Subject · Electrical and electronics engineering
Elektrik maşınları
About the subject
Credits
6
Workload
180hours
Semester
Autumn
Academic year
2025-2026
Subject description
Fənn müasir elektromexaniki enerji çeviriciləri olan transformatorların, asinxron, sinxron və sabit cərəyan maşınlarının əsas konstruksiyalarını, işinin fiziki prinsiplərini, texniki xarakteristikalarını, tətbiq sahələrini və istismar keyfiyyətlərinin yüksəldilməsi məsələlərini öyrədir.
Course learning outcomes
CLO 1: Transformatorların və elektrik maşınlarının konstruksiyasının əsaslarını, işləməsinin riyazi-fiziki prinsiplərini, tam təsnifatını bilməlidir.
CLO 2: Bir və üçfazalı transformatorların texniki istismar parametrlərinin hesabının aparılmasını bilməlidir.
CLO 3: Dəyişən cərəyan və sabit cərəyan maşınlarının konstruksiyalarının ümumi və fərdi (mühərrik və generator kimi istifadəsindən asılı olaraq) prinsiplərini, quruluşlarını izah etməyi bacarmalıdır.
CLO 4: Transformatorların və elektrik maşınlarının energetik təhlilini, statik, dinamik xarakteristikalarının riyazi-fiziki əsaslarını, işçi xarakteristikalarının çıxarılışını bilməli və bacarmalıdır.
CLO 5: Transformatorların və elektrik maşınlarının texniki halının yoxlanmasını, kiçik nasazlıqlarının aşkar edilməsini və aradan qaldırılmasını bacarmalıdır.
CLO 6: Transformatorların və elektrik maşınlarının seçilməsini, texniki-istismar tələblərinin ödənilməsinə yönəlik hesablamaların aparılmasını, qrafoanalitik əməliyyatların yerinə yetirilməsini, kompüter proqramlarının tətbiqini bacarmalıdır.






