Subject · Electronics, telecommunications and radio engineering

Paylanmış telekommunikasiya sistemləriSyllabus

MS-12176 creditsAutumn semesterElective2026-2027

Syllabus

The subject's official programme: general information, outcomes, topic plan, reading list and assessment.

General information

Subject code
MS-1217
Credits
6
Student workload
0
Semester
Autumn semester
Academic year
2026-2027
Subject type
Elective
Form of education
Full-time
Language of instruction
Azerbaijani
In-class hours
a) 30 saat - mühazirə b) 15 saat- seminar
Out-of-class hours
a) 90 saat – sərbəst iş b) 45 saat- layihə işi və ya məsləhət saatı

About the subject

Bu fənn paylanmış telekommunikasiya sistemlərinin quruluşunu, iş prinsiplərini, arxitekturasını və idarə olunma üsullarını öyrənir. fənn çərçivəsində şəbəkə elementləri arasında məlumat mübadiləsi, paylanmış resursların idarə edilməsi, rabitə protokolları, məlumatların emalı və ötürülməsi, sistemlərin etibarlılığı və təhlükəsizliyi məsələləri araşdırılır. həmçinin paylanmış sistemlərdə server və müştəri arxitekturası, bulud texnologiyaları, şəbəkə xidmətlərinin təşkili və telekommunikasiya infrastrukturunun səmərəli idarə olunması prinsipləri öyrədilir

Teaching methods

  • lecture
  • project-based learning
  • interactive discussion
  • problem-based learning
  • teamwork
  • seminar
  • case study
  • presentations

Course learning outcomes (CLO)

No learning outcomes have been added.

Topic plan

  1. 1.
    Paylanmış telekommunikasiya sistemlərinə giriş və əsas prinsiplərLecture

    Paylanmış telekommunikasiya sistemlərinin mahiyyəti, təyinatı, qurulma prinsipləri, əsas komponentləri və iş mexanizmləri araşdırılır. mərkəzləşdirilmiş və paylanmış sistemlərin fərqləri, miqyaslana bilmə, resursların bölüşdürülməsi və sistem komponentləri arasında qarşılıqlı əlaqə prinsipləri izah olunur.

  2. 2.
    Paylanmış sistemlərin arxitekturası və mikroservis modellər [1 - 8] FTN 1 - FTN 8 2-ci həftəLecture

    Paylanmış sistemlərin laylı, xidmətəsaslı və mikroservis arxitekturaları öyrənilir. mikroservislərin qarşılıqlı əlaqəsi, xidmətlərin ayrılması, API interfeysləri, konteynerləşdirmə və sistem komponentlərinin miqyaslandırılması prinsipləri nəzərdən keçirilir.

  3. 3.
    5g-advanced və 6g şəbəkələrində paylanmış arxitekturalar [1 - 8] FTN 1 - FTN 8 3-cü həftəLecture

    5g-advanced və gələcək 6g şəbəkələrində paylanmış arxitektura prinsipləri, şəbəkə funksiyalarının yerləşdirilməsi, paylanmış baza stansiyaları, xidmətəsaslı arxitektura və intellektual şəbəkə idarəetməsi araşdırılır.

  4. 4.
    Bulud hesablamaları və cloud-native telekommunikasiya infrastrukturu [1 - 8] FTN 1 - FTN 8 4-cü həftəLecture

    Bulud hesablamalarının modelləri, virtual resursların idarə olunması, cloud-native yanaşması, konteynerlər, konteynerlərin orkestrasiya mexanizmləri və telekommunikasiya xidmətlərinin bulud mühitində yerləşdirilməsi öyrənilir.

  5. 5.
    Edge computing, fog computing və paylanmış hesablama [1 - 8] FTN 1 - FTN 8 5-ci həftəLecture

    Kənar və aralıq hesablama texnologiyalarının mahiyyəti, hesablama resurslarının istifadəçiyə yaxın yerləşdirilməsi, gecikmənin azaldılması, məlumatların yerli emalı və bulud infrastrukturu ilə qarşılıqlı əlaqəsi araşdırılır.

  6. 6.
    Sdn və NFV texnologiyaları əsasında şəbəkələrin virtuallaşdırılmasıLecture

    Proqramla müəyyən edilən şəbəkələrin (sdn) və şəbəkə funksiyalarının virtuallaşdırılmasının (nfv) arxitekturası, idarəetmə və məlumat müstəviləri, virtual şəbəkə funksiyaları və şəbəkə resurslarının çevik idarə olunması prinsipləri öyrənilir.

  7. 7.
    Paylanmış sistemlərdə kommunikasiya protokolları və məlumat mübadiləsiLecture

    Paylanmış komponentlər arasında məlumat mübadiləsinin təşkili, tcp/ip, http/https, REST api, grpc, mesajlaşma mexanizmləri və məlumat ötürülməsinin etibarlılığı araşdırılır.

  8. 8.
    Paylanmış verilənlər bazaları və məlumatların idarə edilməsiLecture

    Paylanmış verilənlər bazalarının arxitekturası, məlumatların replikasiyası və bölüşdürülməsi, ardıcıllıq modelləri, sorğuların emalı, məlumatların bütövlüyü və böyük həcmli telekommunikasiya məlumatlarının idarə olunması öyrənilir

  9. 9.
    Paylanmış sistemlərdə sinxronlaşdırma, koordinasiya və konsensusLecture

    Paylanmış komponentlər arasında zaman sinxronlaşdırılması, hadisələrin ardıcıllığı, liderin seçilməsi, koordinasiya mexanizmləri və konsensus alqoritmləri araşdırılır. saatların sinxronlaşdırılması və paylanmış vəziyyətin uzlaşdırılması məsələlərinə baxılır.

  10. 10.
    Paylanmış telekommunikasiya sistemlərində kibertəhlükəsizlikLecture

    Paylanmış telekommunikasiya infrastrukturunda təhlükə modelləri, autentifikasiya, avtorizasiya, şifrələmə, girişə nəzarət, təhlükəsiz məlumat mübadiləsi və şəbəkə hücumlarından müdafiə üsulları öyrənilir.

  11. 11.
    Etibarlılıq, nasazlıqlara davamlılıq və yüksək əlçatanlıLecture

    Paylanmış sistemlərdə etibarlılıq göstəriciləri, ehtiyatlaşdırma, avtomatik bərpa, nasazlıqların aşkarlanması, xidmətlərin davamlılığı və yüksək əlçatanlıq mexanizmləri araşdırılır.

  12. 12.
    Paylanmış şəbəkələrdə performansın monitorinqi və optimallaşdırılmasıLecture

    Paylanmış şəbəkələrin performans göstəriciləri, gecikmə, ötürmə qabiliyyəti, paket itkisi, resurs istifadəsi və xidmət keyfiyyəti (qos) öyrənilir. monitorinq, yükün balanslaşdırılması və performansın optimallaşdırılması üsulları nəzərdən keçirilir.

  13. 13.
    Süni intellekt və maşın öyrənməsinin paylanmış telekommunikasiya sistemlərində tətbiqiLecture

    Süni intellekt və maşın öyrənməsi metodlarının şəbəkə idarəetməsində, trafik proqnozlaşdırılmasında, nasazlıqların aşkarlanmasında, resursların bölüşdürülməsində və intellektual optimallaşdırmada tətbiqi araşdırılır.

  14. 14.
    Iot, sənaye şəbəkələri və paylanmış real vaxt sistemləriLecture

    Əşyaların interneti (iot), sənaye rabitə şəbəkələri, sensor sistemləri, real vaxt məlumat mübadiləsi və paylanmış idarəetmə arxitekturaları öyrənilir. aşağı gecikmə, xidmət etibarlılığı və cihazlararası qarşılıqlı əlaqə məsələləri araşdırılır.

  15. 15.
    6g, enerji səmərəliliyi və gələcəyin paylanmış telekommunikasiya sistemləri [1 - 8] FTN 1 - FTN 8 15-ci həftəLecture

    6g şəbəkələrinin inkişaf istiqamətləri, intellektual rabitə infrastrukturu, enerji səmərəli hesablama, resursların optimallaşdırılması, dayanıqlı şəbəkə arxitekturaları və perspektiv texnologiyalar araşdırılır.

  16. 16.
    Paylanmış sistemlərin arxitekturası və mikroservis modellərSeminar

    Paylanmış sistemlərin laylı, xidmətəsaslı və mikroservis arxitekturaları öyrənilir. mikroservislərin qarşılıqlı əlaqəsi, xidmətlərin ayrılması, API interfeysləri, konteynerləşdirmə və sistem komponentlərinin miqyaslandırılması prinsipləri nəzərdən keçirilir.

  17. 17.
    Bulud hesablamaları və cloud-native telekommunikasiya infrastrukturuSeminar

    Bulud hesablamalarının modelləri, virtual resursların idarə olunması, cloud-native yanaşması, konteynerlər, konteynerlərin orkestrasiya mexanizmləri və telekommunikasiya xidmətlərinin bulud mühitində yerləşdirilməsi öyrənilir.

  18. 18.
    Sdn və NFV texnologiyaları əsasında şəbəkələrin virtuallaşdırılmasıSeminar

    Proqramla müəyyən edilən şəbəkələrin (sdn) və şəbəkə funksiyalarının virtuallaşdırılmasının (nfv) arxitekturası, idarəetmə və məlumat müstəviləri, virtual şəbəkə funksiyaları və şəbəkə resurslarının çevik idarə olunması prinsipləri öyrənilir.

  19. 19.
    Paylanmış verilənlər bazaları və məlumatların idarə edilməsiSeminar

    Paylanmış verilənlər bazalarının arxitekturası, məlumatların replikasiyası və bölüşdürülməsi, ardıcıllıq modelləri, sorğuların emalı, məlumatların bütövlüyü və böyük həcmli telekommunikasiya məlumatlarının idarə olunması öyrənilir.

  20. 20.
    Paylanmış telekommunikasiya sistemlərində kibertəhlükəsizlikSeminar

    Paylanmış telekommunikasiya infrastrukturunda təhlükə modelləri, autentifikasiya, avtorizasiya, şifrələmə, girişə nəzarət, təhlükəsiz məlumat mübadiləsi və şəbəkə hücumlarından müdafiə üsulları öyrənilir.

Reading list

No reading list has been added.

Assessment

FormDescriptionScoreRelated CLO
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5