Fənn · Elektrik və elektronika mühəndisliyi

Elektrik maşınlarıSillabus

İF-2159y6 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənn proqramı (sillabus): ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat siyahısı və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-2159y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin növü
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan dili
Auditoriya saatları
a) 30 saat - mühazirə b) 15 saat - seminar c) 15 saat - laboratoriya
Auditoriyadankənar saatlar
a) 120 saat - sərbəst iş

Fənn haqqında

Fənn müasir elektromexaniki enerji çeviriciləri olan transformatorların, asinxron, sinxron və sabit cərəyan maşınlarının əsas konstruksiyalarını, işinin fiziki prinsiplərini, texniki xarakteristikalarını, tətbiq sahələrini və istismar keyfiyyətlərinin yüksəldilməsi məsələlərini öyrədir.

Tədris metodları

  • mühazirə
  • interaktiv müzakirə
  • seminar
  • laboratoriya işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Transformatorların və elektrik maşınlarının konstruksiyasının əsaslarını, işləməsinin riyazi-fiziki prinsiplərini, tam təsnifatını bilməlidir.

  2. CLO 2: Bir və üçfazalı transformatorların texniki istismar parametrlərinin hesabının aparılmasını bilməlidir.

  3. CLO 3: Dəyişən cərəyan və sabit cərəyan maşınlarının konstruksiyalarının ümumi və fərdi (mühərrik və generator kimi istifadəsindən asılı olaraq) prinsiplərini, quruluşlarını izah etməyi bacarmalıdır.

  4. CLO 4: Transformatorların və elektrik maşınlarının energetik təhlilini, statik, dinamik xarakteristikalarının riyazi-fiziki əsaslarını, işçi xarakteristikalarının çıxarılışını bilməli və bacarmalıdır.

  5. CLO 5: Transformatorların və elektrik maşınlarının texniki halının yoxlanmasını, kiçik nasazlıqlarının aşkar edilməsini və aradan qaldırılmasını bacarmalıdır.

  6. CLO 6: Transformatorların və elektrik maşınlarının seçilməsini, texniki-istismar tələblərinin ödənilməsinə yönəlik hesablamaların aparılmasını, qrafoanalitik əməliyyatların yerinə yetirilməsini, kompüter proqramlarının tətbiqini bacarmalıdır.

Mövzu planı

  1. 1.
    Giriş, Elektrik maşınlarının təyinatı, təsnifatı və tətbiq sahələriMühazirə

    Elektrik maşınlarının istismarı və texniki xidməti üzrə ümumi məsələlər

  2. 2.
    Transformatorlar. Quruluşu və iş prinsipi. Transformatorun əsas riyazi tənlikləriMühazirə

    Transformasiya əmsalının çıxarılması. Gərginliklər balansı tənlikləri. Transformatorun elektrik ekvivalent sxemi

  3. 3.
    Transformatorların əsas iş rejimləriMühazirə

    Transformatorun yüksüz iş rejimi: yaranma şərtləri və təcrübənin aparılma qaydası. Yüksüz iş rejiminin əsas parametrləri. Vektor diaqramı. Transformatorun qısaqapanma rejimi: yaranma şərtləri və təcrübənin aparılma qaydası. Qısaqapanma rejiminin əsas parametrləri. Vektor diaqramı

  4. 4.
    Transformatorun energetik xarakteristikalarıMühazirə

    Güc itkiləri, faydalı iş əmsalı (fiə) və onun maksimum qiymətinin təmin edilməsi. Transformatorun xarici və işçi xarakteristikaları

  5. 5.
    Üçfazalı transformatorlar. Yaradılma prinsipləri, quruluşu və konstruktiv xüsusiyyətləriMühazirə

    Transformasiya əmsalları. Transformator dolaqlarının birləşmə qrupları. Transformatorların paralel işləməsi

  6. 6.
    Xüsusi təyinatlı transformatorlarMühazirə

    Düzləndirici qurğuların transformatorları, avtotransformatorlar, ölçü transformatorları və hərəkətli nüvəli transformatorlar. Gərginlik transformatorları, cərəyan transformatorları və impuls transformatorları

  7. 7.
    Asinxron maşınlar. Asinxron maşınların təyinatı, təsnifatı və konstruktiv xüsusiyyətləriMühazirə

    Əsas riyazi tənliklər. Fırlanan maqnit sahəsinin sürəti və sürüşmə. T və Γ (Qamma) formalı ekvivalent sxemlər. İşə salma cərəyanının riyazi ifadəsi

  8. 8.
    Asinxron mühərrikin energetik xarakteristikaları. Güc itkiləri və faydalı iş əmsalıMühazirə

    Aktiv, reaktiv və tam güc. Güc əmsalı. Elektromaqnit momenti. M=f(s) və n=f(M) mexaniki xarakteristikaları

  9. 9.
    Asinxron mühərrikin iş rejimləri. Asinxron mühərrikin işə salınmasıMühazirə

    Fırlanma sürətinin tənzimlənməsi üsulları. Asinxron mühərrikin əyləclənməsi üsulları

  10. 10.
    Sinxron maşınlar. Təyinatı, təsnifatı və konstruktiv xüsusiyyətləri. Sinxron generatorun işə qoşulma sxemiMühazirə

    Sinxron mühərrikin işə qoşulma sxemi

  11. 11.
    Sinxron maşınların iş və tənzimləmə xarakteristikalarıMühazirə

    Generator və mühərrik rejimlərində sinxron maşının əsas tənlikləri. İşçi xarakteristikaları. Tənzimləmə xarakteristikaları. Güc əmsalı və faydalı iş əmsalı

  12. 12.
    Sabit cərəyan maşınları. Quruluşu, təsnifatı və konstruktiv xüsusiyyətləriMühazirə

    Sabit cərəyan maşınının fiziki və riyazi iş prinsipləri. Sabit cərəyan maşınlarının əsas tənlikləri və parametrləri

  13. 13.
    Sabit cərəyan generatorları. Müstəqil və paralel həyəcanlandırmalı generatorların işə qoşulmasıMühazirə

    Ardıcıl və qarışıq həyəcanlandırmalı generatorların işə qoşulması

  14. 14.
    Sabit cərəyan mühərrikləri. Müstəqil və paralel həyəcanlandırmalı mühərriklərin işə qoşulmasıMühazirə

    Ardıcıl və qarışıq həyəcanlandırmalı mühərriklərin işə qoşulması

  15. 15.
    Sabit cərəyan mühərriklərinin istismarıMühazirə

    Sabit cərəyan mühərriklərinin mexaniki və tənzimləmə xarakteristikaları. Sabit cərəyan mühərriklərinin işə salınması və əyləclənməsi. Sabit cərəyan mühərriklərinin fırlanma sürətinin tənzimlənməsi

  16. 16.
    Bir fazalı transformatorun transformasiya əmsalı, faydalı iş əmsalının hesabı, əvəzetmə sxeminin qurulmasıMəşğələ
  17. 17.
    Bir fazalı transformatorun modelləşdirilməsiMəşğələ
  18. 18.
    Qısaqapalı rotorlu asinxron mühərrikinin mexaniki xarakteristikasının hesablanmasıMəşğələ
  19. 19.
    Sinxron generatorun işçi xarakteristikasının qurulması, güc əmsalı və faydalı iş əmsalının hesablanmasıMəşğələ
  20. 20.
    Sabit cərəyan mühərriklərinin mexaniki xarakteristikasının hesablanmasıMəşğələ
  21. 21.
    Sabit cərəyan mühərriklərinin mexaniki xarakteristikasının modelləşdirilməsiMəşğələ
  22. 22.
    Sabit cərəyan generatorunun işçi xarakteristikasının hesablanmasıMəşğələ
  23. 23.
    Bir fazalı transformatorun iş rejimləri və təcrübələri: yüksüz işləmə, qısaqapanma, yüklü iş rejimləriLaboratoriya işi
  24. 24.
    Qısaqapalı rotorlu asinxron mühərrikinin təbii mexaniki xarakteristikasının tədqiqiLaboratoriya işi
  25. 25.
    Sinxron generatorun yüksüz işləmə rejiminin tədqiqiLaboratoriya işi
  26. 26.
    Paralel təsirlənən sabit cərəyan mühərrikinin tədqiqiLaboratoriya işi
  27. 27.
    Müstəqil təsirlənən sabit cərəyan generatorunun tədqiqiLaboratoriya işi

Ədəbiyyat siyahısı

Ədəbiyyat siyahısı hələ dərc edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıTəsvirBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-6
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN 1-6
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-6