərəyan maşınlarının konstruksiyalarının ümumi və fərdi (mühərrik və generator kimi istifadəsindən asılı olaraq) prinsiplərini, quruluşlarını izah etməyi bacarmalıdır.

  4. CLO 4: Transformatorların və elektrik maşınlarının energetik təhlilini, statik, dinamik xarakteristikalarının riyazi-fiziki əsaslarını, işçi xarakteristikalarının çıxarılışını bilməli və bacarmalıdır.

  5. CLO 5: Transformatorların və elektrik maşınlarının texniki halının yoxlanmasını, kiçik nasazlıqlarının aşkar edilməsini və aradan qaldırılmasını bacarmalıdır.

  6. CLO 6: Transformatorların və elektrik maşınlarının seçilməsini, texniki-istismar tələblərinin ödənilməsinə yönəlik hesablamaların aparılmasını, qrafoanalitik əməliyyatların yerinə yetirilməsini, kompüter proqramlarının tətbiqini bacarmalıdır.

Topic plan

  1. 1.
    Giriş, elektrik maşınlarının təyinatı, təsnifatı və tətbiq sahələriLecture

    Elektrik maşınlarının istismarı və texniki xidməti üzrə ümumi məsələlər

  2. 2.
    Transformatorlar. quruluşu və iş prinsipi. transformatorun əsas riyazi tənlikləriLecture

    Transformasiya əmsalının çıxarılması. gərginliklər balansı tənlikləri. transformatorun elektrik ekvivalent sxemi

  3. 3.
    Transformatorların əsas iş rejimləriLecture

    Transformatorun yüksüz iş rejimi: yaranma şərtləri və təcrübənin aparılma qaydası. yüksüz iş rejiminin əsas parametrləri. vektor diaqramı. transformatorun qısaqapanma rejimi: yaranma şərtləri və təcrübənin aparılma qaydası. qısaqapanma rejiminin əsas parametrləri. vektor diaqramı

  4. 4.
    Transformatorun energetik xarakteristikalarıLecture

    Güc itkiləri, faydalı iş əmsalı (fiə) və onun maksimum qiymətinin təmin edilməsi. transformatorun xarici və işçi xarakteristikaları

  5. 5.
    Üçfazalı transformatorlar. yaradılma prinsipləri, quruluşu və konstruktiv xüsusiyyətləriLecture

    Transformasiya əmsalları. transformator dolaqlarının birləşmə qrupları. transformatorların paralel işləməsi

  6. 6.
    Xüsusi təyinatlı transformatorlarLecture

    Düzləndirici qurğuların transformatorları, avtotransformatorlar, ölçü transformatorları və hərəkətli nüvəli transformatorlar. gərginlik transformatorları, cərəyan transformatorları və impuls transformatorları

  7. 7.
    Asinxron maşınlar. asinxron maşınların təyinatı, təsnifatı və konstruktiv xüsusiyyətləriLecture

    Əsas riyazi tənliklər. fırlanan maqnit sahəsinin sürəti və sürüşmə. t və γ (qamma) formalı ekvivalent sxemlər. i̇şə salma cərəyanının riyazi ifadəsi

  8. 8.
    Asinxron mühərrikin energetik xarakteristikaları. güc itkiləri və faydalı iş əmsalıLecture

    Aktiv, reaktiv və tam güc. güc əmsalı. elektromaqnit momenti. m=f(s) və n=f(m) mexaniki xarakteristikaları

  9. 9.
    Asinxron mühərrikin iş rejimləri. asinxron mühərrikin işə salınmasıLecture

    Fırlanma sürətinin tənzimlənməsi üsulları. asinxron mühərrikin əyləclənməsi üsulları

  10. 10.
    Sinxron maşınlar. təyinatı, təsnifatı və konstruktiv xüsusiyyətləri. sinxron generatorun işə qoşulma sxemiLecture

    Sinxron mühərrikin işə qoşulma sxemi

  11. 11.
    Sinxron maşınların iş və tənzimləmə xarakteristikalarıLecture

    Generator və mühərrik rejimlərində sinxron maşının əsas tənlikləri. i̇şçi xarakteristikaları. tənzimləmə xarakteristikaları. güc əmsalı və faydalı iş əmsalı

  12. 12.
    Sabit cərəyan maşınları. quruluşu, təsnifatı və konstruktiv xüsusiyyətləriLecture

    Sabit cərəyan maşınının fiziki və riyazi iş prinsipləri. sabit cərəyan maşınlarının əsas tənlikləri və parametrləri

  13. 13.
    Sabit cərəyan generatorları. müstəqil və paralel həyəcanlandırmalı generatorların işə qoşulmasıLecture

    Ardıcıl və qarışıq həyəcanlandırmalı generatorların işə qoşulması

  14. 14.
    Sabit cərəyan mühərrikləri. müstəqil və paralel həyəcanlandırmalı mühərriklərin işə qoşulmasıLecture

    Ardıcıl və qarışıq həyəcanlandırmalı mühərriklərin işə qoşulması

  15. 15.
    Sabit cərəyan mühərriklərinin istismarıLecture

    Sabit cərəyan mühərriklərinin mexaniki və tənzimləmə xarakteristikaları. sabit cərəyan mühərriklərinin işə salınması və əyləclənməsi. sabit cərəyan mühərriklərinin fırlanma sürətinin tənzimlənməsi

  16. 16.
    Bir fazalı transformatorun transformasiya əmsalı, faydalı iş əmsalının hesabı, əvəzetmə sxeminin qurulmasıSeminar
  17. 17.
    Bir fazalı transformatorun modelləşdirilməsiSeminar
  18. 18.
    Qısaqapalı rotorlu asinxron mühərrikinin mexaniki xarakteristikasının hesablanmasıSeminar
  19. 19.
    Sinxron generatorun işçi xarakteristikasının qurulması, güc əmsalı və faydalı iş əmsalının hesablanmasıSeminar
  20. 20.
    Sabit cərəyan mühərriklərinin mexaniki xarakteristikasının hesablanmasıSeminar
  21. 21.
    Sabit cərəyan mühərriklərinin mexaniki xarakteristikasının modelləşdirilməsiSeminar
  22. 22.
    Sabit cərəyan generatorunun işçi xarakteristikasının hesablanmasıSeminar
  23. 23.
    Bir fazalı transformatorun iş rejimləri və təcrübələri: yüksüz işləmə, qısaqapanma, yüklü iş rejimləriLaboratory work
  24. 24.
    Qısaqapalı rotorlu asinxron mühərrikinin təbii mexaniki xarakteristikasının tədqiqiLaboratory work
  25. 25.
    Sinxron generatorun yüksüz işləmə rejiminin tədqiqiLaboratory work
  26. 26.
    Paralel təsirlənən sabit cərəyan mühərrikinin tədqiqiLaboratory work
  27. 27.
    Müstəqil təsirlənən sabit cərəyan generatorunun tədqiqiLaboratory work

Reading list

The reading list has not yet been published.

Assessment

Assessment methodDescriptionMarksRelated CLO
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-6
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-6
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6